Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Mömin (dəqiqləşdirmə)
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Sərdar Möhyi
Əbdülhüsyn xan Müizüssultan, Sərdar Möhyi adıyla tanınan, Hacı Məhəmmədkazım Vəkilürrüayanın (Hacı Vəkil) oğlu, qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər. Sərdar Möhyi Mirzə Kiçik xanla bərabər Qacarlar dövlətinə qarşı çıxmışdı. 1920-ci ildə Düşənbəbazar ətrafında bolşeviklər və İran Kazak diviziyasının döyüşçüləri arasında gedən vuruşmada yaralanmışdı. Sərdar Möhyi 50 yaşında Bakı şəhərində vəfat edib. Ziyalıların Rolu İranın Müasir Tarixində.Qədr mədəni institutu.Tehran:2008.1-ci cild; Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Möhsin Pak Ayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Moheli
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
III Mömin Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. == Hakimiyyəti == 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Məhəmməd mömin xan Şamlı
Məhəmməd mömin xan Şamlı — Şamlı tayfasından olan bir türkman zadəgan. Səfəvi şahı Sultan Hüseynin (1694-1722) vəziri (1699-1707) vəzifəsini icra etmişdir. Məhəmmədqulu xan Şamlı adlı bir oğlu vardı. Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
Bohumil Hrabal
Bohumil Hrabal (çex. Bohumil František Kilian 28 mart 1914[…] – 3 fevral 1997[…], Praqa, Çexiya) — Çexiyalı yazar. Əsasən İkinci Dünya müharibəsini dövrlərindən bəhs edən əsərləri ilə tanınmışdır.Hrabal 1914-cü ilin 28 mart tarixində həmin vaxt Avstriya-Macarıstan imperiyasının tabeçiliyində yerləşən Brno şəhərində anadan olmuşdur. Yazıçılıq fəaliyyətinə gənc yaşlarında başlamışdır. Əsərlərində Dadaizm, Sürrealizm və Psixoanaliz kimi cərəyanların təsirləri hiss olunur. İkinci dünya müharibəsi illərindən bəhs edən əsərlərində alman-çex münasibətlərinə və bu münasibətlərdə zaman-zaman baş verən anlaşılmazlıqlara xüsusi şəkildə toxunmuşdur. Tanınmış əsərlərindən biri Tez-tez yoxlanılan qatarlar əsəridir.
Eupatorium mohrii
Eupatorium mohrii (lat. Eupatorium mohrii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Mvali (Moheli)
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Mobil (Alabama)
Mobil (ing. Mobile) — ABŞ-də, Alabama ştatında şəhər. Meksika körfəzi sahilində bir portdur. Arağ emalı, süllüloz-kağız, kimya sənyesi var. Gəmi, alüminium oksidi, sement istehsal olunur. 1711-ci ildə salınmışdır.
Mobil Babayev
Mobil Rəşid oğlu Babayev (23 dekabr 1945, Kirovabad – 10 noyabr 2023) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunmuş, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlamışdır. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olmuşdur. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olur və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olmuşdur. 1972-ci ildə Konservatoriyadan məzun olmuş və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənmişdir. 1972-ci ildə hərbi xidmətə yollanmış, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışmışdır. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olmuşdur. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Mobil körfəzi
Mobil ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Şərqini Fort-Morqan yarımadası və qərbini sədd ada olan Dofin-Aylend formalaşdırır. Mobil çayı və Tenso çayı buxtanın şimalına tökülərək estuari əmələ gətirir. Bundan başqa buxtanın qərbinə Doq çayı, Dir çayı və Faul çayı və şərqinə Fiş çayı kimi bəzi çaylar da tökülür. Saniyədə 62,000 cubic feet (1,800 m3) su axını ilə Mobil buxtası ABŞ-də ən böyük dördüncü estuaridir. Hər il və bəzən yay aylarında bir neçə dəfə balıq və xərçəngkimilər sahilin dayaz hissəsinə və buxtanın sahilinə toplaşırlar. Təzə və asantutulan dəniz məhsulları əldə etmək üçün bura böyük izdiham toplanır və buna görə də bu hadisə yubiley adlanır. Mobil buxtası bu növ yubileyin ad hal olduğu dünyada yeganə yerdir. Mobil buxtasının ərazisi 413 kvadrat mil (1,070 km2) təşkil edir. Uzunluğu 31 mil (50 km), eni isə 24 mil (39 km)-dir.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.
