Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məxfurə Yermakova
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936). Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi. Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib. Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Mirzə Lütfulla xan Məxmur
Mirzə Lütfulla xan Məxmur (1683-1750)- şair, vali Mirzə Lütfulla xan Hacı Şükrulla oğlu 1683-cü ildə Surs limanında anadan olmuşdur.Məxmur Ağa Hüseyn Xansarinin şagirdi Ağa Həbibulla İsfahaninin şagirdi olmuş, onun yanında elm və fəzilət əldə etmişdir. Atası vəfat etdikdən sonra Məxmur ticarət Benqala getmiş onun vasitəsilə o dövrün sultanı tərəfindən Mürşidqulunun Rüstəmcəng ləqəbi və bu ləqəbə məxsus vəzifəni almışdır.Mirzə Lütfulla xan hicri qəməri 1164 (1750)-cü ildə vəfat etmişdir. Mirzə Lütfulla xan Dürdanə bəyim Məhəmmədşüca xan Avşar qızı ilə ailə qurmuşdu. Məhəmmədyəhya xan adlı oğlu, Mehman bəyim adlı qızı vardı. Ənvər Çingizoğlu,Mirzə Lütfulla xan Məxmur, "Soy" dərgisi, 12 (32), 2009, səh. 113-114.
Məxmərək
Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir. Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2–3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.
Mərmərə
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Məcmuə
Məcmuə — məqalələrin, elmi, yaxud bədii əsərlərin toplu şəkildə çap olunduğu dövri nəşr; jurnal. Ərəb mənşəli söz, ümumi isimdir. Məsələn: "Molla Nəsrəddin" məcmuəsi, "Qobustan" məcmuəsi və s. "Məcmuə" anlayışı, dilimizdə jurnal mənasını ifadə etsə də, fərqli anlama malikdir. Əsasən məqalə, bədii və yaxud elmi-tənqidi əsərlərin birgə, cəm halda dərc olunduğu toplu mənasını ehtiva edir.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Mərmərə Universiteti
Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində 16 fakültə, 11 institut, 5 kollec və 4 peşə məktəbi var. Akademik proqramlarında türk, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla beş dildə təhsil verilir. 16 yanvar 1883-cü ildə Həmidiyyə Ticarət Məktəbi-Alisi adı altında fəaliyyətə başlamış, ilk məzunlarını 1887-ci ildə vermişdir. 21 sentyabr 1889-cu ildən Osmanlı Təhsil Nazirliyinə tabe olan məktəb təmir və bərpa işləri üçün 1893-cü ildə fəaliyyətini dayandırmışdır. 15 oktyabr 1897-ci ildə Təhsil Nazirliyinin tabeliyində yenidən açılmış və o vaxtdan bəri təhsil fəaliyyətini fasiləsiz davam etdirir. 1959-cu ildə İstanbul İqtisadi və Ticarət Elmləri Akademiyası adını almış, 1982-ci ildə isə yeni çıxan qanunlarla birlikdə müasir adı olan Mərmərə Universiteti adlandırılmışdır. Marmara Universiteti İstanbulun Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir.
Mərmərə adası
marmara Mərmərə (türk. Marmara), əvvəllər Prokonnessos (yun. Προκόννησος) — Mərmərə dənizinin qərbində Türkiyəyə məxsus ada. Mərmərə dənizinin ən böyük adasının sahəsi 117 km², hündürlüyü isə 699 m-ə qədər (Kap dağı). Sahilləri dik, kiçik körfəzləri, relyefi isə dağlıqdır. Ada Balıkəsir ilinin Mərmərə dairəsinin mərkəzidir. Həm Aralıq dənizi həm də Qara dəniz iqliminin təsirləri adada göründüyü üçün bitki örtüyü ilə çox zəngindir. Adanın cənub hissəsi zeytun ağacları və maquislərlə örtülü olduğu halda, şimal sahili meşəlikdir. Ada dünyanın ən qədim və Türkiyənin ən böyük mərmər mədənlərinə malikdir. Prokonnesos mərməri qədim dövrlərdə ən çox istifadə edilən mərmərdir.
Mərmərə dənizi
Mərmərə dənizi (türk. Marmara Denizi) — Qara dəniz və Egey dənizini birləşdirən daxili dəniz. Qara dənizə Bosfor boğazı, Egey dənizinə isə Dardanel boğazı vasitəsilə bağlanır. Səthinin sahəsi 11,350 km², ən dərin nöqtəsi 1355 m-dir.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898–1951)—İranın ictimai xadimi. Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.
