Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mühasirə
Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edənlər (silahlı qüvvələr, əsgərlər və s.) tərəfindən üzük qaşı kimi əhatəyə alınır. Azərbaycan ədəbiyyatında çox vaxt "mühasirə" sözü "hərbi blokada" ifadəsinin sinonimi kimi işlədilir. Məsələn, A.Çakovskinin Leninqradın blokadasından bəhs etdiyi məşhur rus. "Блокада"" romanı azərbaycan dilinə "Mühasirə" adı ilə tərcümə olunmuşdur. Azərbaycan Sovet Ensiklopediyasında mühasirə haqqında yalnız bunlar yazılmışdır: "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) isə "mühasirə" sözü belə izah edilir: Hərbi blokada Kobani blokadası; Leninqradın mühasirəsi.
Mühazirə
Mühazirə (mübahisə, disput) — tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elmin metodlarının sistematik, ardıcıl şəkildə tərtib edilməsi. Böyük Sovet Ensiklopediyasına əsasən mühazirə tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elm metodlarının sistematik, ardıcıl şəkildə şərh edilməsidir. Mühazirə, fənn müəllimi tərəfindən mövzuların şifahi şəkildə təqdimatı, həmçinin hər hansı bir mövzuya dair açıq leksiya. BSE-na görə, mühazirələr fərqlidir: təlim mühazirələri ictimai mühazirələr (mədəni-maarif işi sistemində siyasi və elmi biliklərin təbliği və yayılması forması): epizodik mühazirələr, dövri mühazirələr. Mühazirələr kursu (materialın tədris proqramı üzrə ardıcıl təqdimatı) aşağıdakı mühazirə növlərini əhatə edir: giriş mühazirələr, planlaşdırma mühazirələri (qiyabi və axşam təhsili sistemində), ordinar mühazirələr, ümumi mühazirələr, yekun mühazirələr. BCE-na əsasən mühazirə üçün tələblər: elmi, ideya, əlçatanlıq, forma və məzmunun vəhdəti, təqdimatın emosionallığı, digər tədris məşğələləri növləri (seminarlar, laboratoriya işləri, tədris və istehsalat təcrübəsi və s.) ilə əlaqə. Bir nəfər-mühazirəçi istənilən məlumatı, təkbaşına çox sayda insana çatdıra bilər. Əlaqənin olmaması, mühazirə məzmununun mürəkkəblik səviyyəsinin orta hesablanması, müxtəlif dərəcədə dinləyicilərin mühazirələrə daxil olma imkanı.
Müşairə
Müşairə — şeirləşmə, deyişmə. Müşairəyə klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında daha çox təsadüf edilir. Müşairələr dostcasına məktublaşma və ya ədəbi-ictimai mövzularda mübahisə səciyyəli olur. Molla Pənah Vaqifin Molla Vəli Vidadi, Qasım bəy Zakirin Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin müasirləri ilə müşairələri məşhurdur.
Xatirə
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
İctimai müzakirə
İctimai müzakirə bir cəmiyyətdə və ya geniş ictimai auditoriyada müxtəlif mövzular, məsələlər və problemlər haqqında insanlar arasında fikirlərin mübadiləsi və müzakirəsidir. İctimai müzakirə ictimaiyyətin müstəqil fikirlərinin formalaşdırılması, mübahisələrin aparılması, fərqli məsələlər barədə fikirlərin bölünməsi və ictimai bir perspektivin yaranması üçün əhəmiyyətli bir vasitədir. İctimai müzakirələr müstəqil fikirləri formalaşdırmaq, demokratik proseslərə müstəqil vətəndaşların iştirakını təmin etmək və ictimai məqamların vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli bir platforma təşkil edir. Bu müzakirələr, ictimaiyyətin fərqli perspektivləri və müxtəlif təcrübələri paylaşmağa imkan verir və demokratik cəmiyyətin formalaşmasına və inkişafına töhfə verir. Sosial Məsələlər Əhalinin maraqlarını, insan haqları və sosial məsələlər barədə müzakirələr. Bu müzakirələr genelliklə cins bərabərlik, qadın-kişi əlaqələri, etnik və din məsələlər kimi geniş mövzuları əhatə edir. Mədəniyyət və Təhsil İctimai müzakirələr mədəniyyət, təhsil siyasəti, elmin inkişafı, və ya ictimai təhsil sahəsində aparıla bilər. Siyasi Məsələlər Siyasi quruluşlar, siyasətçilər, vətəndaşlar və digər təşkilatlar arasında siyasi məsələlər barədə müzakirələr geniş bir ictimai auditoriyada aparılır. Bu müzakirələr əsasən seçkilər, siyasət, siyasi həqiqətlər və siyasi proseslər kimi sahələri əhatə edir. İqtisadi Məsələlər İqtisadiyyat, pul siyasəti, əmək haqqı, sürətli iqtisadi inkişaf və başqa iqtisadi məsələlər barədə müzakirələr.
