Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoç kəlləsi
Qoç kəlləsi — buzlaqların hərəkəti nəticəsində cilalanmış,bəzən də cızılmış təpəyə və ya ayrı durmuş iri,dəyirmi daşa, qayaya deyilir. Buzların axıb gəldiyi tərəfi meyilli, əks tərəfi isə dikdir. Qoç kəlləsinə dördüncü dövr buzlaşması sahələrində — Kareliyada və Finlandiyada çox təsadüf olunur.
Soyuqbulaq külməsi
Soyuq bulaq külməsi (lat. Pseudophoxinus sojuchbulagi) — Çəkilər fəsiləsinə aid balıq növü. Azərbaycanın endemik canlısıdır. İlk dəfə 1950-ci ildə Akademik Əbdürrəhmanov tərəfindən Ağstafa rayonu ərazisində Kür çayı akvatoriyasında aşkarlanmışdır. Bədəni bir qədər hündür, yanlardan isə basıqdır. Qarın və sinə üzgəcləri narıncı, digər üzgəcləri isə bozdur. Cinsi diformizim zəyifdir. Uzunluğu 9,8 sm, çəkisi isə 15 q-dır. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild.
Xəzər külməsi
Xəzər külməsi (lat. Rutilus caspicus ) — Chordata tipinin növüdür. Çox saylı yerli növdür. Beli yaşılımtıl, böyürləri və qarnı gümüşüdür. Kürütökmədən əvvəl erkək fərdlərin bədəni xırda epitel çıxıntıları ilə örtülü olur. Azərbaycan sularından ovlanmış ən iri fərdinin uzunluğu 37 sm, kütləsi 700 q, yaşı isə 6 il olmuşdur. Yarımkeçici balıq olub, dənizin çaylara yaxın sahələrində yaşayır. Kürü tökmək üçün Kiçik Qızılağac körfəzinə, Dəvəçi limanına və Xəzərə tökülən çaylara girir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir, Naxçıvan su anbarlarında, Kür ətrafı göllərdə daim şirin suda yaşayan populyasiyaları vardır. Ömrünün uzunluğu orta hesabla 5-6 ildir, cinsi yetkinliyə 2-3 yaşlarında çatır, fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
İnsanın kəlləsi
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Şirvan külməsi
Şirvan külməsi və ya Azərbaycan külməsi (lat. Pseudophoxinus atropatenus) — Çəkikimilər fəsiləsinə aid bir növdür. Azərbaycanda Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır. Lakin arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.) növə təhlükə yaradır. Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır. D III 7-8, A III 7 (8), squ. 37-39. orta hesabla 37,9 - dur. Yan xətt pulcuqları dəliksiz pulcuqların arasında nizamsız düzülmüşdür. Yan xətt tam deyildir.
İnsan kəlləsi
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Qırov əmələ gəlməsi
Xərçəngin Əmələ gəlməsinə Xəbərdarlıq (1953)
Xərçəngin əmələ gəlməsinə xəbərdarlıq (film, 1953)
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Kəlmeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Keləsi (Urmiya)
Keləsi (fars. كلاسي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (95 ailə).
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır..
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Bayan kilsəsi
Bayan kilsəsi — Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Beşikdağ kilsəsi
Beşikdağ kilsəsi və ya Vəngəsər kilsəsi — Ağdərədən Xankəndinə gedən yolun sağ tərəfində, Xaçınçayın sahilindəki Beşikdağ dağında yerləşən VII əsrə aid alban kilsədir. Kilsə Şahbulaq qalasının tam üstündə yerləşir. Kilsə xaç-günbəz formalı plana malikdir və memarlıq həlli baxımından Gədəbəy kilsəsi ilə oxşarlıq təşkil edir. Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Onun gümbəzini saxlayan dörd pilonu Kilsədağ kilsəsindən fərqli olaraq zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır. Ağdərədən Xankəndinə edən yolun sağ tərəfində, şimaldan cənuba doğru qozbel dağ uzanır. Bütün il ərzində onun səthi quru səhra bikiləri ilə örtülü olur. Bunun səbəbi ərazidə minimal miqdarda yağışların olmasıdır.
