Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərəviz
Kərəviz (lat. Apium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Kərəviz (bitki)
İyli kərəviz
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Kərəvuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Kərəviq (Vərziqan)
Kərəviq (fars. كرويق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (67 ailə).
Kəravuz
Kəravuz (Kərəviz) — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Tərəvəz
Tərəvəz - insan tərəfindən şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan birillik, ikiillik və çoxillik ot bitkisidir. == Əsas qruplar == Tərəvəz əslində bitkinin qida məhsulu kimi istifadə olunan hissəsidir. Bununla əlaqədar olaraq tərəvəz bitkiləri 10 əsas qrupa bölünür: meyvəli soğanaqlı köküyumrulu meyvəköklü yarpaqlı gövdəmeyvəli kökümsovlu gövdəyarpaqlı (kormofit) zoğlu çiçəkliMeyvəli - tərəvəz bitkilərində qida üçün yetişmiş və kal meyvələr istifadə olunur. Bu qrupa pomidor, bibər, badımcan, qabaq, xiyar, göy qabaq, qarpız, yemiş, paxla, noxud, lobya (maş), qarğıdalı aiddir. Soğanaqlılarda - qida üçün soğanaq və ya göy yarpaqlar işlədilir. Onlara baş soğan, batun soğan kəvər soğan, şnit soğanı, sarımsaq aiddir. Meyvəköklülərə - dağ turpu, ağ turp, qırmızı turp, şalğam, çuğundur, kök, cəfəri, cır havuç, kərəviz aiddir. Yarpaqlı tərəvəzlərə - kahı, ispanaq, yarpaqlı cəfəri və kərəviz aiddir. Gövdəmeyvəlilərə - daş kələm aiddir. Kökümsovlulara - qıtığotu aiddir.
Ənəviz
Ənəviz (fars. اناويز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (61 ailə).
Kök (tərəvəz)
Tərəvəz salatı
Tərəvəz salatı — Rus mətbəxinə aid salat == Tərkibi == 40 qr kartof 20 qr kök 10 qr göyərti 20 qr rəngli kələm 50 qr pomidor 30 qr xiyar 20 qr alma 10 qr qarox duz limon suyu 40 qr smetan 1 yumurta 10 qr kahı == Hazırlaması == Kartof və kökü qaynatdıqdan sonra kubiklər halında doğrayın. Göyərti, kahı və kələmləri də dorayırıq. Pomidor, alma, xiyarı hissələrə bölürük. Qaroxları içərisinə qatırıq. Bütün bunları qarışdırıb, içinə duz, limon suyu, smetan əlavə edirik. Süfrəyə verərkən göyərti və yumurta ilə bəzəyə bilərsiniz.
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Əhməd Kəsrəvi
Əhməd Kəsrəvi (fars. احمد کسروی‎) — İran tarixçisi, publisisti və hüquqşünası. == Həyatı == Əhməd Kəsrəvi 29 sentyabr 1890-cı ildə Təbriz şəhərinin Hökmava məhəlləsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. == Elmi yaradıcılığı == Müasir Azərbaycan tarixinə dair dəyərli əsərlərin müəllifi olmasına baxmayaraq Əhməd Kəsrəvi Azərbaycanlıların ari irqinə mənsub olduqlarını sübut etməyə çalışmışdı. 3 cildlik "Tarixe-məşruteye-İran" ("İran məşrutə tarixi") kitabında 1905–1911-ci illər İran inqilabının tarixi tədqiq olunur. "Şəhriyarane-gomnan" ("Naməlum hökmdarlar"), "Azəri, ya zəbane-bastane-Azərbaycan" ("Azəri, yaxud Azərbaycanın qədim dili") və başqa əsərləri vardır. O, əsərlərində Azərbaycana xüsusi yer ayırsa da, məsələlərin izahında İran millətçiliyi mövqeyindən çıxış etmiş, İranda yaşayan azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdür. Əhməd Kəsrəvi 1921-ci ildə "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərini nəşr etdirmişdi. Müəllif bu əsərində azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini irəli sürmüşdür.
Cobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kobra Pərviz
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Kürəvi ildırım
Kürəvi ildırım — parlaq işıq saçan, səssiz və nisbətən yavaş hərəkət edən, müxtəlif rəngli və ölçülü (bir neçə santimetrdən bir-iki metrə qədər) sferoid formalı nadir ildırım növünə deyilir. Kürəvi ildırım əsasən xətti ildırım boşalmasından sonra əmələ gəlir. Kürəvi ildırım asanlıqla binalar pəncərə, baca vasitəsilə daxil ola bilir. Kürəvi ildırım bir neçə saniyədən bir neçə dəqiqəyədək fəaliyyət göstərərək, güclü partlayışla yox olur.
Pərviz Rüstəmbəyov
Pərviz Rüstəmbəyov (7 yanvar 1922, Bakı – 29 dekabr 1949, Bakı) — sovet repressiyasına məruz qalmış, azərbaycanlı saksafonçu, cazmen. == Həyatı == Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub. Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib. 1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib. İkinci Dünya Müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər. 1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə buradan tərxis olunur. 1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu, öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir.
Pərviz Rüstəmov
Pərviz Tufan oğlu Rüstəmov (6 may 1992, Samux rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Rüstəmov 6 may 1992-ci ildə Azərbaycan Respublikasının Samux rayonunda anadan olmuşdur. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil almış, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə dəvam etmişdir. Daha sonra 2008-ci ildə 9-cu sinifi bitirərək, təhsilini sonlandırmışdır. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. 2012-ci ilin yanvar ayında xidməti başa vurmuşdur. == Hərbi xidməti == Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır.
