LAF
LAĞBAZ
OBASTAN VİKİ
Karl Lagerfeld
Karl Lagerfeld, əsl adı Karl Otto Lagerfeldt (10 sentyabr 1933[…], Hamburq, Üçüncü Reyx – 19 fevral 2019[…], Nöyi-sür-Sen, Fransa) — XX əsrin ən önəmli dəb təmsilçilərindən biri. == Həyatı == Karl Lagerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olmuşdur. Onun doğma bacı və ya qardaşı olmamışdır. 1952-ci ildə o, Paris şəhərinə gəlmiş, burada Montenya Liseyində təhsil almışdır. 1955-ci ildə Karl, Beynəlxalq Yun Katibliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə ilk mükafatını qazanmışdır. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışmışdır. 1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxararaq öz markasını tanıtmışdır. Karyerası ərzində Chloé, Fendi və Chanel kimi büyük dəb evləri ilə birlikdə işləmişdir. Lagerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etmişdir.
Lagernıy adası
Lagernıy adası — Şimal Torpağı arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasından 800 m şimal-qərbdə yerləşir. Adada yerləşən Blizkaya çayının mənsəbinə yaxın ərazidə qərarlaşır. == Təsviri == Ovalvari formaya malikdir. Uzunluğu 1,3 km, eni isə 1 km təşkil edir. Adanı Komsomoles adası ilə sayla birləşir. Şimalında 26 metr hündürlüyə malik qaya vardır.
Lagerstroemiaceae
Ağlarotukimilər (lat. Lythraceae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Ammanniaceae Horan. Blattiaceae Engl. Duabangaceae Takht. Lagerstroemiaceae J.Agardh Lawsoniaceae J.Agardh Punicaceae Bercht. & J.Presl, nom. cons. Salicariaceae Juss., nom. illeg.
Per Lagerkvist
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[…] – 11 iyul 1974[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951). Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi. 21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı.
Selma Lagerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Hindistan lagerströmiyası
Hindistan lagerströmiyası (lat. Lagerstroemia indica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin lagerströmiya cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Çindir. Yaponiyada və Koreyada da yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan, dağınıq yumurtavari çətirə, çəhrayı rəngli, hamar qabıqlı gövdəyə və budaqlara malik ağac və ya koldur. Yarpaqları ellipsvari, hamar, dərivari, parlaq və əlvan-yaşıl, uzunluğu 4-8 sm, payızda sarımtıl-qırmızı rəng alır. Çiçəkləri iridir, əlvan-çəhrayı, tünd mavi, bəzən ağ rəngdə olub, iri süpürgə çiçək qrupunda toplanmışdır. İyunun sonundan oktyabrın əvvəllərinə qədər kütləvi çiçəkləyir. Bu zaman olduqca dekorativ görünür. Meyvəsi 6 toxumlu yumru qutucuqdur.
Lagerstroemia
Lagerströmiya (lat. Lagerstroemia) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi.
Lagerstroemia indica

Lagerströmiya
Lagerströmiya (lat. Lagerstroemia) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях