Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Göz kölgəsi
Göz kölgəsi — göz qapağına rəng verməsi üçün istifadə edilən müxtəlif rənglərdə, işıltılı və ya simli ola bilən makiyaj məhsuludur. == Mənbə == Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Keçmişin kölgəsi
"Keçmişin kölgəsi" — Con Tolkinin 1954–1955-ci illərdə nəşr olunmuş best-seller fantastik əsəri "Üzüklərin hökmdarı"nın ikinci fəsli. Tolkin bunu "həlledici fəsil" adlandırmışdır. Bu, həm Tolkinin kitabın mərkəzi süjetini hazırladığı anı, həm də hekayədəki baş qəhrəman Frodo Beqginsin və oxucunun Tək Üzüyü məhv etmək axtarışının olacağını başa düşdüyü məqamı əks etdirir. Onun eskizi 1938-ci ilin əvvəlində yazılan kitabın ilk hissələri arasında idi. Həmin ilin sonunda bu, onun tərtib etdiyi kitabın üç fəslindən biri olmuşdur. 1944-cü ildə o, Qollumun, Üzükün və Qollumun ovunun təsvirlərini əlavə edərək fəsilə qayıtmışdır. Piter Cekson "Üzüklərin Rəbbi " film trilogiyasında Qandalfın Üzüyün tarixi ilə bağlı təsvirini Frodoya bölür və çıxışının digər hissələrini sıxışdırır.
Toplan və Kölgəsi (1977)
Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Toplan və kölgəsi (film, 1977)
Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Kilsəli
Kilsəli (digər tarixi adı Ləzgilər Kilsəsi) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın (əhalisi əsasən avarlar və laklardan ibarət olan) Çaroda (Çarodinskiy) rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Kilsəli kəndi dağətəyi ərazidədir. Kənd qədim kilsə yanında salındığı üçün belə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Dağıstanın Cardinsk rayonundan gəlmələr saldığı üçün bəzən kəndə Ləzgilər Kilsəsi də deyilir. == Coğrafiyası == Kilsəli kəndi dağətəyi ərazidədir. Həmçinin Kilsəli kəndinin yaxınlığında (Əsrik kəndindən cənub-şərqdə), kəndin adını daşıyan Kilsəlidağ dağı da yerləşir.
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Körpəli
Körpəli (Armavir)
Kölgə
Kölgə — işığın şəffaf olmayan bir obyekt tərəfindən qarşısının kəsilməsi ilə işıqlı bir yerdə meydana gələn qaranlıq sahədir. İşıq mənbəyindən çıxan işıq bir cismə dəydikdə, cisimin işıqlandırılmış üzünün əksi tərəfində formalaşan qaranlıq hissəyə kölgə deyilir. Bir nöqtəvi işıq mənbəyindən çıxan şüalar düz xətti bir yol izləyirlər. Mənbədən gələn bəzi şüalar qarşısında yerləşdirilən qeyri-şəffaf bir cismin arxasına keçə bilər, bəzi şüalar isə keçə bilmir. İşıq mənbəyindən çıxan heç bir işığın çata bilmədiyi cismin arxasındakı hissəyə tam kölgə deyilir. Bəzi şüaların çata bildiyi və bəzilərinin çata bilmədiyi hissədə meydana gələn qaranlığa isə yarı kölgə deyilir. Cismin kölgəsi obyektdən uzaqlaşdıqca böyüyür, yaxınlaşdıqca kiçilir. Belə hadisələrə insanlar kölgə deyir. Ən böyük kölgələr səhərlər və axşam qaranlıq düşməzdən əvvəl yaranır. Eyni zamanda, günəş saatı kölgə ilə göstərilən rəqəmə görə vaxtı göstərir.