Bideyiz kilsəsi
Bideyiz məbədi - Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən alban kilsəsidir. Kilsə şirindaşdan inşa edilmişdir. Yarımdağılmış vəziyyətdə olan kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olmuşdur. Kilsənin interyeri arka və nişlərlə bəzədilmişdir. Apsidanın şimal tərəfində kiçik köməkçi tikili yerləşir. IV-V əsr alban kilsələri üçün xarakterik olan bu xüsusiyyət Bideyiz kilsəsini Azərbaycan ərazisindəki digər alban kilsələri – Mingəçevir və Govurqala məbədləri ilə yaxınlaşdırır.
Boyana Kilsəsi
Boyana kilsəsi — Sofiyanın 8 km. cənubunda, Vitoşa dağının ətəyində yerləşən bolqar ortadoks kilsəsi.
Bri kilsəsi
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir. Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir. Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.” Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır.
Cotaari kilsəsi
Müqəddəs Yelisey adına Cotari Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen C'otari Gergeś) — Azərbaycanda kilsə. Məbəd Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsi də var. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir. Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan şəhid Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə həmin kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş və Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı. 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilmişdir. Restavrasiyadan əvvəl kilsədə 3 ermənicə yazı mövcud idi. Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi keşişlər siyahıya alınmışdır: Yengibar Ter-Astvatzatur Cotaniants Avetik Ohancanyan Cotatiants - 1788-ci ildə doğulub, Calut monastırında keşiş Xələtdən təhsil alıb. Kilsədə xidmət illəri 1832-1857) İohannes Cotatiants (kilsədə 1859-1885) - 1839-cu ildə dördüncü dərəcədən sekston vəzifəsinə təyin olunub.
Cərəyanın kəsilməsi
Cərəyanın kəsilməsi(Blackout )– cərəyan şəbəkəsində gərginliyin sıfıra düşməsi halı; cərəyanın tam kəsilməsidir. Buna bir çox amillər, o cümlədən təbii fəlakətlər (qasırğa, zəlzələ) və ya elektrik cihazlarındakı (transformatorda, elektrik ötürücü xətlərdə) sıradançıxmalar səbəb ola bilər. Cərayanın kəsilməsi kompüteri korlaya bilər; bu, qəza (kəsilmə) anında kompüterin hansı vəziyyətdə olmasından asılıdır. Bu halda bütün saxlanılmamış məlumatlar biryolluq itəcək. Ən təhlükəli hal isə diskdən məlumatların oxunması və ora yazılma anında cərəyanın kəsilməsi halında yaranır. Belə arzuolunmaz hallardan qorunmağın yolu isə kəsilməz qida mənbələrindən (UNINTERRUPTIBLE POWER SUPPLY, UPS) istifadə etməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Gavurqala kilsəsi
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” Bir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir.
Göytəpə kilsəsi
Göytəpə kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi. Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi 1878-ci ildə tikilmişdir. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır. Kilsə Turizm və Mədəniyyət Nazirliyinin sərəncamındadır. Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşdirilib.
Göz kölgəsi
Göz kölgəsi — göz qapağına rəng verməsi üçün istifadə edilən müxtəlif rənglərdə, işıltılı və ya simli ola bilən makiyaj məhsuludur. Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Gədəbəy kilsəsi
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Harva kilsəsi
Harva kilsəsi — Kəlbəcər rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir. Dovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar. Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir. Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.
Həvarilər kilsəsi
Həvarilər Kilsəsi — Türkiyəinin Qars ilinin Ani şəhər xarabalığında yerləşən qədim erməni kilsəsi. Pahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir. Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur. Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir.
Passiflora kermesina
Passiflora kermesina (lat. Passiflora kermesina) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.