Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məsud xan Keyhan
Məsud xan Mirzə Mütəllib xan oğlu Keyhan (13 dekabr 1886 və ya 1893, Tehran – 1961 və ya 1966, Tehran) — İran Kazak diviziyasının polkovniki, İranın hərbi naziri. == Həyatı == Məsud xan Mirzə Mütəllib xan oğlu 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Orta təhsilini doğma şəhərlərində almışdı. Sonra Avropaya yollanmış, yüksək hərbi təhsilə yiyələnmişdi. Vətənə döndükdən sonra İran Kazak diviziyasında hərbi xidmətə başlamışdı. Polkovnik rütbəsinədək ucalmışdı. 1917-ci ildən sonra briqadanın komandiri olmuşdu. 21 fevral 1921-ci ildə, baş nazir Seyid Ziyaəddin Təbatəbainin sərəncamı ilə İranın hərbi naziri təyin olunur. Bu dövrdən sonra dostu Rza xan Sipəhlə arası dəyir. Rza xanın təsiri ilə nazirlikdən istefa edir.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Reyhan
Reyhan (lat. Ocimum) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ədviyyat bitkisinin vətəni Seylon (Sərəndib) adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Bitkinin hündürlüyü 30–50 sm olaraq yarpaqları yaşıl- mürəkkəb rəngli, xoş ətirli olur. Bitkidən müxtəlif ət xörəklərində ədviyyə kimi istifadə olunaraq süfrəyə salat kimi də gətirilir. Bitkinin yarpaq və zoğunda 0,02–0,08% efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr də vardır. Naxçıvan MR-da Babək rayonundakı təsərrüfatlarda reyhan, digər ədviyyat bitkiləri ilə bərabər becərilir. Bitki toxumları ilə əkilib çoxaldılır. == Növləri == Adi reyhan, dirrik reyhanı, nəcib reyhan (Ocimum basilicum L.) Gözəl reyhan (Ocimum gratissimum L.) Nanəyarpaq reyhan (Ocimum menthafolium Hochst.) == Dində == "Quran"da reyhan haqqında belə bir ifadə var: "Yarpaqlı dənələr və xoş qoxulu reyhan vardır." Əvvəlki məlumat yanlışdır, Rahman surəsi, 12-ci ayətdə reyhan bitkisinin adı keçmir.
Seyhan
Seyhan — Türkiyənin Adana ilində ilçə.
Adi reyhan
Adi reyhan, dirrik reyhanı və ya nəcib reyhan (lat. Ocimum basilicum) — dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti xarici görünüşcə oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur. Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Qədim Romada belə bir inanc var idi ki, insan reyhan yeyərkən yenidən can qazanır, Hindistanda isə onu müqəddəs bitki hesab edirdilər.
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Ceyhan çayı
Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun) ―Türkiyənin cənubunda, Anadoluda çay. == Çayın məcrası == Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır. Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir. Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi. Çay dərin və sürətli idi və orta eni 600 fut (180 m) idi.Hal-hazırda əvvəllər mövcud olan dar dərin vadiləri səbəbilə Ceyhan çayının üzərində hidroelektrik enerjisi istehsalı, daşqınlara qarşı mübarizə və məhsuldar Çukurova bölgəsinin suvarılması məqsədi ilə bəndlər tikilmişdir.
Gözəl reyhan
Gözəl reyhan (lat. Ocimum gratissimum) — reyhan cinsinə aid bitki növü.
Nanəyarpaq reyhan
Nanəyarpaq reyhan (lat. Ocimum menthafolium) - reyhan cinsinə aid bitki növü.
Reyhan (ad)
Reyhan — qadın adı. Reyhan Camalova — Azərbaycanlı gənc startapçı. Reyhan Topçubaşova — Reyhan Müslümova — Müğənni. Aktrisa. Reyhan Yusifqızı — Azərbaycan yazıçısı Reyhan Tağıyeva — Reyhan Məmmədova — Reyhan Ağayeva — Sosialist Əməyi Qəhrəmanı (1948).
Reyhan (Əhər)
Reyhan (fars. ريحان‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (92 ailə).
Reyhan Ağayeva
Reyhan Ağababa qızı Ağayeva (1924, Musaküçə, Lənkəran qəzası – 24 aprel 1968, Musaküçə, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Sosialist Əməyi Qəhrəmanı Əli Ağayevin bacısıdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.173.
Reyhan Camalova
Reyhan Camalova (d. 17 noyabr 2002, Quba, Azərbaycan) — Azərbaycanlı ixtiraçı. O, 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb. == Həyatı == Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə İSTƏK liseyində təhsil almaq hüququ qazanıb.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) türk müğənnisidir .
