Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astara kitabxanası
Astara kitabxanası — Astaranın ilk ictimai kitabxanasıdır. Bu kitabxana 1302-ci hicri şəmsi (1924) ilində Astara şəhərində qiraətxana kimi tikilib. == Tarixi == Astara kitabxanası 1302-ci ildə Astarada xeyir və mədəniyyət sevər insanlar tərəfindən yaradılıb. Sonralar kitabxananın binası bərbad hala düşdüyünə görə 1386-ci ildə yeri dəyişdirilərək yenidən tikilib. == Yeri == Kitabxana 1386-cı ildə Astaranın milli bağına köçürülüb.
Avropa kitabxanası
Avropa kitabxanası (ing. The European Library, qısa şəkildə TEL) — Avropanın 48 milli kitabxanasının və bir çox kitabxanalarının tədqiqat mərkəzlərinin resurslarına daxil olan internet portalı. Portal həm kitabxana yazılarında, həm də pulsuz rəqəm obyetlərində axtarış aparmağa imkan verir. Avropa Şurasına daxil olan kitabxanalar portal vasitəsi ilə elektron kataloqlarına, sənədlərin tam mətnlərinə, audioyazılışlara daxil olmağa şərait yaradır. Portalın aktivində 200 milyon yazı, 24 milyon sənəd, 7 milyon rəqəmsala obyekt vardır. Mətnlər 35 dildə açıqdır.
Batler kitabxanası
Batler kitabxanası — Nyu York şəhərinin Manhetten bölgəsinin 114-cü küçəsində Kolumbiya Universitetinin kampuslarından biri olan Morninqsayd Heyghtsdə yerləşir. 2 milyondan çox fondu olan bu böyük kitabxana universitetin vahid kitabxanası olmaqla yanaşı, eyni zamanda kampusdakı ən böyük binalardan biridir. Bina 1931–1934-cü illərdə Ceyms Qamble Roqers tərəfindən Neoklassik üslubunda hazırlanaraq inşa edilmişdir. == Tarixi == Kitabxana 1931–1934-cü illərdə tikilib və Ceyms Qamble Roqers tərəfindən Neoklasik üslubda dizayn edilib və Yel universitetinin yaşayış sistemi və Harvard evlərinin donoru olan Kolumbiya məzunu Eduard Harknes tərəfindən maliyyələşdirildi. Əvvəlcə "Cənub salonu" adlanırdırılan kitabxana 1946-cı ildə Kolumbiya Universitetinin 1902–1945-ci illərdəki rektoru Nikolas Murrey Batlerin şərəfinə Batler olaraq dəyişdirildi. İlk öncə Memorial Kitabxanasını genişləndirmək planlarının nəticə vermədiyini görən Butler yeni bir kitabxana binası təklif etdi. Batler kitabxanasında 1995–2009-cu illər arasında bir neçə mərhələdə tamamlanan əsaslı təmir işləri aparılmışdır. == Dizaynı == Kitabxananın fasadında iyon sırası ilə yuxarıda yazıçıların, filosofların və mütəfəkkirlərin adları yazılmış sütun var. Beləki binanın önündə Homer, Herodot, Sofokl, Platon, Aristotel, Demosfen, Siseron, Vergilin, sağında Migel de Servantes, Uilyam Şekspir, Con Milton, Volter, Yohann Volfqanq Götenin, solunda isə Kvint Horas Flak, Tasit Korneli, Avqustin Avreli, Dante Aligyerinin adları yazılmışdır. Giriş lobbisindəki Videbimus Lümen (universitetin devizi olan "işiğın içində işığı görürük") adlı böyük divar kağızı 1934-cü ildə Yugin Sevig tərəfindən çəkilmişdir.
Britaniya kitabxanası
Britaniya Milli Kitabxanası — Böyük Britaniyada kitabxana. ABŞ Konqres Kitabxanasını da geridə qoyaraq 170 milyonu keçən vəsaitlə dünyanın ən böyük kitabxanası hesab olunur. Britaniya Milli Kitabxanası 5 kitabxana sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya Milli Kitabxanasında əvvəl az sayda kitab olmuşdur. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir. Bu gün Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır.
Kelsus Kitabxanası
Efes Kelsus Kitabxanası — Efes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110–135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür. Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K. Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır.
Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Köprülü kitabxanası
Köprülü kitabxanası — Osmanlı imperiyasında müstəqil kitаbхаnаlаrın ilk nümunəsidir. 1661-ci ildə vəfаt еdən Köprülü Mehmed Pаşаnın inşasına başladığı böyük mədrəsə kompleksinin yаlnız mədrəsə, hаmаm, türbə hissəsini tikdirməyə macal tapmışdı. Onun ölümündən sonra оğlu Köprülü Fаzil Əhməd Pаşа аtаsının vəsiyyətinə əməl еdərək mədrəsə kоmplеksinin tikintisini bаşа çаtdırа bilmişdi.
Laurensiana kitabxanası
Mediçi Lorenso Kitabxanası, Laurensiana Kitabxanası (lat. Biblioteca Medicea Laurenziana) — əlyazmaları ilə məşhur olan İtaliyanın dövlət kitabxanasıdır. Florensiyada yerləşir. 11000-dən çox əlyazma və 4500 qədim çap olunmuş kitab saxlanılır. Kitabxana Mediçilərin hakimiyyəti dövründə yaradılmışdır. Kitabxana 1571-ci ildə açılmışdır. Kitabxana Laurenziana adını babası Qoca Kozimo Medicinin kitabxanasını əhəmiyyətli dərəcədə zənginləşdirən Möhtəşəm Lorenso Mediçi şərəfinə almışdır. == Kolleksiyanın yığılma tarixi == Qoca Kosimo Medici 1444-cü ildə özünün geniş əlyazma kolleksiyasından ev kitabxanası qurdu. 1437-ci ildə dostu, humanist və bibliofil, qədim əlyazmalara düşkün olan Nikolo Nikkolinin ölümündən sonra Kosimo onun kolleksiyasını miras aldı və onu qismən San-Marko monastırına verdi. 1497-ci ildə Mediçilər Florensiyadan qovulduqda kitabxana Sinoriyanın mülkiyyətinə keçdi və San-Marko monastırına göndərildi.
Nineviya kitabxanası
Perqam kitabxanası
Perqam kitabxanası — Türkiyənin Perqam antik şəhərində yerləşən qədim dünyanın ən vacib kitabxanalarından biri. == Perqam şəhəri == Ellinizm dövründən bir müddət əvvəl qurulmuş Perqamum və ya Perqam Anadoluda yerləşən əhəmiyyətli bir qədim yunan şəhəri idi. Bu şəhər artıq müasir Türkiyənin Berqama ilçəsinin ərazisində yerləşir. Attalidlər sülaləsinin idarə etdiyi şəhər Perqam hökmdarı II Eumenesin dövründə inzibati mərkəz olaraq məşhurlaşdı və Makedoniya ilə əlaqələrini kəsərək Roma Respublikası ilə ittifaq qurdu. II Eumenesin (197-160) hakimiyyəti dövründə Perqam 200 min nəfərdən çox əhalisi olan varlı, inkişaf edən bir şəhər idi. Mədəni olaraq yalnız İsgəndəriyyə və Antioxiya şəhərləri ilə rəqabət aparırdı. Bu zaman heykəltəraşlıq və memarlığın bir çox vacib əsərləri, o cümlədən Böyük Perqam qurbangahı istehsal edildi. II Eumenesin oğlu III Attalusun vəfatından sonra 133-cü ildə Perqam Roma Respublikasına verildi. Konstantinopolun süqutundan sonra Perqam Osmanlı imperiyasının bir hissəsi oldu. Perqam Əhdi-Cədiddə də vacib bir şəhər idi və Müqəddəs Yəhya tərəfindən Vəhy Kitabında Vəhy Yeddi Kilsəsindən biri olaraq açıq şəkildə xatırlandı.
Prezident Kitabxanası
Prezident Kitabxanası (ABŞ)
Tərbiyət kitabxanası
Tərbiyət kitabxanası — Əsası 1921-ci ildə Məhəmmədəli Tərbiyət tərəfindən qoyulmuş İranın birinci dövlət kitabxanası. == Haqqında == 1921-ci ildə Təbrizdə yaradılan Tərbiyət kitabxanası İranın birinci dövlət kitabxanasıdır. Kitabxana Məhəmmədəli Tərbiyət tərəfindən "Maarif ümumi kitabxana və qiraətxana" adı altında Məhəmmədiyə mədrəsəsinin otaqlarının birində, Hərəmxana məhəlləsində qurulub və 1933-cü ildə indiki yerinə, Danişsəra xiyabanına köçürülüb. Kitabxanadakı əlyazmalar 1979-cu il inqilabından sonra Təbriz Milli Kitabxanasına aparılıb.
