Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lorem ipsum
Lorem ipsum — mənalı məzmuna əsaslanmadan sənədin və ya şriftin vizual formasını göstərmək üçün adətən nəşriyyatda və qrafik dizaynda istifadə olunan nümunə mətn. Lorem ipsum, son nüsxə mövcud olana qədər nümunə mətni kimi istifadə edilə bilər. O həmçinin qrikinq adlanan prosesdə mətni müvəqqəti olaraq əvəz etmək üçün istifadə olunur ki, bu da dizaynerlərə veb-səhifənin və ya nəşrin formasını nəzərdən keçirməyə imkan verir. Lorem ipsum Roma dövlət xadimi və filosofu Siseronun eramızdan əvvəl I əsrə aid mətni De finibus bonorum et malorum-un korlanmış versiyasıdır və sözləri mənasız və düzgün olmayan latınca etmək üçün dəyişdirilib, əlavələr və silinmələr edilib. İlk iki söz "dolorem ipsum" ("ağrının özü") sözünün dəyişdirilmiş versiyasıdır. Lorem ipsum mətninin versiyaları 1960-cı illərdən, Letraset köçürmə vərəqlərinin reklamları ilə populyarlaşdıqdan sonra çapda istifadə edilmişdir. Lorem ipsum rəqəmsal dünyaya ilk dəfə 1980-ci illərin ortalarında Aldus korporasiyası tərəfindən masaüstü nəşr proqramı PageMaker üçün qrafik və söz emal şablonlarında istifadə edərkən təqdim edildi. Pages və Microsoft Word də daxil olmaqla digər məşhur mətn prosessorları, bir çox LaTeX paketləri, Joomla! və WordPress kimi veb-məzmun menecerləri və Semantic UI kimi CSS kitabxanaları Lorem ipsumu mənimsədilər. == Nümunə == Lorem ipsum mətninin əsas hissəsi: Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Dehrəm
Dehrəm — İranın Fars ostanının Fəraşbənd şəhristanının Dehrəm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,946 nəfər və 684 ailədən ibarət idi.
Nehrəm
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir. Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir. Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. Münəvvər Məmmədquluzadə İbrahim İbrahimov (iş adamı) Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.
Zöhrəmi
Zöhramı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. Sərdar Zülfüqarov — Azərbaycan alimi.
Möhrə
Möhrə (ev tipi) — Azərbaycanda tarixən təşəkkül tapmış ev formalarından biridir. Möhrə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Zöhrə
Zöhrə— İranın Xuzistan ostanının Hindican şəhristanının Çəm Xələf İsa bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,282 nəfər və 267 ailədən ibarət idi.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
"Şöhrət" ordeni
"Şöhrət" ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Nehrəm (dəqiqləşdirmə)
Nehrəm — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi.
Nehrəm məktəbi
Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi. Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.375.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Şöhrət Abbasov
Şöhrət Salihoviç Abbasov (özb. Shuhrat Abbosov; 16 yanvar 1931, Kokand – 25 aprel 2018, Daşkənd) — Özbəkistan kinorejissoru, ssenaristi, pedaqoqu. SSRİ xalq artisti (1981). Şöhrət Salihoviç Abbasov 16 yanvar 1931-ci ildə Özbəkistanın Kokand şəhərində anadan olub.1949-cu ildə Daşkənd tibb texnikumunu bitirib.1954-cü ildə A. N. Ostrovski adına dövlət teatr sənəti institutunu tamamlayıb. 1958-ci ildə "Mosfilm"də ali rejissor kursunu keçib. 1954–1956-cı illərdə Yangiyolda M. Uyğur adına Daşkənd vilayəti musiqili-dram teatrının baş rejissoru vəzifəsində çalışmışdı. 1958-ci ildən 1991-ci ilədək — "Özbəkfilm" kinostudiyasında rejissor, 1982–1986-cı illərdə isə direktor kimi işləmişdi.
Şöhrət Abdulrəhmanov
Şöhrət Cabbarov
Şöhrət Cəlilov
Şöhrət Həsənov
Şöhrət Mikayılov
Şöhrət İkram oğlu Mikayılov (26 fevral 2002; Zərgərli, Qəbələ rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Şöhrət Mikayılov 26 fevral 2002-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində İkram Mikayılovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. Şöhrət Mikayılov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Mikayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Mikayılov 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
Şöhrət Məmmədov
Şöhrət Elçin oğlu Məmmədov (1 iyul 1995, Fərəhli, Qazax rayonu) — Azərbaycan müğənnisi, bəstəkar. 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2001–2009-cu illərdə Fərəhli kəndində Kamran Kərimov adına orta məktəbində təhsil almışdır. 2009-cu ildə Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasının 1-ci kursuna daxil olmuş, peşəkar hərb təhsilini aldıqdan sonra 2016-cı ildə həmin akademiyanın məzunu olmuş, leytenant kimi ilkin hərbi rütbə ilə hərbi xidmətinə davam etmişdir. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi sıralarından ayrılmış və xidmətini dayandırmışdır. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan müğənni hərbi xidmətindən ayrılandan sonra musiqi karyerasına başlamışdır. İlk mahnısının sözləri və bəstəsi özünə aid olan "Ay Ömrüm" mahnısı olmuşdur və bu mahnı ilə də qısa müddət ərzində populyarlıq qazanmışdır. Bundan sonra da bir neçə hitlər ərsəyə gətirmişdir. Sənətçi "Öpüm Nəfəsindən" adlı mahnısı ilə də geniş səs gətirmişdir.
Şöhrət Qasımov
Şöhrət xiyabanı
Şöhrət Xiyabanı (Qroznı)
Şöhrət Əli
Şöhrət Əli — asılmış adamın qurudulmuş və duzlu əlidir. Çox vaxt sol əl və ya şəxs qətlə görə asılmışsa, "işlətdiyi əli" kimi təsvir olunur. Qədim Avropa inancları, dar ağacında ölən eyni cinayətkarın cəsədindən əldə edilən yağdan hazırlanmış şam ilə birlikdə Şöhrət Əlinə böyük güclər aid edir. Beləcə hazırlanmış, yandırılmış və qoyulmuş şam (sanki şamdanda) Uca Əlinə təqdim edildiyi bütün insanları hərəkətsiz edərdi. Əl və şam hazırlamaq prosesi 18-ci əsr sənədlərində təsvir edilir və o dövrə aid ifadələri dəqiq tərcümə etməkdə çətinlik çəkdiyi üçün bəzi addımlar müzakirə olunur. Bu konsepsiya 19-cu əsrdə qısa hekayələr və şeirlərə ilham verdi. Etimoloq Volter Skit bildirir ki, Şanlı Əl ifadəsi xalq etimologiyasına malikdir, baxmayaraq ki, folklor çoxdan mistik gücləri ölü adamın əlinə aid edir: fransızca main de gloire-dən götürülüb, mandraqora mənasını verən mandraqora. Skit yazır: "Şöhrətli əlin mandrake ilə eyniləşdirilməsi, Cokayn Leechdoms, i.245-də mandrakenin "gecələr tamamilə bir çıraq kimi parıldadığı" ifadəsi ilə əlaqələndirilir. Herbariumunun Sakson əlyazması. Qədim Avropa inanclarına görə, dar ağacında ölən bir bədxahın piyindən düzəldilmiş şam, yandırılır və şamdakı piylə eyni adamdan gələn Şöhrət Əlinə qoyulur (sanki şamdanda).
Şöhrət Vəkilov
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. Vəkilovlar ailəsinin üzvüdür. Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
Şöhrət ordeni
"Şöhrət" ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Şöhrət Əliyev
Lokrum
Lokrum (xorv. Lokrum) — Adriatik dənizində Xorvatiyaya məxsus kiçik ada. Ada Dubrovnik şəhərinin yaxınlığıda yerləşir və ərazi baxımdan Dubrovaçko-Neretvan jupaniyasına daxildir. Adanı çox vaxt Elafat adalar qrupuna daxil edirlər. == Coğrafiyası == Lokrum adasının sahəsi 0,694 km²-dir. Sahil xəttinin uzunluğu — 5058 metrdir. Adanın uzunluğu — 1,6 km, eni isə — 540 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək zirvəsi 93 metrdir. Zirvədə fransızlar tərəfində inşa edilmiş Fort Royal istehkamı var. Kiçik ölçülərə baxmayaraq adada kiçik göl var — Mrtvo (Ölü) (xorv.
Zohreh Sefati