Pərviz Səmədov
Pərviz Səmədov (5 may 1970, Kirovabad – 15 may 1992, Abdalgülablı[d], Ağdam rayonu və ya Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir. == Döyüşlərdə iştirakı == Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi.
Pərviz Tağıyev
Pərviz Hafiz oğlu Tağıyev (22 mart 1990; Mingəçevir, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Pərviz Şahbazov
Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, Azərbaycan Respublikasının Energetika naziri. == Həyatı == Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub. == Təhsili == 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir. == İş təcrübəsi == 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
Pərviz Əlikramoğlu
Quliyev Pərviz Əlikram oğlu (Pərviz Əlikramoğlu) — balaban, tütək, zurna, klarnet və saksofon ifaçısı. == Həyatı == Pərviz Əlikramoğlu 8 yanvar 1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri İlqar Məmmədov adına 3 saylı orta məktəbə gedib. Uşaq vaxtından musiqiyə xüsusi marağı olmuşdur. Valideynləri onun hüquqşünas kimi görmək istəsələr də, Pərviz musiqi sahəsini seçmişdir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır. Valideynləri də bu marağı hiss etmiş və beləliklə o, öz təhsilini Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində almağa başlamışdır. Oxuduğu illər ərzində klassik, caz və milli musiqi üslubları ilə dərindən və ciddi məşğul olmuşdur. 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi vaxtda hərbi hissədə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Pərviz Ələkbərov
Pərviz Saday oğlu Ələkbərov (15 oktyabr 1972, Şuşa, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavini. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı == 15 oktyabr 1972-ci ildə Şuşada doğulub. == Təhsili == 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir. == Peşə fəaliyyəti == 1997-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavinidir. == Nailiyyətləri == Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşdur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.
Pərviz Ələsgərov
Pərviz Lətif oğlu Ələsgərov (27 sentyabr 1984; Daşkəsən rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Pərviz Ələsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Pərviz Ələsgərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Pərviz Əmiraslanov
Pərviz Əmiraslanov (Pərviz Arzuman oğlu Əmiraslanov; d. 28.07.1971, Tovuz rayonu, Sarıtala kəndi) — IAV GmbH şirkətində “Texniki Simulyasiya və Rəqəmsal Texnologiya” şöbəsinin müdiri vəzifəsində çalışır. == Həyatı == Pərviz Əmiraslanov 28 iyul 1971-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə getmiş və həmin məktəbi 1988-ci ildə əla qiymətlərlə bitirdikdən sonra 98 N°-li Qovlar Qəsəbəsi Orta Texniki Peşə Məktəbinə daxil olmuş və 1989-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddət ərzində dəfələrlə fənn olimpiadalarında fəal iştirak etmişdir. Müxtəlif illərdə olimpiyada qalibi və zona üzrə 2-ci, 3-cü yerləri tutmuşdur. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində universitet və respublika olimpiyadası qalibi olmuşdur. Oxuduğu müddət ərzində dəfələrlə fərqlənmiş, mükafatlara layiq görülmüş və Texniki Universitetin „Sərbəst Tələbə“ adını almışdır. Azərbaycan Texniki Universiteti Maşınqayırma fakültəsi üzrə keçirilən Tələbə Elmi Konfranslarında 3 il ardıcıl olaraq Elmi Katib kimi fəaliyyət göstərmişdir.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Perevoz
Perevoz (rus. Перево́з) — Rusiyanın Nijeqorod vilayətində şəhər (2001-ci ildən), Perevoz bələdiyyə dairəsinin inzibati mərkəzi. == Coğrafiya == Şəhər Pyana çayı üzərində yerləşir. Burada Moskva–Yekaterinburq magistralında üzərindəki Qorki dəmiryolunun Perevoz dəmiryolu stansiyasını yerləşir. == İqtisadiyyat == Perevoz şəhəri 2007-ci ildə rayon abadlıq müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə şəhərdə üzgüçülük hovuzu, konkisürmə meydançası və kinoteatrı olan idman kompleksi tikilmişdir. Şəhərdə Mixail-Arxangelsk məbədi tikilmişdir. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Пья́нский перево́з // Прокат — Раковины. — М. : Советская энциклопедия, 1955. — С. 390.
Aladar Qereviç
Aladar Qereviç (mac. Aladár Gerevich; 16 mart 1910 – 14 may 1991, Budapeşt) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan. Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır. == Həyatı == Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı.Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar.1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi. O, keçirilən yarışlarda bütün idmançıları məğlubiyyətə uğradaraq komitə üzvlərini susdurdu. 1960-cı ildə keçirilən olimpiya oyunlarının qılıncoynatma üzrə final mərhələsində ani bir hərəkətlə məğlub oldu.
Kəreyil qalası
Kəreyil qalası — Ordubad rayonunun Çənnəb kəndindən cənubda arxeoloji abidə. Müdafiə divarlarının olduqca az bir qismi salamat qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində daşdan dördkünc formada inşa olunmuş binanın qalıqları vardır. Həmin binanın ön tərəfində təbii mağara var. Mağaranın tavanı hislənmişdir. Onun giriş hissəsindəki kiçik meydançada dən daşının parçaları, şirli və şirsiz keramika parçaları aşkar olunmuşdur. Arxeoloji materiallar bizim eranın I-II əsrlərində burada yaşayış olduğunu deməyə əsas verir. Araşdırma zamanı istehsal nümunələrinə rast gəlinsə də, qədim əmək alətləri aşkar olunmamışdır. Abidənin şərq tərəfində həmin dövrdə inşa olunan, lakin sonradan bərpa edilən su kanalı indi də fəaliyyət göstərməkdədir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası.