Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəcabə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Kəcavə

Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Kənafə
Kənafə (ərəb. كنافة‎ kanāfah) — Ərəb mətbəxində şirin şəkərəsaslı siropu ilə isladılmış pendirli şirniyyat və desert. Dünyanın ən böyük kənafəsi Türkiyənin Antakya şəhərində 2017-ci ildə hazırlanmışdı. Uzunluğu 78 metrə, çəkisi isə 1550 kilo idi.
Ləbbadə
Ləbbadə — çiyinüstü üst gödəkçəsi. Sırıqlı və astarlı olur. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanır. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olur. Qolu qısa, dirsəyə qədərdir. Qoltuq yeri açıq biçilir. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilir.
Şəbədə
Şəbədə — mövzu etibarilə məzəmmət, lağ, yüngül istehza xarakteri daşıyan şeir parçaları. Folklorda və aşıq poeziyasında xüsusilə geniş yayılmışdır. Şəbədədə hər hansı şəxsin davranışındakı, məişətindəki, xarakterindəki bu və ya digər naqis, qüsurlu cəhəti götürülərək məzəmmət və lağ etməklə daha da qabarıqlaşdırılır. Aşıq Ələsgərin aşağıdakı gəraylısı şəbədəyə nümunə ola bilər: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Kəmalə
Kəmalə — Azərbaycanlı qadın adı. Kəmalə Hüseynova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). Kəmalə Piriyeva — Azərbaycan teleaparıcısı və aktrisası. Kəmalə Ağayeva ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958) Kəmalə Abiyeva — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmalə Eyvazova — Rusiya alimi, Tibb elmləri namizədi. Kəmalə Yanson — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası.
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Kəlalə (Miyanə)
Kəlalə (fars. كلاله‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (27 ailə).
Kəmalə Abdullayeva
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Abiyeva
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980-ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. "Qabaqcıl təhsil işçi"sidir. 10 və 11-ci sinif "Fizika" dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir.
Kəmalə Ağayeva
Kəmalə Eyvazova
Kəmalə Eyvazova (Eyvazova Kəmalə Əhliman qızı; 1975, Şamaxı rayonu) — Rusiya alimi, Tibb elmləri namizədi. S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK rekonstruktiv okuloplastik cərrahiyyə bölməsinin müdiri. == Həyatı == Eyvazova Kəmalə Əhliman qızı 1975-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub. 1992-ci ildə Şamaxının 2 nömrəli orta məktəbini gümüş medalla bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə (indiki Azərbaycan Tibb Universiteti) qəbul olub və 1998-ci ildə oranı bitirib. 1998-2001-ci illərdə Moskvada S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” Sahələrarası Elmi-Texniki Kompleksdə (SETK) klinik ordinaturada təhsil alıb. Görmə orqanları xəstəliklərinin müayinə və diaqnostikasının əsas üsullarına yiyələnib. 2001-ci ilin noyabrından K.Eyvazova S.N.Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” SETK-nın refraksion cərrahiyyə şöbəsinin aspiranturasına qəbul olunub. Təhsil zamanı özünü elmi-klinik işlərdə müstəqil surətdə görə bilən məqsədyönlü, diqqətli, düşüncəli həkim kimi göstərib. Müasir oftalmologiyanın nailiyyətləri ilə mütəmadi maraqlanıb, Rusiya və xarici elmi ədəbiyyatları öyrənərək bilik səviyyəsini daim artırıb.
Kəmalə Hüseynova
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Kəmalə Müzəffər

Kəmalə Piriyeva
Kəmalə Piriyeva (9 yanvar 1990, Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası. == Həyatı və fəaliyyəti == Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub. 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub. 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib. İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur. İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir.
Kəmalə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Kəramə (Miyanə)
Kəramə (fars. كرامه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (50 ailə).
Kəçalə (Urmiya)
Kəçalə (fars. ‎‎‎كچله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 483 nəfər yaşayır (100 ailə).
Kəlalə şəhristanı
Kəlalə şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlalə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,983 nəfər və 22,536 ailədən ibarət idi.
Kəlatə Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.