Pərviz Hafiz oğlu Tağıyev (22 mart 1990; Mingəçevir, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Pərviz Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Pərviz Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.