Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Maksimal külək sahələri
== Külək == Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Maksimal mümkünlük metodu
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Enerjinin maksimallaşdırılması qanunu
"Enerjinin maksimallaşdırılması qanunu" – belə ki, rəqabətə dözümlü sistemlər kimi başa düşülür. == Ümumi məlumat == Bu qanun Q. və Y. Odumlar və M. Reymers tərəfindən şərh edilmişdir. Belə ki, digər sistemlərlə rəqabətdə enerji və məlumatların daxil olmasına kömək edən və onların maksimal miqdarından daha effektiv istifadə bacarığına malik olan sistemlər yaşayıb qala bilir. Bunun üçün belə sistemin daha çox hissəsi yüksək keyfiyyətli enerji toplayıcıları (anbarları) əmələ gətirir ki, onun da bir hissəsini yeni enerjilərin daxil olmasının təmin olunmasına sərf edir, maddələrin normal dövretməsini təmin edir və sistemin tənzimetmə, saxlama, möhkəmlik, digər sistemlərlə mübadilə və dəyişilmələrə qarşı uyğunlaşma mexanizmini yaradır. Maksimallaşma—bu yaşama şansının artması deməkdir.
Maksimian
Mark Avreli Valeri Maksimian Herkuli (lat. Marcus Aurelius Valerius Maximianus Herculius), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli (240 və ya 250, Sirmiya, Pannoniya – 310, Marsel) — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar. İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyada baqaudların üsyanını yatırtmış, Reyndə german tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakı mavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Maksimov binası
Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində yerləşən, XIX əsrin ortalarında klassizm memarlıq üslubunda inşa edilən bina. Bu Rostov-na-Donu şəhərində daşdan inşa edilmiş və günümüzə qədər gəlib çatan ən qədim binalardan biridir. Binanın iık sahibi tacir P. R. Maksimov Maksimov binası Rusiyanın mədəni irs obyekləri siyahəsına daxildir. Regional əhəmiyyətliyi ilə seçilir. == Tarixi == 1867-ci ildə Köhnə (Bazarnoy) meydanda iki mərtəbəli gəlir evi inşa edilir. Bu bina taxıl satışını həyata keçirən tacir P. R. Maksimova məxsus olmuşdur. O, üstəlik dəyirmanlara sahib idi. Dəqiq olmayan məlumatlara görə binanın layihəsi Trof Şarjinski olmuşdur. 1868-ci ildə binada yeni bir müəsisə açılır. Şəhər duması ora köçürülür.
Mütləq maksimum
== Mütləq maksimum == Mütləq maksimum-müəyyən məntəqədə, rayonda, ölkədə, yarımkürədə və ya bütövlükdə Yer kürəsində meteoroloji elementlərin ( temperatur, təzyiq, yağıntı, küləyin sürəti və s.) çoxillik müşahidə göstəricisinin ən yüksək kəmiyyətinə deyilir. Məsələn, Yer kürəsi üçün mütləq maksimum temperatur 580C (Tripoli ş. yaxınlığında, mütləq maksimum yağıntılar isə Çerapuncidə (Hindistan) qeydə alınaraq 2300 mm-ə qədərdir.
Pietro Maksimov
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Pontifeks Maksimus
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Sen-Maksimen
Sen-Maksimen (fr. Saint-Maximin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38426. Kommunanın 2012-ci il üçün əhalisi 639 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 274 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Vanda Maksimov
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Maksimian Herkuli
Mark Avreli Valeri Maksimian Herkuli (lat. Marcus Aurelius Valerius Maximianus Herculius), Roma tarixşünaslığında daha çox Maksimian Herkuli (240 və ya 250, Sirmiya, Pannoniya – 310, Marsel) — 285–305-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru, 306–308 və 310-cu illərdə qəsbkar. İlliriyalı bir kəndlinin oğlu olmuş, hərbi xidmətə getmişdir. Diokletian 285-ci ildə Maksimianı sezar elan etmiş, 286-cı ilin avqustunda isə Roma imperiyasının qərbinə komandanlığını ona təhvil vermiş, onu həmimperator elan etmişdir. Maksimian 285-ci ildə Qalliyada baqaudların üsyanını yatırtmış, Reyndə german tayfalarının hücumunu dəf etmişdir. 293-cü ildə Diokletian öz hakimiyyətini möhkəmləndirmək üçün tetraxiya tətbiq etmiş, Maksimian isə öz ögey qızı ilə evlənən I Konstansini seçmiş, Qalliya və Britaniya üzərində nəzarəti ona vermişdir. Maksimian Afrikadakı mavr tayfalarının üsyanlarını yatırtmış, Diokletianla birlikdə Reyn və Dunayda germanlara qarşı uğurla vuruşmuşdur. Maksimian Diokletian tərəfindən başladılan xristianlara qarşı təqibləri dəstəkləmişdir. Onun əsas qurbanları orduda xidmət edən və qurban verməkdən imtina etdikləri üçün nizam-intizamı pozduğu hesab edilən xristianlar idi. 305-ci ildə taxtdan əl çəkmişdir.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi.Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi.Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi. İxtiraçı 24 noyabr 1916-cı ildə vəfat etmişdir.
