Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Münxen
Münhen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münhen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Münhen
Münhen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münhen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Münhen Olimpiadası
== Olimpiadanın açılışı ==
Münhen kafedralı
Münhen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münhen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münhen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münhen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. == Basdırılanlar == Kafedral qəbristanlığında Münhen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Münhen kindl
Münhen kindl (alm. Münchner Kindl‎; azərb. Münhen uşağı‎) - Münhen şəhərinin simvollarından biri. Münhen uşağı anlamına gələn Münhen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münhen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Münhen qətliamı
Münhen qətliamı - 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir.Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər. Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırmışdır.Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur.Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur. == Münhen Olimpiyadasından əvvəl == Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrail və Ərəb ölkələri sürətlə silahlanmağa davam etmişdir. Kiçik həcmli müxtəlif toqquşmalar olsada, tərəflər arasından həmin tarixdən, qətliamın baş verdiyi günə qədər ciddi toqquşmalar baş verməmişdir. Hadisəni törədən terrorçular, 1971-ci ildə Fələstin Azadlıq Təşkilatının daxilində formalaşdırılmış Qara sentyabr təşkilatına mənsub idilər. Terror aktı Qara Sentyabr hadisələri zamanı İordaniyanın tutmuş olduğu mövqe səbəbindən cəzalandırmaq məqsədi ilə törədilmişdir.
Münhen sazişi
Münhen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münhen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münhen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münhen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Qliptotek (Münhen)
Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir" , Artemida, Knidoslu Afrodita, Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları - "eginetlər" və s. daxildirlər. == Binası == Qliptotek binası Münhenin Köniqplas meydanında kral I Lüdviqin hələ xələf şahzadə olarkən göstərişi ilə 1815-ci ildə inşa edilmişdir. İnşaatın memarı Leo fon Klense binanı Karl fon Fişerin layihəsi əsasında antik üslubda tikmişdir.Muzey binasının interyeri daxili həyəti əhatə edən otuz düzbucaqlı və dairəvi zallardan ibarətdir.Binanın girişində on iki ionik sütun vardır.Binanın fəsadında Dedal, Prometey, Adrian, Perikl, Hefest, Fidiyaya aid heykəllər yerləşir.Binanın qərb və şərq tərəflərində renessans dövrünə aid heykəllər düzülmüşdür. ll Dünya müharibəsində bina tam dağılmış,1972-ci ildə yenidən qapılarını tamaşaçıların üzünə açmışdır. 1820-1830-cu illərdə Peter Kornelius tərəfindən yaradılmış məşhur qədim yunan tanrılarına həsr edilmiş freska tamamilə itib batmışdır. Yalnız məxsusi kiçik fresko fraqmentləri və eskizləri Berlin milli qalereyasında saxlanılır.Müharibədən sonra 1864-cü ildə fon Klense tərəfindən yaradılmış Assuriya zalı və daxili bağça da bərpa edilməmişdir.
Bavariya-Münhen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Bayern Münhen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münhen FK
Bayern Münhen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münhen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2-0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1-1 bitən maçda penalti zərbələri ilə 4-3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Münhen Aviasiya qəzası
1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi. Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı. Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi. Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu.
Münhen Coğrafiya Cəmiyyəti
Münhen Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft München‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Münhen şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1869-cu ildə Almaniyanın Münhen şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Münhen Texniki Universiteti
Münhen Texniki Universiteti (alm. Technische Universitat München‎) — Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münhen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik ali məktəb Bavariyanın texniki sahə üzrə yeganə universitetidir. == Tarixi == Münhen Texniki Universitetinin əsası 1868-ci ildə qoyulub. Həmin vaxt Bavariya kralı II Lüdviqin Politexnik Məktəbi adlı təhsil müəssisəsinin yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə adı rəsmi şəkildə dəyişdirilərək Bavariya Kral Texniki Ali Məktəbi, 1970-ci ildə isə universitet statusu qazanaraq Münhen Texniki Universiteti adlandırılıb. Burada 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin İkinci dünya müharibəsi onun planlarını yarıda qoyur.
Münhen muzeylərinin siyahısı
== Bədii muzeylər ==
Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələdə durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi.
Münhen Lüdviq-Maksimilian Universiteti
Münhen Lüdviq-Maksimilian Universiteti (alm. Ludwig-Maximilians-Universität München‎) — Almaniyada, Münhen şəhərində yerləşən ali təhsil müəssisəsi. Almaniyanın ən tanınmış elmi-tədqiqat mərkəzlərindən biri olan universitet öz fəaliyyətində şəffaflıq, yaradıcı yanaşma və novatorluq prinsiplərinə üstünlük verir. == Tarixi == Münhen Lüdviq-Maksimilian Universiteti 1472-ci ildə İnqolştadt şəhərində Roma Papasının dəstəyi ilə bavariyalı Hersoq Lüdviq tərəfindən təsis edilib. İlk olaraq təhsil ocağının tərkibində dörd fakültə - İncəsənət (hazırkı Fəlsəfə fakültəsi), Tibb, Hüquq və İlahiyyat fakültələri fəaliyyət göstərib. Universitet islahatlar dövründə Martin Lüter və onun tərəfdarlarına qarşı mübarizədə böyük rol oynayıb. Sonralar universitet 200 ildən çox Yezuitlər ordeninin təsiri altında olub. 1800-cü ildə Kral I Maksimilianın qərarı ilə ali məktəb Almaniyanın Landshut şəhərinə köçürülüb. Universitetin köçürülməsində əsas məqsəd ali məktəbi yezuitlərin təsirindən azad etmək və yezuitlərə meyilli müəllim heyətini digərləri ilə əvəzləmək olub. 1802-ci ildən universitet bavariyalı Hersoq Lüdviq və Kral I Maksimilianın şərəfinə Lüdviq-Maksimilian Universiteti kimi tanınıb.
Münhen və Frayzinq arxiyeparxiyası
Münhen və Frayzinq arxiyeparxiyası (alm. Erzbistum München und Freising‎, lat. Archidioecesis Monacensis et Frisingensis) — Almaniyanın Bavariya əyalətindəki Roma Katolik Kilsəsinin inzibati vahidi. Münhen və Frayzinq arxiyepiskopu tərəfindən idarə olunur. Onun iki inzibati baş kafedralı var — Münhen kafedralı və Frayzinq kafedralı. İnzibati vahid kimi təxmini 739-cu ildə Frayzinq yeparxiyası kimi Müqəddəs Bonifatsi tərəfindən yaradılmış və daha sonra knyaz-yepiskopluq olmuşdur. Yeparxiya 1803-cü ildə Müqəddəs Roma İmperiyasının dağılmasından sonra ləğv edildi, buna baxmayaraq yepiskop titulyar olaraq hakimiyyətə iddia edirdi. 1818-ci il aprelin 1-də Papa VII Piy yeparxiyanı Frayzinq deyil, Münhendəki yeni iqamətgahı ilə arxiyeparxiyaya yüksəltdi. Baş yeparxiya 758 prixoda və ilə qırx dekanlığa bölünür. Onun suffraqan yepiskopları Auqsburq yepiskopu, Passau yepiskopu və Regensburq yepiskopudur.
Müqəddəs Mixail kilsəsi (Münhen)
Müqəddəs Mixail kilsəsi (alm. Institutskirche St. Michael‎) — Almaniyanın cənubunda, Münhendə yerləşən yezuit kilsəsidir, Alp dağlarının şimalındakı ən böyük İntibah kilsəsidir. Binanın üslubu Cənubi Almaniyanın erkən barokko memarlığına böyük təsir göstərmişdir. 1556-cı ildə Bavariya hersoqu V Albert Yezuitlər ordeninə Münhendə Vilhelms gimnaziyasının yaradılmasına icazə vermişdi və beləliklə, ordenin şəhərdə mövcudluğu başlamışdı. Kollegial kilsə yalnız onun oğlu, Bavariya hersoqu V Vilhelmin hakimiyyəti dövründə qurulmuşdu. Vilhelm yezuitlərin əksreformasiya prinsiplərinin tərəfdarı idi və buna görə də "Mömin" ləqəbi ilə məşhurlaşmışdı. Kilsə on dörd illik tikintidən sonra nəhayət 1597-ci ildə təqdis olundu. Yezuitlər sıxışdırılıb Avropanın əksər katolik ərazilərində qadağan edildikdə, kilsə Bavariya kral ailəsinin və daha sonra Almaniyanın respublikaya çevrildiyi vaxt Bavariya əyalətinin ixtiyarına keçdi.
Günçen
Günçen şanyü (e. ə. III əsr – e.ə. 126) — eramızdan əvvəl 161 və 126-cı illər arası hökmdarlıq etmiş Hun şanyüsüdür. Onun dövrü Hun imperiyasının ən güclü dövrü hesab edilir. Hun imperatorları içində ən uzun ömürlü olan Günçenin dövründə 4 imperator dəyişmişdir. == Hakimiyyəti == E.ə. 158-ci ildə Şansi və Ordosu işğal edən şanyü, hərəsinə 30.000 əsgər göndərmişdi. Hunlar çox qalmadı, qarət edib geri döndülər. Hun ordusu paytaxt Siana yaxınlaşarkən imperatorun tələ qurduğunu öyrəndi və geriyə döndü.
München
Münhen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münhendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münhen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Mantene-Monlen
Mantene-Monlen (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Monten (müğənni)
Gessika Alissa Serro (14 avqust 1995, Sidney) və ya səhnə adı ilə Monten — 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı "Don't Break Me" mahnısı ilə təmsil edəcəkdi. Müsabiqə ləğv olunsa da, 2021 Avroviziya Mahnı Müsabiqəsində də Avstraliyanı təmsil edəcək.
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. == Hakimiyyətə gəlişi == Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Məngən
Məngən (türk. Mengen) — Bolu ilinin ilçəsi.
Şunten
Şunten (舜天) – adı məlum olan ilk Ryukyu hökmdarı. 1187-ci ildə Tenson sülaləsini devirərək hökmdar olmuşdur. 1166-cı ildə anadan olmuşdur. Versiyaların birinə görə məşhur samuray Miyamoto no Tametomo Okinavada olarkən Osato hakimi tərəfindən qarşılanmış və onun qızı ilə evlənmiş, Şunten anadan olmuşdur. Tametomo həyat yoldaşı və Şunten ilə Yaponiyaya qayıtmaq istəmiş, lakin Saqami körfəzindəki Oşima adasına gedərkən İzu hakiminin donanması ona mane olmuşdur. Tametomo seppuku etdikdən sonra həyat yoldaşı və Şunten Şuri təpəsi yaxınlığında yerləşən Urasoe kəndində yerləşmişdirlər. Şunten artıq 15 yaşında ikən Urasoe hakimi seçilmişdir. Həmin dövrdə Okinavada yerli başçılar uzun müddət hakimiyyətdə olan Tenson sülaləsinə qarşı mübarizəyə qalxmışdılar. Sonuncu Tenson hökmdarı Riyu adlı xidmətçisi tərəfindən sui-qəsdə uğrasa da, Şuntenin başçılığı altında Riyu da devrilmişdir. Həmin dövrdə 21 yaşında olan Şunten yerli başçılar tərəfindən hökmdar seçilmiş və təxminən 51 il hakimiyyətdə qalmışdır.
Mişel de Monten
Mişel de Monten (tam adı:Mişel Ekem de Monten, fr. Michel de Montaigne; fr. Michel Eyquem de Montaigne; 28 fevral 1533 – 13 sentyabr 1592[…]) — fransız intibah dövrünün yazıçısı və filosofu. == Həyatı == Mişel Monten 28 fevral 1533-ci ildə dövlətli tacir ailəsində anadan olmuşdu. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, “de Monten” zadəgan tituluna layiq görülmüşdü. Atasının elmə və ədəbiyyata olan marağı irsən oğluna da keçmişdir. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi. Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 24 yaşlı Monten orada həyatının ən əlamətdar hadisələrindən birini yaşadı – Etyen de la Böesi (1530-1563) ilə tanış oldu. Onlar arasında dərin intellektual və emosional yaxınlığa əsaslanan bir dostluq münasibətləri yarandı.
Mujen
Mujen (fr. Mougins) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Mulen
Mulen (fr. Moulins [mu.lɛ̃]) — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi və üçüncü böyük şəhəri. Keçmiş Burbon əyalətinin tarixi paytaxtı. Adı "dəyirman" kimi tərcümə olunur. Əhalisi — 21,9 min nəfərdir. == Coğrafiyası == Alye çayının sağ sahilində yerləşir. Şəhər Mərkəzi massiv dağlarının şimalında yerləşir, lakin ərazi yalnız bir qədər dağlıqdır. Mulen Fransanın bir neçə kommunalarından biridir, bəziləri müxtəlif kantonlara aiddir. == Tarixi == Şəhərin tarixi 1327-ci ildən, Mulen, kimi tanınan Berbank hersoqluğunun tarixinə əsaslanır.
Lunmen mağaraları
Lunmen mağaraları (çin. 龙门石窟) — Çinin Xenan əyalətində Loyan şəhərindən 13 kilometr cənubda yerləşən budda mağarlaları kompleksi. Qədim Çinin daş mağaralar sənətinin xəzinəsidir. V əsrin sonunda Şimali Vey sülaləsinin imperator hökuməti paytaxtı Loyan şəhərinə köçürdü. O dövrdə artıq Hindistandan buddizm götürülmüş və imperator əyanları arasında yayılmağa başlamışdı. Buddizmin təsiri altında dağlarda mağaralar yaratmaq dəbə düşmüşdü. Şimali Vey imperatoru Syaovenin dövründə (493-cü ildə) Loyandan cənubda Lunmen dağlarında buddizm ayinlərinin yerinə yetirilməsi üçün mağaraların yaradılması işlərinə başlanıldı. Sonrakı 400 il ərzində Tan, Sun və ardıcıl gələn digər 4 sülalənin dövründə irimiqyaslı tikinti işləri davam etdirilmişdi. Beləliklə, Lunmen mağaralarının tarixi 1400 ildən artıq hesablanır. Loyandan cənubdakı Lunmenşan (qərb dağları) və Syanşan (şərq dağları) dağlarının İ çayı sahillərində yerləşən qaya və ətəklərində bizim günlərə qədər 1352 mağara, 785 kiot, təxminən 100000 budda heykəli və 3680-dan çox xəttatlıq yazılı abidə və heykəl saxlanılır.
Mukden döyüşü
Mukden döyüşü — Rus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi. == Döyüşdən əvvəlki vəziyyət == Mukden döyüşündən əvvəl Port Arturun təslim olması (5 yanvar) və Sandepə uğursuz hücum (25–29 yanvar) daxil olmaqla bir sıra uğursuz döyüşlərdən sonra Rusiya ordusunun birləşmələri qismən dağınıq vəziyyətdə idi. === Rusiya qüvvələri === Lyaoyandan geri çəkildikdən sonra rus ordusunun bölmələri Mukden bölgəsində cəmləndi. Döyüşün əvvəlinə qədər rus qüvvələri təxminən 280 min döyüş heyəti, 1475 artilleriya qurğusu və 56 pulemyotla 150 km uzanan cəbhəni tuturdu. Burdakı qüvvələrə ümumi komandanlığı general Kuropatkin icra edirdi. O, Mancur ordusunu üç hissəyə ayırmışdı.