Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Leylanə (Sərdəşt)
Leylanə (fars. ‎ليلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 428 nəfər yaşayır (67 ailə).
Leysan (ad)
Leysan (tatar. Ләйсән, başq. Ләйсән) — azərbaycanlı kişi, tatar və başqırd qadın adı. Ad ərəb dilindəki "Nisan" (نيسان, mənası – azərb. cömərd‎) sözündən, bu söz ivrit dilindəki "Nisan" (נִיסָן‎) sözündən, bu söz isə Akkad dilindəki "Nisan" (ܢܝܣܢ) sözündən gəlir ki, bu da Assuriya təqviminin birinci, Yəhudi təqviminin isə yeddinci ayıdır. Qriqori təqvimində bu ay mart–aprel aylarına təsadüf edir (Bax: Nisan). Bu ad müasir Azərbaycan dilindəki "Niysan" (və ya "Neysan") sözünün canlı dildə istifadə olunan variantıdır. Mənası – "qısamüddətli, böyük intensivliyə malik atmosfer yağıntısı" deməkdir. Digər bir izahı "Niysanda yağan yağış".Adı kiçiltmə mənalı variantları – Leysanoçka, Leysanka, Leysancıq, Leysançik. Leysan Məmmədov — Leysan Utyaşeva —DigərLeysan — qısamüddətli atmosfer yağıntısı.
Leysan Məmmədov
Leysan Utyaşeva
Leysan Utyaşeva (başq. Ләйсән Альберт ҡыҙы Үтәшева, tatar. Ләйсән Альберт кызы Үтәшева ; 28 iyun 1985) — Rusiya idmançısı; bədii gimnastika üzrə əməkdar idman ustası; Rusiya və beynəlxalq yarışların dəfələrlə çempionu; üzrə Dünya və 6 dəfə Avropa çempionu, Dünya Kubokunun qalibidir; TV aparıcısı, idman şərhçisidir. Başqırdıstan sakini olsa da, Rusiya onu özünün qüruru hesab edir. == Həyatı == Leysan Utyaşeva 28 iyun 1985-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Alşeyevski rayonunun Rayevka kəndində anadan olmuşdur. == Şəxsi həyatı == === Ailəsi === Milliyyətcə rus, polyak və Volqa tatarlarının qarışığından olan atası Albert tarixçi, başqırd olan anası Zülfiyyə isə kitabxanaçıdır. Leysan rusiyalı aktyor və komediyaçı Pavel Volya ilə ailə qurmuşdur. Bu evlilikdən onların bir oğlu və bir qızı var; Robert adlı oğulları 14 may 2013-cü ildə ABŞ-də Florida ştatının Mayami şəhərində, Sofiya adı qızları isə 6 may 2015-ci ildə anadan olmuşlar. === Dini === Daha əvvəl müsəlman olan Leysan İslamdan Ortodoks xristianlığına keçmişdir.
Ləyaqət
LƏYAQƏT - İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir. İnsan həyatının ən böyük dəyəri hər kəsdə ləyaqətin olması nəzərdə tutulur.Fərdi mənəvi və etik keyfiyyətlər də buna daxildir.Şərəf anlayışı ilə ləyaqət anlayışı əsasən üst-üstə düşür.Şərəf digər fərdi mənəvi və etik keyfiyyətlərin qiymətləndirilməsidir.
Xəyanət
Xəyanət — Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır. == Məzmun == Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır.
Dəyanət Məmmədov
Məmmədov Dəyanət Cahangir — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dəyanət Məmmədov Goranboyda anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Dəyanət Məmmədov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Dəyanət Osmanlı
Dəyanət Osmanlı (əsl adı: Dəyanət Osman oğlu Bayramov; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti və jurnalisti. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. == Həyatı == Dəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış, bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Dəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır. Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir.
