Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəzzan
Fəzzan (ərəb. فزان‎; lat. Phazania) — Liviyanı meydana gətirən üç qədim bölgədən biridir. Digər ikisi Tərabülüs və Kirenaiykadır. Mərkəzi Səbhadır. Bugünkü Liviyanın cənub-qərbində yerləşir. Bölgənin adı bəzi qaynaqlarda Fəzzan keçməkdədir. Fəzzanda qurulan ilk dövlət Fəzzan Sultanlığıdır. Bu dövlət daha sonra Misirlilərin hakimiyyətinə qirmişdilər. == Tarixi == 1551 - ci ildə Turqut Rəis, Tərabülüsi fəth edəndə Fəzzan da həqiqətən Osmanlı Dövlətinə qatılmış ve Tərabülüs Bəylərbəyliyinə bağlı Fəzzan Bayrağı qurulmuşdur.
Nəzzam
Nəzzam (775, Bəsrə[…] – 845[…], Bağdad və ya Bəsrə) – Müsəlman filosofu, mötəzilə məzhəbinin nümayəndəsi Dünya elm və mədəniyyətinə İslam dünyasının bəxş etdiyi mütəfəkkirlərdən biri də mötəzilə məzhəbinin məşhur simalarından olan Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır. Onun doğum tarixi haqqında müxtəlif fərziyyələr mövcuddur. Tədqiqatçıların bəzisinə görə, o, 760-cı ildə, bəzilərinə görə isə 811-ci ildə Bəsrə şəhərində dünyaya gəlmişdir. Mənbələrdə ulu babalarının Bəlx şəhərindən olduğu bildirilmişdir. Ləqəbi "Nəzzam" haqqında da bir-birindən fərqli fikirlər dolaşır. Bu ləqəbin ona muncuq düzəltdiyi və yaxud çox gözəl şeirlər, mənzum əsərlər yazdığı üçün verildiyi rəvayət olunur. Gənclik illərini Bəsrədə keçirən Nəzzamın ilk müəllimi dayısı Əbul Hüzeyl əl-Əllaf olmuşdur. Daha sonra xəlifə Məmunun dəvəti ilə Bağdada gələrək, orada mötəzilə məzhəbinin məşhur alimləri ilə tanış olmuş, bir çox fiqh, kəlam və hədis alimləri ilə elmi disputlarda iştirak etmişdir. Şöhrəti artdıqca maddi vəziyyəti də mütənasib olaraq yüksəlmişdir. Hənəfi məzhəbinin nümayəndələri ilə gərgin elmi mübahisələri olmuşdur.
Qəzza
Qəzzə və ya Qəzza — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzzə bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.
Hamid Kərzai
Hamid Karzai (d. 24 dekabr 1957), 2004-cü ildən Əfqanıstanın prezidenti. Talibandan sonras ilk prezidenti. Paştun mənşəlidir. 2001–2004-cü illər arasında xalq tərəfindən çox sevilən Karzai, 2004-cü il seçkiləri sonrası dövrdə rəhbərlikdə korrupsiyanın artması, ölkə miqyasında Taliban və Əl Qaidə xadimlərinin təkrar güc qazanmasıyla birlikdə həm Karzai'nin hökumətinə qarşı həm də ölkənin gələcəyinə qarşı bir şübhə və inamsızlıq mühiti yarandı. Həmid Karzai 2009-ci il noyabr ayında ikinci dəfə prezident seçilmişdir.
Həmid Kərzai
Hamid Karzai (d. 24 dekabr 1957), 2004-cü ildən Əfqanıstanın prezidenti. Talibandan sonras ilk prezidenti. Paştun mənşəlidir. 2001–2004-cü illər arasında xalq tərəfindən çox sevilən Karzai, 2004-cü il seçkiləri sonrası dövrdə rəhbərlikdə korrupsiyanın artması, ölkə miqyasında Taliban və Əl Qaidə xadimlərinin təkrar güc qazanmasıyla birlikdə həm Karzai'nin hökumətinə qarşı həm də ölkənin gələcəyinə qarşı bir şübhə və inamsızlıq mühiti yarandı. Həmid Karzai 2009-ci il noyabr ayında ikinci dəfə prezident seçilmişdir.
