Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.it
.it — İtaliyanın internet kodu.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponiyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
İt boğuşdurması
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Tosa (it)
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Koko (it)
Koko (9 aprel 2005, Viktoriya – 18 dekabr 2012) — Avstraliyalı it aktyor. O 2011-ci ildə ekranlara çıxan "Qırmızı it" filmində baş rola çəkilmişdi. Koko bu filmdə Avstraliyada məşhur it olan Qırmızı iti canlandırmışdı. Koko sağ olanda xeyriyyə məqsədləri üçün vəsait toplayırdı. Onun sahibi "Qırmızı it" filminin prodüseri Nelson Woss idi. "Qırmızı it" seriyası ilə bağlı ikinci film 2019-cu ildə çıxıb və bu sənədli filmdə Kokonun hekayəsindən və ondan sonra yaşadıqlarından bəhs edilir. == Həyatı == Koko 2005-ci ildə Avstraliyanın Viktoriya ştatında anadan olub. İlk sahibləri seleksiyaçılar Carol və Len Hobday idi. Onu it şoularında iştirak etməsi üçün təlim keçmişdilər. Koko 2006-cı ilin yanvarında onlara məxsus olduğu zaman "Ən Zəhmətkeş İtlər" mükafatını qazanmışdı.
Boji (it)
Boji — sosial mediada İstanbulda mütəmadi olaraq ictimai nəqliyyatla səyahət etdiyi üçün tanınan it. == Həyatı == Kanqal və çoban iti arasında xaç olan Boji 2021-ci ildə ictimai nəqliyyatla İstanbulun ilçələri arasında səyahət etdiyi üçün tanınıb. O, bu adı metroya mindiyi zaman boji sahəsində yatdığı üçün almışdır. Onun səfərləri zamanı vətəndaşlar tərəfindən çəkilmiş fotoları internetdə yayılaraq məşhurlaşmışdır. 18 avqust 2021-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Bojiyə taxılan mikroçip sayəsində Bojinin İstanbulun iki qitədəki ilçələri də daxil olmaqla bir gündə 29 dayanacaq gəzdiyi müəyyən edildi. Bojinin marşrutunu izləmək üçün xüsusi proqram da hazırlanıb. 2021-ci ilin oktyabr ayından etibarən Metro İstanbul Bojinin qidalanmasını öz üzərinə götürdü. Onun üçün Kadıköy-Moda tramvay xəttində xüsusi daxma tikilib. Boji günlərinin bir hissəsini bələdiyyəyə məxsus qocalar evində keçirir. Boji haqqında beynəlxalq xəbər agentlikləri və mediada da məlumatlar yayılıb və onun nüfuzu Reuters Xəbər Agentliyi vasitəsilə dünyaya yayılıb.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt döyüşü
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
İt itburnu
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı və ya Hayırsızada sürgünü – 3–4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında göndərilərək öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir. == Tarixi == === Zəmin === İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etmiş, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başlamışdr. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirilmişdir. === Qətliam === XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başlamışdılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşmışdır. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirilmişdir və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlanmışdır. Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirilmişdir.
Shake it up
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Maksim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci ilə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Qırmızı it (film)
Qırmızı it (ing. Red Dog) — 2011-ci ildə istehsal olunmuş Avstraliya filmi. Film real hadisələr əsasında çəkilmişdir. Qırmızı it rolunu Koko canlandırır. Film itkin düşmüş sahibini axtaran it haqqındadır.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
İT-Park (Kazan)
Yüksək texnologiyalar sahəsindəki "İT-park" texnoparkı, "Rusiya Federasiyasında yüksək texnologiyalar sahəsində texnoparkların inşası" kompleks proqramı çərçivəsində Tatarıstan Respublikasının ərazisində inşa edilmiş informasiya və rabitə texnologiyası texnoparkıdır. "İT-park" texnoparkın əsas məqsədi İT şirkətlərinin inkişafını sürətləndirmək və Tatarıstan Respublikası iqtisadiyyatında İT sənayesinin payını artırmaqdır. Tam adı "Yüksək texnologiyalar sahəsində" Texnopark "İT-park" dövlət təşkilatıdır ". İT-park Teknoparkın inşasına 2008-ci ildə federal büdcə və Tatarıstan Respublikasının büdcəsi hesabına başlanmış və 2009-cu ilin oktyabrında başa çatdırılmışdır. Zonanın Kazan şəhərinin stansiyaları, Tukay Meydanı və Kazan metrosunun Sukno qəsəbəsi yaxınlığında, yəni mərkəzi hissədə yer alması təyin edildi.İT park binaları kompleksi texnopark infrastrukturunun əsas hissəsini özündə cəmləşdirən 5 mərtəbəli müasir bir binadan və keçmiş kazarmaların yenidən qurulmuş iki binasından ibarətdir. İT parkının ümumi sahəsi 30 min kvadratmetrdən ibarətdir. Rusiya Federasiyası Kommunikasiya və Kütləvi İnformasiya Naziri İqor Şeqolev və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirak etdiyi İT Park Biznes İnkubator 2011-ci ilin aprelində fəaliyyətə başladı. Ərazidə Autodoriya, AK BARS Bank, ICL-KPO VS, BARS Group, GLONASS + 112, İnnovativ İdarəetmə Sistemləri, BİLİŞİM, Microsoft Rus, Sky, NPO VS, Russian Post, Document Circulation System, SIT, StartUp, StartBase TiTi Group, Fujitsu, RT CIT, Kontur SKB şirkətləri yerləşdirilmişdir. 2015-ci ildən etibarən Kazanda İT parkda İT Akademiyası və İnkişafı Mərkəzi uğurla fəaliyyət göstərir və vətəndaşlar və hüquqi şəxslər üçün əlavə peşə təhsili xidmətləri göstərir. İnformasiya Texnologiyaları Akademiyası, təhsil fəaliyyətlərini həyata keçirmək üçün lisenziyaya malikdir və bunun çərçivəsində 3 təlim formatı həyata keçirilir: uşaqlar üçün qabaqcıl təlim, peşəkar yenidən hazırlıq və ümumi inkişaf proqramları.
Biql (it cinsi)
Biql — ov itləri cinsi. == Haqqında == Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur.
İt həyatı (film, 1918)
"İt həyatı" (ing. A Dog's Life) — rejissor Çarli Çaplinin filmi. Əsl avara Çarli çəpərin altında gecələyir, boş yerə özünə iş axtarır və asanlıqla polisdən qaçır. Avaranı təkcə bir fakta görə başa düşmək olar: onun qalmağa yeri olmayan iti Çarli kimi rədd edilməyib və onun başqa itlərlə münasibəti var. Çarli Çaplin bu filmi haqqında demişdir: "Filmin süjetində əsas yeri satira tutur. Avaranın və itin həyatı paralel göstərilir. Bu ana xətt mənim bura yığdığım bütün müxtəlif trüklər və adi komediya elementlərinə xidmət edir." Ssenari müəllifi : Çarli Çaplin Rejissor : Çarli Çaplin Operator : Roland Totero Prodüser : Çarli Çaplin Çarli Çaplin – avara Edna Pörviens – müğənni Tom Vilson – polis Henri Berqman – kafedəki kök işsiz qadın Sidni Çaplin – satıcı Çarlz Reysner – ticarət agenti Billi Vayt – kafe sahibi Albert Ostin – oğru Bad Cemison – oğru Ceyms Kelli İt həyatı — Internet Movie Database saytında.
Ot-İl
Ot-İl (fr. Haute-Isle) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 333 nəfər (2005). Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbdə, Serji belediyyənin 30 km şimal-qərbdə yerləşir.
Neftçi İK İB
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir. 12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına baxmayaraq mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
It
Ը, ը — (Səslənməsi: ıt, erm. ըթ) - erməni əlifbasının səkkizinci hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Is It a Crime?
"Is It a Crime" — 1986-cı ildə çıxan Promise (1985) albomundan ingilis qrupu Sade-nin bir mahnısı. Epic Records tərəfindən yayımlandı və daha sonra qrupun bir çox albomunda yer aldı. Mahnını Şade Adu, Andrew Hale və Gordon Matthewman yazdı. == Rəylər == AXS-dən Tanya Rena Cefferson, «„Is It A Crime“ — ifadəsini beyninizi mənəvi sevinclə dolduran Smooth caz üslubunda caz mahnısı olduğunu söylədi ("yumşaq caz", "asan caz", "pop caz"). Sade sevginin necə olduğuna inamla oxuyur və o qədər aşiq olduğu üçün sevgilisini bu qədər sevdiyi bir cinayət olduğu təqdirdə heyran qalır. Romantik mahnının qulaqları qəfil rahatlaşma və rahatlıqla dolduran böyük bir temp var.» The Guardian’dan Sofi Hevud şərh etdi: “Şadenin epik nisbətlər baxımından əhəmiyyətsizliyini 1986-cı ildən bəri uzun altı metaforaya qədər olan altı dəqiqəlik təkbaşına təsdiqlədi: burada sevgisi“ Viktoriya gölündən daha geniş ... İmperiya Dövlətinin üstündədir ” və əlbəttə yarısını keçməyə qadirdir dünya».
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Yodel It!
Yodel It! (azərb. Yodellə!‎) — Rumıniyaın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İlinka və Aleks Florea "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnının sözləri Aleksandra Nikulaya, musiqisi isə Mihai Aleksandruya aiddir. Musiqi tənqidçilərindən qarışıq rəylər qazanan mahnı Avroviziyada Rumıniyaya finalda 7-ci yeri qazandırmışdır.