Dəyanət Rzayev
Dəyanət Rzayev (5 avqust 1971, Bakı – 25 yanvar 2017, Bakı) — Azərbaycan psixoloqu. Dəyanət Rzayev yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. == Həyatı == Dəyanət Rzayev 3 avqust 1971-ci ildə anadan olub. İlk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olmuşdur. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaratmışdır. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi.Dəyanət Rzayev evli və 3 uşaq atası idi. Həyat yoldaşı ilə ölümündən bir müddət əvvəl ayrılmışdı. == Ölümü == Onun cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda yerləşən evində aşkarlanıb. Psixoloq xeyli müddət depressiyada olub.
Dəyanət Səlimxanlı
Səlimxanlı Dəyanət Fətulla oğlu — şair, publisist, Məmməd Araz ali ədəbi mükafatı laureatı (1994). == Həyatı == Dəyanət Səlimxanlı 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1983-1989). Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlamışdır (1989-1990). "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləmişdir (1991-1992). Bir müddət fərdi yaradıcılıqla məşğul olmuşdur. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir (2002-ci ildən). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxmışdır.
Dəyanət Əliyev
Dəyanət Ələsgər oğlu Əliyev (18 sentyabr 1982, Ağcabədi rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dəyanət Əliyev 1982-ci il sentyabrın 18-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Dəyanət Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dəyanət Əliyev oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Xəyanət boğazı
Xəyanət boğazı (yap. 野付水道) — Sakit okeanında yerləşən Kunaşir adasını Hokkoyda adasından ayırır. Şimaldan Kunaşir boğazı, cənubdan Cənubi Kuril boğazını birləşdirir. Uzunluğu 24 km, eni 20 km təşkil edir. Dərinliyi 20 m-dir. Sahilləri nisbətən alçaqdır. Orta dərinlik 7 m olması, üstəlik duman naviqasiya üçün təhlükəlidir. Bu səbəbdən gəmilər üçün məsləhət görülmür. Sahillərində Paltusov, Visla (Kumaşir) və Pyadzin-Saki (Hokkoyda) burunları vardır. Boğaza Rikardo, Qolovina, Sennaya çayları tökülür.
Vətənə xəyanət
Vətənə xəyanət — vətəndaşın öz ölkəsinin suverenliyinə qarşı qəsdən törətdiyi əməldən ibarət cinayət. Vətənə xəyanət edən şəxs xain kimi tanınır.Dövlətə xəyanətə xüsusilə aşağıdakılar aid edilir: müharibə zamanı düşmən tərəfinə keçmək (kollaborasionizm); dövlət sirrinin və hərbi sirrin verilməsi və açıqlanması; casusluq; hökumətin və başqalarının iradəsinə zidd olaraq düşmənlə ayrı aparılan danışıqlar.
Döyüş ləyaqət xaçı
Döyüş ləyaqət xaçı (alm. Kriegsverdienstkreuz‎) — əsgərlərdən əlavə, qeyri-əsgərlərə Birinci dünya müharibəsində Almaniya tərəfindən verilən mükafat.