Rəzzaq Məmmədov
Rəzzaq Məmmədov (tam adı: Rəzzaq Qüdrət oğlu Məmmədov; 2 noyabr 1948, Port-İliç, Lənkəran rayonu – 3 may 2023) — azərbaycanlı aktyor. Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən "Tədris Teatrı"nda aktyor kimi fəaliyyətə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Daha sonra təqaüdə çıxıb. Rəzzaq Məmmədov 3 may 2023-cü ildə 74 yaşında Bakıda vəfat edib. Lənkəranda dəfn olunub. Supunovalı — ("Çarəsiz sərnişinlər", G. Ltratiyev) Səlim — ("Aydın", C. Cabbarlı) Leylinin atası — ("Leyli və Məcnun", M. Füzuli) Egey və Bədləgər — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qəbirqazan və Keşiş — ("Hamlet", Vilyam Şekspir) Qapıçı və xidmətçi- ("Maqbet", V. Şekspir) Eskal — ("Tədbirə qarşı tədbir", V. Şekspir) Cadugər — ("Neron", M. Xubai) Hacı Baxşəli — ("Ölülər", C. Məmmədquluzadə) Vəzir – ("Sərgüzəşti vəziri-xani Lənkəran", M. F. Axundov) Polis – ("Mürafiə vəkilləri", M. F. Axundov) Axund – ("Ox və Hədəf", F. Ağamalıyev) Gözətçi – ("Karmen", P. Merime) Estraqon – ("Qodo həsrətində", S. Bekket) Vadim Andreyeviç – ("Ördək ovu ", A. Vampilov) Abbas –("Dadaşbala əməliyyatı", R. Əlizadə) Əlimənsur – ("Jaləli düzən", R. Əlizadə) Molla – ("Əbləhlərin toyu", R. Əlizadə) Tazı – ("Hamam hamam içində", R. Əlizadə) Kosa – ("Keçəlin toyu", R. Əlizadə) Ağsaqqal – ("Tıq-tıq xanım", R. Əlizadə) Kosa – ("Sehrli mücrü", R. Əlizadə) Div – ("Məlikməmməd", R. Əlizadə) İxtiyar – ("Məndən nigaran qalmayın", İ. Məlikzadə) Sərxan – ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Bolşevik – ("Şeytan tələsi", Ə. Əylisli) Həmid –("Qumm üzərində ev", R. İbrahimbəyov) Mirzə Məmmədəli – ("Atamın kitabı", B. Vahabzadə) Cəllad – ("Generalın son əmri", V. Səmədoğlu) Kamal – ("Mamay kişinin yuxuları", V. Səmədoğlu) Ata – ("Yeddi məhbusə", Ə. Əmirli) Professor – ("Meydan", Ə. Əmirli) Müdür – ("Komendant saatının lətifələri", Ş. Manafov) İxtiyar – ("İblis", H. Cavid) Kəblə Qubad – ("Ər və arvad", Ü. Hacıbəyov) Dəli – ("Ağıllı adam", F. Mustafa) Qonşu – ("Su pərisi" F. Mustafa) Hərənin öz ulduzu – ("Xəzinədar", Ə. Səməd) İnal bəy – ("Səni sevirəm Türkiyə", K. Abdulla) Ata – ("Valeh kəndiə qayıt", D. Mehdi) Aslan həkim – ("Vicdanın hökmü", H. Mirələmov) Dəyirmançı – ("Anamın gəlinlik paltarı", Ə. Əliyev) Qafar – ("Qarışqa yuvası", Ə. Qiyas) Tip – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev) Ox və məmur – ("Tarelkinin ölümü", Suxovo-Kobilin) Kərəməli – ("Məhəbbət yaşayır hələ", Hidayət) Mürid – ("Şeyx Sənan", H. Cavid) Dəyirmançı – ("Viktoriya", K. Hamsun) Çaylz – ("Oliver Tvistin macəraları" Ç. Dikkens) Müəllim – ("Mənim ağ göyərçinim" T. Vəliyeva) Ata, İrvahim – ("Əcəl atı" V. Əlixanlı) Cabbar müəllim – ("Buzovna kəndinin əhvalatları" Elçin) Ağa Mərdan – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Qazı – ("Əlincə qalası" Dilsuz) Şəhərli – ("Buratinonun macəraları" A. Tolstoy) Musa — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev) Altı nömrəli palata (film, 1994) Bala-başa bəla!
Səhzab (Sərab)
Səhzab (fars. سهزاب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 683 nəfər yaşayır (201 ailə).
İn-Qəzzam
İn-Qəzzam (ərəb. إن ڨزام‎) ‎ — Əlcəzairin cənub hissəsində, Tamanrasset vilayətində şəhər və kommuna. Şəhər vilayətin cənubunda, Böyük Səhranın mərkəzi hissəsində, Niger ilə dövlət sərhədinin yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1910 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 399 metr yüksəkdir.İn-Qəzzam kommunasının sahəsi 46,813 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 43 mm-dir). Orta illik temperatur 27,9 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 18,6°C, ən isti ayın (iyun) orta temperaturu 34,6°C-dir. Transsəhramagistralı şəhərdən keçir. Cənub-qərb kənarında eyni adlı hava limanı yerləşir.
