Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lozer
Lozer (fr. Lozère, oks. Losera) — Fransa cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 48. İnzibati mərkəzi — Mand. Əhalisi — 76607 nəfər (departamentlər arasında 101-ci yer, 2013-cü ilin məlumatları) . == Coğrafiyası == Ərazisi — 5167 km². Departamentin ərazisində Lo və Tarn çayları axır. Departamentə 2 rayon, 13 kanton və 158 kommun daxildir. == Tarixi == Lozer — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan gələn ilk 83 departamentdən biridir.
Georq Lüger
Georq Lüger (alm. Georg Johann Luger‎; 6.3.1849, Ştaynah, Avstriya — 23.12.1923, Şönayxe, Almaniya) — məşhur avstriyalı silah konstruktoru. 1900-cü ildə ixtira etdiyi Lüger tapançasına görə tanınır. Lüger 9x19 mm çaplı tapança patronunu yaratmış və yüksək göstəricilərinə görə həmin patron 1953-cü ildə NATO ölkələri üçün standart döyüş sursatı kimi qəbul edilmişdir. Hazırda 9 mm Luger (və ya 9 mm Para və 9 mm NATO) dünyada ən geniş yayılmış tapança patronudur. == Həyatı == Georq Lüger cərrah Bartolameus fon Lügerin ailəsində anadan olub. Onun ailəsi Paduyaya köçür və italyan dili onun ikinci dilinə çevrilir. Məktəbi bitirdikdən sonra valideynləri Georqu Vyana Kommersiya Məktəbinə göndərirlər. 1867-ci ilin oktyabr ayında Georq Lüger 78-ci piyada alayına könüllü qoşulur. Bir il sonra o, xidmət giziri olur.
Hannelore Hoger
Hannelore Hoger (20 avqust 1942, Hamburq) — alman aktrisa.
Lomer Ahvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Lomer Axvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Luger PO8
Luger PO8 — tapança növü == Tarix == İkinci dünya müharibəsində alman komandirlərin istifadə etdiyi bu tapança Faşist Almaniyasının hərbi gücünün simvolu olmuşdur. Müharibədən sonra müttəfiq qoşunlarında hədiyyə və qənimət kimi istifadə edilib. Həm dövründə, həm də indi bahalı kolleksiya əşyası kimi satılır. Avtomatik doldurma funksiyası olan tapançanın uzun atış ömrü olub.
Roger Federer
Roje Federer (8 avqust, 1981, İsveçrə, Bazel) – isveçrəli tennisçi. İlk olaraq 1998-ci ildə peşəkar turnirində iştirak etmişdir. Gələcəyin 1 nömrəli tennisçisi ilk turnirində 1/16 finalda Lukas Arnold Kerə məğlub olmuşdur. İlk finalını 2000-ci ildə Marsel Açıq turnirində Marc Rossetə qarşı oynamışdır və bu final oyununda 3 setdə məğlub olmuşdur. 2001-ci ildə Milan İndoor turnirində ilk çempionluğunu əldə etmişdir. Həmin il o, 2 Böyük Dəbilqə serialı tennis turnirlərində - Roland Garros və Uimbldonda - 1/4 finala çıxmağa nail olmuşdur. 2002-ci ildə Hamburq Master Series turnirində finalda Marat Safini udaraq çempionluğu əldə etmişdir. Bu çempionluq Rogerin 2002-ci ildə əldə etdiyi ən böyük nəaliyyəti olmuşdur. 2003-cü il Rogerin ilk Böyük Dəbilqə serialı turnirində çempion olmağı ilə yadda qaldı. O, Uimbldon finalında Mark Filippoussisi məğluq etmişdir.
