Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Məsdərə kilsəsi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. == Memarlıq xüsusiyyətləri == Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məsdərə məbədi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. == Memarlıq xüsusiyyətləri == Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məxfurə Yermakova
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi. Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib. Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, Konstantinopol – 6 dekabr 1981) — türk məktəb müəllimi, siyasətçi və Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri. == Erkən həyat == Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar Qız Peşə Liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı Birliyi Məktəbi"ndə oxumuşdur. Gönünç 1914-cü ildə Arnavutköy Amerikan Qızlar Liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. == Pedaqoloji fəaliyyəti == Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. Məbrurə 1927-ci ildə Adana sakini olan həkim Əhməd Remzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. == Siyasi karyera == Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O bundan sonra sonra Mersin bələdiyyə məclisinin də üzvü olub. Əminə Məbrurə 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gönenç" soyadını özünə götürüb.
Məsudə Rüstəmova
Rüstəmova Məsudə Hümmət qızı (30 aprel 1932, Qədili, Qubadlı rayonu – 28 yanvar 2011, Bakı) — Qubadlı rayon partiya komitəsinin birinci katibi (15.04.1970-5.01.1980). == Həyatı == Məsudə Rüstəmova 1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində dünyaya gəlmişdir. Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş, 1920-ci ildən Sovet İKP üzvü sıralarına qoşulmuşdur. 1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildən 1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri işləmişdir. 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı olmuşdur. 1948-ci ilin avqust ayında vəfat etmişdir. Anası Rüstəmova Çöhrə Abış qızı 1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş, 1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxoza üzv yazılmış və həmin kolxozda işləmişdir. 1927-ci ildən Sov. İKP üzvü olmuşdur.
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. == Həyatı == Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. == Elmi fəaliyyəti == M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (7 avqust 1951, Naxçıvan) — texnika elmləri doktoru, professor, 2017-ci ildən AMEA-nın müxbir üzvü == Həyatı və təhsili == Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Məsumə Məmmədova 1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini vurğulayaraq: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”.
Məsuyə (Sulduz)
Məsuyə (fars. ماسوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (102 ailə).
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Məşrutə
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi. Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Məşrutə Evi
Məşrutə Evi — və ya Konstitusiya Evi 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Məşrutə hərəkatı zamanı fədailərin və hərəkat üzvlərinin toplanma yeri olub. Məhz buna görə də bina hazırda Məşrutə Muzeyi kimi fəaliyyət göstərir. == Haqqında == Bina 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Binanı məşhur Təbrizli Hacı Vəli Memar tikib. Rastabazar küçəsində yerləşən bina Təbriz bazarının və Cümə məscidinin yaxınlığında yerləşir. Qacar dövrünün memarlıq nümunəsi olan bina gözəl tavanı və rəngli pəncərələri ilə fərqlənir. İki mərtəbəli binada yaşayan Kuzəkünani Məşrutə hərəkatı zamanı fəallıq göstərir və hərəkata maliyyə ayırır. Bundan başqa öz şəxsi evini fədailərin və hərəkat üzvlərinin qərargahına çevirir. Burada hərəkatın liderləri və fəalları Səttar xan, Bağır xan, Mirzə Əli Siqqətülislam, Əli Müsyo, Heydər xan Əmioğlu, Məhəmmədəli Tərbiyət daima yığışar və hərəkatla bağlı qərarlar verirdilər.
Məşrutə hərəkatı
Məşrutə hərəkatı, İran Konstitusiya inqilabı və ya İran burjua inqilabı — 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş inqilab nəzərdə tutulur. İnqilab İranda müasir eranın başlanğıcını qoyaraq fundamental dəyişikliklərə yol açdı. Bu dövrdə burjua mətbuatında o dövrə qədər görülməmiş miqyasda müzakirələr başladı və yeni iqtisadi imkanlar mümkünləşdi. Bir çox qrup inqilabın gedişatına təsir edə bilmək üçün mübarizə aparırdı və nəticədə istər-istəməz cəmiyyətin bütün təbəqələri müəyyən qədər dəyişikliyə məruz qaldı.Nəsrəddin şah Qacarın uzun müddət uğrunda mübarizə apardığı köhnə qaydalar nəhayətki yeni qaydalarla əvəzləndi, yeni ifadə formaları, yeni sosial və siyasi şərait formalaşdı. Müzəfərəddin şah Qacar ölümündən qısa müddət əvvəl — 1906-cı ildə konstitusiyanı imzaladı. Lakin ondan sonra taxta çıxan Məhəmmədəli şah konstitusiyanı ləğv etdi və Rusiyadan, Böyük Britaniyadan dəstək aldıqdan sonra 1908-ci ildə parlamenti bombardman etdi. Bu hadisə yeni konstitusiya hərəkatının yaranmasına səbəb oldu. Konstitusiyaçı qüvvələr Tehrana yürüş etdi və Məhəmmədəli şahı azyaşlı oğlu Əhmədin xeyrinə hakimiyyətdən əl çəkməyə məcbur edildi. Atasının yerinə taxta çıxan Əhməd şah Qacar 1909-cu ildə konstitusiyanı yenidən bərpa etdi. 1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi.
Məşrutə inqilabı
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Məşrutə parkı
Məşrutə parkı — Təbrizdə Məşrutə bulvarında Mərkəzi Sərnişin Terminalının yanında yerləşən park. Məşrutə inqilabının şərəfinə adlandırılan bu parkda Səttar xanın heykəli qoyulub. == Haqqında == Təbrizdə yerləşən Məşrutə parkı 2009-cu ildə istifadəyə verilib. Park Məşrutə bulvarında Təbriz Mərkəzi Sərnişin Terminalının yanında yerləşir. Park Məşrutə inqilabına həsr olunduğu üçün burada Səttar xana heykəl qoyulub. Burada yaşıllıq salınıb və insanların istirahəti üçün şərait yaradılıb.
Fatimə-i Məsumə Türbəsi
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir. Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir. Vəfat edəndə hələ cəmi 28 yaşında idi. == Memarlığı == Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir. Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu. 2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Məşhur Məmmədov
Məşhur Məmmədov (4 oktyabr 1963, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvü. == Həyatı == Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir. == Fəaliyyəti == 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant; 1991–1995: Masallı rayon Xarrad kooperativi; 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru; 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru; 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini; 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir. == İctimai-siyasi fəaliyyəti == 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü; Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri; Rusiya Azərbaycan İşgüzar şurasının üzvü; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü; Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür. == Təltifləri == Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib == Ailəsi == Ailəlidir, 4 övladı və 5 nəvəsi var.
Məşhur azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə) — şair == Həyatı və təhsili == 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. == Kitabları == Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Milli məfkurə,dövlətçilik,müstəqillik yolu ilə kitabı — Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixini əks etdirən 1971-2006-cı illərdə dövri mətbuatda, bəzi elmi-nəzəri jurnallarda dərc olunmuş məqalələri, habelə müxtəlif tədbirlərdəki çıxışları, mətbuat nümayəndələrinə müsahibələri və digər materialları özündə cəmləşdirərək Azərbaycanlı dövlət və elm xadimi Ramiz Mehdiyevin qələmə aldığı II cildli kitabı. == Ümumi məlumat == Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə kitabının hər iki cildindəki materiallar müstəqillik dövrünə aiddir. Həmin materiallarda xalqımızın ümummmilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixinin elmi-nəzəri ümumiləşdirmələrlə təhlili xüsusi yer tutur. Müəllif qeyd edir ki, Azərbaycanın XX əsrdəki intibahı, SSRİ-nin süqutundan sonra isə həqiqətən müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, sosial-iqtisadi inkişaf yoluna çıxması, ölkənin uzunmüddətli tərəqqisinin əsasını qoyan neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi, hüquqi, dünyəvi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyev dühasının, müdrikliyinin, yenilməz iradəsinin nəticəsidir. Həm bir, həm də ikinci cilddəki materiallarda ulu öndərin siyasi varisi ve ideyalarının davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin nəticəsi olaraq müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsinə, ölkəmizin dinamik sosial-iqtisadiyyatının necə inkişaf etdiyi işıqlandırılmışdır. Professor Ramiz Mehdiyevin bu kitabı ictimai elmlər sahısində çalışan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, habelə ölkəmizin müasir tarixi ilə maraqlananlar üçün dəyərli mənbədir. == İstinadlar == == Xarici keçidlər == "Heydər Əliyevə həsr olunmuş kitabların elektron versiyaları" (PDF) (az.). https://files.preslib.az. 02.11.2022 tarixində arxivləşdirilib (PDF). "TÜRKİYƏ MİLLİ KİTABXANASI (www.