Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtax
İtax ət-türki (v. 849, Abbasilər) — xəzər əsilli xilafət sərkərdəsi. == Həyatı == İtax 815-ci ildə qulam kimi Qafqazdan Abbasilər ordusuna cəlb edilmişdi. Əvvəlcə xəlifənin mətbəxində çalışmışdı. İtax—aşpaz adını da burdan alıb. İtax ət-Türki sonra Xilafət orusundakı Xəzər qoşun kontingentinin sərkərdəsi oldu. Xürrəmilərə qarşı xilafət ordusunda sərkərdələrdən biri idi. Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi.
IMAX
IMAX (Image Maximum) yüksək ölçülü və aydın təsvir qabiliyyətinə malik film nümayişi sistemidir. Sistem Kanadanın əyləncə texnologiyaları şirkəti olan IMAX Corporation tərəfindən icad edilmiş və inkişaf etdirilmişdir. Adi bir film çərçivəsi 35 mm formatdadır, IMAX filmləri isə 70 mm-dir. Imax texnologiyasında 2D və ya 3D formatında nümayiş etdirilən film 7 mərtəbəli bina hündürlüyündə və basketbol meydançası boyda nəhəng ekrana proyeksiya edilir. IMAX sistemi indiyə qədər qurulmuş ən güclü 15.000 vattlıq proyeksiya lampası ilə əks etdirilir. Bu işığı hətta Aydan da görmək mümkündür. Təsviri 6 kanallı rəqəmsal surround səs sistemi müşayiət edir. Standart IMAX ekranının eni 22 metr və hündürlüyü 16 metrdir. Bundan əlavə, omni-max adlı IMAX tipində balıqgözü linzaların köməyi ilə təsvir sferik ekrana proyeksiya edilir və üfüqi oxda 180 dərəcə təsviri təmin edir. IMAX xüsusi məkanlarda geniş formatda təqdim edilən dünyanın ən uğurlu film nümayişi sistemidir.
Irmax iyesi
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Kəmax
Kəmax — Ərzincanın 9 ilçəsindən biridir. == Əhalisi == 2016-cı ilin məlumatına görə ilçədə 7.125 nəfər yaşayır.
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. == Ümumi məlumat == Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları - yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi.XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
WiMAX
WiMAX — Geniş qurğu spektoru üçün uzun məsafələrdə universal simsiz rabitəni təmin etmək məqsədi ilə hazırlanmış telekommunikasiya texnologiyasıdır (stansiya və portativ kompüterdən tutmuş mobil telefona gədər). WiMAX şəbəkəsi ənənəvi simli texnologiyaların istifadəsi ilə qoşulmaq imkanı olmayan abunəçilərə geniş zolaqlı xidmətlərin göstərilməsinə imkan yaradır. WiMAX texnologiyası yüksək keyfiyyətli rabitə və məlumatların ötürülməsi sürətini təmin edərək, sıx şəhər tikilmə yerləri daxil olmaqla, hər bir şəraitdə işləmək imkanını yaradır. WiMAX "son mil" geniş zolaqlı birləşmənin yaradılması, simsiz çıxış nöqtələrin yerləşdirilməsi, şirkət filialları arasında şəbəkənin təşkili və digər məsələlərin həlli üçün istifadə edilə bilər. Wimax Texnologiyası-Wimax (Worldwide Interoperability for Microwave Access) ingilis dilindən tərcümədə-Mikrodalğalı Giriş üçün Beynəlxalq Qarşılıqlı təsir qabiliyyəti mənasını verir. Wimax 10 GHs ilə 66 GHs tezlik diapozonunda işləyən və naqilsiz sistemlərin xüsusiyyətlərini ifadə edən İEEE 802.16 standartlarının digər adıdır. İlk növbədə Wimax geniş coğrafi sahəni əhatə edən və yüzlərlə istifadəçiyə çox aşağı xərclə xidmət göstərə bilən naqilsiz internet xidmətidir. Wimax necə işləyir? Wimax komyuterləri, mobil telefonları, Wimax proqramı ilə təchiz edilmiş digər cihazları naqilsiz internet xidməti ilə təmin edən və mikrodalğa texnologiyasını istifadə edən bir quruluşdur. Wimax texnologiyasına naqilsiz məlumat-xəbərləşmə bağlantısı qurarkən istifadə edilən baza stansiyaları daxildir.
Yomax
İdman
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. == İdmanın faydaları == İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
İrmaq
İrmaq (ing. river) - çap olunmuş sənəddə sözlər arasında olan və bir sətirdən o biri sətrə axını xatırladan boşluqlar. İrmaq ya ensiz sütunda düzləndirilmiş yazı zamanı yaranır, ya da proqram təminatının və ya printerin yetərincə çoxtərəfli olmaması ilə bağlı olur.
