Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb köpgəröküzü
Ərəb köpgəröküzü (lat. Oryx leucoryx) — köpgəröküz cinsiə aid heyvan növü.
Ərəb körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Ərəb milliyətçiliyi
Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya‎) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya. Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır. Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır. Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır. Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية‎, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb.
Ərəb mətbəxi
Ərəb mətbəxi – ərəb dünyasını şərqdən qərbə qədər əhatə edən mətbəxlərdən biri. Ərəb mətbəxinə Levant, Türkiyə, Kopt və digər xalqların mətbəxləri təsir göstərmişdir. Ərəblər erkən orta əsrlərdən ədviyyatlara xüsusi önəm vermişlər.Ərəb mətbəxində aşağıdakı maddələrə diqqət yetirilir: Ət-quzu və toyuq ətindən çox istifadə olunur.Dəvə ətindən xüsusi qonaqlıqlarda istfadə edilir.Sahil tərəfdə yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları - geniş yayılmışdır, əsasən yoğurt və ağ pendir, yumurta və krem də geniş istifadə olunur . Otlar və Baharatlar - Nanə və kəklikotu geniş yayılmışdır, demək olar ki, bu gün ənçox bu bitkilərdən istifadə olunur.Ədviyyat hind mətbəxindən daha az istifadə olunur. Ədviyyatların miqdarı və çeşidi regiondan regiona dəyişir. İçkilər: İsti içkilərə nisbətən soyuq içkılərdən istifadə olunur.qəhvə menyuda birinci təqdim olunur daha sonra çay (xüsusilə Sri Lanka çayı) üstünlük təşkil edir. Taxıl bitkiləri: buğda bulqur düyü ərəb mətbəxinin əsasını təşkil edir. paxlalılar - mərcimək lobya, noxud geniş istifadə olunur . Tərəvəz və meyvələr: xiyar, badımcan, bamİya və soğan ,əncir nar və zeytun ərəb mətbəxinin ayrılmaz tərkib hissəsidir .
Ərəb qanqalı
Ərəb qəhvəsi
Ərəb qəhvəsi (lat. Coffea arabica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qəhvə ağacı cinsinə aid bitki növü. Coffea arabica var.
Ərəb rəqəmləri
Ərəb rəqəmləri — rəqəmlərin ənənəvi dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; bir çox ölklərdə istifadə edilən onluq sisteminin rəqəmləri. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir.
Ərəb salatı
Ərəb salatı və ya Ərəbistan salatı, ərəb ölkələrinə, ümumilikdə Ərəb mətbəxinə məxsus olan yemək növüdür. Müxtəlif meyvə və ədviyyatların qarışığından ibarət olub, çox vaxt məzə kimi süfrəyə verilir. Ərəb salatları siyahısına Əlcəzair mətbəxindən "Əlcəzair salatı" (Salata Jaza'iriya) və "Qara zeytun və narıngi salatı" (Salatat Zaytoon), Tunis mətbəxindən "Salata Maçviya" (qovrularaq bişirilmiş bibər, pomidor, sarımsaq, soğan, zeytun və tunes balığı), Suriya və Livandan "Artişok salatı" (Salataf Khurshoof) və "Çuğundur salatı" (Salatat Shamandar), Fələstin və İordaniyadan "Avokado salatı" kimi salatlar daxildir. Ərəb dünyasında yeyilən digər məşhur Ərəb salatlarına Fatuş və Tabuli aiddir. Woman's Day (Qadınlar Günü) jurnalında verilmiş salat reseptinə xırda doğranmış pomidor, xiyar və soğan daxildir . Əksər hallarda salata cəfəri qatılır, yeni sıxılmış limon suyu və zeytun yağı əlavə olunur. Ərəb salatına heç vaxt kahı qatılmır. Soğan istisna olmaqla, ərəb salatlarına qatılan heç bir tərəvəzin qabığı təmizlənmir, hazırlanmış salat dərhal süfrəyə verilir. Salatın yanında süfrəyə ərəb çörəyi pide, eləcə də limon suyu və yağ qarışığına sumax qatılaraq verilə bilir . Fələstinlilər arasında bu salat Salatat əl-Bundura ("pomidor salatı") adı ilə tanınır və süfrəyə adətən düyü yeməkləri ilə yanaşı verilir .
Ərəb səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.