İsgəndəriyyə kitabxanası
İsgəndəriyyə kitabxanası — İndiki Misir dövləti ərazisində yerləşən, qədim tarixin ən böyük və ən vacib kitabxanalarından və İsgəndəriyyə Museyonu adlı elmi-mədəni mərkəzinin böyük tərkib hissəsindən biri. == Tarixi == İsgəndəriyyə kitabxanasının Misir fironu I Ptolemeyin təşəbbüsü nəticəsində tikildiyi bir çox tarixçilər tərəfindən iddia olunur. Həmin iddialara əsasən, bu kitabxanın tikilməsində əsasən Peripatetiklər, xüsusi ilə də 2 qədim ictimai xadim Lampsakuslu Straton və Falerli Demetrius yaxından iştirak etmişlər. Digər mənbələrdə iddia olunur ki, kitabxana I Ptolemeyin dövründə deyil, əslində onun oğlu II Ptolemeyin hakimiyyəti illərində tikilib istifadəyə verilmişdir. İsgəndəriyyə kitabxanası tikilməsinin əsas məqsədi, dövrünün bütün məlumatlarının bir yerə toplanması və papirus köçürülməsi vasitəsi ilə orada qorunub saxlanması idi. Yunan əsilli filosof Qalenin dediklərinə görə, hətta gəmilər vasitəsi ilə limana gətirilən bütün növ kitablar xüsusi olaraq bu kitabxanada "Gəmilərdən gətirilən kitablar" adlı ayrıca bölmələrdə saxlanılır, köçürülmələri isə öz sahiblərinə geri qaytarılırdı. Həmçinin, kitabxanın redaktorlarının tanınmasının digər əsas səbəbləridən biri kimi də onların əfsanəvi yunan şairi Homerin bəzi mətnlərinin işlənib hazırlanmasındakı rolu xüsusi ilə qeyd olunur == Kitabxananın dağılması == Bəzi mənbələrə görə, İsgəndəriyyə kitabxanasına vurulan ilk zərər eramızdan qabaq 48-ci və 47-ci illərdə Yuli Sezarın da iştirak etdiyi VII Kleopatra ilə qardaşı VIII Ptolomey arasında ara çəkişmələr nəticəsində baş verib və nəticədə kitabxanın böyük bir hissəsinə yanğın nəticəsində xeyli zərər dəyib. Antik dövrün Seneka Lutsius Anneus, Pol Orosios və Dio Kasius kimi bir çox tanınmış yazıçı-alimləri öz yazılarda həmin hadisə nəticəsində 400000 yaxın kitabın məhv olduğunu iddia edirlər. Yunan tarixçisi Plutarx bu hadisəni belə şərh edir: Düşmən onun(Yuli Sezarın) dəniz ilə əlaqəsini kəsməyə cəhd edən zaman, o(Yuli Sezar) bu təhlükədən sovuşmaq üçün öz gəmilərini yandırmağa məcbur qalır və bunun nəticəsində bərələrdən başlamış yanğın buradan da idarəolunmaz şəkildə kitabxanaya keçir və onun məhv olmasına səbəb olur. Romalı tarixçi Alus Gelusun öz nəşr etdiyi "Attik Gecələr" adlı kitabına əsasən, təxmin edilən digər yanğın isə eramızın II əsrində şəhərin blokadası zamanı Sezarın ordusu tərəfindən təsadüf nəticəsində yandığı ehtimal edilir.
Аşşurbаnipаlın kitabxanası
Aşşurbanipalın kitabxanası
Аşşurbаnipаlın kitabxanası yaxud Nineva kitabxanası — Assur dövləti hökmdarı Аşşurbаnipаl tərəfindən yaradılmış kitabxana. Аşşurbаnipаl tarixdə qədim yazılı abidələrin toplayıcısı və kitabxanaların təşkilatçısı kimi də məşhurdur. Kitabxanada 30 mindən çox mixi yazılı gil kitabələr saxlanılırdıdı. Burada ayrı-ayrı dövrlərdə yazılmış müxtəlif məzmunlu kitabələr toplanmışdı. Onların arasında əsatirlər, ədəbi əsərlər, riyaziyyata, coğrafiyaya, təbabətə və başqa sahələrə dair mətnlər və lüğətlər də vardı.
