Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Qiymətli karqo
Qiymətli karqo (ing. Precious Cargo) — 2016-cı il istehsalı olan Kanada döyüş filmidir. Filmin rejissoru Maks Adamsdır. Film B kateqoriyalı döyüş filmidir. (Filmin TV/DVD üçün hazırlanmış versiyası) == Aktyor heyəti == Con Brazerton Cenna B. Kelli Kler Forlani Brüs Uillis Mark-Pol Hosselaar Nikolas M. Lob Semmi Barber Deniel Bernhard Tayler Con Olson Lidiya Hall == Çəkilişlər == Filmin çəkilişləri 2015-ci ildə Massaçusets ştatının Halfport şəhərində başlamış, daha sonra isə Island View kazinosunda və Halfport hava limanında davam etdirilmişdir.
Karqopol
Karqopol (rus. Ка́ргополь) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən Oneqa çayının sol sahilindəki tarixi şəhər. Karqopol rayonunun inzibati mərkəzi və Karqopol şəhər qəsəbəsidir. == Tarixi == Arxeoloqların fikrincə, bu ərazidə ən qədim insan məskənləri eramızdan əvvəl dördüncü minilliyə, neolit dövrünə aiddir. Arxeoloqlar Karqopol bölgəsində 50-dən çox qədim yerləri sayırlar. Bütün dayanacaqlar göllərin yaxınlığında və ya çaylar boyu təpələrdə yerləşir. Onların əhalisi azdır, 25-30 nəfərdən çox deyildir. Əsas məşğuliyyət balıqçılıq və su quşları ovu idi. === Sovet Rusiyası === 1918-ci ilin yanvarında Kargopolda RSDLP (b) təşkilatı yarandı və Sovet hakimiyyəti quruldu. Müharibələrarası dövr bölgə üçün bir sıra ənənəvi memarlıq abidələrinin sökülməsi ilə əlamətdar oldu.
Farqo
Farqo (Şimali Dakota)
Karlo
Karlo — ad. Karlo Ponti — İtaliya kinoprodüseri. Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. Karlo Qoldoni — Venesiya dramaturqu.
Arqo
Arqo – müəyyən təbəqənin şərti dilidir. Bu dildən hamı tərəfindən qəbul edilmiş əxlaq və mənəviyyatı, yaxud qanunları tez-tez inkar edən müəyyən sosial qruplar arasında istifadə olunur. Arqo bəzən cəmiyyətdə, mühitdə rast gəlinən nihilizmlə mübarizədə real həyatın təmsilçisi kimi nüfuzlu mövqedən istifadə edir. Jarqonla qarşılıqlı təsirdə olaraq onun leksik ehtiyatından daim bəhrələnir. Bu dil vasitəsilə müəyyən peşə, alət, vərdişlərin adlandırılması ilə bağlı çoxlu sayda sözlər yaranmışdır. Üzüyola danışıq tərzi Arqoda başlıca məqsədə çevrilir. Xüsusi leksikası ilə ümumxalq dilindən fərqli olur. Müxtəlif arqolardan ədəbi dilə keçmiş söz və ifadələr (arqotizm) ümumi nitqdə işlənir.
Karlo Allioni
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Karlo Ançelotti
Karlo Ançelotti (it. Carlo Ancelotti; 10 iyun 1959[…]) — "Real Madrid" klubunun baş məşqçisi vəzifəsini yerinə yetirən italyan peşəkar futbol məşqçisi və keçmiş futbolçu. O, İtaliyada "Karletto" (it. Carletto), İspaniyada isə "Don Karlo" (isp. Don Carlo) ləqəbi ilə tanınır və bütün zamanların ən böyük futbol məşqçilərindən biri kimi qəbul edilir. Ançelotti UEFA Çempionlar Liqası tarixinin ən uğurlu məşqçisidir: o, kuboku məşqçi olaraq beş dəfə, üstəlik futbolçu olduğu zamanlarda daha iki dəfə qazanıb. O, həmçinin altı dəfə Çempionlar Liqası finalındakı bir komandanı idarə etmiş ilk və yeganə məşqçidir. "AC Milan" klubunun oyunçusu olaraq 1989 və 1990-cı illərdə iki dəfə Avropa Kubokunu (indiki Çempionlar Liqası) qazanmışdır ki, bu da onu həm oyunçu, həm də məşqçi kimi Avropa Kubokunu / Çempionlar Liqasını qazanmış yeddi nəfərdən biri edir. Ançelotti eyni zamanda Avropanın ən yaxşı beş liqasında liqa çempionu olmuş ilk və yeganə məşqçidir. FİFA Klublararası Dünya Kubokunu 3 dəfə qazanmışdır.
Karlo Berqonsi
Karlo Berqonsi (it. Carlo Bergonzi; 13 iyul 1924) — italyan opera müğənnisi — tenor. Cüzeppe Verdinin operalarından partiyaların ifaçısı kimi tanınır. İtaliyanın Polezine-Parmense kommunasında dünyaya gəlmişdir. 14 yaşından Parm konservatoriyasında vokal dərsləri almağa başlayan müğənni ilk əvvəl bariton səs tembri ilə ifalara başlayır. İkincü denya müharibəsində Almaniya ərazisində əsir düşərgəsinə düşür. Müharibə bitdikdən sonra İtaliyaya qayıdaraq Breşi konservatoriyasında təhsilini davam etdirir. Onun ilk bariton kimi debütü 1947 ci ildə Berqonsidəki opera səhnəsində Sevilya bərbəri tamaşasında olur. Öz üzərində bir çox çalışdıqdan sonra 1951 ci ildən tenor kimi çıxışlar etməyə başlayır. Beləliklə o, 1953 cü ildə Milanda La Skala, 1956 cı ildə Nyu York da Metropoliten-opera, 1962 ci ildə isə Londonda Kovent-Qarden Kral Teatrı səhnələrində çıxışlar edir.
Karlo Bonapart
Karlo Mariya Bonapart və ya Karlo Mariya di Bonapart (29 mart 1746[…], Ayaçço, Korsika, Genuya Respublikası – 24 fevral 1785[…], Monpelye, Fransa krallığı) — Korsikalı idi. Napoleon Bonapartı atasıdır. Fransa Korsikayı işğal edəndə, Karlo Bonapart Fransa hökuməti ilə əlaqələr qurar. Bu uşaqlarına Fransada oxumaq imkanı verir. Həyat yoldaşı Letiza Romalinodur. Toskana zadəganıdır. == Həyatı == Qısa müddət ərzində inqilab lideri Paskal Paolinin şəxsi köməkçisi olaraq xidmət etdi və Korsikanın işğalı zamanı Korsikanın müqavimətçləri ilə fransızlara qarşı vuruşmuşdur. Adanın fəth edilməsi və müqavimətin məğlub edilməsindən sonra Korsikanı XVI Louis məhkəməsində təmsil etmək üçün könüllü oldu. 24 fevral 1785-ci ildə mədə xərçəngindən öldü. Ölümündən sonra sağ qalan ikinci oğlu I Napoleon Fransa İmperatoru oldu; Sonralar Bonapartın digər övladlarının əksəriyyəti qardaşlarına görə kral titulları aldılar və evli kral ailələri ilə evləndilər.
Karlo Kollodi
Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir. == Həyatı == Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto; 11 dekabr 1912[…] – 10 yanvar 2007[…], Cenevrə) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur. Milan Universitetində Hüquq fakültəsini bitirmişdir. İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur. Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.
Karlo Qoldoni
Karlo Qoldoni (it. Carlo Goldoni; 25 fevral 1707 – 6 fevral 1793) — Venesiya dramaturqu. == Həyatı == Məşhur İtaliya dramaturqu Karlo Qoldoni 25 fevral 1707-ci ildə anadan olub. İtaliya teatrında apardığı islahatlarla məşhur olub. Maarifçilik ideyaları Qoldoni dramaturgiyasında əsas yer tutur. 267 pyes yazıb. "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" pyesləri Azərbaycan Milli Dram teatrında da tamaşaya qoyulub. Qoldoninin "Girkana Culfada", "Girkana İsfahanda", "Fars gəlini" kimi tragikomediyaları da var. Karlo Qoldoni 6 fevral 1793-cü ildə vəfat edib.
Marqo Robbi
Marqo Elis Robbi (ing. Margot Elise Robbie; 2 iyul 1990, Delbi[d], Avstraliya) — avstraliyalı aktrisa və kinoprodüser. == Həyatı == Marqo Elis Robbi 2 iyul 1990-cı ildə Avstraliyanın Kvinslend ştatının Delbi şəhərində anadan olub. Onun atası şəkər qamışı maqnatı Duq Robbi, anası isə fizioterapevt Sarie Kesslerdir. Onun üç qardaş-bacısı var. Marqo beş yaşında olarkən valideynləri boşanıb. O, və qardaş-bacıları anaları tərəfindən böyüdülüblər. Onlar atalarını tez-tez görə bilmirdilər. Marqo uşaqlığının çox hissəsini nənə və babasının fermasında keçirib. Marqo şən uşaq idi, evdə tamaşalar etməyi xoşlayırdı.
