Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
İrəvan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — indiki Ermənistan Respublikasının paytaxtı və ən böyük şəhəri. Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı.
Qaraqala (İrəvan)
Qaraqala - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Qarabulaq kəndinin nəzdində oba kimi qeyd olunmuşdur Qala adlarında "qara" sözü çox halda qara rəngini ifadə etmir. Qalanın divarları qara rəngə çala bilməzdi. Ona görə ki, təbiətdə qara rəngli daş yoxdur. Fikrimizcə "Qaraqala"ların əksəriyyəti türk dillərində qarrı "əski", "köhnə", "qədim" sözünün danışıqda "qara" formasını kəsb etməsi nəticəsidir. Bə'zi adlarda isə "qara" sözü ərəb dilində qəryə "kənd" mə'nasındadır. Qaraqala "köhnə (qədim) qala" mə'nasındadır. (Türkmənistanda Qarrıqala qala adları ilə müqayisə edin).
Qazıyevlər (İrəvan)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər. Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü. Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
İrəməl dağı
İrəməl dağı (başq. Ирәмәл) — Cənubi Uralda hündürlüyünə görə ikinci ən böyük dağ. Zirvə Başqırdıstan Respublikası Uçalı rayonunun şimal-qərbində, Belores rayonun şimal-şərqində yerləşir. Başqırdıstanın şərqində, Cənubi Ural dağlarının ən hündür zirvəsi olan Yamantau dağı Böyük İrəməldən 53 km şimal-qərbdə yerləşir. Dağ öz növbəsində iki zirvəli bir massivdir: Böyük İremel Qaban adlı platoyabənzər zirvə, hündürlüyü 1582,3 m; Kiçik İremel, hündürlüyü 1449,4 metr. Zirvələr öz növbəsində eni 1 km, hündürlüyü 1200—1250 metr olan sahə ilə ayrılırlar. Uzunluğu şimal-şərqdən cənub qərbə 12 km, şimal-qərbdən cənub-şərqə 8 km təşkil edir. Dağın yaxınlığından Tıqın, Sinyak, Böyük Avnyar, Karaqayka və Tyulyuk çayları axır. Bu çaylar öz növbəsində Ağidel çayının qollarıdır. Bu çay öz başlanğıcını Avalyak silsiləsindən götürür.
İrəvan(Vərəndə)
İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.
İrəvan (Vərəndə)
İRƏVAN — Yuxari Qarabağın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. Türk dillərində ir "dağın gündüşən tərəfi", "dalğavari suayrıcı", "dağ döngəsi" və farsca van "yer" sözlərindən ibarətdir. İrəvan şəhərinin adı ilə mənaca eynidir. Qeyd edilmişdir ki, V-XII əsrlər qədim erməni mənbələrində "Yerevan" şəhər adı çəkilir. İrəvan şəhər adının "Yerevan" forması erməni yazılışıdır, qədim erməni dilində "e" səsindən əvvəl "y" səsinin əlavəsi və bu səsin "ye" kimi oxunuş qaydası vardır. Bu söz Ermənistanda İrəbad və İrəkənd adlarında vardır. Qədim türk dillərində ir sözü Qara-İr (Goranboy rayonu), İrqar (Kəlbəcər rayonu Baş Qaracılı kəndi ərazisində təpə adı), İrdaq (Astara rayonu), Gürcüstanda Borçalı bölgəsində Qalaq-İr, Ermənistanda Aqut-ir oronimlərdə də var. Qədim türkmənşəli ir sözü Gürcüstanda V əsrdən çəkilən Taşir (orta əsrlərdə Dağ Borçalıda mahal adı) toponimində (türk dillərində taş "qaya" və ir sözlərindən) əksini tapmışdır. 1828-ci il Türkmənçay müqaviləsinin IV bəndinə görə İran-Rusiya sərhəd xətti Adnabazao çayının sahilində Çiko-İr dağından keçirdi. Bu ad qədim türk dillərində çik "dar dərə" və İr sözlərindən ibarətdir.