London Kitabxanası
London kitabxanası — Londonda 1841-ci ildə yaradılmış müstəqil kredit kitabxanasıdır. O, Britaniya Muzeyi Kitabxanasındakı bəzi siyasətlərdən narazı olan Tomas Karlaylın təşəbbüsü ilə yaradılıb. O, 1845-ci ildən evi olan Vestminster şəhərinin St James bölgəsində, 14 St James meydanında yerləşir. Üzvlük illik abunə ödənilməklə hamı üçün açıqdır və həyat və korporativ üzvlüklər də mövcuddur. 2021-ci ilin dekabr ayına olan məlumata görə, Kitabxananın 7000-dən çox üzvü var Kitabxananın uzun müddət fəaliyyət göstərən prezidenti T. S. Eliot 1952-ci ilin iyulunda üzvlərə müraciətində "nə cür sosial dəyişikliklər baş versə də, London Kitabxanasının sökülməsi sivilizasiya üçün bir fəlakət olacaq" demişdi. == Qəyyumlar və idarəetmə == London Kitabxanası özünü təmin edən, müstəqil bir qurumdur. Təhsilin yeganə məqsədi , savadın və biliyin inkişafı üçün qeydiyyatdan keçmiş xeyriyyə təşkilatıdır.13 iyun 1933-cü ildə Kral Xartiyası ilə birləşdirilmiş, 21 oktyabr 1988-ci ildə isə Kral Xartiyasına əlavə verilmişdir. 6 iyul 2004-cü ildə Kraliça Kitabxanaya həm 1933, həm də 1968-ci il nizamnamələri ləğv edilmiş yeni Kral Xartiyası təqdim etmişdir.. Onun öz nizamnaməsi və qaydaları hazırlamaq və ya dəyişdirmək səlahiyyəti var. Onun kral himayədarı, seçilmiş prezidenti və vitse-prezidentləri var və Sədr və Xəzinədar da daxil olmaqla maksimum 15 qəyyumdan ibarət seçilmiş şura tərəfindən idarə olunur.
Sudan Kitabxanası
Sudan Kitabxanası — Xartum Universitetinin kitabxanasının bir bölməsidir. Sudanın milli kitabxanası kimi xidmət edir və eyni zamanda universitetin tədqiqat kitabxanasıdır. 1966-cı ildə qanuni depozit aktının qüvvəyə minməsindən bəri bütün Sudan nəşrlərinin xəzinəsidir Kitabxana həmçinin Sudanlı müəlliflərin əsərlərini və Sudan haqqında xaricdə nəşr olunan əsərləri toplayır. Onun kataloqu retrospektiv milli biblioqrafiyanı təmsil edir. 2018-ci ildə kitabxana Sudan Yaddaş Layihəsinə ilk töhfə verənlərdən biri oldu.
Zəhiriyyə Kitabxanası
Zəhiriyyə Kitabxanası (ərəb. مكتبة الظاهرية‎), həmçinin Mədrəsə əz-Zahiriyyə (ərəb. مَدْرَسَة الظَّاهِرِيَّة‎) kimi də tanınır. İslam kitabxanası, mədrəsə və Suriyanın Dəməşq şəhərindəki məqbərədir. 1277-ci ildə, adını bu yerdə dəfn edilən Məmlük sultanı Baybars əz-Zahirdən (h.  1260-1277) götürərək yaradılmışdır. == Əl-Zahir Baybarsın cənazə kompleksi == === Baybarsın məqbərəsinin otağı === Sultan Əl-Zahir Baybars, eyni zamanda Rukn Uddin Baybrus (tam adı: əl-Malik al-Zahir Rukn al-Din Baibars al-Bunduqdari) kimi tanınan böyük tarixi əhəmiyyətə malik siyasi və hərbi lider idi. O, Qahirədə Məmlük Sultanlığı (1250-1517) kimi tanınan uzun müddət Misir və Suriyanı idarə edəcək yeni məmlük əsaslı rejimin qurulmasında mühüm rol oynamışdır.1260-cı ildə Ayn Cəlut döyüşündə monqolların irəliləyişinin dəf edilməsində mərkəzi rol oynadıqdan sonra (çox vaxt tarixdə dönüş nöqtəsi kimi qeyd olunur) sultan vəzifəsinə yüksəldi.) Hökmdarlığı dövründə o, Levantda qalan səlibçi dövlətlərinə qarşı bir sıra təsirli kampaniyalar apararaq, Antakya və məşhur Krak des Chevaliers kimi bir sıra mühüm şəhərləri və qalaları fəth etdi və bu, Xaçlının sonrakı son məhvinə yol açdı. Baybars 1277-ci ilin iyulunda Dəməşqdəki sarayında (əl-Qəsr əl-Ablaq adlanır) başqası üçün nəzərdə tutulmuş zəhərli stəkanı içdikdən sonra gözlənilmədən öldü. Onun ölümü sirr olaraq saxlanıldı və o, müvəqqəti olaraq Dəməşq qalasında dəfn