Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütləq maksimum
== Mütləq maksimum == Mütləq maksimum-müəyyən məntəqədə, rayonda, ölkədə, yarımkürədə və ya bütövlükdə Yer kürəsində meteoroloji elementlərin ( temperatur, təzyiq, yağıntı, küləyin sürəti və s.) çoxillik müşahidə göstəricisinin ən yüksək kəmiyyətinə deyilir. Məsələn, Yer kürəsi üçün mütləq maksimum temperatur 580C (Tripoli ş. yaxınlığında, mütləq maksimum yağıntılar isə Çerapuncidə (Hindistan) qeydə alınaraq 2300 mm-ə qədərdir.
Maksimum qiymət (birja)
Səhmlərin bir satış seansı ərzində birjada alına biləcəyi ən yüksək qiymətdir. Hər bir səhm sənədi üçün qiymət və qiymət işarəsi nəzərə alınmaqla ayrıca hesablanır.
Maksimum qiymət (iqtisadiyyat)
Maksimum qiymət bir məhsulun satıla biləcəyi ən yüksək qiyməti ifadə edən iqtisadi termindir. Hökumətin tətbiq etdiyi maksimum qiymət siyasətinin effektiv olması üçün onun sərbəst bazar qiymətindən aşağı olması lazımdır.
Maksimum qiymətlər edikti
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. == Əlavə ədəbiyyat == İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Maksimum qiymətlər fərmanı
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. == Əlavə ədəbiyyat == İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Maksimum uçuş çəkisi
Maksimum uçuş çəkisi və ya maksimum takeoff çəkisi (ing. Maximum Takeoff Weight) təyyarənin uçuş müddətində apara biləcəyi maksimum çəkini göstərir. Aviasiya sahəsinə qısaca MTOW olaraq bilinir. MTOW İngiliscə Maximum Takeoff Weight sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Müasir dövrdə MTOW çox vacib rəqəmdir. Yeni istehsal edilmiş təyyarələr sərnişin və yanacaq tutumunda uçuş həyata keçirə bilməzlər. Təyyarənin texniki məlumatlarının yenidən hesablanması lazımdır. Nümunə olaraq Airbus A330 sərnişin təyyarəsinin MTOW çəkisi 230 tondur. Təyyarə boş halda çəkisi 125 tondur. Təyyarənin yanacaq çənləri boş olarkən sərnişin və yük götürmə çəkisi 170 tondur.
Pontifeks Maksimus
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Maksimov binası
Maksimov binası - Rostov-na-Donu şəhərinin ərazisində yerləşən, XIX əsrin ortalarında klassizm memarlıq üslubunda inşa edilən bina. Bu Rostov-na-Donu şəhərində daşdan inşa edilmiş və günümüzə qədər gəlib çatan ən qədim binalardan biridir. Binanın iık sahibi tacir P. R. Maksimov Maksimov binası Rusiyanın mədəni irs obyekləri siyahəsına daxildir. Regional əhəmiyyətliyi ilə seçilir. == Tarixi == 1867-ci ildə Köhnə (Bazarnoy) meydanda iki mərtəbəli gəlir evi inşa edilir. Bu bina taxıl satışını həyata keçirən tacir P. R. Maksimova məxsus olmuşdur. O, üstəlik dəyirmanlara sahib idi. Dəqiq olmayan məlumatlara görə binanın layihəsi Trof Şarjinski olmuşdur. 1868-ci ildə binada yeni bir müəsisə açılır. Şəhər duması ora köçürülür.
Pietro Maksimov
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Sen-Maksimen
Sen-Maksimen (fr. Saint-Maximin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38426. Kommunanın 2012-ci il üçün əhalisi 639 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 274 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Vanda Maksimov
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Asarum maximum
Asarum maximum (lat. Asarum maximum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinin çobandüdüyü cinsinə aid bitki növü.
Bulbophyllum maximum
Bulbophyllum maximum (lat. Bulbophyllum maximum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Lolium maximum
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Phleum maximum
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Sedum maximum
Sedum maximum (L.) Hoffm. — Böyük dovşankələmi (Meksika kələmi, çalarlı dovşankələmi, qayaotu) == Botaniki xarakteristikası == Çoxillik sukkulent ot bitkisi olub,hündürlüyü 80 sm-ə qədər, qısa kökümsov və qalınlaşmış iyşəkilli, milşəkilli kökdən ibarətdir. Gövdəsi tək, düzqalxan, 40–80 sm hündürlüyündədir. Yarpaqları növbəli və qarşı-qarşıya, oturaq, ellipsşəkilli, ürəkvari, bütövkənarlı, bəzən 1–2 dişcikli olub, lətlidir. Çiçəkləri kiçik, ağımtıl-çəhrayı, 6–10 sm diametrində, sıx, qalın, qalxanşəkilli-süpürgəvarı çiçək qrupunda toplanmışdır. Meyvələri çoxyarpaqlı olub, düz və yaşıl yarpaqlardan ibarətdir. Toxumları uzunsov-yumurtavari, uzunluğu 0,5 mm-ə qədərdir. İyul-oktyabr aylarında çiçəkləyir, yayın ortalarından payızın sonuna qədər meyvələri yetişir.Kolluqlarda, talalarda, meşə kənarında, yarğanlarda, qayalarda, quru qumsal və daşlı-xırlı torpaqlarda bitır. Bitki çiçəkləyən zaman (avqust) təzə halda yığılır və xammal işlənildikdən sonra preparat hazırlanır. Bu zaman bitkinin tərkibində maksimal miqdarda bioloji aktiv maddələr olur.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi.Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi.Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi. İxtiraçı 24 noyabr 1916-cı ildə vəfat etmişdir.
Maksim Matlakov
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010). O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir. == İstinadlar == == Xarici keçidlər == Maxim Matlakov. Chess-DB.com Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) Maxim Matlakov.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Medvedyev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir.Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014).Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir. Minskdə isə - tennis kortu, idman salonu və gözəllik salonu olan idman mərkəzi fəaliyyət göstərir. 1994-cü ilin mayında, 16 yaşında, Maksim Devis Kubokunun seçmə mərhələlərində Belarusiya yığması üçün debüt etdi.
Maksim Mofra
Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar, departament Sarta) — fransız rəssam-impressionist. == Bioqrafiyası == Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.