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. == Adının mənşəyi == Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. == Tarixi == Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Hiroşimanın kölgələri
Hiroşima kölgələri — nüvə partlayışında işıq şüalanmasının təsirindən yaranan effekt; Radiasiyanın yayılmasına insan və ya heyvan bədəni və ya başqa bir cisim tərəfindən maneə törədildiyi yerlərdə yanmış bir fonda siluetləri təmsil edirlər. Effekt, bu cür hadisələrin ilk dəfə olaraq 6 avqust 1945-ci ildə ortaya çıxdığı Yaponiyanın Hiroşima şəhərinin adını daşıyır. Fenomen adi bir kölgənin görünüşünə bənzəyir: radiasiyanın yayıldığı istiqamətdə müəyyən bir obyekt görünür və onun arxasındakı səth sahəsini radiasiya bağlayır. Atom partlayışında radiasiya intensivliyi o qədər böyükdür ki, bir çox səth rənglərini və xüsusiyyətlərini dəyişdirir. Məsələn, asfalt örtüyü qaralır, cilalanmış qranit kobudlaşır və boyalı səthi yanır. Xirosimada, işıq radiasiyanın zədələnmə radiusunda müdafiə olunmayan insanlar yanana qədər ağır yanıqlar aldılar və sonra şok dalğası ilə geri atıldılar və özlərindən sonra yanmamış kölgələr buraxdılar. Bundan sonra çoxları həyatda qaldı, amma yenə də bir müddət sonra aldıqları yanıqlardan, radiasiyalardan və yaralanmalardan öldülər; Partlayışdan sonra meydana çıxmış yanğın fırtınalarında çoxları yandı. Xirosimada partlayışın episentri Aioi körpüsünə düşmüşdür ki, burada da 9 nəfərin kölgəsi qalmışdır. Bənzər bir təsir, adi partlayışlar və ya güclü yanğınlar zamanı, yanğından sonra tapılan kömürləşmiş cəsədlərin döşəmənin yanmamış səthini və partlama məhsulları ilə örtülməmiş divarları örtdüyü zaman meydana gələ bilər.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Kilsəli (Gədəbəy)
Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kilsəli (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Azərbaycanda Kilsəli (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Kilsəli (Gədəbəy) — Gədəbəy rayonunun Turşsu kəndinin 7 fevral 1991-ci ilə qədərki adı.
Köhnəli (Vərziqan)
Köhnəli (fars. كهنه لو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (104 ailə).
Kölgәlik vaxtsızotu
Kökyumrulu soğanaqları dəyirmidir, diametri 1,5–2 sm-dir, uzun borucuğa keçən tünd-qəhvəyi rəngli qınla örtülüdür. == Yarpaq == Yarpaqları 3–5 ədəddir, neştərvarikəmərşəkilli olub, kütdür. == Çiçək == Çiçəkləri xırdadır, 1–5 ədəddir, payızda əmələ gəlir. Çiçəkyanlığının dilimləri ellipsvari əksinəyumurta-şəkillidir, bənövşəyi və ya solğunqırmızı rəngdədir. == Meyvə == Qutucuq ellipsvari-uzunsovdur, sivriləşmişdir. == Çiçəkləməsi == Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba). Orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə kənarında, otlu yamaclarda və meşə içərisindəki çəmənlərdə rast gəlinir.
Körpəli (Armavir)
Körpəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys (erm. Արշալույս; mənası – şəfəq) qoyulmuşdur. == Tarixi == Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənd əhalisi 1828-ci ilə qədər azərbaycanlılardan ibarət idi.
Koşitse bölgəsi
Koşitse diyarı (slovak. Košický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir. Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir. Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Nitra bölgəsi
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir. Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir. Nitra diyarı "okres" adlanan 7 rayona bölünür: Komarno rayonu Levitse rayonu Nitra rayonu Nove Zamki rayonu Şalya rayonu Topolçanı rayonu Zlate Moravtse rayonu Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Preşov bölgəsi
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Qafqaz köpgəri
Qafqaz köpgəri(lat. Rupicapra rupicapra) — Azərbaycan Respublikasının qırmızı kitabına düşmüş Qafqaz köpgəri növü, cütdırnaqlılar və boşbuynuzlular fəsiləsinə daxildir. Sayı azalmaqda olan növdür. Çox da böyük olmayan orta ölçülü bədənə malik olub, (yaşlı erkəklər) təxmini hündürlüyü 76–80, bədən uzunluğu 102–119 sm, kütləsi 25–35 kq, çox as hallarda 45 kq ola bilir. Köpgərin beli profildən bir az qabarıqdır. Arxa tərəfi çiyindən 4–6 sm hündürdür. Dünyada Mərkəzi və Cənubi Avropada, Kiçik Asiya və Kiçik Qafqazın şimal qərbində (Batumi, Suxumi) məskunlaşmışdır. Azərbaycanda isə yalnız Böyük Qafqazın cənub və şərq yamaclarında (Zaqatala, İlisu və İsmayıllı qoruqları) yaşayıb qalmışdır. Əsasən yuxarı meşə qurşaqlarında çox sərt sıldırımlı meşə qayalıqlarında məskunlaşmışdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlüyə qədər alp qurşaqlarında yaşamaqla bərabər, həm də 600 – 700 m hündürlükdə olan dağətəyi ərazilərə də düşürlər.