Marqo Tyen
Marqo Tyen (29 dekabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Marqo Tyen Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Marqo Tyen Olimpiadanın qalibi olub.
Monte-Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Neturey Karto
Neturey Karto arami dilində "Şəhərin Gözətçiləri" mənasını verən bir tamlama olub; sionizm əleyhdarı bir Ortodoks Yəhudi camaatıdır. Məsih gəlmədən qurulmuş olan İsrail dövlətinin etibarlı bir dövlət ola bilməyəcəyini iddia edirlər. Bu səbəblə camaatın üzvləri hər cür rəsmi yazışmalarını İsrail dövləti ilə deyil İordaniya Krallığı ilə etməkdədir. Yəhudi soyqırımının da sionistlər tərəfindən İsrail dövlətinin qurulması məqsədilə istifadə edildiyini iddia etməkdədirlər. Tövrata inanmaqla bərabər Sionizmə inanmırlar. Sionizmin Yəhudi dininə tərs olduğu və İsrailin bir an əvvəl Fələstini işğal etməyi buraxması lazım olduğu şəklindəki fikirlərini müqəddəs kitab Talmudda ayələrini dəlil göstərərək dəstəkləməyə çalışırlar. Qüdsdə hələ də İsraili tanımayan camaatla birgə 500 Naturey Karto ailəsi yaşayır. Təşkilatın qurucusu isə Moşe Hirsch'tir.
San-Karlo
San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 1815—1822-ci illərdə teatra Coakkino Rossini, 1822—1838-ci illərdə — Qaetano Donizetti, 1850-ci illərdə isə — Nikola Boksa rəhbərlik etmişdir. Bina 1816-cı il yanğınından sonra yenidən tikilmiş, 1845, 1854-cü illərdə və 1943-cü ildə II Dünya müharibəsi dövründəki bombardmanlardan sonra təmir və bərpa edilmişdir.
Usuk-Karqa
Usuk-Karqa adası — Laptevlər dənizində, Kotelnı adası yaxınlığında yerləşən ada. İnzibati baxımdan Yakutiyanın Bulunski ulusu ərazisində yerləşir. Ada Kotelnı adasının qərbində yerləşir. Şimaldan cənuba doğru uzanır. Vısax-Karqa dilinın davamını təşkil edir. Ətrafında Temp buxtası yerləşir. Dayazlıqlarında qumlar yığılmışdır.
Karlo Bassi
Marqo Dydek
Marqo Dydek (28 aprel 1974, Varşava – 27 may 2011, Brisben) - kimi də tanınan Małgorzata Dydek, Polşalı peşəkar basketbolçu idi.7 fut 2 düym (2,18 m) hündürlüyündə dayanan o, dünyanın ən hündür peşəkar qadın basketbolçusu olması ilə məşhur idi.O, WNBA-da bir çox komandada mərkəz mövqeyində oynayıb və Kvinslend Basketbol Liqasında Northside Wizards üçün məşqçi olub. O, Polşanın Qızıl Xaçına layiq görülüb (1999).O, 2019-cu ildə FIBA-nın Şöhrət Zalına daxil edilib. == Həyatı == Marqo Dydek 28 aprel 1974-cü ildə Varşavada, Polşada 6 fut 7 in (2,01 m) ata və 6 fut 3 düym (1,91 m) ananın ailəsində anadan olub. Onun iki bacısı var idi, böyük bacısı Katarzyna (2.01 m) indi fəaliyyət göstərməyən ABL-nin Colorado Xplosion-da oynayırdı. Onun kiçik bacısı (12 yaş kiçik), Marta (1,98 m), basketbol oynadığı Texas-El Paso Universitetini bitirib və 2000-ci illərdə İspaniyada peşəkar şəkildə oynayıb. == WNBA karyerası == Dydek ilk səfərini 1998-ci ilin may ayında WNBA-nın çağırışqabağı düşərgəsi üçün ABŞ-a etdi. Dydek, Utah Starzz tərəfindən 1998-ci ildə WNBA layihəsində ümumi olaraq 1-ci seçildi (franchise sonradan San Antonio'ya köçürüldü). 16 aprel 2005-ci ildə, 2005-ci il WNBA draftı zamanı San Antonio Silver Stars Dydek-i Konnektikut Günəşinə dəyişərək Günəşin ilk raund draft seçimini Liberty Universitetindən Katie Feenstra ilə əvəz etdi. Saxlanılan rekordlar: Bloklarda bütün zamanların lideri (877), 323 oyunda Ümumilikdə doqquz dəfə mövsümün lideri (1998–2003, 2005–07) Hər oyunda səkkiz dəfə mövsüm bloklarında lider (1998–2003, 2006, 2007) 2001-ci ildə ən çox müdafiə ribaundu (214). 3 iyun 2008-ci ildə Dydek hamiləliyi səbəbindən basketboldan uzaqlaşdıqdan sonra Los Angeles Sparks ilə müqavilə imzaladı.
