Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmamlı
İmamlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsini imamlı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Bu adda türk mənşəli tayfanın olduğu güman edilir. Toponimikada bu zona üzrə eyni adda köhnə kəndin mövcudluğu da yazılıb. Qəbələ Oğuz yolunun yuxarı hissəsindədir və burada 400 nəfər əhali yaşayır. Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həlli vacib olan məsələlərə önəm verilir. Sakinlər tərəfindən fındıq bağları çox salınıb, heyvandarlığın vəziyyəti qənaətbəxşdir. Taxıl əkənlər, tərəvəz yetişdirən camaat torpaqla ünsiyyətdən həzz alırlar. Nəticədə isə hər kəsin qapısında inəyi, süfrəsində ağartısı, qışa tədarükü boldur.
İmamlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İmamlı məhəlləsi
İmamlı və ya İnamlı məhəlləsi — Gəncədə yerləşən qədim məhəllələrdən biri. Məhəllənin adı bəzi mənbələrə görə İmamzadəyə gedən yolun buradan keçdiyinə görə belə adlandırılmışdır. Digər mənbələrə görə isə bu əraziyə Şah Abbas tərəfindən Əfşar tayfalarından olan İmanlılar yerləşdirildikləri üçün məhəllə belə adlanıb. Eyni adlı məhəllələrə Azərbaycanın Şamaxı və Bərdə şəhərlərində də rast gəlinir. İmamlı məhəlləsi şimaldan Molla Cəlilli (1905-ci ildən sonra), şərqdən Mürsəl ocağı qəbiristanlığı, cənubdan Əttarlar, qərbdən Şah Abbas meydanı və Dördyol məhəllələri ilə əhatələnmişdi. İmamlı məhəlləsinin sakinləri ticarət, sənətkarlıq (əsasən boyaqçılıq, şərbafçılıq, dulusçuluq) və xırda xidmət sahələrində (pirkeşiklik, odabaşılıq, arabaçılıq və s.) çalışırdılar. 1804-cü ilin mayında burada 39 ev, 226 nəfər (109 kişi+117 qadın) əhali qalmışdı. XX əsrin əvvəllərində isə İmamlıdakı ailələrin sayı 980-ə çatmışdı. İmamlı məscidi məhəllənin sayılan nəsillərindən birinin başçısı Hacı Saatlının vəsaiti hesabına tikildiyindən «Hacısaatlı məscidi» kimi də tanınırdı. Məhəllənin üzüm bağları əsasən Gəncəçayın sol sahili boyunca salınmışdı.
Oman imamlığı
Oman imamlığı və ya Oman imaməti (ərəb. إِمَامَة عُمَان‎), britaniyalılar tərəfindən Əsas Oman (ing. Oman Proper, ərəb. عُمَان ٱلْوُسْطَى‎) — Omanda tarixi vilayət və dövlət. Dövlətin ərazisi Ərəbistan yarımadasının cənub-şərqindəki "daxili" torpaqları əhatə edirdi, Maskatdan uzaqda, Cəbəl-Əxdar dağlarından kənarda yerləşirdi, paytaxtı Nizva şəhəri olmuşdur. Bu ərazi Oman sultanlığının, sonra isə Britaniyanın protektoratının bir hissəsi idi. 1970-ci ildə saray çevrilişindən sonra "Oman" termini Maskat sultanının hakimiyyəti altında olan bütün müasir dövlətə münasibətdə istifadə olunur.
Şimali Qafqaz imamlığı
Şimali Qafqaz İmamlığı — Şimali Qafqazda mövcud olmuş tarixi teokratik İslam dövləti. Dövlətə İmam rəhbərlik edirdi. Ən güclü dövrü İmam Şamilin rəhbərlik etdiyi illərə təsadüf edir. Rusiyanın Şimali Qafqaza marağı XVI əsrdə Kazan və Həştərxan xanlıqlarını işgal etməsindən sonra Terek çayına doğru irəliləyərək orada hərbi məntəqələr qurması ilə başlayıb. Ancaq bölgənin Rusiyanın bir hissəsinə çevrilməsi prosesində ilk mühüm addım 1722-ci ildə I Pyotrun əmri ilə rus ordusunun Çeçenistana müdaxiləsi ilə atılıb. XVIII əsrin sonunda yeni vüsət alan bu proses XIX əsrdə daha da genişlənib. XVIII əsrdə Şeyx Mənsurun rəhbərliyində Müridizm hərəkatı ilə rus işğalına müqavimət göstərən yerli xalqların müqavimətləri isə 1829–1859-cu illəri əhatə edən "İmamlar dövründə" yeni vüsət alıb. Sırası ilə Qazi Məhəmməd, Həmzət bəy və İmam Şamil liderliyində davam etdirilən müqavimətin uğursuzluğa düçar olmasından və 1877–1878-ci illərdəki Rusiya–Osmanlı müharibəsindən sonra bölgənin Rusiyanın tam nəzarətinə keçməsi isə yerli əhalinin mühüm bir hissəsinin Osmanlıya köçməsi ilə nəticələnib.
Tamamlıq
Tamamlıq — ikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən?
İmamlar
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd. Kəndin əsas təsərrüfatı kartof əkinçiliyidir. Bununla yanaşı heyvandarlıq və ovçuluq da inkişaf etmişdir. == Tarixi == == Toponimikası == Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı (kartofçuluq-əkinçilik, maldarlıq və heyvandarlıq) təşkil edir. == Din == Kənddə "Şəhidlər" məscidi dini icması fəaliyyət göstərir.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 213 nəfərdir. Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.