İrəvan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri İrəvan — indiki Ermənistanın paytaxtı və ən böyük şəhəri. Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. İrəvan əyaləti — İrəvan livası — İrəvan xanlığı — İrəvan quberniyası — İrəvan qəzası — Digər İrəvan bəyləri — İrəvan qalası — İrəvan qalasının işğalı — İrəvan gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. İrəvan Müəllimlər Seminariyası — 8 noyabr 1881-ci ildə İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladı.
İrəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
İrəvan bayrağı
İrəvan bayrağı (erm. Երևանի դրոշ) — Ermənistan Respublikasının paytaxtı İrəvan üçün istifadə olunan rəsmi bayraq. Bayraqda ağ fon üzərində İrəvan gerbini çevrələyən 12 qırmızı üçbucaq Ermənistanın keçmiş 12 paytaxtını simvolizə edir. Ağ fon isə təmizliyin və sadəliyin simvoludur. Bayraqda istifadə olunmuş rənglər Ermənistan bayrağının rəngləri eynidir, bu isə İrəvan şəhərinin paytaxt kimi Ermənistan üçün əhəmiyyətini simvolizə edir. Bayrağın son dizaynı 27 sentyabr 2004-cü ildə təsdiq olunmuşdur.
İrəvan gimnaziyası
İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir. Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. 1919 bağlanmışdır. Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək); Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək); Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək); İsmayıl bəy Şəfibəyov; Rəhim Xəlilov; Mirzə Məmmədvəli Qəmərlinski; Axund Məmmədbağır Tağızadə. İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru.
İrəvan livası
İrəvan livası— 1727 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi İrəvan idi. İrəvan livası nahiyəyə bölünürdü.
İrəvan FK
İrəvan Futbol Klubu və ya qısaca İrəvan — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. 2019-cu ildə yaradılmışdır. 2019-cu ildə yaranan klub ilk illərdə Azərbaycan Region Liqasında Paytaxt və Şimal qrupunda mübarizəyə qoşuldu. Bu klubun yaradılmasında Qərbi Azərbaycan İcması və bir qrup iş adamı yaxından dəstək göstərdi. Bakıda məskunlaşmağına baxmayaraq, klubun əsas auditoriya hədəfi 1980-ci illərin sonunda Ermənistandan köçürülən Ermənistan azərbaycanlılarıdir. Klub həvəskar fəaliyyəti dövründə öz ev oyunlarını Abşeron Olimpiya İdman Kompleksi və Şağan Olimpiya İdman Kompleksində keçirsə də, peşəkar klub kimi öz rəqiblərini hazırda ASK Arenada qəbul edir. 2024-cü ildə komanda Azərbaycan 1.ci Liqasında mövsümü 8.ci bitirməyinə baxmayaraq bir neçə futbolçusunun və komandanın danışılmış oyunlarda iştirakından və maliyyə problemlərindən dolayı AFFA tərəfindən bütün turnirlərdən kənarlaşdırılıb. Klub 2021/2022-ci il mövsümündən etibarən Azərbaycan Region Liqasında mübarizəyə başlamışdır. Həmin mövsüm Paytaxt Zonası B qrupunda mübarizə aparan klub Şahdağ Qusar FK, Cəbrayıl FK və Bakının Davam FK klubları ilə oyunlarda zəif nəticə göstərərək sonuncu pillədə qərarlaşmışdır. Azərbaycan Region Liqası 2022/2023 mövsümündə yenidən Paytaxt zonası B qrupunda oynamış, yekunda 3 qələbə və 9 məğlubiyyətlə pley-off mərhələsində qrupu 7 komanda arasında 5-ci bitirmişdir.
İrəvan hamamları
İrəvan hamamları — İrəvan şəhəri orta yüzillərin ən böyük Qafqaz şəhərilərindən biri kimi, çoxlu mədəni tikililərə də malik olmuşdur. Belə tikililər sırasında hamamlar mühüm yer tutur. İ. Şopen 1829–1832-ci illərdə belə hamamlardan 9-unu siyahıya almışdır.
