Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mühasib
Mühasib — qüvvədə olan qanunvericiliyə uyğun olaraq mühasibat sistemi üzərində işləyən mühasibat mütəxəssisi. "Mühasib" sözü — kitab sahibi orta əsrlərin sonunda yaranmışdır. 1498-ci ildə alman millətinin Müqəddəs Roma İmparatoru I Maksimilian Xristof Ştexer "mühasib" təyin etdi. Tarixçilərdə mühasibat uçotunun meydana gəldiyi və insanların bu fəaliyyət sahəsi ilə peşəkarlıqla məşğul olmağa başladıqları zamanın birmənalı sübutları yoxdur. Orta əsr fərziyyəsinə görə, mühasibat XIII əsrin sonu və XIV əsrin əvvəllərində Şimali İtaliyada ortaya çıxdı. Digərləri mühasibat uçotunun Qədim Roma dövründən başladığına inanırlar. Şimali İtaliyadakı ticarət və bank şirkətlərində cüt mühasibat aparılırdı. İlk mühasiblərin təsadüfən mühasibat icad etdiyi orta əsr tacirləri olduğuna inanılır. Cenoa tacirləri ilk növbədə ikili mühasibat aparırdılar. Digər bir fərziyyə mühasibat uçotunun Cenova, Venesiya, Florensiyada 1250–1350-ci illər arasında meydana çıxmasıdır.
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. 27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub. 1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir. Bu səbəbdən ona şəhid statusu verilir. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi. Ailəli idi, üç övladı var.
Münasib Mehdiyev
Münasib Məmmədov
Münasib Yusifov
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Ceyms MakAti
Ceyms Con MakAti (18 oktyabr 2002, Salford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Siti" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Bir müddət İngiltərə U-18 millisində çıxış edən sonra Ceyms hal-hazırda İngiltərə U-20 millisində çıxış edir. == Klub karyerası == MakAti əsas komanda ilə debütünü 29 oktyabr 2019-cu ildə "Bolton Uonderers" klubuna qarşı Liqa Trofeyi görüşündə etmişdir. 2020-21 mövsümü ərzində Ceyms Liqa Trofeyi turnirində "Skantorp Yunayted" və "Mansfild Taun" klublarına qalib gəldikləri, həmçinin "Tranmir Rovers" klubuna məğlub olduqları görüşlərdə iştirak etmişdir. 24 avqust 2021-ci ildə Ceyms "Skantorp Yunayted" klubunu 3-0 hesabı ilə məğlub etdikləri görüşdə qolla yadda qalmışdır. 2020-ci ilin noyabrında Ceyms "Çelsi" klubuna qarşı FA Gənclər Kuboku finalı görüşündə qolla yadda qalmış və komanda rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. Həmin mövsüm Premyer Liqa 2-də toplamda iyirmi üç görüşdə iştirak edən Ceyms səkkiz qol və doqquz assistlə mövsümü başa vurmuşdur. Ceyms peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Uikomb Uonderers" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. O, 72-ci dəqiqədə meydana daxil olmuş və komandası rəqibinə 6-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ceyms İngiltərə U-18 millisi ilə debütünü 2019-cu ilin noyabrında Norveç millisi ilə görüşdə etmişdir.
Müsahib Mustafa Paşa
Müsahib Mustafa Paşa (ö. sentyabr 1686) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Şair Süleyman ağanın oğludur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından qapı ağası, 1663-cü ildə isə padşah müsahibliyinə gətirilmişdir. 1666-cı ilin avqustunda vəzir rütbəsi alaraq divanın ikinci vəziri oldu. Bu vəzifədə ikən 1675-ci ildə Sultan Mehmedin qızlarından Xədicə Sultanla nigahlandı. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1683-cü ilin dekabrında padşah müsahibliyindən alınaraq kaptan-ı dərya təyin edildi.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Katib Məmmədov
Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı, Beynəlxalq Repin Premiyasının laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008). == Həyatı == Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo… Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
İsmayıl Katib
İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 1938)— şair, 1934-cü ildən AYB-nin üzvü. İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır. 03 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.
Kəlbəli xan Müsahib-Gəncəvi
Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi. Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı. Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Brit mükfatı
Brit mükafatları — Britaniya Fonoqrafiya Sənayesi tərəfindən hər il təqdim edilən musiqi mükafatları. Adı "British", "Britain" və ya "Britannia"dan götürülüb, ona görə ki, mükafatlar Britannia Musiqi Klubu tərəfindən maliyyələşdirilirdi. Lakin, zaman keçdikcə ad yeni bir məna qazanıb və "British Record Industry Trusts Show"u təmsil etmək üçün istifadə edilən bakronimə çevrilib. == Mükafatlar == İlk mükafat mərasimi 1977-ci il Kraliçanın Gümüş yubileyini və "Thames Television" tərəfindən televiziya ilə yayımlanan "British Rekord İndustry Britannia Awards" idi. Bu günə qədər 37 nəşr mövcuddur. 1988 BPI Mükafatları, canlı televiziyada yayımlanacaq mərasimlərin birincisi idi. BBC 1985-ci ildə 1982-ci ildən 1984-cü ilə qədər nümayişləri televiziya ilə yayımlamadan əvvəl mərasim yayımlamışdı. BBC, BRİT Mükafatlarının adını 1989-cu ildə canlı yayımlamış və 1990-cı ildən 1992-ci ilədək əvvəlcədən qeydiyyatdan keçmişdir. ITV 1993-cü ildən etibarən mükafatları yayımlayıb. BBC Radio 1 2008-ci ildən etibarən radio yayımı təmin etdi.
Mutatis mutandis
Mutatis mutandis — "dəyişməsi lazım olanlar dəyişdirildi" anlamına gələn latın sözüdür. Hər hansısa ölkədən və ya qurumdan qanunlar itxal edildiyində o qanunlarda dəyişikliklər etmək lazım ola bilər. Bu dəyişikliklər iki ölkə arasındakı fərqlər ya da başqa səbəblərə görə qaçınılmaz ola bilər. Qanunlar üçün mutatis mutantis tətbiq edilə bilər deyilirsə, o qanunların olduğu kimi tədbiq ediləməyəcəyini, ancaq uyğunluq yaratmaq üçün dəyişikliklər edildikdən sonra tədbiq edilə biləcəyi deyilir.
Mirzə Məhəmməd Katib
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev (1827, Şuşa – 1889, Şuşa) – şair Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi. Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib. Ənvər Çingizoğlu, Allahqulu ağanın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 6, səh.9–14.
Alma sukatı
Alma sukatı — Alma dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə alma (şirin alma sortları), şərbət, şəkər tozu daxildir. Alma sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Armud sukatı
Armud sukatı - Armud dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə armud, şəkər tozu, vanil daxildir. Armud sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gavalı sukatı
Gavalı sukatı - Gavalı dilimlərindən hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Heyva sukatı
Heyva sukatı - Heyva dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə heyva, şəkər tozu, vanil daxildir. Heyva sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qabaq sukatı
Qabaq sukatı - Qabaqdan hazırlanmış quru mürəbbə Tərkibinə qabaq, şəkər tozu, vanil daxildir. Qabaq sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qarpız sukatı
Qarpız sukatı - Qarpız dilimlərindən hazırlanmış quru mürəbbə Bu məqsədlə qalınqabıq qarpız sortlarından istifadə edilməlidir. Qarpızın yumşaq hissəsi və bərk yaşıl qabığı təmizlənib kənar edilir. Sonra müxtəlif formada (dördbucaq, kvadrat, ulduz, üçbucaq və s.) doğranmış ağ rəngli qabıqları 5-10 dəqiqə suda bişirirlər. Qarpız qabıqlarını süzgəcə töküb suyunu süzür və şəkər qatıb şərbət hazırlayırlar. Sonra qarpız qabıqlarını qaynar şəkər şirəsinə töküb 10-12 saat saxlayır, arada 6-8 saat saxlamaq şərtilə hər dəfə 8-10 dəqiqə qaynadıb 3-4 dəfəyə bişirirlər. Bişmiş kəhrəba rəngli şəffaf qarpız tikələrini şirədən çıxarır, soyuduqdan sonra toz-şəkərlə urvalayıb qurudurlar. Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qovun sukatı
Qovun sukatı — Qovundan hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Ərik sukatı
Ərik sukatı - Ərikdən hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Bizim katib (film, 1972)
Bizim katib qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. == Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Katib Mehmed Əmin Paşa
Katib Mehmed Əmin Paşa (v. may 1753, Qahirə) — I Mahmud dönəmində 2 il 5 ay 28 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == İzzî, Târih, İstanbul 1199, vr. 209b-210a, 214a-b, 260b-261b, 274a, 275b; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 76–78; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 74; Sicill-i Osmânî, IV, 239–240; İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1945, II, 316; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 333–334; Danişmend, Kronoloji2, IV, 33; V, 59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 374.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
Yaqub Məmmədov (birinci katib)
Yaqub Cəlal oğlu Məmmədov (1938, Qızılağac, Göyçay rayonu – 16 mart 1986) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi (1981–1986), Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1981). Yaqub Cəlal oğlu Məmmədov 1938-ci ildə Göyçay rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə rayondakı "Bolqarıstan" kolxozunda kolxozçu kimi başlamışdır. Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra beş il müəllim işləmiş və Qızılağac kənd orta məktəbinin direktoru olmuşdur. 1972-ci ildə Yaqub Məmmədov partiya işinə irəli çəkilmiş və Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin təlimatçısı, şöbə müdiri, sonra isə katibi olmuşdur. 1977-ci ildən Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, paralel olaraq Bakı Ali Partiya Məktəbinin qiyabi şöbəsini bitirmişdir. 1981-ci ilin oktyabr ayında Azərbaycan KP Laçın Rayon Komitəsinin birinci katibi seçilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır. Yaqub Məmmədov 1963-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Mandat komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir.
Əli Quliyev (birinci katib)
Quliyev Əli Şəfi oğlu (2 avqust 1918, Maştağa, Bakı qəzası – 16 dekabr 1971) – partiya və dövlət xadimi, Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951–1954). == Həyatı == Əli Quliyev 1918-ci il avqust ayının 2-də Maştağada anadan olmuşdur. 1928-ci ildə 128 saylı məktəbə getmiş, sonralar 187 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə "Abşeron kolxozçusu" qəzetindən başlamışdır. Burada ədəbi işçi kimi çalışmışdır. Kənd zəhmətkeşləri haqqında yazdığı məqalə, oçerk, reportaj və zarisovkalarla özünə diqqət çəkmiş, Maştağa Rayon Komsomol Komitəsinə işə götürülmüş, komitənin şöbə müdiri vəzifəsində işləmişdir. 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almağa başlamış, istehsalatdan ayrılmamış, vaxtilə bitirdiyi 187 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. 1941-ci ilin yanvar ayında Maştağa Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsi başladığına görə bu vəzifədə qısa müddət çalışmış, cəbhəyə yollanmış və ordu sıralarında alman faşistlərinə qarşı savaşmışdır. Səhhətindəki problemlərə görə hərbi xidmətdən erkən tərxis edilmişdir.
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.