Roger Dubuis
Roger Dubuis — İsveçrə saat şirkətidir, kişilər və qadınlar üçün dəbdəbəli saatlar istehsalçısıdır. Şirkət 1995-ci ildə saat ustası Rocer Dubuis və saat dizayneri Karlos Diaz tərəfindən yaradılıb. Roger Dubuis, Excalibur və Velvet kolleksiyaları vasitəsilə ifadə olunan, saatqayırma ənənəsini qeyri-adi və innovativ dizaynla birləşdirən mürəkkəb saat mexanizmləri istehsal edir. Roger Dubuis şirkətində 2012-ci ilin əvvəlindən öz saatlarının çeşidini yenilədi. Bu gün saat markası aşağıdakı dörd kolleksiya ilə təmsil olunur: La Monégasque, Excalibur, Pulsion və Velvet. Roger Dubuis yeganə saat markasıdır ki, onun modelləri istisnasız olaraq ən yüksək keyfiyyətin zəmanəti olan Cenevrə Əlamətini daşıyır. Şirkətin ənənələrinə uyğun olaraq saat mexanizminin bütün hissələri və dekorasiyası əl ilə hazırlanır.
Roger Penrose
Roger Penrose (8 avqust 1931[…]) — İngilis fizik ,riyaziyyatçı, yazıçı, filosof, univerisitet müəllimi, psixoloq,astronom, astrofizik. Penrose, riyaziyyat fizika sahəsində olan çalışmalarıyla tanınmışdır. Özəlliklə də ümumi nisbilik və kosmologiyaya olan qatqılarıyla bir çox mükafat almışdır. Bunların içərisində kainatın başa düşülməsinə öz töhfələri ilə 1988-ci ildə Stephen Havking ilə paylaşdığı Volf Fizika Mükafatını da almışdır. İngiltərə Colchester, Essex-də doğuldu. Roger Penrose, psixiyatr və riyaziyyatçı olan Lionel Penrose ilə Margaret Leathesın oğlu, psixoloq John Beresford-un nəvəsi olaraq dünyaya gəldi. Əmisi Roland Penrose sənətçidir. Penrose, riyaziyyatçı Oliver Penrose və şahmat ustası olan Jonathan Penrose-un qardaşıdır. Roger Penrose London Univerisitet Akademiyasında təhsil aldı və buradan riyaziyyatda birincilik dərəcəsiylə məzun oldu. 1955-ci ildə hələ şagird ikən E. H. Moore ilə birlikdə Moore-Penrose tərsi olaraq da tanınan 1951-ci ildə Arne Bjerhamm tərəfindən yenidən qurulan ümumiləşdirilmiş tərs matris fikrini ortaya attı.
Lover (albom)
Lover — amerikalı müğənni Teylor Sviftin yeddinci studiya albomu. 23 avqust 2019-cu ildə Republic Records tərəfindən buraxılıb.
Li Ziqi (vloger)
Li Ziqi ([lì tsɹ̩̀.tɕʰí]; Çin: 李子 柒; 6 iyul 1990) — təşəbbüskar və internet şöhrətli Çinli vlogerdir. Çinin cənub-qərbindəki Sıçuan əyalətinin şimal-mərkəzində Mianyangda Pingvu kəndində qida və sənətkarlıq hazırlığı videoları hazırlaması ilə məşhurdur. YouTube kanalında 2.3 milyarddan çox baxış və 15.2 milyon abunəçisi var. Kanal, 12 May 2021-ci ildə Rekorda sahib olmuşdur. Belə ki, "YouTube-da Çin dilində kanal üçün ən çox abunəçi" olaraq Guinness Dünya Rekordudur. == Erkən həyat == Li 6 iyul 1990-cı il tarixində Çinin Sıçuan şəhərində anadan olub, əvvəl adı "Li Jiajia" (Çin: 李佳佳; pinyin: Lǐ Jiājiā) idi. Çox gənc yaşlarında yetim qalmışdır. Goldthread-ə verdiyi müsahibədə Li, ögey anasının pis davranışından sonra nənə və baba evinə köçdüyünü bildirdi. == Karyera == Li 2015-ci ildə videolarını Meipaidə yayımlamağa başladı. Əvvəlcə Li videolarını təkbaşına çəkdi, lakin o vaxt yaradıcı video montaj bacarıqları ifadə etməyə bacarmırdı.