Reyhan Məmmədova
Reyhan İlqar qızı Məmmədova (d. 1995 — ö. 28 iyun, 2017, Bakı, Azərbaycan) — Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kollecinin Rəngkarlıq fakültəsinin keçən ilk məzunu idi.
Reyhan Tağıyeva
Reyhan Qəmbər qızı Tağıyeva (21 mart 1910, Tiflis – 29 noyabr 1973, Kirovabad) — Gürcüstan SSR əməkdar artisti, Gəncə Dram Teatrının aktrisası. == Həyatı == Reyhan Tağıyeva 21 mart 1910-cu ildə Tiflisdə dünyaya gəlib. Burada gimnaziya tipli məktəbdə ibtidai təhsil alıb. Bu illərdə Tiflisdə qadınlar klubunda qızların dram dərnəyi fəaliyyət göstərib. Məhz 15 yaşında olarkən ilk dəfə olaraq bu dərnəkdə Üzeyir Hacıbəylinin "Məşədi İbad" və "Arşın mal alan" komediyalarında Qoçu Əsgər və Soltan bəy obrazlarında çıxışlar edib. Qeyd etmək lazımdır ki, həmin dövrdə Tiflis Azərbaycan Teatrının məşhur truppaları birləşərək 1922-ci ildə dövlət teatrı kimi fəaliyyət göstərib. 1927-ci ildə daha da möhkəmlənən aktyor truppası kimi fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrına Mirzəli Abbasov və İbrahim İsfahanlının dəvəti ilə Reyhan Tağıyeva aktrisa olaraq gəlib. İyirmi illik səhnə fəaliyyəti dövründə bu teatrın səhnəsində bitgin obrazlar qaleriyası yaradan Reyhan Tağıyeva 1947-ci ildə Gürcüstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisa məhz bu teatrın səhnəsində Cəfər Cabbarlının "Yaşar"ında Tanya, "Od gəlini"ndə Gülgün, "Almaz"ında Yaxşı, Hüseyn Cavidin "Knyaz"ında Ana, Üzeyir Hacıbəylinin "Arşın mal alan"ında Telli, Sabit Rəhmanın "Toy"unda Zalxa, Rza Şahvələdin "Dağlılar"ında Ana, Heydər İsmayılovun "Koroğlu"sunda Gülsənəm, Rəsul Rzanın "Vəfa"sında Ülkər xala, Süleyman Rüstəmin "Qaçaq Nəbi"sində Leyla, Konstantin Trenyovun "Düşmənlər"ində Baronesa, Tur qardaşları və Lev Şeyninin "Üzləşdirmə"sində Vera, Konstantin Simonovun "Vətən oğlu"nda Yasəmən obrazlarını böyük sevgi və məhəbbətlə yaratmağa müvəffəq ola bilib. Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ildə fəaliyyətini dayandırıb.
Reyhan Topçubaşova
Reyhan İbrahim qızı Topçubaşova (15 dekabr 1905, Quba – 5 mart 1970, Bakı) — Azərbaycanın ilk qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). == Həyatı == Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olmuşdur. Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində almışdır. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb, lakin Reyhan, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib. Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır. 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur. 1941–1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur. 1943-cü ildən Azərbaycan SSR-in əməkdar incəsənət xadimi idi.
Reyhan Yusifqızı
Reyhan Yusifqızı (Şıxlinskaya Reyhan Yusif qızı,13 noyabr 1965, Bakı) — Azərbaycan yazıçısı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Reyhan Yusifqızı 1965-ci il, noyabrın 13-də anadan olub. 1972–1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub, 1987-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alib. 1990-cı ildə Bakı Dövlət Universitetində işləməyə başlayıb. Reyhan Yusifqızı 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edərək f.-r.e.n. alimlik dərəcəsi alıb. 60-dan çox məqalə və tezisin, həmçinin, riyaziyyat sahəsində üç kitabın müəllifidir. "Zadə irsi və süni intellekt" Assosiasiyasının üzvüdür, Soft Kompüting nəzəriyyələrini tədris edir. Ailəlidir.
Seyhan çayı
Seyhan çayı (qədim adı: q.yun. Σάρος Saros) və ya digər adı ilə Sarus (türk dilində Sarus Su) ― Kilikyanın və Türkiyənin Aralıq dənizinə tökülən ən uzun çayı. Çay 560 km uzunluğundadır və Anti-Tavr dağlarının zirvələrindən başlayır və geniş delta yaradaraq Aralıq dənizinə tökülür. Onun əsas qolları Adana ilində, Aladağ şəhərində birləşərək çayı əmələ gətirən Zamantı və Göksu çaylarıdır. Seyhan çayının mənbəyinin Tavr dağlarında olduğu bildirilmişdir. Çay Komana qəsəbəsi ilə irəliləyərək Kapadokyadan, daha sonra isə Kilikiyadan keçir. Çayın adı Liviy, Ksenofon, Prokopi, Strabon, Ptolomey, Appian, Böyük Plini və onu səhvən Sinarus adlandırmış Selanikli Estafiy də daxil olmaqla bir çox qədim müəllif tərəfindən qeyd edilmişdir.Seyhan çayı mənsəbindən 50 km məsafədə çayın üzərində yerləşən yeganə yaşayış yeri olan Adana şəhərindən keçir. Adanada çayın üzərində II əsr Roma körpüsü olan Taşköprü də daxil olmaqla bir neçə körpü mövcuddur. Çay, Dəli burnunda Aralıq dənizinə tökülür. == Tarix == Qədim Yunan-Roma əfsanəsində Adana şəhərinin adının qardaşı ilə birlikdə çayın yanında şəhər quran yunan tanrısı Uranusun oğlu Adanusdan gəldiyi qeyd edilir.