İtami
İtami (yap. 伊丹市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
İthaf
İthaf (film, 1969)
İtoman
İtoman (yap. 糸満市 — Yaponiyanın Okinava adasındakı Kyusyu regionunun Okinava prefekturasında yerləşən şəhər. == Coğrafi yerləşməsi == Şəhərin yaxınlığında Tomiqusuku şəhəri və Yese qəsəbəsi yerləşir. == Əhalisi == Şəhərin əhalisi 58 142 nəfər təşkil edir (1 avqust 2014), hər km² əraziyə 1246,88 nəfər düşür. == Rəmzi == Adanın rəmzi (Ficus microcarpa) Kiçik meyvəli fikus ağacıdır. == Görməli yerləri == 1975-ci ildə şəhərdə Okinava adasının Sülh Memorial Muzeyi (ing. Okinawa Prefectural Peace Memorial Museum) açılmışdır.
İMac
iMac<ay-mək> – Apple Inc. şirkətinin istehsalı olan monobloklu fərdi kompüterlər seriyası. İlk iMac G3 modeli 1998-ci ildə təqdim olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İcma
İcma (Ərəbcə: إجماع) — bir İslam hüququ termini. == Ümumi məlumat == İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz. İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik.
İmam
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. == Şiəlikdə imam == On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
İmta
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Avto idman
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. == Tarix == İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Azərbaycanda idman
Azərbaycanda idman — Azərbaycan mədəniyyətində mühüm rol oynayır. 2022-ci ildə dünya ölkələrinin qlobal idman reytinqində Azərbaycan dərhal 43 pillə yüksələrək 162 xalla 46-cı yeri tutdu. Eyni zamanda, Avropada Respublika 26-cı yerdədir. == İdman növünə görə == === Komanda idman növləri === ==== Futbol ==== Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər. İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub. 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib. 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür. 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.
Beynəlxalq idman
Beynəlxalq idman — İdmanda ın azı iki ölkənin təmsil olunduğu arenadır . Ən məşhur beynəlxalq idman nümunəsi Olimpiya Oyunlarıdır. Digər nümunələrə FIFA Dünya Kuboku və Paralimpiya Oyunları daxildir. ABŞ və Kanada arasında keçirilən kriket matçı hər hansı bir idman növündə oynanan ilk beynəlxalq matçdır. Müasir beynəlxalq idman tədbirləri böyük bir biznesdir . Çünki burdakı dünya ölkələri bir–birinə siyasi , iqtisadi , mədəni və digər aspektlərdən təsir göstə bilir . == Tarix == Əvvəlcə Olimpiya Oyunlarinın tarixinə nəzər salaq . Qədim Olimpiya Oyunları Qədim Yunanıstandan olan bir neçə şəhər-dövlət və krallıq nümayəndələri arasında keçirilən və əsasən atletika, həm də döyüş və maşın yarışlarını əhatə edən bir sıra yarışlar idi. Olimpiya oyunları zamanı iştirakçı şəhər dövlətləri arasında bütün mübarizələr oyunlar başa çatana qədər təxirə salındı. Olimpiadanın mənşəyi sirr və əfsanə ilə örtülmüşdür.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Corc İstman
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854 - 14 mart 1932) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Ihıax
Ihıax (saxa Ыhыах, rus. Ысыах) — Yay bayramı. Təbiətin ayılması və tanrıların şərəfinə müəyyən ritual, xalq oyunları, rəqslər, xizək yarışları ilə müşahidə edilən bayramdır. == Qeyd edilməsi == Ihıax Yakutiyanın ən ədas bayramı hesab edilir. Bu bayram günəş tanrısıns tapınma ilə əlaqədar meydana gəlmişdir. Ənənəvi olaraq Isıax əsasən şimal uarımkürəsində ən uzun gün olarkən (21 iyun) qeyd edilir. İlk əvvəllər bu bayram hər il 22 iyulda qeyd edilirdi. Böyük Vətən müharibəsinin başlanması bu tarixə düşdüyündən onun tarixini dəyişdirilməli olurlar. Bundan sora isə günəşin uluslar üzrə çıxma qrafikinə uyğun olaraq 10 iyundan 25 iyun arasında qeyd edilir. == Tarixi == Araşdırmaçıların fikirinə görə bu bayram Mərkəzi Asiya ölkələrində qeyd edilən Kumıs bayramının təsiri ilə formalaşmışdır.
IMAP
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.