Certified Lover Boy
Certified Lover Boy — kanadalı repçi-müğənni Dreykin altıncı studiya albomu. 3 sentyabr 2021-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Champagne Poetry 02. Papi's Home 03. Girls Want Girls (featuring Lil Baby) 04. In the Bible (featuring Lil Durk and Giveon) 05. Love All (featuring Jay-Z) 06. Fair Trade (featuring Travis Scott) 07. Way 2 Sexy (featuring Future and Young Thug) 08.
Bloqer
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Cozef Norman Loker
Ser Cozef Norman Loker (ing. Joseph Norman Lockyer, 17 may 1836[…] – 16 avqust 1920[…]) — Britaniya alimi və astronomu. 1868-ci ildə Günəşin atmosferində də rast gəlinən heliumu kəşf etmişdir. == Həyatı == Cozef Norman Loker (ing. Joseph Norman Lockyer) 17 May 1836-cı ildə İngiltərənin Uorikşir (ing. Warwickshire) əyalətinin Reqbi şəhərində doğulmuşdur. 1870-ci ildə krallığın elmi irəliləyişlər komissiyasına sədr təyin olunana qədər, 1857-ci ildən başlayaraq müharibə ofisində çalışıb. Komissiyanın iş müddəti 1875-ci ildə bitəndə hal-hazırda London İmperial Kollecinin bir hissəsi olan krallığın elm akademiyasına cəlb olunmuşdur. 1885-ci ildə Astronomiya sahəsində Dünyada ilk dəfə professor adına layiq görülən alim olmuşdur. Özü üçün günəş rəsədxanası inşa etdirmiş və 1902-ci ilə qədər bu rəsədxananı idarə etmişdir.
Loqar
Lugər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Lövgər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Ləgər
Aşağı Ləgər
Do It for Your Lover
Do It for Your Lover (azərb. Səni sevən üçün bunu et‎) — İspaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Manel Navarro " Do It for Your Lover" mahnısı ilə İspaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı ifaçı Manel Navarro və Antonio Rayo "Rayito" tərəfindən bəstələnmişdir. Mahnının video klipi Tenerife sahilində müxtəlif yerlərdə qeyd edildi.
Sexy, Sexy Lover (Modern Talking)
Sexy, Sexy Lover (azərb. Seksi, Seksi Məhəbbət‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Sexy Sexy Lover (Modern Talking)
Sexy, Sexy Lover (azərb. Seksi, Seksi Məhəbbət‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Aşağı Ləgər
Aşağı Ləgər (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Aşağı Ləgər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
Cevdet Dögər
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl ili – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Dögər (Ərdəbil)
Dögər (fars. دوگر‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Lövgər vilayəti
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Yuxarı Ləgər
Yuxarı Ləgər — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə(?) yaradılmışdır. Yuxarı Ləgər oyk., mür. Qusar r-nunun Xuray i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonimin əvvəlinə yuxarı sözü kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün əlavə edilmişdir. Oykonimin əsasım təşkil edən Ləgər Dağıstan xalqlanndan lakların adını bildirir. Kənd ağsaqqallarının istianadən vaxtı ikən orada Çar ordusunun qusar alayının düşərgələri yerləşdirilmişdir.Rus dilində Верхний лагерь, нижний лагерь adlandırılmışdır...Yuxarı ləgər termini "Верхний лагерь"-Yuxarı Düşərgə(Lager)sözünün rus dilindən təhrif edilmiş formasıdı... 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 565 nəfər əhali yaşayır. Yuxarı Ləgər kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.
Flüger
Flüger — küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq. Flügerlər bir sıra hallarda binaların hündür hissələrində memarlıq ornamenti olaraq istifadə olunur.