İrəvan karvansaraları
İrəvan karvansaraları — İrəvan şəhəri Qafqazın mühüm ticarət mərkəzlərindən olduğu üçün burada çoxlu karvansaralar var idi. Şəhərin ruslar tərəfindən işğalından sonra İ. Şopen 1829–1832-ci illərdə şəhərdə hələ mövcud olan belə karvansaralardan 7-i qeydə almışdır. Bişmiş kərpicdən tikilmiş və əsasən şəhərin mərkəzində, Bazar meydanının ətrafında yerləşən bu karvansaralar XVI–XVIII yüzillərin yadigarı olmaqla Azərbaycan-türk mədəniyyətinin parlaq nümunələridir.XIX əsrin sonlarına İrəvan şəhərində 20-ə yaxın karvansara mövcud olmuşdur. İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvansara mövcud olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən karvansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qalmışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən inşa olunmuş və görünüşləri əla idi. Hər bir karvansaranın ətrafında dükanlar cəmləşmişdi. Şəhər karvansaraları və onların ətrafında olan dükanlar bunlar idi. Karvansaralarən müəyyən hissələri müxtəlif adamlara, digər hissəsi isə xəzinəyə aid idi. Xəzinə karvansaraları icarəyə verilirdi.Karvansaralarda cəmi 252 dükan var idi.
İrəvan metropoliteni
İrəvan metropoliteni (erm. Կարեն Դեմիրճյանի անվան Երևանի Մետրոպոլիտեն; bütöv adı — Karen Dəmirçiyan adına İrəvan metropoliteni) — Ermənistanın İrəvan şəhərində mövcud olan metro xətti. Metro İrəvan şəhərində ilk dəfə olaraq 7 mart 1981-ci ildə istifadəyə verilmişdir. Bir xətt üzərində yerləşən metro 10 stansiyadan ibarətdir. Xəttin ümumi uzunluğu 12,1 km-dir. Adi sxem üzrə vaqonlar «Dostluq» stansiyasından «Qaryagin Njde meydanı» stansiyasına hərəkət edir. Metro xətti bir istiqamətli olduğundan vaqonlar «Çarbax» stansiyasından «Şenqavit» stansiyasına gəldikdən sonra maşinist qatarın digər hissəsində yerləşən kabinadan vaqonları geriyə əks istiqamətdə aparmalı olur. Səkkiz stansiyanın isə gələcəkdə tikintisi planlaşdırılır. Metropolitenin tikintisinə hələ 1972-ci ildən başlanmışdır. İlk əvvəl yeraltı tramvay xətti kimi planlaşdırılmışdır.
İrəvan qalası
İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان‎, Ghaleh-ye Iravân) — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb. Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir. Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən strateji cəhətdən vacib yerdə, Zəngiçayın sahilində inşa etdirilmişdir.
İrəvan qapısı
İrəvan qapısı və ya Xəlfəli qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə Gəncə və Ağoğlan qapılarıdır. Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən “Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.” Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.
İrəvan quberniyası
İrəvan quberniyası — Rusiya imperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi İrəvan şəhəri idi. 1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. Bütün keçmiş "Erməni vilayəti", o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Novobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü.