Qobustan kölgələri
"Qobustan kölgələri" — Bəstəkar Fərəc Qarayevin yazdığı və xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş verdiyi dördpərdəli balet. Libretto Vyaçeslav Yesman və Maqsud Məmmədovundur. Premyera 1969-cu ilin may ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub: rəssam Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev idi. Əsərin xaricdə ilk nümayişi Parisdə olub. Bu baletin əsas ideyası alt-bilincdəki qarmaqarışıqlığa təbiətlə ünsiyyət, əmək yoluyla qalib gəlmək mümkünlüyünü göstərməkdir.
Rur bölgəsi
Rur regionu — Almaniyanın Şimali Reyn-Vestfaliya regionunda yerləşən, 5.3 milyon əhalisi və 4.435 km² ərazisi olan regionudur. Almaniyanın ən böyük metropoliya tipli yaşayış məntəqəsidir. Duisburg, Mülheim an der Ruhr, Essen, Gelsenkirchen, Bochum, Oberhausen, Bottrop və Dortmund bu regionun əsas mərkəzi şəhərləridir. Rur regionu xalq arasında Pott və ya Kohlenpott kimi də tanınır. Son vaxtlara qədər əsas gəlir mənbəyi kömür və polad istehsalından ibarət olan region bu gün Almaniyanın İnformasiya texnologiyaları (İT), logistika və alternativ enerji mərkəzidir.
Saar bölgəsi
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Sahibsiz kölgələr
Sahibsiz kölgələr-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2017-ci ildə nəşr edilmiş romanı. “Sahibsiz kölgələr” müəllifin birinci romanı “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrda yazılmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir. Əsərin əsas süjet xətti Çoban Zalovla Fəridənin təzadlı məhəbbəti, Şəms, Mərcan və Gülər bacılarının, eləcə də onların nakam arzularının canlanmış formaları olan, eyni adlı üç rəfiqənin həyatı, keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar,fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə kainatın quruluşu və yaranması, materiyanın, kütlənin əmələ gəlməsi, zaman və məkan haqqında, varolma enerjisi və mövcudluq arasındakı əlaqə və s. məsələlər barəsində yeni, maraqlı ideyalar da yer almışdır. “Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti,şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir. “Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sancak bölgəsi
Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monteneqro (şimal-şərq) sərhədindəki tarixi bölgə. Bölgə adını türk hakimiyyəti dövründə (1912-ci ilə qədər) mövcud olmuş inzibati vahid adından almışdır. Orta əsrlərdə bölgə serb Raşka dövlətinin mərkəzi idi, onun paytaxtı Ras müasir Yeni Pazar şəhəri yaxınlığında yerləşirdi, buna görə Sancakın serb hissəsi Raşka bölgəsi olaraq da tanınır. Osmanlı hakimiyyəti dövründə (XIV əsrdən) Yeni Pazar Sancağı mərkəzi Novi Pazar şəhərində olan Osmanlı İmperatorluğunun inzibati vahidi idi. 1878-1908-ci illər arasında ərazi Avstriya-Macarıstan, 1908-1913-cü illərdə yenidən Osmanlı İmperiyasının nəzarəti altına keçdi. 1913-cü ildə Birinci Balkan müharibəsinin nəticələrindən sonra Sancak Serbiya və Qaradağ arasında bölündü, 1945-ci ildə müasir sərhədlər quruldu.
Kocaeli
Kocaeli ili — Türkiyədə il. Türkiyənin ən sıx 11-ci ilidir. 2013-cü ilin əhalinin siyahıya alınmasına görə əhalisi 1,676,202 nəfərdir. Kocaeli 12 ilçədən ibarətdir. Adı 1320-ci ildə İzmit şəhərini kəşf edən Akça Kocanın şərəfinə Kocaeli adlandırılıb. 2 Sentyabr 1993-cü il tarixli dövlət qərarı ilə böyük şəhər adlandırıldı. Kocaeli Pişmaniye adlı şirniyyatı ilə dünyada məşhurdur. Bu ilin adı həmçinin 1999-cu ildə baş vermiş Kocaeli zəlzələsi ilə dünyada tanınıb. Bu zəlzələ nəticəsində 17 minə yaxın insan həyatını itirmişdir. = Coğrafiyası = Kocaeli, Mərmərə bölgəsinin Çatalca-Kocaeli hissəsində 29° 22'—30° 21' şərq uzunluğu və 40° 31'—41° 13' şimal enliyində yerləşir.
Kolanlı
Kolanlı (Zəngibasar) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd. Kolanlı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Aralıq Kolanlı — İrəvan quberniyasında kənd.