İmamalı Hüseynov
Bala Şamlıq
Bala Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Kiçik Şamlıq kəndi" deməkdir. Şamlıq komponentini tədqiqatçılar "şam ağacları çox olan yer", "şamlu tayfasının adı", "günəşə, işığa tapınanlar" və s. kimi açıqlamağa çalışmışlar. Lakin Azərbaycanda coğrafi termin şam yer (şamlıq) ifadəsi işlənməkdədir ki, bu da "otlu, xam yer" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd iki dağ silsiləsinin arasında, dərədə yerləşir. Kəndin içərisindən Zəyəmçay keçir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Bala Şamlıq kənd kitabxana filialı, Bala Şamlıq kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Böyük Şamlıq
Böyük Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin yaxınlığındakı Şəkərbəy dağlarının yamacları şam ağacları ilə zəngin olduğu üçün belə adlandırılmışdır. Buradakı böyük sözü ərazinin genişliyini bildirir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Qılman İmanlı
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Şamlıq (Loru)
Şamlıq (erm. Շամլուղ) —Tiflis quberniyasının Borçalı qəzasında, indi Ermənistan Respublikasının Loru mərzində (İndi Ermənistanın Tumanyan rayonunda) şəhər. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həmçinin 1887-ci ilə aid mənbədə Şambluq kimi də qeyd edilir. 1938-ci ildə şəhər tipli qəsəbə, 1995-ci ildə isə şəhər statusu almışdır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Axtala və Bendik kəndləri ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 700 nəfərdir. Toponim iki cür izah oluna bilər: 1. Kəndin adı orada Şam ağacının bolluğunu bildirir. 2.
Şamlıq (Tovuz)
Şamlıq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin məlumatına görə, oykonim "şam ağaclan çox olan yer" mənasındadır. Kəndin ərazisi qədim yaşayış məskənlərindən biri hesab edilir. Türk dil­lərində şam sözünün "sucaq yer, bataqlıq", "qamış", "iti uclu" mənaları da var. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənddə Şamlıq kənd kitabxana filialı, Şamlıq poçt şöbəsi (AZ6037) fəaliyyət göstərir. Kənddə Məzahir Quluyev adına Şamlıq kənd tam orta məktəbi fəaliyyət göstərir. 220 şagird yerlik tam orta məktəb binası 1 sentyabr 2014-cü ildə istifadəyə verilmişdir. Bundan başqa kənddə Şamlıq kənd ümumi orta məktəbi də fəaliyyətdədir.
Əlinasir İmanlı
Əlinasir Fərzulla oğlu İmanlı (19 yanvar 1962, Xıllı, Salyan rayonu) — Azərbaycan publisist və rejissoru. Əlinasir İmanlı 1961-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetində başlayıb. 1991-ci ilədək burda çalışıb. 1991-ci ildən Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetinə baş redaktor təyin olunub. 2000-ci ilə qədər bu redaksiyada fəaliyyət göstərib. Əlinasir İmanlı 1995-ci ildə AMEA-nın Milli Münasibətlər institutunun aspranturasını bitirib. İnstututda qalaraq elmi işçi kimi çalışıb. Azərbaycan ekologiyası və ətraf mühitin mühafizəsi (1969–1999-cu illər), Bakı, 1999, 300 səh.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
İmaməli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
İmaməli Rəhman
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli Rəhmanov
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
İmaməli İbrahimov
İmaməli Əhədzadə
Kəlbəli xan İmanlı-Avşar
Kəlbəli xan İmanlı-Avşar (?-1639) - Urmiya hakimi. == Həyatı == Kəlbəli sultan Qasım xan oğlu Urmiyada anadan olmuşdu. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barıt çatdırmışdı. Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. Şahdan xan ünvanı almışdı. I Şah Abbas Səfəvi əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq.
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Dağıstan və Çeçenistan imamı Şeyx Şamil adına məscid
Şeyx Şamil məscidi və ya Dağıstan və Çeçenistan İmamı Şeyx Şamil adına məscid — Dağıstanın Mahaçqala şəhərində Lenin Meydanında yerləşən məscid. Dini ibadətgah 2013-2017-ci illər ərzində Dağıstana rəhbərlik etmiş Ramazan Abdulatipovun təşəbüssü ilə 2015-2016-cı illərdə inşa edilmişdir. == Tikintisi == Şeyx Şamil adına məscid Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun təşəbbüsü ilə tikilib, onun ideyası əsasında hökumət binasının hər iki tərəfində pravoslav kilsəsi və məscid tikilib.. Məscidin tikintisinə 2015-ci ildə başlanılıb. 2016-cı ilin may ayında isə tikinti işləri başa çatdırılıb. Məscidin tikintisi üçün lazım olan maddi vəsait respublika rəhbərinin özü və Dağıstan Respublikasının Müftiliyi tərəfindən ayrılıb. Məscid Dağıstan aid memarlıq üslubunda tikilib və onu yalnız ayparanın yanında yerləşən məbəddən ayırd edə bilərsiniz. == Xüsusiyyətləri == Məscidin inşasında Dərbənddən gətirilmiş kərpicdən istifadə olunub. Məscid minarəsiz ikimərtəbəli kvadrat tikilidir. Məscidin zirzəmisi də mövcuddur.