edildi, bu zaman onun daimi dəfni və hakimiyyətin 18 yaşlı oğlu əl-Səid Bərəkəyə keçməsi üçün tədbirlər görülə bilərdi.Xəbər verildiyi kimi, Baybarsın Dərəyya şəhəri yaxınlığında dəfn olunmaq istəyini ifadə etmişdi, lakin oğlu onun böyük məscidin yaxınlığında və məşhur Əyyubi sultanlarının məqbərələrinin yanında, o cümlədən Salah əd-Din məqbərəsinin yanında daha prestijli bir yerdə dəfn edilməsinə qərar verib.Səidin göstərişi ilə Dəməşq valisi əmir Aydəmur Böyük Əməvi məscidi yaxınlığındakı əl-Əmara məhəlləsində Adiliyyə mədrəsəsi ilə üzbəüz bir ev aldı.Dar əl-Əqiqi adlanan ev əvvəlcə Salahəddin (Səlahəddin) atasına məxsus idi və Salahəddin özü uşaqlığının bir hissəsini orada keçirmişdi.Mədrəsə və dəfn kompleksinə çevrildi.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmanət kitabçası
Əmanət kitabçası — vətəndaşla bank əmanəti müqaviləsinin bağlanmasını və onun depozit hesabına vəsaitin qoyulmasını təsdiq edən sənəd (Rusiya Federasiyasının Mülki Məcəlləsinin 843-cü maddəsi). Əmanət kitabçasında bankın adı və yerləşdiyi yer, əmanət filiala, o cümlədən onun müvafiq filialına qoyulubsa, əmanətin hesab nömrəsi, habelə əmanətə daxil olan bütün vəsaitlər göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. hesab, hesabdan debet edilmiş bütün vəsait məbləğləri və əmanət kitabçasının banka təqdim edilməsi zamanı hesabda olan vəsaitin qalığı. Əmanətin fərqli vəziyyəti sübuta yetirilmədikdə, əmanət kitabçasında göstərilən əmanət məlumatları bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Əmanətin verilməsi, onun üzrə faizlərin ödənilməsi və əmanətçinin əmanət hesabından vəsaitin başqa şəxslərə köçürülməsi barədə sərəncamlarının icrası bank tərəfindən əmanət kitabçası təqdim edildikdə həyata keçirilir. Əmanət kitabçası üzrə əmanətlər üzrə orta illik faiz dərəcəsi digər əmanət növlərinə nisbətən xeyli aşağıdır. İtirilmiş adsız əmanət kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 2003-cü ildə Sberbank yeni bir təhlükəsizlik növü təqdim etdi - Əmanət Sertifikatı. Əmanət sertifikatı təqdim edən şəxsə verilən qiymətli kağızdır. Əmanət sertifikatı, əmanət kimi, əmanətlərdən əhəmiyyətli dərəcədə yüksək gəlirlə vəsait saxlamaq və artırmaq üçün nəzərdə tutulmuşdur.
ABŞ Konqres Kitabxanası
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. 1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi. Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur.
Abxaziya Milli Kitabxanası
İ.V.Papaskiri adına Abxaziya Milli Kitabxanası (abx. И. Гь. Папасқьыр ихьӡ зхыу Амилаҭтә Библиотека) — Gürcüstanın Abxaziya Muxtar Respublikası ərazisində, Suxumi şəhərində kütləvi kitabxana. Kitabxana 1981-ci ildən Abxaziyanın xalq yazıçısı İvan Georgieviç Papaskirinin adını daşıyır. == Binası == Abxaziya Milli Kitabxanası 15 mart 1921-ci ildə Abxaziya İnqilab Komitəsinin Xalq Təhsili Şöbəsi tərəfindən Suxum Mərkəzi Kitabxanası kimi yaradılmışdır. Elə həmin il martın 29-da Suxumun Svoboda küçəsindəki keçmiş "piskopos evində" oxu zalı açılmışdır. Kitabxananın kitab fondu özəl kitabxanalardan ibarət idi. 1922-ci ildə kitabxana mərkəzi kitab depozitariyasına çevrildi. 1926-cı ildə ona Abxaziya SSR-in bütün kitabxanalarını idarə etməyə başlayan Mərkəzi Şəhər Kitabxanası statusu verildi. 1938-ci ildə Mərkəzi Şəhər Kitabxanası Abxaziya Muxtar Sovet Sosialist Respublikasının Respublika Kitabxanası statusunu aldı 1980-ci ildə kitabxana yeni standart binaya köçdü.