Kolheti
Kolxida (gürc. კოლხეთის სამეფო; Kolheti krallığı) antik gürcü dövlətidir. Eyni dövrdə Yunanlılar Qərb Gürcüstanda, Qaradəniz sahilində yeni məskunlaşmalar (koloniyalar) qurdular. Bu məskunlaşmalar bunlar idi: Pazisi (təxminən olaraq bugünkü Poti şəhəri yaxınlarında), Dioskuria (Sohumi), Pitiunti (Biçvinta), Gienosi (Oçamçire). Koloniyalarda yerli əhali ilə Yunanlılar arasında canlı bir ticarət vardı. Kolhetidən Yunanlılar ağac-meşə məhsulları (Kolhetidəki ağac növləri gəmi istehsalında ən yaxşı vəsait sayılırdı), kətan (yelkən istehsalında istifadə edirdilər) və qızılın da aralarında tapıldığı dəyişik metallar götürürdülər. Ayrıca kölə də aparırdılar. Bunların qarşılığında Kolhetiyə dulusçuluq məhsulları, bəzək əşyası, zeytunyağı, şərab kimi məhsullar gətirirdilər. Koloniyalar sayəsində Kolhetinin canlı bir ticarəti və o dövrdə dünyanın qabaqda gələn sivilizasiyası olan Yunan dünyasıyla mədəni əlaqələri vardı. Yunan dünyasıyla əlaqəsi Kolhetinin mədəni və iqtisadi inkişafına iştirak edirdi.
Qolqəti
Qolqəti (əvvəlki adı: Yuxarı Qolqəti) — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qolqəti kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi tərkibindəki Yuxarı Qolqəti kəndi Qolqəti kəndi, Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidi Qolqəti kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Harvard Kolleci
Harvard Kolleci — Harvard Kolleci Massaçusets ştatının Kembric şəhərində yerləşən Sarmaşıq Liqası tədqiqat universiteti olan Harvard Universitetinin bakalavr kollecidir. 1636-cı ildə qurulan Harvard Kolleci ABŞ-nin ən qədim ali təhsil müəssisəsi olan və dünyanın ən prestijli təhsil müəssisəsi olan Harvard Universitetinin orijinal məktəbidir. Harvard Kolleci Harvard Universitetinin AB və SB dərəcələri təklif edən ənənəvi bakalavr proqramıdır. Son illərdə bu seçiciliklə ərizəçilərin beş faizindən az hissəsinin təklifi qəbul olunur. Harvard Kolleci tələbələri 450-dən çox məktəbdənkənar təşkilatda iştirak edir və demək olar ki, hamısı kampusda yaşayırlar — birinci kurs tələbələri Harvard Yardında və ya yaxınlığında, yuxarı sinif tələbələri isə icma yönümlü "evlərdə" yaşayırlar. == Tarixi == Məktəb 1636-cı ildə Massaçusets Körfəzi Koloniyasının Böyük və Ümumi Məhkəməsinin səsverməsi ilə — heç bir resurs — bir bina, təlimatçı və ya tələbə olmadan yaranmışdır. 1638-ci ildə kollec Con London gəmisinin daşıdığı Şimali Amerikanın ilk məlum çap maşınının evi oldu. Üç il sonra, kollec bütün kitabxanasını və pul əmlakının yarısını məktəbə vəsiyyət edən vəfat etmiş Çarlstaun naziri Con Harvardın (1607–1638) şərəfinə " Harvard " adlandırıldı. Harvardın ilk direktoru Nathaniel Eaton (1610–1674) olmuşdur . 1639-cu ildə o, həm də həddindən artıq intizam üçün işdən çıxarılan ilk təlimatçı oldu.
Kolanlı (Zəngibasar)
Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Zəngibasar (Masis) rayonu ərazisində kənd olmuşdur. == Tarixi == 1937-ci ilə kimi Vağarşabad (Eçmiədzin) rayonunun tərkibinə daxil idi. Kəndin digər adı "Kolanlı Aralıq"dır. Toponim kolani türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisi artırmaqla əmələ gəlib "kolanı tayfasına məxsus yer" mənasını bildirir. Etnotoponimdir. Qııruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 673 nəfər, 1886-cı il dç 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd sakinləri erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
Kolaşlı (Kəleybər)
Kolaşlı (fars. كلشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə kənddə yaşyış yoxdur.
Korneli Nepot
Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100, Paviya – təq. e.ə. 25, Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri. == Həyatı == Korneli Yuxarı İtaliyalı olub. Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır), Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur. Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 2011 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.