Sultan Kayhan
Sultan Kayhan (türk.Sultan Kayhan; 14 mart 1988, İsveç)—Türkəsilli İsveçli siyasətçi. İsveç Parlamentinin millət vəkili,İsveç Sosial Demokrat Partiyasının üzvü == Həyatı == Sultan Kayhan 14 mart 1998-ci ildə İsveç Krallığında anadan olub.
Reyhan Müslümova
Reyhan Müslümova - Azərbaycanlı müğənni == Həyatı == Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, o müğənni olmağa qərar verib. Müğənnilik karyerasında ilk addımlarını "Lalə" qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyub. 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb. == Vəfatı == Reyhan Müslümova artıq çəkidən əziyyət çəkib. Şəkər xəstəsi olduğundan həkimlər əməliyyat aparmaqdan imtina ediblər. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və 52 yaşında həyatını itirir. Digər bir versiyaya görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Xəstəxanadan verilən ölüm kağızında isə Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub.
Reyhan (dəqiqləşdirmə)
Reyhan — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Reyhan (ad) — qadın adı. Reyhan (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Adana-Ceyhan zəlzələsi
1998-ci il Adana-Ceyhan zəlzələsi və ya 1998-ci il Adana zəlzələsi — 1998-ci ildə Adanada başa vermiş təxminən 6.2 bal gücündə zəlzələ. Zəlzələ 27 iyun 1998-ci ildə, yerli vaxtla təxminən 16:55-də tarixən Kilikya kimi tanınan, Türkiyənin Cənubunda baş vermişdir. Bu zəlzələ Türkiyənin 5-ci ən böyük şəhəri olan Adana və Adanın ən sıx məskunlaşmış bölgəsi olan Ceyhan və bu iki şəhər arasında Ceyhan çayı boyunca olan kəndlərdə 145 nəfərin ölümü, 1500 nəfərin yaralanması və minlərcə insanın evsiz qalmasıyla nəticələndi. Ceyhanda itki və zərərin çoxluğunun əsas səbəbi binaların mühəndislik baxımından qüsurlu inşasıdır. Ümumi iqtisadi itki 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Bakı-Tbilisi-Ceyhan
Bakı-Tbilisi-Ceyhan boru xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri.Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir. 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı. Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir. == Tarixi == Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəlin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Co) tərəfindən tikilib. BTC boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərində yerləşən hissələrinin operatoru BTC Co.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ International Limited (BIL) şirkətidir.
Dağlar qızı Reyhan
Dağlar qızı Reyhan (mahnı)
Pəyhan
Pəyhan (erm. Փայահան; P’ayahan, Payagan, Bakavank) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 31 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşir. Adı sonradan dəyişdirilərək Nor Astghaberd (erm. Նոր Աստղաբերդ) edilib. == Tarixi == XVI yüzilliyin 90-cı illərində tərtib olunmuş «Urud və İsgəndər qalası livasının sicil dəftəri»ndə kəndin adı «Pakhan» kimi qeyd olunur. 1918-ci ildə kənd əhalisi erməni silahlı birləşmələri tərəfindən deportasiyaya məruz qalaraq, dekabr ayında qarlı Zəngəzur dağlarını aşaraq Naxçıvana qaçmışlar. 1919-cu ildə kəndlərinə qayıdan pəyhanlılar yenidən qaçqınlıqla üzləşərək bu dəfə Zəngilan rayonuna pənah aparmışlar. 1922-ci ildə Azərbaycan və Ermənistanda Sovet hökumətinin qurulmasından sonra Pəyhan camaatından yalnız 70 nəfəri öz dədə-baba yurdlarına qayıtmışdır. Pəyhan kolxozu 1931-ci ildə yarandılmış, 1937-ci ildə Keypəşin kolxozu, 1952-ci ildə isə Acıbac kolxozu Pəyhan kolxozuna birləşdirilmişdir.
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun MəmmədovCeyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyorCeyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun ƏşrəfovDigərCeyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.