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Əzab
Əzab — fiziki və emosional narahatlıq, ağrı, stres, əzab yaşadığı canlı varlığın son dərəcə xoşagəlməz, ağrılı və ya ağrılı duyğularının məcmusu. Ojeqov lüğətinə görə əzab — fiziki və ya zehni ağrı, əzabdır. YFE əzabı "əziyyət, fəaliyyətin əksinə; ağrı, xəstəlik, kədər, kədər, qorxu, həsrət və narahatlıq vəziyyəti". Eyni zamanda, bu, bir insanın və ya bir sıra şəxslərin fiziki və mənəvi-əxlaqi qüvvələrinin aktiv gərginliyinin bir formasıdır; xassələri arasında ümidsizlik, bölünmə, ehtiraslardan da bəhs olunur. Ayrıca, idrak təcrübəsinin bu və ya digər şəkildə əzablara davamlı olduğunu qeyd edirlər. Böyük Psixiatriya Ensiklopediyası (2-ci nəşr, 2012) ümumi slavyan dilini etimologiya kimi göstərir əzab "iş; ehtiyac"; lat. sterno "ümidsizliyə qərq olmaq, məhv etmək". IV Drobışeva yunan dilini göstərir yun. πάθημα, πάσχω "əzab, xəstəlik, əziyyət", Yunan ilə əlaqəli sayılır yun. στρηνής, στρηνός "kəskin, kobud", lat.
Qəzza müharibəsi
Qəzzə müharibəsi (ərəb. الهجوم على قطاع غزة‎; ivr. ‏מבצע עופרת יצוקה‏‎) İsrail Silahlı Qüvvələrinin Hanukanın davam etdiyi 27 dekabr 2008 tarixində yerli saatla 09:30 radələrində Həmasın israilli vətəndaşlara və hərbi bölmələrə qarşı kassam raketli hücumlar etdiyi iddiası ilə başlatdığı müharibə. 19 iyunda Misirin vasitəçiliyi ilə 6 aylıq atəşkəs elan olundu. 24 iyunda İsrail bir Fələstin İslami Cihadı komandirini öldürdü. Həmin gün İsrailə üç kassam raketi atıldı, 2 nəfər yaralandı. 26 iyulda FƏTH İsrailə raketlər göndərdi. Həmin gün Həmas İsrailin Qəzzə zolağındakı sərhəd qapılarını açmamağını atəşkəsin pozuntusu olaraq xarakterizə etdi. Bu xarakterizənin ardıyca Qəzzə zolağından İsrailə hər ay çox sayda raket və havan topu atışı davam etdi, ancaq nə İslami Cihad, nə FƏTH, nə də Həmas bu atışların məsuliyyətini öz üzərinə götürmədi. 4 noyabrda İsrail əsgərləri Qəzzə zolağına hərbi əməliyyat təşkil edib 6 Həmas üzvünü öldürdülər.
Qəzza zolağı
Qəzzə zolağı və ya Qəzza zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi — 365 km2, əhali — 2,2 milyon.
Əhzab Surəsi
Əhzab surəsi (ərəb. سورة الأحزاب‎ (oxunuşu: surətul-əhzab) - dəstələr) - Quranın 33-cü surəsi. Mədinədə nazil olmuşdur, 73 ayədir. Surənin adı 20 və 22-ci ayələrdə işlədilən əl-əhzab (dəstələr) sözündən götürülmüşdür. Surənin 56-cı ayəsi salavat ayəsi adlandırılır. Məşhur təthir ayəsi bu surənin 33-cü ayəsidir. Surədə həmçinin cahilliyyət dövründə adət şəklini almış öz oğulluğunun boşamış arvadı ilə evlənməyin yasaq olması hökmünün qüvvədən düşməsini əmr edən ayə də nazil olmuşdur. Belə ki, Peyğəmbər (s) öz oğulluğu Zeydin arvadının boşanmasına imkan daxilində mane olmuşdur, lakin bu gerçəkləşmiş və Zeyd arvadı Zeynəb bint Cəhşi boşadıqdan sonra Allah Peyğəmbərə (s) onunla evlənmək əmrini verir ki, müsəlmanlar bu adətin əyani şəkildə ləğv olunmasına əmin olsunlar.
Əznab (Əbhər)
Əznab (fars. ازناب‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (58 ailə).
