is. [
ər. ]
1. Əziyyət, üzüntü, işgəncə.
Toy-bayramdır bu dünyanın əzabı; Ağlı olan ona gətirər tabı. M.P.Vaqif.
[Nuriyyə:] Əvvəl günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. İ.Əfəndiyev.
Əzaba, zəhmətə qatlaşmayaraq; Biz şəkilə baxıb şəkil çəkirik. B.Vahabzadə.
□ Əzab çəkmək – əziyyət çəkmək, sıxıntı çəkmək, dərd çəkmək, möhnət çəkmək.
[Əsgər:] …İstəyirəm qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Ü.Hacıbəyov.
Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm.
Əzab görmək –
1) bax
əzab çəkmək;
2) cəzalandırılmaq.
Əzab vermək (etmək) – əziyyət vermək, cəfa vermək, sıxıntı vermək, işgəncə vermək, incitmək.
Təklifi-cənnət eyləmə kuyində könlümə; Çün cənnət əhlidir, nə verirsən əzab ona? Füzuli.
[Sitarə:] Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? C.Cabbarlı.
Sanki tale [Vahidə] əzab verir, bütün düşünülməmiş işlərinin hayıfını çıxırdı. İ.Hüseynov.
Əzaba salmaq – əzaba, əziyyətə düşməsinə səbəb olmaq.
Salıbdır könlümü zülfün əzaba. Q.Zakir.
Cəhənnəm əzabı – çox böyük əzab, əziyyət.
[Tükəzban:] Fəhlələr yenə cəhənnəm əzabından qurtulmadılar. M.Hüseyn.
2. Şiddətli mənəvi sıxıntı, əziyyət, ürək acısı. Vicdan əzabı.
– Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov.