Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meyham
Meyham-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Meyham-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Mövlan
Kəndlər Mövlan-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mövlan-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Şəxslər Mövlan Əliyev — Azərbaycanlı mayor.
Mövlan Əliyev
Mövlan Məzahir oğlu Əliyev - Azərbaycanlı mayor. == Həyatı == Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə "Lassal" adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə "Körgöz" rayonuna ikinci katib təyin edilir. 1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir. Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir. == Hərbi fəaliyyəti == O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir. 1941-ci ilin sonunda — 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur. 1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur.
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin] Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Molla
Molla (fars. ملا‎) — İslamda ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimi. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. == İstinadlar == == Əlavə ədəbiyyat == Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Moyva
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər. Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784. Bəzən onları kapelan olaraq adlandırırlar. == Biologiya == Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar. Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur.
Şövzəb Mövla Şakir
Şövzəb Mövla Şakir (ərəb. شوذب مولی شاکر‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. == Tərcümeyi-hal == Şövzəb bəzi mənbələrdə Şakir ibn Abdullah əl-Həmdani əl-Şakirinin xidmətçisi kimi bəhs edilmiş, digərləri isə onu Əbis ibn Əbu Şəbib əş-Şakirinin qulu kimi qeyd etmişlər. O, hədis hafizi idi və Əli ibn Əbu Talibdən hədislər nəql edirdi. == Hüseyn ibn Əlinin səhabəsi == O, Əbis ibn Əbu Şəbib əş-Şakiri ilə birlikdə Müslüm ibn Əqilin Kufədən məktubunu Məkkədə Hüseynə çatdırdılar və onu Məkkədən Kərbəlaya müşayiət etdilər. == Aşura günündə == Əbis ibn Əbu Şəbib əş-Şakiri qohumu olan Şövzəbin yanına gəlib dedi: “Qəlbinin arzusu nədir?” Cavab verdi: “Mən nə istəyirəm? Rəsulullahın nəvəsini müdafiə edərək, şəhid olana qədər sizinlə bərabər döyüşmək istəyirəm”. Əbis cavab verdi: "Səndən başqa heç nə gözlənilmirdi. Əgər bu gün səndən daha əziz birisi olsaydı, mən getməzdən əvvəl onu döyüş meydanına göndərərdim." Hənzələ ibn Əsəd əş-Şibamidən sonra Aşura günü günortadan sonra şəhid oldu.
Meyham-i Süfla (Qürvə)
Meyham-i Süfla (fars. ميهم سفلي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,282 nəfər yaşayır (284 ailə). Əhalisini kürdlər təşkil edir.
Meyham-i Ülya (Qürvə)
Meyham-i Ülya (fars. ميهم عليا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 800 nəfər yaşayır (180 ailə). Əhalisini kürdlər təşkil edir.
Mövlan-i Süfla (Nir)
Mövlan-i Süfla (fars. مولان سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).
Mövlan-i Ülya (Nir)
Mövlan-i Ülya (fars. مولان عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Molyar kütlə
Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir. Molyar kütlə - maddənin 1 molunun kütləsidir, M ilə işarə olunur və ölçü vahidi BS-də 1kq/mol-dur. Mol - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır. Avoqadro sabiti - kütləsi 0,012 kq olan karbondakı atomların sayıdır, NA=6,023·1023mol−1-dir. Maddə miqdarı - Verilmiş maddədəki molekullar sayının Avoqadro sabitinə olan nisbətinə deyilir,ν=N/NA. Maddə miqdarının vahidi - BS-də əsas vahiddir və 1 mol-dur. Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır. == İstinadlar == M.Murquzov və b.Fizika X S.BAKINƏŞR-2005,səh.129.
Soylan rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. == Tarixi == Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Soylan körpüsü
Soylan körpüsü — Dərələyəz mahalının Paşalı (19.04.1991-ci ildən — Vayk) rayonunda, Soylan (19.04.1991-ci ildən — Vayk) kəndindən 1 km aralıda, Arpa çayı üstündə körpü. == Haqqında == Körpü Soylan kəndi yaxınlığında yerləşir. Körpünün XVII yüzilin əvvəllərində çayın bu sahilindən o sahilinə ordu keçirmək üçün azəri türkləri tərəfindən inşa edildiyi ehtimal olunur. Körpünün sağ sahilindən baxanda orta sütunun təqribən 8–9 metrliyində ərəb əlifbası ilə yazılmış kitabə mövcud olmuşdur. Bu kitabəyə əsasən, körpünün tikilmə tarixi XVII əsrə aiddir. Lakin sonralar erməni tədqiqatçıları körpünün adını dəyişərək Vayk adlandırmışlar. Soylan körpüsü, bölgənin mədəni irsinin və tarixi abidələrinin əhəmiyyətini göstərən vacib bir simvoldur. Soylan kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, kəndə ilk ermənilər buradakı Azərbaycan türklərinin 1905–1906-cı il soyqırımından sonra köçürülüb gətirilmişlər. == Memarlıq quruluşu == Daşdan inşa edilmiş körpünün qalıqları bu gün də mövcuddur. Uzunluğu 30 metrə çatan körpünün sağ tərəfi Arpa çayının səthindən 32 metr yüksəklikdə olan sıldırım qayanın üstündə, sol tərəfi isə çayın sol sahilində çay səviyyəsindən 12 m yüksəklikdəki sıldırım qayanın üstündə 13,5×4,5 m ölçüdə daş hörgünün üzərində qərar tutmuşdur.