Ərəb tarı
Ərəb tarı (lat. Arabitragus jayakari) — boşbuynuzlular fəsiləsinin keçilər yarımfəsiləsinə aid heyvan növü. Ənənəvi olaraq Ərəb tarı Tarlar cinsinin üç növündən biridir. Bu cinsə Ərəb tarından başqa Himalay və Nilqirian tarlarıda daxildir. Digər tarlar kimi ərəb tarı da keçilər yarımfəsiləsnin qalan növlərinə bənzərliyi ilə seçilir. Bununla belə çəkisi 23 kiloqramı keçmir ki, bu da ərəb tarlarını tarlar arasında ən kiçik növə çevirir. Yığcam bədən qruluşauna sahibdir. Güclü ayaqları qayalara dırmanmaq üçün uyğun gəlir. Heyvanın bel sütunu boyunca sıx uzun tükləri quyruq istiqamətində uzanır. Həm erkək, həm də dişilər arxaya əyilmiş bir cüt buynuza sahib olurlar.
Ərəb yarımadası
Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır. Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub. Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir. Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir. Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır.
Ərəb yəhudiləri
Ərəb yəhudiləri (ərəb. اليهود العرب‎) ərəb dünyasında doğulmuş yəhudilərə və ya nəvələrinə aid edilir. Salim Tamarinin fikrincə, dünyanın bir çox yerində "Ərəb Yəhudiləri" termini oksimorondur . Bu termin əsasən 20-ci əsrin əvvəllərində ərəb dünyasında yaşayan 1 milyon yəhudi üçün ərəb millətçiləri tərəfindən istifadə edilmişdir. Əhalinin əksəriyyəti İsrailə və Qərbi Avropaya, bir hissəsi ABŞ və Cənubi Amerikaya köç etdi. Yəhudi ərəbi kimi fərqli ərəb ləhcələri ilə danışırdılar; İvritcə dini dil idi. Mizrahilərin yanındakı ən populyar qrup Sefaradların dini dili istifadə olunurdu. Bu termin yaxın zamanlarda yenidən istifadə edilmişdir; məsələn, özünü ərəb yəhudisi adlandıran sionist yazıçı Albert Memmi, Orta Şərqdə ən az ərəblər qədər haqqı olduğunu söyləmək üçün bu termindən istifadə etmişdir. Anti-sionist olan Ella Şohat, Əşkinazilərlə Ərəblər kimi təzyiq altında olan Mizrahilərin birgə təsnifatına qarşı çıxdığı üçün bu termindən istifadə edir. 1990-cı illərdə özlərini ərəb yəhudiləri adlandıran Seferad Əsllilərinin rəhbəri David Şaşa və "Queens College"də professor işləyən Amiel Alcalay hesab edir ki, bu şəxsin müəyyənləşdirilməsi üçün vacib bir termindir.
Ərəb üsyanı
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı. Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Ərəb əlifbası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun Ərəb kənd inzibati ərazi dairəsində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1106 nəfərdir. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın) — Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Digər Ərəb — Asiyada millət.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Məşrutə
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Məsafə
Məsafə – riyaziyyat və ümumiyyətlə həyatda iki nöqtə arasındakı uzaqlığı bildirir, azərbaycan dilinə ərəbcədən keçmişdir. İki nöqtə arasındakı məsafə onları birləşdirən düz xətt parçasının uzunluğuna deyilir. İki əşya arasındakı məsafə onların bir-birinə ən yaxın yerdən birləşdirən parçanın uzunluğudur. Kiçik məsafəni ölçmək üçün xətkeşdən istifadə edilir. İki nöqtə Oxyz koordinat sistemində, yəni klassik Evklid həndəsəsində (fəzasında) A ( x 1 , y 1 , z 1 ) {\displaystyle A(x_{1},y_{1},z_{1})} və B ( x 2 , y 2 , z 2 ) {\displaystyle B(x_{2},y_{2},z_{2})} nöqtələri arasında müxtəlif məsafə anlayışları mövcuddur, məsələn: (birinci məsafənin adi euclidienne məsafəsidir). | A B | = ( x 2 − x 1 ) 2 + ( y 2 − y 1 ) 2 + ( z 2 − z 1 ) 2 {\displaystyle |AB|={\sqrt {(x_{2}-x_{1})^{2}+(y_{2}-y_{1})^{2}+(z_{2}-z_{1})^{2}}}} və s. Qeyri-evklid həndəsəsində məsafə adi təsəvvürdə olan məsafələrdən fərqlidir.