Karlo Bossoli
Karlo Bossoli (6 dekabr 1815[…] – 1 avqust 1884, Turin) — italyan və isveçrəli rəssam, mənzərə rəssamı, dəniz rəssamı, səyyah. Karlo Bossoli gəncliyini Rusiya İmperiyasının cənubunda — Odessa və Krımda keçirib, burada qraf Vorontsovun himayəsindən qalıb. Yetkinlik illərində İtaliyada yaşayıb, burada ölkənin birləşməsi uğrunda müharibədə iştirak edib. == Bioqrafiyası == Rəssam İsveçrədə, italyan mason Pietro Bossolinin ailəsində anadan olub. 1820-ci ildə Karlonun valideynləri Odessaya köçürlər, burada 1820–1826-cı illərdə Karlo Kapuçin məktəbində təhsil alır. Məzun olduqdan sonra o, antikvar və çap məhsullarının dilerində, 1828-ci ildən isə Odessa Opera və Balet Teatrının rəssamı və dekoratoru Rinaldo Nannini, məşhur italyan dekoratoru Alessandro Sançirikonun tələbəsi ilə işləmişdir. Artıq 1833-cü ildə Karlo onları rəngləməyə və satmağa başladı. 1836-cı ildə atası həyatını itirdikdən sonra Bossoli anası, bacısı Giovanna və onun ögey oğlu Françesko Eduardonu maddi baxımdan təmin etməli idi. Gənc rəssamın əl işlərini Novorossiysk və Bessarabiya qubernatoru qraf Vorontsov tərəfindən diqqət çəkdi. O, Karloya Odessanın mənzərələri ilə bir neçə rəsm sifariş etdi və yaxşı pul ödədi.
Karro (Fransa)
Karro (fr. Carros) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Nitsa-3 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş L'Eskaren kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,11 km², əhalisi — 11 379 nəfərdir (2006) artım tendensiyası ilə: 11 497 nəfər (2012), əhalinin sıxlığı 760,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 11 462 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 11 497 nəfər.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Largo
Largo, Larqo, Larco (it. largo — geniş, çox asta, tamam, uzatmaq) — Musiqi xarakteri və tempi. Larqo Adajio ilə eyni hərəkətli olsa da bir qədər ciddidir. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) largo birinci yerdə gəlir.
M6 Fargo
M6 37 mm KMO ABŞ tərəfindən istehsal edilən və Amerikan Ordusu tərəfindən İkinci Dünya müharibəsi əsnasında tank məhvedicisi olaraq istifadə edilən bir zirehli döyüş vasitəsidir. == Amerikanın istifadəsi == 1942-ci ilin fevral ayındakı Standartlaşdırmanın ardından 1942-ci ilin aprel və oktyabr ayları arasında 5,380 ədəd M6 37 mm KMO istehsal edildi. Bir ədəd vasitənin xərci 4,265 ABŞ dolları idi. Amerika ordusunun təliminə görə, tankların əsl məqsədi piyada birliklərinə dəstək vermək idi. Düşmən tanklarının məhvi işini tank məhvedici vasitələri aparmalıydı. M6 37 mm KMO Amerikalılar tərəfindən çox az qarşıdurmada istifadə edildi. 1942-ci ilin sonları və 1943-cü il tarixlərində baş vermiş olan Tunis hərəkatı əsnasında Amerikanın 601-ci və 701-ci Tank məhvedici taburlarında istifadə edilmişdir. Bu vasitələrdən müsbət nəticə əldə edilə bilinmədi. İlk olaraq zirehləri yox idi və daşıdıqları anti-tank mərmiləri inkişaf etmiş Alman tanklarına qarşı təsirsiz idi. M6 lar ayrıca az da olsa 1943 və 1944-cü illərdə Sakit okean Cəbhəsində də istifadə edilmişdir.