Ləyaqət Əli Xan
Ləyaqət Əli Xan (1 oktyabr 1895 – 16 oktyabr 1951[…], Ravalpindi, Pakistan dominionu) — Pakistan İslam Respublikasının 1-ci baş naziri. == Həyatı == Ləyaqət Əli Xan 1 oktyabr 1895-ci ildə Hindistanın Haryana əyalətində olan İngilis Hindistanı, Pəncab əyalətinin Karnal şəhərində aristokrat Nausherwani Müsəlman Marhal Jatt ailəsində anadan olmuşdur. urdu dilini mənimsəmişdi və doğma urdu dilində danışırdı Atası Nəvab Rüstəm Əli xan, yerli əhali və ailəsi tərəfindən böyük hörmətə sahib olan İngiltərə hökuməti tərəfindən Rukun-əl-Daulah, Şamsher Jang və Nawab Bahadur titullarına sahib idi. Əli xan ailəsi, mülkləri (cəmi 300 kənd, Karnaldakı 60 kəndin cagiri də daxil olmaqla) həm Pəncab, həm də Muzaffarnagar'ın şərqində genişlənmiş bir neçə mülkədarlardan biri idi. Valideynləri Nawab Rüstəm Əli Xan və Mahmoodah Begum, Hindistanın Haryana, Karnal xaricində yerləşən şahzadələr ailəsində bir yerdə basdırılırlar. Liaquat Əli Xanın keçmiş şəxsi iqamətgahı, Uttar Pradeş'in Muzaffarnagar'ın Jansath Tehsil'də, atasının əmlakından təxminən 80 km məsafədə yerləşir və indi Uttar Pradesh hökuməti tərəfindən bir turist məkanı olaraq açılmağı düşünülür. Liaqatın babası Nəvab Əhməd Əli Xanın 1857-ci il üsyanı əsnasında İngilis ordusuna verdiyi dəstək (mənbə-Lepel Griffin'in Pəncab rəhbərləri Cild Birinci). Liaquat Əli Xanın anası Mahmoodah Begum, rəsmi təhsilə başlamazdan əvvəl evdə Quran və hədis dərslərini təşkil etdi. Ailəsinin İngiltərə hökuməti ilə güclü əlaqələri var idi. Ailəsinin hind müsəlman mütəfəkkiri və filosofu Seyid Əhməd Xana dərin hörməti var idi və atası gənc Liaqat Ali Xanın İngilis təhsil sistemində təhsil almasını istədi; buna görə ailəsi Əli xan məşhur hüquqşünas Aligarh Müsəlman Universitetinə (AMU) göndərdi, burada hüquq və siyasət elmləri aldı.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Ləyaqət hücrəsi (film, 2011)
Ləyaqət hücrəsi — rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən sənədli televiziya filmi. == Məzmun == Filmdə böyük Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Film ""Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik…", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" adlanan hissələrdən ibarətdir. Filmdə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İlham Rəhimli Quruluşçu rejissor: Tariyel Vəliyev Quruluşçu operator: Mətləb Yaqubov Rəssam: Rafael Əsədov Səs rejissoru: Ceyhun Ağayev Montaj: Yaqub Həsənov Assistentlər: Elnurə Kazımova, Gülnarə İlham, Mikayıl Əjdəroğlu, İsfəndiyar Nağıyev, Elşən Rafiqoğlu, Əliabbas Qasımov Geyim ustası: Reyhan Əliyeva İnzibatçı: Məlahət Əhməd Mətni oxuyanlar: Laləzar Mustafayeva, Elşən Rüstəmov Direktor: Sahib Heybətov === Rollarda === İlyas Əfəndiyev Timuçin Əfəndiyev Mətanət Atakişiyeva Elnur Hüseynov == İstinadlar == == Mənbə == Vahid, T. "Ləyaqət hücrəsi": [AzTV-də rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən eyniadlı sənədli televiziya filminin təqdimatı] //Mədəniyyət.- 2012.- 4 aprel.- S. 5.
Ləyaqət medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi.Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və ya qısaca TDV BTL — Bakı təhsil məktəbi. == Tarixi və fəaliyyəti == Liseyin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən ödənilir. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq burada dərslər Azərbaycan dilindədir. Liseydə şagirdlər siniflər şəklində dərs almaqda, ingilis dili və ərəb fonetikası kimi dərslərdə isə yarımqruplara bölünməkdədirlər. == Dərslər == Təhsil Nazirliyinin təlimatı ilə proqrama uyğun bütün dərslər keçilməklə bərabər burada əlavə olaraq türkcə, ərəb fonetikası, mənəviyyat kimi dərslər də keçilməkdədir. . ==== Ərəb fonetikası ==== Bu dərsdə isə şagirdlərə ərəb dilində Quran oxumaq öyrədilir.