İrəvan qəzası
İrəvan qəzası İrəvən quberniyasının orta cənub hissəsində yerləşmiş və cənub-qərbdə İranla həmsərhəd olmuşdur. Relyef cəhətcə qəza şimal-şərqdə dağlıq və cənub-qərbdə ovalıq hissədən ibarət olmuşdur. Qəzanın ovalıq hissəsi Araz çayı boyunca uzanır, Şərur-Dərələyəz qəzası ilə sərhəddində ən alşaq hissəsi dəniz səviyyəsindən 2667 fut hündürlüyə malikdir. Qəzanın ən hündür nöqtəsi İrəvan şəhəri yaxınlığında olub, dəniz səviyyəsindən 3200 fut hündürlüyə malikdir. Qəza vulkanik dağ silsiləsinə malikdir. Göyçə gölü əhatəsində olan bu silsilə Aqamanqan (Ağaməngən?) (10173 fut), və Ağ-dağ kimi sönmüş vulkanlara malikdir. Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünüə görə İrəvan quberniyasının tərkibində 5 qəza vardı: İrəvan qəzası, Aleksandropol qəzası, Novobəyazid qəzası, Naxçıvan qəzası və Ordubad qəzası. İrəvan qəzası 4 nahiyədən ibarət idi: Zəngibasar nahiyəsi Sürməli nahiyəsi Şərur nahiyəsi Sərdarabad nahiyəsi 1913 cü ildə Kəndləri Əli Məhəmməd qışlağı Arınc, Арамусское — с. Aramus, Арминское — с.
İrəvan sancağı
İrəvan sancağı — Liva-i İrəvan (İrəvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi.
İrəvan teatrı
İrəvan Dövlət Azərbaycan Dram Teatrı — İrəvanda yaradılan azərbaycandilli ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880–81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar. Teatrın ilk illərində (1880–1882) İrəvanda həvəskar aktyorlar tərəfindən tamaşalar təqdim olunurdu. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında mədəni hadisəyə çevrilir, lakin F. Köçərli, 1895-ci ildə İrəvanı tərk edir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir.
İrəvan tramvayı
İrəvan tramvayı (erm. Երևանյան տրամվայ) — Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən tramvay sistemi. İrəvanın tramvay sistemi 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyanın maliyyə dəstəyi ilə at-dəmir yolu şəklində açılır. XX əsrin ikinci yarısında tramvayda 12-yə qədər marşrut mövcud olur. Bunlara 2 tramvay deposu xidmət göstərir. Tramvay xətti 21 yanvar 2004-cü ildə bağlanılır. İrəvanda tramvay sisteminin bağlanması zamanı bir marşrut fəaliyyət göstərirdi. Ermənistan ərazisində yalnız İrəvan şəhərində tramvay xətti mövcud olmuşdur. Ermənistanda tramvayın indiyə qədər mövcud olduğu yeganə şəhər İrəvan idi. 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyan İrəvan şəhər at-dəmir yolu açdırı.
İrəvan trolleybusu
İrəvan trolleybusu (erm. Երևանյան տրոլեյբուս) — Ermənistanın İrəvan şəhərində fəaliyyət göstərən trolleybus sistemi. Trolleybus xətti 16 avqust 1949-cu ildə fəliyyətə başlamışdır. Hazırda beş xətt fəaliyyət göstərir (1, 2, 9, 10, 15). İrəvan trolleybus sistemi İrəvanın bir ictimai nəqliyyat şəbəkəsini təşkil edir. Gümrü trolleybus sistemi 2005-ci ildə bağlandığından Ermənistanın tək trolleybus sistemi olmuşdur. Vaxtı ilə böyük bir sistem olmuşdur. 300 trolleybusdan ibarət olan sistem 20 xəttə sahib idi. Burada əsasən Çexoslavakiya istehsalı olan Skoda 9TR, 14Tr və ya Sovet istehsalı olan ZiU-682 modelləri istifadə edilirdi. Hazırda beş xətt fəaliyyət göstərir.
İrəvan xanlığı
İrəvan xanlığı (az-əbcəd. ایروان خانلیغی‎; fars. خانات ایروان‎‎, translit. Xānāt-e Iravān; erm. Երևանի խանություն, translit. Yerevani xanutyun) — Azərbaycan xanlıqlarından biri, Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövlət. İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi. İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi.