Mobil Əhmədov
Əhmədov Mobil Salman oğlu (10 sentyabr 1931, Gəncə – 3 iyun 2006, Bakı) — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000). Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib.
Mobil şəbəkə
Mobil şəbəkə — son qovşaqlara, onlardan olan əlaqənin simsiz olduğu və şəbəkənin quruda hücrələr adlanan ərazilər üzərində paylandığı telekommunikasiya şəbəkəsi. Bu hücrələr hər birinə ən azı bir sabit yerləşmiş qəbuledici tərəfindən təqdim olunur. Bu baza stansiyaları hücrəni səs, verilənlər və digər məzmun növlərinin ötürülməsi üçün istifadə olunan şəbəkə əhatəsi ilə təmin edir. Müdaxilədən qaçmaq və hər bir hücrə daxilində zəmanətli xidmət keyfiyyətini təmin etmək üçün hücrə adətən qonşu hücrələrdən fərqli tezliklər dəstindən istifadə edir. hücrələr birləşdirildiyi halda geniş coğrafi ərazidə radio yayımı təmin edir. Bu çoxsaylı portativ ötürücülərə bir-biri ilə həmçinin stasionar qəbuledicilər və telefonlarla şəbəkənin istənilən yerində ötürücülərə ötürmə zamanı birdən çox hücrə vasitəsilə hərəkət etsə belə baza stansiyaları vasitəsilə əlaqə saxlamağa imkan verir. Mobil şəbəkələr bir sıra funksiyaları təklif edir: Əsas telekommunikasiya provayderləri Yer kürəsinin məskunlaşmış ərazisinin əksəriyyətində səs və verilənlər mobil şəbəkələrini yerləşdirmişdilər. Bu mobil telefonların və mobil hesablama cihazlarının ictimai kommutasiya edilmiş telefon şəbəkəsinə və ictimai internetə qoşulmasına imkan verir. Şəxsi mobil şəbəkələr tədqiqat və ya yerli ictimai təhlükəsizlik agentlikləri, taksi şirkəti üçün göndəriş kimi iri təşkilatlar və donanmalar üçün istifadə edilə bilər. Bir böyük ötürücüdən daha çox tutum.
Mobil hökumət
Mobil hökumət və ya m-hökumət — yalnız mobil telefonlar, notbuk kompüterlər, fərdi rəqəmsal köməkçilər (PDA) və simsiz internet infrastrukturundan istifadə etməklə mümkün olan dövlət xidmətləri və proqramlarından strateji istifadə kimi xidmətlər toplusu. Mobil hökumət xidmətləri "e-hökumətdə iştirak edən tərəflər, o cümlədən vətəndaşlar, biznes müəssisələri və bütün dövlət strukturlarına faydaların artırılması üçün hər növ simsiz və mobil texnologiya, xidmətlər, tətbiqlər və cihazlardan istifadəni əhatə edən strategiya və onun həyata keçirilməsi kimi" izah edilir. İnfrastrukturun olmaması səbəbindən internetin nüfuzunun aşağı olduğu, mobil bağlantı və nüfuzunun yüksək olduğu inkişaf etməkdə olan ölkələrdə mobil hökumət daha yaxşı seçimdir. Hökumətin vətəndaşlarla qarşılıqlı əlaqəsi SMS kimi vasitələrlə həyata keçirilə bilər. Hindistanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Elektronika və İnformasiya Texnologiyaları Departamenti bütün departamentləri və agentlikləri üçün mobil cihazlar vasitəsilə bütün xidmətlərini təmin etmək üçün mobil proqramlar hazırlamaq və yerləşdirmək planlarını açıqlamışdır. Freymvorkun qəbulunu və vaxtında həyata keçirilməsini təmin etmək üçün hökumət mobil cihazlar vasitəsilə ictimai xidmətlərin əlçatanlığını təmin etmək üçün əsas infrastruktur olan "Mobile Service Delivery Gateway"i (MSDG) inkişaf etdirəcək. I. Kushchu and M. H. Kuscu. From e-Government to m-Government: Facing the Inevitable // The 3rd European Conference on e-Government. 2003. 253–260.