Xatirə (ad)
Xatirə — Qadın adı. Xatirə Bəşirli — AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini. Xatirə İslam — Azərbaycanlı müğənni. Xatirə Quliyeva — Fəlsəfə üzrə elmlər doktoru.
Xatirə (dəqiqləşdirmə)
Xatirə — Ədəbi janr. Xatirə (film, 1971) — 1971-ci ildə istehsal olunmuş SSRİ filmi. Xatirə (mahnı) — Aygün Kazımova və İlqar Muradovun Heydər Əliyevin xatirəsinə ithaf etdiyi duetidir.
Xatirə (mahnı)
Xatirə Bəşirli
Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor. YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri. Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir. Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Xatirə Nurgül
Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır. 1998-ci ildən dövrü mətbuatda dərc olunur. Azərbaycan , Ulduz jurnallarında, Ədəbiyyat, "Kaspi" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur. "Göyərçin yuxusu", şeirlər, Bakı, Vektor.
Xatirə Quliyeva
Xatirə Nəcəfqulu qızı Quliyeva (30 iyun 1962, Maştağa) — fəlsəfə elmləri doktoru, dosent AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiri, "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB"-nin təsisçisi və sədri, "Cahan+" qəzetinin və cahanplus.com saytının təsisçisi və baş redaktoru. Quliyeva Xatirə Nəcəfqulu qızı 1962-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində Bakının hörmət sahibi şəxslərindən, məscid-minarələr (o cümlədən Maştağa məscidi və minarəsinin, H. Zərdabinin layihəsi əsasında Maştağa-Bilgəh qəsəbəsi arasında yerləşən Ovdanı) inşa edən, adı tarix- memarlıq kitablarında çəkilən Kəblə Həciqulunun oğlu, XX əsrin əvvəllərində siyasi hakimiyyətdə təmsil olunmuş Əmirqulu Quiyevin oğlu Nəcəfqulu və kor molla (kütləvi yayımış göz infeksiyası nəticəsində gözləri tutulsa da Quran hafizi olduğu üçün) ləqəbi ilə tanınmış Məşədi Bağırın qızı Nisəxanımın ailəsində dünyaya gəlmişdir. Onun babası Əmirqulu Quliyev Azərbaycan Demokratik Partiyasının ilk yaradıcıları sırasında olmuş, Bakıda erməni-müsəlman davası zamanı türk Qafqaz Ordusunun onbaşılarından olmuş, sonralar Nəriman Nərimanovun sədri olduğu MİK-nin Rəyasət Heyətiin 7 üzvündən biri, dəfələrlə Bakı şəhər sovetinin deputatı seçilmişdir. Quliyeva Xatirə Nəcəfqulu qızı 1969–1979-cu illərdə Bakının Cəfər Cabbarlı adına 187 saylı orta məktəbində təhsil alıb. 1980–1985-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini fərqlənmə ilə bitirib. 1985-ci ildən AMEA-da fəaliyyətə başlayıb. 1985–1987-ci illərdə AMEA-nın Elmi İnformasiya-Məlumat Mərkəzində laborant, baş laborant vəzifələrində çalışmaqla bərabər AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsində və vitse-prezidentin köməkçisi kimi fəaliyyət göstərmişdir. 1987-ci ildə AMEA RH prezidentinin Sərəncamı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989–1991-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Moskva M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna uzun müddətli elimi ezamiyyətə göndərilmişdir. 1992–2004-cü illərdə elmi fəaliyyətini AMEA-nın "Fəlsəfə və Sosiologiya" İnstitutunun Etika (keçmiş Etika və Estetika) şöbəsində davam etdirmişdir.
Xatirə Süleymanova
Xatirə Bəylər qızı Süleymanova (1 sentyabr 1970, Sumqayıt) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). Xatirə Süleymanova 1970-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub. 1977–1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983–88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb. 1989–94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb və 1994-cü ildə oranı bitirib. 1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1994–96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996–2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2005-ci ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. 24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
Xatirə kompleksi
Xatirə kompleksi və ya memorial kompleks — vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf olunan kompleks. Xatirə komplekslərinin ən geniş yayılmış formalarına mühüm obyektlər, eləcə də incəsənət əsərləri, heykəllər, fontanlar və parklar daxildir. Ən çox yayılmış növləri baş daşı və memorial lövhələrdir. Müharibədə ölənlərin xatirəsinə ucaldılan komplekslər də geniş yayılıb. Xristian dövlətlərində xaçşəkilli komplekslərdən istifadə olunur. Təbii məzarlıqların sayının artması ilə baş daşları, eləcə də xatirə lövhələrinə icazə verilmədiyindən onlayn xatirə komplekslərindən istifadə də artmağa başladı. Biri öldükdə, ailəsi ondan bir xatirə qalması üçün xeyriyyə məqsədilə hədiyyə (adətən pul) verilməsini və ya həmin şəxsin xatirəsinə bir ağac əkilməsini xahiş edə bilər. Bəzən yuxarı sinif şagirdi vəfat etdikdə onun adına təhsil təqaüdü yaradılır və növbəti illərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə təqdim olunur.