Dzirav çölündə döyüş
Dzirav çölündə döyüş — 371-ci ildə Sasani və Roma arasında baş vermiş döyüş. Nəticədə Albaniya Otena (Uti), Sakasena, Kambisena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983-cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989-cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Let It Snow! Let It Snow! Let It Snow!
Let It Snow! Let It Snow! Let It Snow! və ya daha çox bilinən adıyla Let It Snow! 1945-ci ildə sözləri Semmi Kan, musiqisi Jüli Stayn tərəfindən yazılmış məşhur mahnı. Mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərindən birində lentə alınıb. Mahnı ilk dəfə Voqn Monronun ifasında, 31 oktyabr 1945-ci ildə lentə alınıb. Bundan sonra mahnının dünya turnesi başlayıb və mahnı dünyanın ən məşhur, dahi ifaçılarının repertuarına daxil olub. Hələ Voqn Monronun ifasında mahnı elə yazıldığı ildəcə Billboard hit paradının birinciliyinə yüksəlib və uzun müddət bu yerini qoruyub. Mahnının tarixçəsində sözsüz ki, ən sevilən və mükəmməl ifalardan biri Vudi Herman və Bob Krosbinin jazz qrupu tərəfindən 1945-ci ilin sonu, 1946-cı ilin əvvəllərində lentə alınan ifa olub.
It's the Falling in Love
It's the Falling in Love — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Kokand
Kokand (özb. Qo‘qon / Қўқон;fars. خوقند‎; Chagatai: خوقند; rus. Коканд) — Özbəkistanın Fərqanə vilayətində iqtisadi və mədəni mərkəzi olan şəhər. == Tarixi == === Buxara xanlığı === === Cığatay xanlığı === === Kokand xanlığı === == Coğrafiyası == Şəhər, paytaxt Daşkəndin 228 km. cənubi-şərqində yerləşir. == Əhalisi == Fərqanə vilayətində olan şəhərin 2001-ci ildə rəsmi əhalisi 197.450-dir. Burada Özbəklər üstünlük təşkil edirlər.
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. == Xassələri == Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b. Parıltısı almazı, şüşəli. Sərtliyi 9.
Kokonse adası
Kokonse adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yam adalarına daxildir. == Coğrafiya == Təxminən bərabər ölçüdə iki bir-birindən 120 metr məsafədə yerləçən adadan ibarətdir. Onlar Pyaqin yarımadasındakı Pyaqin burnindan təxminən 15 kilometr şərqdə yerləşirlər. Yam adalarının ən böyüyü Matıykildən 1,5 kilometr şimal-şərqdə yerləşir. Kokonsey enmə praktiki olaraq mümkün deyil. Ən yüksək yeri 35 metrdir. Qonşu akvatoriyasının dərinliyi 14–61 metrdir. Adada təxminən 150 cüt eynəkli təmizçi yuvası vardır.
Kokand xanlığı
Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacik və qırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilik və köçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi. Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi. == Tarixi == 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir.
Alfa Konde
Alfa Konde (fr. Alpha Condé; 4 mart 1938[…], Boke[d], Fransa Qvineyası[d], Fransa Qərbi Afrikası[d]) — 2010-cu ildən Qvineyanın prezidenti olan qvineyalı siyasətçi, “Qviney millətinin birliyi” partiyasının lideri. 1993-cü və 1998-ci ildə keçirilən seçkilərdə o, 2 dəfə Lansana Konteyə uduzmuşdu. 3-cü dəfə o, 2010-cu ildə seçkilərə qatıldı və səsvermənin iki raunduna əsasən, prezident seçildi. Dekabrda vəzifəyə keçən Konde ölkəsinin tarixində ilk azad şəkildə seçilmiş prezident oldu. == Bioqrafiyası == Konde 4 mart 1938-ci ildə Aşağı Qvineyanın Boke şəhərində anadan olmuşdur. O, madinkalar millətinə aiddir. Konde evlidi və Alfa Mohamed alfa Konde adlı oğlu var. 15 yaşında o, Fransaya köçdü, təhsilini Paris məktəblərində və Sorbonnada alırdı. Müxalifiətçi olduğu üçün 1991-ci ilə qədər mühacirətdə idi.
