Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.[1]
Ərəb | |
---|---|
Ölkə |
Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.[2]
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. [3][4] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Əsas təsərrüfatı heyvandarlıq idi.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 30 nəfər olmuşdur.