İsekay
İsekay (yaponca: 異世界) (hərf. "fərqli dünya") – Yaponiya fentezi anime, manqa, ranobe və videooyunlarının altjanrı. Bu altjanrda heç bir fərqli xüsusiyyəti olmayan personaj paralel kainata düşür və ya həbs olur. Çox vaxt bu kainatlar bu personajların dünyasında uydurma kainat kimi məlumdur, lakin bəzən bu onlara məlum olmaya ola bilər. Bu kainat virtual dünya da ola bilər (məsələn, "Sword Art Online") və ya tamamilə fərqli və ancaq protaqonistin əvvəlki dünyadan xatirələr daşıdığı dünya da (məsələn, "Saga of Tanya the Evil") ola bilər. Bəzən isə ikisi də baş verə bilər. Məsələn "Log Horizon" və "Overlord" seriyalarında virtual reallıq reallığa çevrilir. Bu altjanr arzunun həyata keçirilməsi ilə xarakterizə olunur: NEET, oyunçu və ya hikikomori xüsusiyyətləri daşıyan şəxs fərqli dünyaya transportasiya olur. Yeni fentezi dünyasında onlar real həyatda onlar üçün əhəmiyyətli olmayan oyun bacarıqlarından istifadə edə bilirlər. Onların yeni dünyada əldə etdikləri güc bəzən hər kəsi məhv edəcək qədər güclü (məsələn, "In Another World With My Smartphone") və ya çox zəif ola bilər (məsələn, "Re:Zero"-da baş qəhrəman öləndə yenidən dirilmək gücündən başqa heç bir gücə malik deyil).
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Isekai Shokudō
Restaurant to Another World (azərb. Başqa dünyaya restoran‎) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂, azərb. Alternativ dünya restoranı‎) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == "Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı"‎) alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir. == Media == === Ranobe === Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.
Trekul yukkası
Trekul yukkası (lat. Yucca treculeana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır (Texasdan Şərqi Meksikaya qədər). Hündürlüyü 5 m-ə qədər, oduncaqşəkilli, zəif şaxələnmiş, yavaş böyüyən həmişəyaşıl növdür. Gövdəsi düz, ağımtıl rəngdədir. Yarpaq rozetləri ilə qurtaran budaqlı balaca ağacdır. İynəyarpaqları 30 dərəcəlik bucaq altında düzünə, dairəvi şətir əmələ gətirir. Mavi-yaşıl rəngli düz və ya bir az əyilmış yarpaqları sıx rozetlərə yığılmışdır. Sıx yerləşmış yarpaqları qılıncşəkilli, uzunluğu 120 sm-ə qədər, ortasında eni təxminən 7-9 sm olub, bünövrəsində tərəf ensizləşir. Yarpaqları dərili, hər iki tərəfdən çıxıntılı, xətvarıdır, tünd-yaşıl rəngdədir, uzunluğu 60-80 sm, süpürgə oxu çılpaqdır.
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
Rektal prolaps
Rektal prolaps — Düz bağırsağın anusdan xaricə çıxmasıdır. Rektal prolaps anal sfinkter əzələlərinin zəifləməsi ilə əlaqədar inkişaf edir. Düz bağırsağın sallanması cərrahi xəstəliklərin 0,2–0,9%-ni, ptoktoloji xəstəliklərin isə 3–5%-ni təşkil edir. Qadınlarda kişilərə nisbətən 6 dəfə çox rast gəlir (80%). Adətən 4 yaşa qədər uşaqlarda müşahidə olunur.
Rektal qanaxma
Rektal qanaxma — Anal kanaldan öz-özünə qan gəlməsi, defekasiya və ya gücənmə zamanı qan xaric olunması hadisəsidir. Yoğun bağırsağın anal kanala yaxın sol hissəsindən qanaxmalar açıq və parlaq qırmızı rəngli olur. Yoğun bağırsağın sağ yarısından qanaxma tünd rəngdə, mədə və onikibarmaq bağırsaqdan qanaxmalar isə qara rəngdə, qəhvə çöküntüsünə bənzər (melena) olur.