Jül Kunde
Jül Kunde (12 noyabr 1998, XIV arondisman) — İspaniya La Liqasında çıxış edən Barselonanın və Fransa milli komandasının müdafiəçisi. == Karyerası == === Bordo === "Bordo"nun heyətində ilk matçına 13 yanvar 2018-ci ildə keçirilən "Trua" – "Bordo" matçında çıxıb. Matç "Bordo"nun 0–1 hesablı qələbəsi ilə başa çatıb. "Bordo"da ilk qolunu 10 fevral 2018-ci ildə keçirilən "Bordo" – "Amiens" matçının 31-ci dəqiqəsində vurub. Matç "Bordo"nun 3–2 hesablı qələbəsi ilə başa çatıb. 3 iyul 2019-cu ildə "Bordo"dan ayrıldı. === Sevilya === 3 iyul 2019-cu ildə "Sevilya"ya transfer olundu."Sevilya"da ilk matçına 22 iyul 2019-cu ildə keçirilən "Liverpul" – "Sevilya" matçının 46-cı dəqiqəsində çıxıb. Matç "Sevilya"nın 1–2 hesablı qələbəsi ilə başa çatıb. "Sevilya"nın heyətində ilk qolunu 18 dekabr 2019-cu ildə keçirilən "Berqantinos" – "Sevilya" matçının 16-cı dəqiqəsində çıxıb. Matç "Sevilya"nın 0–1 hesablı qələbəsi ilə başa çatıb.
Kokand 1912 FK
Kokand 1912 FK (özb. Қўқон 1912 футбол клуби) — Özbəkistanın Kokand şəhərini təmsil edən Özbəkistanın peşəkar futbol klubudur. Klub hal-hazırda Özbəkistan Liqasında mübarizə aparır. == Tarixi == Kokand 1912 FK klubu Özbəkistanın qədim futbol klublarından biri hesab olunur. Klub 1912-ci ildə təsis edilmişdir. Qo'qon 1912 klubu ilk mövsümünə 1992-ci ildə Özbəkistan Liqasında başlamışdır. Həmin ildə klub liqada 6-cı yeri tutmuşdur. Həmin ildə klub adını Temiryol,i Qo'qon olaraq dəyişdirmişdir. İlk dəfə iştirak etdikləri Özbəkistan Kubokunda 1992-ci ildə finala vəsiqə qazanmışdılar. 25 oktyabr 1992-ci ildə Səmərqənddə baş tutan final görüşündə Navbahor Namanqan FK klubu ilə üz-üzə gələn klub əsas vaxtda heç-heçə etdilər.
Məhəmmədəli xan (Kokand xanı)
Məhəmmədəli xan (1808-1842) — 1822-1842-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. Atası Ömər xan 1822-ci ildə xəstələnib vəfat etdiyi zaman, taxtına o zamanlar 15 yaşlarında olan Məhəmmədəli xan (Madali) oturmuşdur. Atası kimi adil və dindar bir hökmdar olan Məhəmmədəli xana, Kokand xalqı muadil vəya Məhəmmədəlinin qısaltması olarak “Madali” deyə xitab etmişdir. Məhəmmədəli xan, atasının bıraxdığı qanun-qaidə üzərində ayaqda qalmış, Kokandlılar asudə bir dövr və könül xoşnutluğu içində olmuşdular. Dövlət iqtisadiyyatının inkişaf etdiyi, xəzinənin zənginləştiyi, Kokandda böyük bir mədrəsənin tikildiyi, Fərqanə vadisində sulama sistəmi gəliştirilərək “Xan Arik” dənilən büyük kanalların açıldığı bu dönəmdə, Məhəmmədəli xanın ilk icraatı kardəşi Mahmut Xanı və akrabalarını sürgünə göndərmək olmuştur. Kokand taxtı üzərindəki hakimiyətini sağlamlaştıran Madali, Kokand daxilindəki Qırğız, Qıpçaq və digər köçərilər arasında ekonomik və siyasi istiqrarı sağlamış, onları oturaq həyata keçirəbilmək için yeni yərləşim alanları və xəstəxanalar qurmuşdur. Kokand xanlığının ən güclü olduğu və ən geniş sınırlara çatdığı Məhəmmədəli xan dönəmində öncəliklə Pamir, Bədaxşan, Xocənd, Daşkənd, Cənubi Qazaxıstan, Qaşqar ilə Qırğızistanın tamamı Kokand xanlığının hakimiyəti altına girmiştir. Ardından Çin üzərinə yönələn Madali, 1826-cı ildə Qaşqar əski hökmdarlarının soyundan olan Cahangir Xocanın dəvəti üzərinə Şərqi Türksitana qüvvə göndərmiş və Gülbağ deyilən mövqedə Çinlilər (Hıtay) ilə savaşarak qazi ləqəbini almışdır. İbrətinin vərmiş olduğu bilgilərə görə, o zamana qədər Kokand xanlarından heç kimsə küffar ilə muharibə qılmamış və qazilik lakabına nail olmamıştır. Çindəki Hocalar və Qırğızların isyanına dəstək verən Məhəmmədəli xan, Minyol, Qaşqar, Yarkənt, Xotan və Aksu kimi şəhərləri də ələ keçirməyi başarmıştır.