Xatirə İslam
Xatirə Novruz qızı Əzizova (29 yanvar 1981, Stepanakert) — Xatirə İslam səhnə adı ilə tanınan Azərbaycan müğənnisi. Xatirə İslam 29 yanvar 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil almışdır. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsil almışdır. İlk ixtisası tibb bacısı olub, lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Səhnədə ilk addımlarını 2000-ci ildə atmışdır. Müəllimi İslam Rzayev olub. Yox Sevgilim (2006) Ağlar Yenədə (2008) Albom Kolleksiyası (2009) Yarım (2011) Aman Yarim (2016) Albom Kolleksiyası (2016) Artist.az — müğənni Xatirə İslam birbaşa sifarişi "Bankir oğlu: "Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq" — baku.ws". Archived from the original on 2015-09-15. İstifadə tarixi: 15 sentyabr 2015..
Xatirə mədəniyyəti
Xatirə Mədəniyyəti — fərdin və ya cəmiyyətin keçmişi və tarixi ilə qarşılıqlı əlaqəsidir. Ən qısa mənada, Xatirə Mədəniyyəti cəmiyyətin və ya qrupun keçmişin hissələrini öz şüurlarında saxlamaq, münasibət və sosial icazə verilən və ya qazanılmış etiket növüdür . Əsas mövzu tarixi və obyektiv biliklərin nümayişi deyil, ilk növbədə keçmişlə tarixi əlaqələrin müasir perspektivdən kollektiv və subyektiv qavranılmasıdır. Şəxsi və ictimai Xatirə Mədəniyyəti ilə onların müntəzəm və tədbir əsaslı elementləri arasında fərq qoyula bilər. Xatirə Mədəniyyəti ilə bağlı diqqəti çəkən cəhət odur ki, kollektiv qavrayışlar subyektiv qavrayışları formalaşdırır. Sosial münaqişələr, münasibətlər və problemlər Xatirə Mədəniyyətinə təsir göstərir. Görkəmli Xatirə Mədəniyyətində daha az vurğulanan elementlərin unudulma ehtimalı var. Ailə albomları, şəcərə tədqiqatları , şəxsi və ya ailə əhəmiyyətli yubileylər Xatirə Mədəniyyətinin spesifik və ya subyektiv formalarının nümunələridir. Xatirə Mədəniyyətinə aid olan artefaktlar uzun müddət davam edən ictimai maraq varsa, rəsmi olaraq mədəniyyət artefaktları və ya mədəniyyət abidələri kimi təyin edilə bilər. 2011-ci ildə keçirilən "Memorial Mania" tədbirində abidələrin tikilməsi üçün müvafiq tarixlər və onların siyasi məqsədlər üçün alətləşdirilməsi riski müzakirə olunub.
Fərəcli Xatirə
Xatirə Fərəcli
Xatirə Fərəcli — şairə, publisist, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Mədəni İnkişafın Təbliği" ictimai birliyinin təsisçisi və sədri, "Mitmedia.az" saytının təsisçisi və rəhbəri, AYB-nin nəzdindəki "Zərif qadın" ədəbi məclisinin sədri, AYB Sumqayıt bölməsində məsləhətçi Fərəcova Xatirə Nəcəf qızı 12 fevral 1966-cı ildə Yardımlı rayonunda anadan olmuşdur. 1997-2000-ci illərdə Sumqayıt Tibb Texnikumunun əczaçılıq fakültəsində, 2002-2003-cü illərdə Əli Kərim adına Poeziya Klubunun nəzdindəki "Jurnalistika" kursunda oxumuşdur. 2018-2023 illərdə Dağıstan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində çalışır. 2023-cü ildə Rusiya Federasiyasında keçirilən Rəsul Həmzətov 100 illiyinə həsr olunmuş Beynəlxalq Esse Müsabiqəsində birinci yerə layiq görülmüşdür. Bu esseyə görə Rusiya Federasiyasının "Doqquzuncu Parlament Forum"unda dəvətli olaraq çıxış etmişdir. 2002 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ildən AYB İrs komissiyasının üzvüdür. 2003-cü ildə "Turan" ədəbi məclisinin üzvü, 2005-ci ildə AYB-nin nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin sədri olmuşdur. 2018-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.