Maksim Matlakov
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010). O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir. == İstinadlar == == Xarici keçidlər == Maxim Matlakov. Chess-DB.com Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) Maxim Matlakov.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Medvedyev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir.Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014).Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir. Minskdə isə - tennis kortu, idman salonu və gözəllik salonu olan idman mərkəzi fəaliyyət göstərir. 1994-cü ilin mayında, 16 yaşında, Maksim Devis Kubokunun seçmə mərhələlərində Belarusiya yığması üçün debüt etdi.
Maksim Mofra
Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar, departament Sarta) — fransız rəssam-impressionist. == Bioqrafiyası == Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.
Maksim Musayev
Musayev Maksim Talıb oğlu (18 avqust 1938, Nərimanlı, Basarkeçər rayonu – 27 oktyabr 2021, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000). == Həyatı == Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır. 1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
Maksim Paşayev
Maksim Paşayev (ukr. Максим Пашаєв; d. 4 yanvar 1988, Krasnıy Luç, Luqansk vilayəti, Ukrayna SFSR, SSRİ — ö.. 12 dekabr 2008, Qradijsk, Qlobinsk rayonu, Poltava vilayəti, Ukrayna) — Azərbaycan əsilli ukraynalı futbolçu. "Dnepr" və "Krivbas" klublarının heyətində müdafiəçi mövqeyində çıxış edib. == Həyatı == === Klub karyerası === Maksim Paşayev futbolçu karyerasını Kremençuk şəhərinin "Atlant" klubunda başlayıb. 2004-cü ildə Paşayev Dnepropetrovskun "Dnepr" komandasının gənclərdən ibarət heyətinə cəlb edilib. Maksim üç il ərzində "Dnepr"in əvəzedici heyətində çıxış edib və bu müddət ərzində 64 oyun keçirib, 1 qol vurub. 2007-ci ildə Paşayev Krivoy Roq şəhərini təmsil edən "Krivbas" klubuna icarəyə verilib. 2007-ci il iyulun 14-də keçmiş komandası "Dnepr"ə qarşı oyunda Ukrayna çempionatında debüt edib.
Maksim Qorki
Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 16 (28) mart 1868[…], Nijni Novqorod[…] – 18 iyun 1936[…], Moskva), SSRİ — rus və sovet yazıçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar.
Maksim Qrek
Maksim Qrek (tam adı: Μάξιμος ο Γραικός; d. 1470. ö. 21 yanvar 1556) — dini yazıçı, publilist, tərcüməçi, aristokrat. == Həyatı == Yunanıstanın Arta kəndində, 1470-ci ildə Maksim Qrek adlı aristokrat dünyaya gəldi. Zəngin valideynləri ona gözəl təhsil verdi. Corfu adasında məktəbi bitirdi. Maksim Qrek İtaliyaya gedib, əsasən qədim yunanların dilini və fəlsəfəsini öyrənib. Milanda Padua şəhərində yaşayıb. Venesiyada görkəmli humanist Aldom Manutius ilə yaxından tanış olmuş və 1503-cü ildən bəri yunan dilinə tərcüməçi olmuşdur.
Maksim Rılski
Maksim Rılski (1895, Kiyev – 24 iyul 1964, Kiyev) — Ukraynanın xalq şairi.
Maksim Savelyev
Maksim Dmitriyeviç Savelyev (rus. Максим Дмитриевич Савельев; 22 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Savelyev öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.