Məxməri göyrüş
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Məxməri gərməşov
Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür. 1,5–4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3–5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2–8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1–6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Təşkilati Məxsusə
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, Konstantinopol – 6 dekabr 1981) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Afyon seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar qız peşə liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı birliyi məktəbi"ndə oxumuşdur. Gönenç 1914-cü ildə Arnavutköy amerikan qızlar liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. Gönenç 1927-ci ildə Adana sakini olan həkim Əhməd Rəmzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O, ərinin işi ilə bağlı 1933-cü ilin iyun ayında Mersinə köçmüş və 1934-cü ildə Mersin bələdiyyə məclisinin də üzvü olub.
Atsız məcmuə
Atsız məcmuə - adını tarixçi, yazıçı, şair, türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızdan alan jurnal. Fasiləsiz olaraq 17 sayı çıxmışdır. Jurnalda ədəbiyyat, tarix, millətçilik, türk xalq ədəbiyyatı, sosial mövzular və müxtəlif fikirlərlə bağlı yazılar nəşr edilmişdir. Jurnalın əsas mövzusu kommunizmə qarşı yazılar ilə Ülküçülük və Turançılıq düşüncəsidir. Yazı heyətinə Mehmed Fuad Köprülü, Zəki Validi Toğan kimi şəxslərin də olduğu bu jurnal, 25 sentyabr 1932-ci ildə qapadılmışdır. == Haqqında == Jurnalın ilk sayı 15 may 1931-ci ildə nəşr edilmişdir, bu sayıda jurnalın məqsədi "Bir quş baxışı" adlı məqalədə açıqlanmışdır. Bu yazıda I Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonrakı ictimai həyatdan bəhs edilmiş, jurnalın xalqın içinə girəcəyini, xalqdan yana əsərlər verəcəyini, kəndlini və kəndləri qurtarmağa və ucaltmağa çalışacaq gənclərin jurnalı olduğu vurğulanmışdır. Bu məqalə jurnalın 17 saylıq həyatının əsas fikir mövzusu olmuşdur. Jurnalda ən çox Səbahətdin Əli və Hüseyn Nihal Atsızın şerləri nəşr edilmişdir. Şerləri nəşr edilən digər şəxslər isə Fevziyə Abdullah və Nihad Sami Banarlıdır.
Maxmur (Çaldıran)
Maxmur (fars. مخمور‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (62 ailə).
Məxmər inqilabı
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Məxulə (Çaroymaq)
Məxulə (fars. ماخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (12 ailə).
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Mərmərə İlahiyyat məscidi
Mərmərə İlahiyyat məscidi (tam adı: Marmara Universiteti İlahiyyat Fakültəsi Abdullah Tivnikli Tətbiqat məscidi və Mədəniyyət Mərkəzi; türk. Marmara İlahiyat Camii) — İstanbulun Üsküdar səmtində yerləşən məscid və mədəniyyət mərkəzi. Zəlzələ riski səbəbindən sökülən əvvəlki məscidin yerində inşa edilən Mərmərə İlahiyyat məscidi, Üsküdar Bağlarbaşıdakı Mərmərə Universiteti şəhərciyi daxilində yerləşir. 2015-ci il oktyabrın 23-də ibadət üçün açılan məscid müasir Türkiyə məscidlərinin önəmli nümayəndələrindən biri hesab olunur. Qarşısındakı meydan və altındakı mədəniyyət mərkəzi də daxil olmaqla, təxminən 30.000 m² tikinti sahəsi və 3600 nəfərlik tutumu vardır. Məscidin memarı Hilmi Şenalpdır. Məscid, 1982-ci ildə inşa edilən və zəlzələyə davamlı olmadığı üçün 2012-ci ildə sökülən Mərmərə Universiteti İlahiyyat Vəqfi məscidinin yerində tikilib. Məscidin düz qarşısında M5 (Üsküdar-Çəkməköy) metrosunun Bağlarbaşı stansiyası yerləşir. Əsas ibadət yerinə giriş Mahir İz küçəsindən çıxan geniş ön həyət vasitəsi ilədir. Bu həyətyanı sahə cənazə namazı üçün istifadə olunur.
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.