Xatirə Yusifova
Xatirə lövhəsi
Xatirə lövhəsi — məşhur şəxsiyyətin, təşkilatın və ya hadisənin xatirəsini əbədiləşdirmək üçün adətən binanın divarına qoyulan, daş, mərmər, qranit, tunc və ya çuqundan hazırlanan lövhə. Bir çox müasir xatirə lövhələri onun quraşdırıldığı yeri ziyarətə layiq yer kimi xatırlanan şəxs, hadisə və ya əşya ilə əlaqələndirmək üçün istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Мемориальные доски Москвы : справочное издание (PDF). М.: Департамент культурного наследия города Москвы. 2018. 335.
Xatirə Əliyeva
Xatirə Əliyeva — (30 oktyabr 1990) — azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A Milli komandasının keçmiş oyunçusu == Həyatı və Karyerası == 2007-ci ildə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunda forma geyinmişdir. 2006/2007 sezonunda ikincilik əldə etmişdir. == Uğurları == Neftçi FK Azərbaycan Yüksək Qızlar Liqası: Gümüş (1): (2006/2007) == Milli Karyerası == 2007-ci ildə Azərbaycanın qadınlardan ibarət A milli yığmasında çıxış etdiyi bilinir.
Koreyanın Xatirə Abidələri
== Koreyanın Müstəqillik Xatirəsi ( Hanqılla: 독립기념관 ) == Cənubi Koreyanın Cheonan şəhərində yerləşən Koreyanın tarixi muzeyidir. Əvvəllər Çində Koreyanın keçici hökumət binası olan bu yer 1945-ci il 15 avqust Yaponiya müstəmləkəçiliyindən azad olduqdan sonra Koreyaya təhvil verilir. Müstəqillik gününün ildönümündə, 1987-ci ildə Muzeyin açılışı olmuşdur. Ümumi sahəsi 23.424 m² olan muzey Cənubi Koreyanın ən böyük sərgi obyektidir. Muzey Yaponiyanın müstəmləkəlik dövrünün azadlıq hərəkatına yönəlmişdir. Bununla bərabər ilk salon olan Milli İrs salonu tarixdən əvvəlki dövrdən Coson sülaləsinə qədər olan dövrə həsr olunmuşdur. Yeddi bağlı sərgi salonu və bir Circle Vision Teatrı vardır. === Tarixi === 5 oktyabr 1982: İstiqlal Hall İnşaatı Təqdimat Komitəsinin yaradılması. 15 Avqust 1983: İstiqlal Salonunun təməlinin qoyulması. 9 May 1986: İstiqlal Zalı Qanuni icrası elan olundu.
Mikayıl Müşfiqin Xatirə Muzeyi
Mikayıl Müşfiqin Xatirə Muzeyi - Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gələrək, Xızının Sayadlar kəndində yaradılıb. Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır. 2004-cü il 15 sentyabr tarixində keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. Muzey binası 1992-ci ildə tikilərək 1 mərtəbədən və 1 otaqdan ibarət olub, 55 kvadrat metr sahəni əhatə edir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır. Muzey Mikayıl Müşfiqin yaradıcılıq və həyatını əks etdirir. Mikayıl Müşfiq muzeyi-“Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzey statusu alandan sonra 8 nəfər işçi ilə 2006-cı ildən fəaliyyətə başlamışdır. Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır.Şairin büstü muzeyin həyətində qoyulmuşdur. Xatirə Muzeyində isə simvolik məzar qoyularaq, büst hazırlanır.
Nəriman Nərimanovun xatirə muzeyi
Nəriman Nərimanovun xatirə muzeyi — ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır. Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir. Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. N. Nərimanovun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, habelə Tiflisdəki evinin maketi, həkimlik diplomu və s. əşyalar nümayiş etdirilir. Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materiallarını əks etdirir. 3-cü otağın ekspozisiyasında N. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq məktubu, N. Nərimanovun və oğlunun ölümü ilə bağlı sənəd və materiallar, habelə N. Nərimanovun adının əbədiləşdirilməsindən bəhs edən sənədlər nümayiş etdirilir. Muzeyin 4-cü otağı tibbi kabinetdir.
Pörl-Harbor xatirə medalı
Pörl-Harbor xatirə medalı — ABŞ ordusunun ABŞ konqresi tərəfindən 1991-də təsdiq edilən medalıdır. Ayrıca bu medal "qazilər medalı" kimi də tanınır. Bu medal ikinci dünya müharibəsi zamanı Pörl-Harbor döyüşündə olan əsgərlər və onun qazilərinə, habelə bu savaşda olan qeyri-əsgərlərə verilir. Bu medal keçmişə dönük bir dizayna malik və üniforma üzərində daşımağa dizayn olunub.
Respublika Xatirə Kitabı (redaksiya)
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır. 1997-ci ildən kitab nəşr prosesinə başlamışdır. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.