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
2014 Qəzza qırğını
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. == Səbəbi == İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Birinci Qəzza döyüşü
Birinci Qəzzə döyüşü — döyüş 26 mart 1917-ci ildə baş tutmuşdur. Bu zaman Misir ekspedisiya ordusu Fələstinin cənubuna hücum təşkil etmişdir. Bu dövrdə Fələstin Osmanlı imperiyasının ərazisinə daxildir. Döyüş Sinay və Fələstin kompaniyasının tərkib hissəsi olmuşdur. Qəzzə şəhəri ətrafında, Aralıq dənizi sahilində baş vermişdir. Britaniya qüvvələrinin əsas hədəfi Qəzzəni ələ keçirmək olmuşdur. Gecə ikən hücuma keçə Britaniya qüvvələri şəhəri ələ keçirmək ərəfəsində olmaq üzrə gələcək osmalı qüvvələri və qaranlıq səbəbindən geriyə çəkilməli olmuşdur. Bu məğlubiyyətin ardından 1917-ci ilin aprelində ikinci Qəzzə döyüşündə britaniyalılar daha ağır məğlubiyyət əldə etmişdir == Tarixi == 1916-cı ilin fevralında Misir Espedisiya ordusu Romanidə qələbə əldə etməklə Süveyş kanalına osmanlılar tərəfindən edilən hücumların qarşısını alırdı. Həmin ili dekabrında Maqxabedə əldə edilən qalibiyyət isə Əl-Ariş limanın təhlükəsizliyini təmin edirdi. 1917-ci ilin yanvarında Rafe döyüşündə əldə edilən qalibiyyətdən sonra isə Sinay yarımadanınişğalı tamamən başa çatdırılmışdır.
Qəzza zolağının blokadası
Qəzza zolağının blokadası — 2007-ci ildə HƏMAS-ın Qəzzə zolağına nəzarəti ələ keçirməsindən sonra İsrailin rəhbərlik etdiyi və Misirin dəstəklədiyi blokada. Bunun bir h isəsi olaraq Qəzzə zolağına məhsulların və insanların gediş-gəlişinə blokada tətbiq edilmişdir. Blokadanın bəyan edilən məqsədi Qəzzəyə silah qaçaqmalçılığının qarşısını almaqdır. Bu, həm də mühüm humanitar problemlərə gətirib çıxarmışdır, çünki bunun nəticəsində zəruri məhsulların axını məhdudlaşmış, iqtisadi çətinliklər güclənmiş və Qəzzə sakinlərinin hərəkət azadlığına xələl gətirilmişdir. Bu səbəblərə görə ərazi "açıq hava həbsxanası" adlandırılmışdır. Qəzzəyə dəniz və hava yolu ilə çıxış və giriş qadağandır. Qəzzəyə girib-çıxmaq üçün cəmi üç keçid var, onlardan ikisi İsrail, biri isə Misirin nəzarətindədir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin 2022-ci il hesabatına görə, blokada İsrailin çıxış icazələrinin sayının azalması səbəbindən insanların və malların hərəkətini əhəmiyyətli dərəcədə azaltmışdır. İsrail müxtəlif hallarda blokadanın yumşaldılması və ya götürülməsi üçün müxtəlif atəşkəs sazişləri əsasında üzərinə götürdüyü konkret öhdəlikləri pozmaqda və ya yerinə yetirməməkdə ittiham olunur. "Keçidlər dəfələrlə bağlanmış və bufer zonalar bərpa edilmişdir.
Qəzza-İsrail münaqişəsi
Qəzza-İsrail münaqişəsi İsrail və Qəzzə arasında baş verən münaqişədir. 1948-ci ildən başlayaraq, 200.000 fələstinli qaçqın kimi qaçaraq və ya evlərindən qovularaq (Nəkbə) Qəzza zolağında məskunlaşdı. O vaxtdan bəri İsrail Qəzza zolağında təşkilatların iştirakı ilə təxminən 15 müharibədə iştirak edib. Hazırda davam edən müharibədə həlak olan Qəzzalıların sayının (37.000) Ərəb-İsrail münaqişəsinin bütün digər müharibələrində ölənlərin sayından çox olduğu bildirilir.
Kəmpab Məntqehi Məğan (Pərsabad)
Kəmpab Məntqehi Məğan (fars. كمپاب منطقه اي مغان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (85 ailə).
Əznab-i Süfla (Hurand)
Əznab-i Süfla (fars. ازناب سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 395 nəfər yaşayır (85 ailə).
Əznab-i Süfla (Nəmin)
Əznab-i Süfla (fars. انزاب سفلي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 704 nəfər yaşayır (168 ailə).
Əznab-i Xaləsə (Hurand)
Əznab-i Xaləsə (fars. ازنابخالصه‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (35 ailə).
Dezab
Dezab— İranın Xuzistan ostanının Dezful şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,169 nəfər və 2,279 ailədən ibarət idi.
Əznab-i Ülya (Hurand)
Əznab-i Ülya (fars. ازناب عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (43 ailə).
Qəzza–İsrail münaqişəsi (2023)
Qəzzədə müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı. Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir. Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Kenza Dahmani
Kenza Dahmani (18 noyabr 1980) — Əlcəzairli marafonçu. Kenza Dahmani Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kenza Dahmani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 37 saniyəyə qət edərək 157 marafonçu sırasında 50-ci yeri tutdu.