Albaniya Milli Kitabxanası
Albaniya Milli Kitabxanası (alb. Biblioteka Kombëtare e Shqipërisë) — Albaniyanın paytaxtı Tiranada yerləşən kitabxana. 1920-ci ildə əsası qoyulmuş kitabxana 1922-ci ildən bəri fəaliyyət göstərir. == Tarixi == Albaniya Milli Kitabxanası (AMK) ölkədə əsas milli-mədəni təşkilatdır. AMK iki binada ibarətdir və Turizm, Mədəniyyət, Gənclər və İdman nazirliyinin nəzdində fəaliyyət göstərir. Tiranada yerləşən kitabxana ölkənin mühüm milli irslərini özündə cəmləşdirir. Ölkə səviyyəsində əhəmiyyətə malik olan müəssisə ölkədəki kitabxana işçilərini bir araya toplayır, kitabxanaçılıq və kitabxanaçılıqla bağlı təhsil alan tələbələr üçün kitabxanada bütün şərait yaradılmışdır. Kitabxanada qorunan əşyalara aiddir: kitablar, dövri nəşrlər, xəritələr, atlaslar, mikrofilmlər və başqa kitabxana materialları. Xüsusi toplular həm ölkə üçün, həm də Avropa Birliyi üçün qiymətlidir. Kitabxana 16 yaşdan böyük insanlar üçün həftədə 72 saat fəaliyyət göstərir.
Almaniya Milli Kitabxanası
Almaniya Milli Kitabxanası — Almaniyada kitabxana Almaniya Milli Kitabxanası bu ölkənin əsas arxiv və biblioqrafiya mərkəzi sayılır. Kitabxananın əsas vəzifəsi dünya ölkələrində çap olunan sənədlərin alman dilində çap edilərək qorunub saxlanılmasıdır. 1914-cü ildən fəaliyyət göstərir. Kitabxananın binaları Almaniyanın 3 şəhərində - Leypsiq, Frankfurt-Mayn və Berlində yerləşir. Bu kitabxanalar əvvəlcə ayrılıqda fəaliyyət göstəriblər. 1976-cı ildə hər üç kitabxana birləşib və Almaniya milli kitabxanası adlandırılıb. Leypsiq kitabxanasında bədii və elmi əsərlər, Frankfurt-Maynda tarixi sənədlər, Berlində isə daha çox musiqi diskləri, qədim vallar saxlanılır. Hazırda Almaniya Milli Kitabxanasında hüquq, fəlsəfə və tibb elminə aid 23 milyon cilddə yaxın müxtəlif sənədlər, kitablar, əlyazmalar və digər biblioqrafiya məhsulları saxlanılır.
Avstriya Milli Kitabxanası
Avstriya Milli Kitabxanası - Avstriyada ən böyük kitabxanadır. Vyana şəhərində Xofburq sarayında yerləşir. Öz başlanğıcını orta əsrlərdə yaradılmış imperator kitabxanasından götürür. == Tarixi == Avstriya hersoqu III Albrext (1349-1395) öz kolleksiyasına kitablar yığmağa başlamış, həmçinin, bir çox əsərlərin latın dilindən alman dilinə tərcüməsini təşkil etmişdi. O bütün kitabları Xolfburq kilsəsində saxlayırdı. Daha sonra İmperator III Fridrix (1415–1493) bəzi qiymətli kitabları paytaxta gətirib bu kolleksiyanı xeyli təkmilləşdirdi. Sonra İmperator I Maksimilian (1459-1519) Burqundiyadan gətirilmiş kitabları Xolfburqa daşıtdıraraq kitabxananın inkişafına böyük töhfə verdi. İmperator I Maksimilianın ikinci arvadı Byanka Mariya Sforsa cehiz kimi İtaliyadan çoxlu sayda kitablar gətirdi. Maksimilianın ölümündən sonra kitablar İnsbruqda saxlanılmağa başlandı. Bu zaman kitabxana Avstriya alimlərinin elmi əsərləri ilə, qlobuslarla, xəritələrlə və atlaslarla zənginləşdirildi, zəngin insanların şəxsi kolleksiyalarından bağışladıqları ianələr sayəsində kitab fondu əhəmiyyətli dərəcədə artdı.