Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı.
Kurkuma
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək.
Kurumlar
Kurumlar (rus. курумы, ing. kurums) — hamar zirvələrdə və dağ yamaclarında örtük şəklində yatan, bir qədər geniş sahələrdə, iri süxur parçalarının toplusu (daş dənizlər). Adətən meşələrin yuxarı sərhədindən yuxarıda yerləşib, yüksək dağlar üçün xasdır. Tədricən yamac aşağı sürüşərək daş çayı əmələ gətirə bilər. Termin Sibir, Orta və Mərkəzi Asiyanın bir sıra rayonlarında yayılmışdır. Bir sıra coğrafi adların tərkibinə daxil olur (məs; Karakorum dağları).
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuremaa gölü
Kuremaa gölü (est. Kuremaa jär) — Estoniyanın şərqində yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Yıgevamaa vilayətinə daxildir. Estoniyanın orta ölçülü göllərindəndir. Vilayətin mərkəzi olan Yıgevamaa şəhərindən şərqdədir. Tıstamaa volosu, Enkkyula kəndinin ərazisində daxildir. Gölün sahəsi 398,4 ha-dır. Bu göstəriciyə görə Estoniyanın 10 ən iri göllərindən biridir. Yıgevamaa vilayətinə daxil olan Çud və Saadyarv göllərindən sonra sahəsinə görə 3-cü ən böyük göldür.
Kurtlak çayı
Kurtlak çayı — Rusiyanın Rostov və Volqoqrad (108 km) vilayətləri ərazisindən axan çay. Çir çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 150 kilometr, hövzəsinin sahəsi isə 2760 km² təşkil edir. Təpəli çöl ərazisindən axır. Vadisi elədə dərin deyildir. Yuxarı axarlarda paleoqen dövrünə axid çökmə suzurlardan ibarətdir. Platonov xutoru yaxınlığından təbaşir və qumluq ərazilərdən axır. Əkinçilikdə istifadə edilir. == Ümumi fiziki-coğrafi xüsusiyyətləri == Kurtlak çayı öz başlanğıcını Don cərgəsindən götürür. Başlandığı ərazi Volqoqrad vilayəti, Kletski rayonu Platov xutorunun şimal-şərqində yerləşir.
Uzun kurkuma
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Şintaro Kurumaya
Şintaro Kurumaya (5 aprel 1992, Kumamoto) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Cek Keruak
Cek Keruak (doğum adı Cin Luiz Keruak; 12 mart 1922, Louell[d], Massaçusets – 21 oktyabr 1969[…]) — Amerikalı yazıçı və şair. Yaxın dostları Allen Qinzberq və Uilyam Borrouz ilə birlikdı Bit cərəyanının qurucusu və "Yolda" (On the Road) adlı romanıyla bu cərəyanın simvolu olaraq qəbul edilir. Kerukak 1922-ci ildə Louvel, Masaçusets'də dünyaya gəldi. Atası Leo-Alkayd Keruak və anası Qabriel Anqe Levesqi, Kvebekin yerlilərindən Fransız mənşəli Kanadalılardı. Ailə bir müddət sonra Louvel'ə köçmüşdü. Jack Jean Louis Kirouac adı ilə vəftiz edildi və ana dili evdə danışılan Kvebek Fransızcasıydı. Keruak ingiliscəni ancaq 6 yaşında məktəbə başladıqdan sonra öyrəndi. Dörd yaşında ikən böyük qardaşı Cerard daha sonra Visions of Gerard romanında izah ediləcək bir revmatik xəstəlik nəticəsində doqquz yaşında vəfat etdi. Anası dindar bir Katolik idi və ərinin içki, tütün və qumara olan düşkünlüyü artdıqca inancı daha da dərinləşdi. Keruak anasına çox bağlı idi və anasının onun üzərindəki təsiri böyük idi.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Allan Kormak
Allan Maklaud Kormak (ing. Allan McLeod Cormack; 23 fevral 1924[…], Yohannesburq, Transvaal[d], Cənubi Afrika İttifaqı – 7 may 1998[…]) — Cənubi Afrikalı və amerikalı fizik, " kompüter tomoqrafiyasının inkişafına görə" 1979-cu ildə fiziologiya və ya tibb üzrə Nobel Mükafatı laureatı (Godfrey Hounsfield ilə birlikdə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1983).
Kormak-Leheyn təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.
Kürmük kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Kürmük məbədi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . == Etimologiyası == Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. == Tarixi == 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Kürmük Qax FK
Kürmük Qax FK — 1990-cı ildə Qaxda yaranan, Azərbaycanın köklü klublarından biridir. Hazırda Azərbaycan İkinci Liqasında çıxış edir. == Tarixi == 2023/2024-cü ildən etibarən Azərbaycan İkinci Liqasında çıxış etməyə başladı. == Loqo == Qax həmişədən Müdafiə Qalası rolunu oynayıb. Bu səbəbdən Qaxda qala sayı çoxluq təşkil edir. Sumuq qala , Şeyx Şamil Qalası , Dəyirman qalası buna misal ola bilər. Bu özünü loqoda da göstərib. Belə ki, "Müdafiə Qalası" fikrinə uyğun olaraq, müdafiənin əsas simvollarından olan iki tərəfli balta əks olunmuşdur. Hal hazırda Qaxda qədim eksponatlar sərgilərində bu baltaya təsadüf edilir. Logodakı yaşıl rəng yaşıllıq bir rayon olduğunu təcəssüm edir.
Qax və Kürmük yeparxiyası
Qax və Kürmük yeparxiyası (gürc. კახისა და ქურმუხის ეპარქია) — Gürcü Pravoslav Kilsəsinin Azərbaycandakı inzibati ərazi vahidi. Mərkəzi Qaxdır. 4 iyun 2014-cü ildə Xornabuci və Hereti yeparxiyasının iki yerə bölünməsindən sonra yaradılmışdır. Yeparxiyanın ilk rəhbəri Dimitri (Tetruaşvili) olub. 2015-ci ildə Xornabuci yeparxiyasının yepiskopu Dimitri (Kapanadze) həmçinin Qax və Kürmük yeparxiyasına təyin edilib. Müqəddəs Georgi kilsəsi Müqəddəs Nino kilsəsi Müqəddəs Üçlük kilsəsi Demetre (Tetruaşvili) (2014-2015) - Vəzifədən getmə səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməməsi olub.