Mobil applikasiya
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Mobil bankçılıq
Mobil bankçılıq — müştərilərinə smartfon və ya planşet kimi mobil cihazlardan istifadə etməklə uzaqdan maliyyə əməliyyatlarını aparmağa imkan verən bank və ya digər maliyyə institutu tərəfindən göstərilən xidmət. Müvafiq internet bankçılığından fərqli olaraq, o, bu məqsədlə maliyyə institutu tərəfindən təmin edilən, adətən tətbiq adlanan proqram təminatından istifadə edir. Mobil bankçılıq əsasən 24 saat işləyir. Bəzi maliyyə institutlarında mobil bankçılıq vasitəsilə hansı hesablara daxil ola biləcəyinə dair məhdudiyyətlər, eləcə də əməliyyat edilə bilən məbləğlə bağlı məhdudiyyətlər var. Mobil bankçılıq internetin mövcudluğundan və ya mobil cihaza məlumat bağlantısının olmasından asılıdır. Mobil bankçılıq vasitəsilə əməliyyatlar təqdim edilən mobil bankçılıq proqramının xüsusiyyətlərindən asılıdır və adətən hesab qalıqlarının və ən son əməliyyatların siyahılarının əldə edilməsini, elektron faktura ödənişlərini, uzaqdan qəbz depozitlərini, P2P ödənişlərini və müştərinin və ya başqasının hesabları arasında pul köçürmələrini əhatə edir. Bəzi proqramlar həmçinin qəbzlərin nüsxələrini endirməyə və bəzən çap etməyə imkan verir. Mobil bank proqramından istifadə səmərəliliyi, sürəti, çevikliyi və həmçinin təhlükəsizliyi artırır, çünki o, istifadəçinin daxili mobil cihaz təhlükəsizlik mexanizmləri ilə inteqrasiya edilir. Bank nöqteyi-nəzərindən mobil bankçılıq müştərilərin nağdsız pul vəsaitlərinin çıxarılması və depozit əməliyyatları üçün bank filialına müraciət etmə ehtiyacını azaltmaqla əməliyyatların aparılması xərclərini azaldır. Mobil bankçılıq nağd pulla bağlı əməliyyatları idarə etmir və müştəri nağd pul çıxarmaq və ya depozit qoymaq üçün bankomata və ya bank filialına müraciət etməlidir.
Mobil cihaz
Mobil cihaz, həmçinin əl kömpüteri və ya rəqəmsal köməkçi — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.
Mobil nömrədaşıma
Mobil nömrədaşıma (ing. mobile number portability, MNP) — mobil telefon istifadəçilərinə mobil şəbəkə operatorunu dəyişdirən zaman mobil telefon nömrəsini saxlamağa imkan verən xidmət. Mobil nömrədaşıma bütün dünyada müxtəlif üsullarla həyata keçirilir. Beynəlxalq və Avropa standartına görə, "resipent tərəfindən idarə olunan" daşınma üsulu həyata keçirilir. Burada telefon nömrəsini daşımaq istəyən müştəri yeni şəbəkə (resipent) ilə əlaqə saxlayır, nömrədaşıma sorğusunu cari şəbəkə operatoruna (provayder) göndərir. Bunun əksinə olaraq, Birləşmiş Krallıq və Hindistan yeganə istisnadır. Bu ölkələrdə "provayder tərəfindən idarə olunan" üsul tətbiq olunur. Birləşmiş Krallıqda müştəridən Portlaşdırma Avtorizasiya Kodu (PAC), Hindistanda isə Unikal Portlaşdırma Kodu (UPC) əldə etmək üçün provayderlə əlaqə saxlaması tələb olunur və onlar resipent şəbəkəsinə təqdim edilməlidir. Həmin daşıma kodu resipentə bildirilərək daşıma prosesi davam etdirilir. Bu üsul bəzi sənaye analitikləri tərəfindən mobil nömrədaşıma fırıldaqlarının qarşısını almasına baxmayaraq, səmərəsiz olduğu üçün tənqid edilmişdir.
Mobil oyun
Mobil oyun — adətən mobil telefonda oynanan videooyun. Termin həmçinin mobil telefonlar (fərdi telefonlar və ya smartfonlar), planşetlər, PDA-lar, əl oyun konsolları, portativ media pleyerləri və ya qrafik kalkulyatorları da daxil olmaqla istənilən portativ cihazda oynanan bütün oyunlara aiddir. Mobil telefonda məlum olan ən erkən oyun 1994-cü ildən Hagenuk MT-2000 cihazında oynanan Tetris variantı idi. 1997-ci ildə Nokia Snake oyununu təqdim etdi. Nokia tərəfindən istehsal edilən əksər mobil cihazlarda əvvəlcədən quraşdırılmış Snake, o vaxtdan bəri ən çox oynanan oyunlardan birinə çevrildi və dünyada 350 milyondan çox cihazda mövcud idi. Mobil cihazlar, ilkin olaraq telefon operatorlarının öz mağazaları ilə məhdudlaşsa da, oyunların yüklənməsinə imkan verən texnologiya baxımından daha təkmilləşdi. Mobil oyunlar 2008-ci ildə Apple-ın iOS App Store kimi proqram mağazalarının inkişafı ilə çox böyüdü. Birbaşa mobil platforma sahibi tərəfindən idarə olunan ilk mobil məzmun bazarı olaraq, App Store istehlakçı davranışını əhəmiyyətli dərəcədə dəyişdirdi və mobil oyunlar bazarını tez bir zamanda genişləndirdi, çünki demək olar ki, hər bir smartfon sahibi mobil proqramlar yükləməyə başlayırdı. XX əsrin sonlarına doğru, sənaye standartlarının yaradılması, telefona sahib olma qiymətinin sürətlə aşağı düşməsi və miqyas iqtisadiyyatı ilə idarə olunan istifadə sayəsində cib telefonu mülkiyyəti sənayeləşmiş dünyada geniş yayılmışdır. Bu partlayış nəticəsində telefon istehsalçılarının texnoloji inkişafı sürətlənmişdir.
Mobil proqram
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Mobil telefoniya
Mobil telefoniya — stasionar telefonlara yox, mobil telefonlara telefon xidmətlərinin göstərilməsi. Telefonun xüsusi olaraq yalnız səsli xidmətə və ya əlaqəyə işarə etməsi nəzərdə tutulur. Buna baxmayaraq, bəzən xətt bulanıqlaşa bilər. Müasir mobil telefonlar baza stansiyalarının yerüstü mobil şəbəkəsinə qoşulur, peyk telefonları isə orbitdəki süni peyklərə qoşulur. Hər iki şəbəkə dünyada istənilən telefonun yığılmasına imkan vermək üçün ictimai telefon şəbəkəsinə (PSTN) qoşulur. 2010-cu ildə dünyada beş milyard mobil abunəçi olduğu təxmin edilmişdir. Daxili qeydlərə görə, "American Telephone & Telegraph" 1915-ci ildə simsiz telefonun inkişafını müzakirə etmişdir, lakin texnologiyanın tətbiqinin ABŞ-də simli xidmət üzərindəki inhisarını poza biləcəyindən çəkinmişdir. İctimai mobil telefon sistemləri ilk dəfə İkinci Dünya müharibəsindən sonrakı illərdə təqdim edilmişdir. Bunun üçün münaqişədən əvvəl və münaqişə zamanı inkişaf etdirilən texnologiyadan istifadə edilmişdir. İlk sistem 1946-cı ildə ABŞ-mn Missuri ştatının Sent-Luis şəhərində açılmış, digər ölkələrdə isə sonrakı onilliklərdə tətbiq edilmişdir.
Mobil tətbiq
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Xəlifə Əli və Məhəmməd Mömin turbəsi
Xəlifə Əli və Məhəmməd Mömin turbəsi — Buzovna qəsəbəsindəki köhnı qəbirstanlıqda Xəlifə Əli türbəsində 3 qəbir vardır. Qəbirlərin hər 3nün üstündə sənduqə və başdaşları qoyulmuşdur. 1nin başdaşı sınıb düşmüşdür. Bu abidələrdən istər forması, istərsə də kitabələrinin zənginliyinə görə Xəlifə Əlinin oölu Məhəmmdəin abidəsi diqqəti cəlb edir. Baş daşı öz formasına görə Quba rayonunun pirvahid kəndindəki "66 övliya" qəbirstanlığındakı başdaşlarını xatırladır. Lakin kitabələrin məzmunu başqadır. Başdaşının üz tərəfini kənardan əhatəedən haşiyədə farsca nəzm ilə qəmgin şer yazilmişdir. Yan tərəfində də bele şerlər vardır. Saə tərəfində yazilmiş kitabə beledir: 2 əfsus olsun ki bu cahan baxcasindan getdin. Bu gül-çiçək bağından, həsrət dağiyla getdin.