Ləzgi soylar
Ləzgi soyu yada Sixel (ləzg. сихил — "цӀи хел" yani "eyni qandan gələnlər") bir ulu babadan gələn vəya qan qohumluğu ilə bir-birinə bağlı olan, bir neçə ailədən ibarət olan Ləzgi soyu. Hər Ləzgi soyun dağlarda bütün sixel üzvlərin əslən olduğu bir kəndi var. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba — Axmedov yerinə Kiri, Stal Süleyman — Xasanbekov yerinə Stalari, Ştul Muhamməd — Ramazanov yerinə Ştulari. === Xızan === Xizan, Xzan — ailə, bir evin adamları. Bəzən özlərini "са цІаюн ксар", yəni eyni atəşin adamları adlandırırdılar. Bu, ləzgilərin atəşə zəruri olduğu kifayət qədər soyuq iqlim şəraitində yaşaması və hələ də yaşamağa davam etməsi ilə əlaqədardır. Ləzgi ailəsi üçün "сабур" – dözümlülük, səbirlilik, "иман" – dindarlıq, salehlik, "дуьзвал" – təvazökarlıq, ciddilik, ədalət kimi keyfiyyətlər önəmlidir.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Oyunun quruluşu == Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Molla Ayrım
Molla Ayrım — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bir mülahizəyə görə, kəndi ayrım tayfasından olan molla saldığına görə belə adlanmışdır. Məlumdur ki, ayrımlar Azərbaycanın bölgələrində (Qazax, Tovuz, Gədəbəy və s. rayonlarda) yaşayan, mübariz həyat keçirmiş oğuz tayfalarından biri olmuşdur. Başqa ehtimala görə, Molla Ayrım şəxs adı olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd orta dağlıq qurşaqda yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Molla Ayrım kənd ibtidai məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Molla Bayazid
Molla Bayazid — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində yerləşir. == Toponimi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xanzirək nahiyəsində kənd adı kimi çəkilir. Ehtimal ki, kəndin əsasını qoymuş ruhani şəxsin-Molla Bayazidin adındandır. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur. == Əhalisi == Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürülmüş, azərbaycanlılar isə kənddən sıxışdırılıb çıxarılmışdır.
Molla Bilal
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Molla Cümə
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. == Toponimi == Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Molla Eyyublu
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Molla Göyçə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. == Tarixi == Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Molla Gürani
Molla Gürani (28 avqust 1406, Kürdüstan ostanı – 1488, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Makrîzî, Dürerü’l-ʿuḳūdi’l-ferîde fî terâcimi’l-aʿyâni’l-müfîde (nşr. Adnân Dervîş – Muhammed el-Mısrî), Dımaşk 1995, I, 363–365. Bikāî, ʿUnvânü’z-zamân bi-terâcimi’ş-şüyûḫ ve’l-aḳrân, Köprülü Ktp., nr. 1119, vr. 6b-7b. Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, I, 241–243. Süyûtî, Naẓmü’l-ʿiḳyân (nşr. Philip K. Hitti), Beyrut 1927, s. 38–40.
Mopla üsyanı
Mopla üsyanı və ya Malabar üsyanı — 1921-ci ildə Britaniya Hindistanının Mədrəs əyalətinin Malabar mahalında mopla əhalisinin antifeodal və antiimperialist üsyanı. == Üsyan == Moplanın əksəriyyətini icarədarlar və kənd təsərrüfatı fəhlələri təşkil edirdi. Üsyan 20 avqust 1921-ci il tarixində möminlərin yığışdıqları Tiruranqadi məscidində ingilis müstəmləkəçi qoşunlarının basqını ilə başlamışdır. Xilafət hərəkatının iştirakçısı, arabacı Variyan Hacı Günəhmədin başçılığı ilə 50 min nəfərlik üsyançılar Ernad və Valluvanad mahallarını ələ keçirmiş, "xilafət padşahlığı" elan etmişdir. Hinduist icarədarlar da Mopla üsyanına qoşulmuşdur. Mopla üsyanı 1921-ci ilin sonunda amansızlıqla yatırılmışdır. Dağlara çəkilmiş üsyançıların silahlı mübarizəsi 1922-ci ilin fevralın sonuna qədər davam etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == The Mappilla Rebellion, 1921: Peasant Revolt in Malabar, Robert L. Hardgrave, Modern Asian Studies, Vol. 11, No. 1 (1977), Cambridge University Press.