Homer
Homer (təq. e. ə. IX əsr, bilinmir – təq. e. ə. VIII əsr) — Antik dövrdə yaşamış İoniyalı şair. Şəxsiyyəti haqqında məlumat azdır. E.ə. 12–7 əsrlərdə yaşadığı ehtimal edilir.
Blogger
Blogger və yaxud Blogspot internetdə bloq saytı açmağa imkan verən vebsaytdır. Hazırda 2 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan Blogger sistemi istifadəçilərinə ödənişsiz olaraq bloqlar hazırlamağa imkan verir. O, Pyra Labs tərəfindən internetdə məlumat əldə etməkdə hər kəsə yardım etmək məqsədilə təsis edilib və daha sonra Google tərəfindən alınıb. Blogger internetdə ilk bloq xidməti təminatçısıdır. Gündə təxminən 18 milyon baxışla ən çox ziyarət edilən 10 şəbəkə saytından biridir. Türkcə də daxil olmaqla, onlarla dil seçimi ilə xidmətlər təqdim edir. O, istifadəçilərinə "ad".blogspot.com kimi ödənişsiz domen ayırır.
Aşağı Ləgər (Qusar)
Aşağı Ləgər və ya Lakar (ləzg. Лакар)— Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Aşağı Ləgər oyk, mür. Xaçmaz r-nunun Xudat şəhər i.ə.v.-də qəsəbə. Samur-Dəvəçi ovalığındadır. Çkalov adına sovxozun 5-ci şöbəsi yanında yaranmış bu kənd 1965-ci ildən Aşağı Ləgər qəsəbəsi adlandırılmışdır; Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim "aşağıda yerləşən Ləgər kəndi" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1790 nəfər əhali yaşayır.
Loqar dərəsi (Sloveniya)
Loqar dərəsi (sloven. Logarska dolina) ― Sloveniyada dərə. Dərənin slovencə adı nisbətən yenidir və öz növbəsində slovencə "bataqlıq çəmən" mənasını verən log sözündən yaranmış Loqar fermasının adından qaynaqlanır. 1987-ci ildə ərazidə 24,75 kvadrat kilometri əhatə edən ladşaftı parkı yaradılmışdır. == Coğrafiya == Loqar dərəsi tipik bir U şəkilli buzlaq dərəsidir. Dərə loq adlanan aşağı hissə, Plest adlanan orta hissə (əsasən meşə sahəsindən ibarətdir) və Kot adlanan (kar) yuxarı hissə olmaqla üç hissəyə bölünür. Dərə özü tektonik mənşəli olsa da, onun son güclü "dizayner"i buzlaq olmuşdur. Ərazidə ən gənc buzlaşma dövrü olan Pleystosenin izləri var. Dərədəki təcrid olunmuş ferma torpaqlarında cəmi 35 nəfər yaşayır. == İqlim == Loqar dərəsində kontinental iqlim hakimdir.
Hüseyn Həsənov (bloqer)
Hüseyn Həsənov (5 iyun 1994, Sankt-Peterburq) — Azərbaycan əsilli Rusiyalı video bloqer. == Bioqrafiya == 5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub.Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirir. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhfil verir.. Təhsil aldığı müddətdə KVN-də çıxış edirdibundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayır. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb. 2018-ci ildə Cosmopolitanə görə Runet-də ən nüfuzlu 10 insanı sırasına daxil olub. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol aldı . İnstaqramda baxış sayına görə də rekord vurdu, bloqqerin videosuna 12 milyondan çox izləmə topladı. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında Hüseyn Həsənov Telegram-ın bloklanması ilə bağlı sual verdi. Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar verdi.
Coker
Coker (personaj)
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Laser
Dağrazyanası (lat. Laser) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acanthopleura K.Koch Galbanum D.Don Polylophium Boiss.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Liber
Liber (isp. Llíber) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1056 nəfərə çatmışdır.
Joker
Coker (personaj)
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.