Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Mari (Suriya)
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Mari (ad)
Mari — ad. Mari Dübua — fransız aktrisa. Mari Joy Tabal — Filippinli marafonçu. Mari Kavamura — Yaponiya qadın futbolçusu. Mari Miyamoto — keçmiş Yaponiya qadın futbolçusu.
Mari Barton
Mary Barton — ingilis yazıçı Elizabet Qaskellin ilk romanı. == Haqqında == 1848-ci ildə nəşr olunub. Hekayə 1830-cu və 1840-cı illər əsnasında İngiltərənin Mançester şəhərində qurulur. Yazıçı o zaman İngiltərədə, Mançesterdə sənaye və çartizmin mərkəzi olan Mançester şəhərində yaşamışdır. O, fəhlələrin ağır həyatının şahidi olmuş, 1940-cı illərdəki aclıq zamanı işsizlərə kömək etmək üçün çox çalışmışdır. Bu romanında o, 1940-cı illərdə Mançester işçilərinin vəziyyətini təsvir etmişdir. Qaskell fəhlələrə yazıq adamlar kimi deyil, hörmətə layiq insanlar kimi davranırdı. İşçilər çətin şəraitdə yaşasalar da, həmişə cəsarətlərini, nikbinliklərini və insan ləyaqətlərini itirmirlər. Məqsədləri uğrunda mübarizə aparmağa, özlərini qurban verməyə həmişə hazırdılar. Onların birliyi ən çətin sınaqlarda möhkəmlənir.
Mari Dübua
Mari Dübua (12 yanvar 1937[…], XV arondisman, İl de Frans, Fransa – 15 oktyabr 2014[…]) — fransız aktrisa. == Həyatı == Aktrisa iki dəfə "Sezar" mükafatının qalibi olmuş Jan-Luk Qodar, və Fransua Truffer kimi rejissorlarla işləyib. O, "Böyük gəzinti", "Pianoçunu vur", "Oğru" və "Təhdid" kimi filmlərdə rol alıb. Aktrisa Fransanın cənub-qərbindəki evində vəfat edib. Ölüm səbəbi skliroz xəstəliyi göstərilir.
Mari El
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. == Tarixi == Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Mari Kavamura
Mari Kavamura (d. 19 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Mari Kiviniyemi
Mari Kiviniyemi — Finlandiyanın baş naziri == Həyatı == Mari Kiviniyemi 1968-ci ildə doğulub. Fermer qızı olan Kiviniyemi ixtisasca politoloqdur. 1995-ci ildən o, Finlandiya Mərkəzi Partiyasından ölkə parlamentinin üzvüdür. 2010-cu ilin 22 iyun tarixində 115 deputatın dəstəyini alan Mari Kiviniyemi Finlandiya hökumətinin başçısı postuna təsdiqlənib. Kiviniyemi Finlandiyanın tarixində ikinci qadın baş nazirdir.
Mari Lafore
Mari Lafore (fr. Marie Laforêt, əsl adı Maytena Mari Bricitt Dumenak [Dumenaş], fr. Maïtèna Marie Brigitte Doume, (fr. Marie Laforêt, əsl adı Maytena Mari Bricnach; 5 oktyabr 1939, Sulak-sür-Mer, Jironda, Fransa — 2 noyabr 2019, Jenolye, İsveçrə) — fransız-İsveçrə müğənnisi və aktrisası. == Həyatı == Əsl adı Maytena Mari Bricitt Dumenakl olan, amma Mari Lafore adı ilə məşhurlaşan ulduz 1939-cu ildə Fransada doğulub. Onun karyerası təsadüfən başlayıb. 19 yaşında radioda xəstələnmiş bacısını əvəz edən zaman mahnı müsabiqəsində qalib gəlib. Artıq bir neçə ildən sonra böyük uğur qazanıb. 1960-cı ildə Alen Delonla bir yerdə “Qızmar günəşdə” filmində çəkilib. Bu rol ona populyarlıq və 60-cı illərdə xeyli rol gətirib.
Mari Miyamoto
Mari Miyamoto — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mari Pitt
Mari Pitt(ing. Marie Pitt; 6 avqust 1869 – 20 may 1948)—Mari Elizabet Josephine Pit (1869-1948) Avstraliyalı şair və sosialist fəal, jurnalist və Unitar idi. Pitt bir zamanlar antologiyaya çevrilmiş təbiət haqqında çox canlı şeirlər yazdı; həm də sosialist və fəhlə hərəkatlarını dəstəkləmək üçün şeirlər yazdı. == Həyatı == Pittin qızlıq adı McKeown idi. 6 Avqust 1869-cu ildə Bairnsdalenin şimalındakı Viktoriya Koloninin Gippsland bölgəsindəki qızıl mədəni Bullumwall şəhərində anadan olmuşdur. Erkən uşaqlığı əsasən Bairnsdale yaxınlığındakı kiçik bir qəsəbə olan Wee Jung'da keçdi, burada valideynləri üçün və ya kiçik bir fermada "damazlıq" olaraq çalışdı. Müəllim ixtisası almadan, 1887-ci ildə Bairnsdaledə fotoşəkil rötüşçüsü olaraq iş tapdı və 1893-cü ildə Tasmaniyada, Qərbi Avstraliyanın qızıl sahələrində, yenidən Bairnsdaledə və nəhayət Melburnda yaşadığı Tasmaniya fermer və mədənçisi William Pitt ilə evləndi. Viktoriya Sosialist Partiyası və The Social jurnalının redaktoru oldu. 1900-cu ildə nüfuzlu Bülleten şeirlərindən birini qəbul etdi. İlk şeirlər toplusu 1911-ci ildə nəşr olundu.
Mari Qruber
Marie Gruber (11 iyun 1955, Vuppertal, Şimali Reyn-Vestfaliya – 8 fevral 2018, Berlin) — Alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1981: "Bürgschaft für ein Jahr" 1983: ...
Mari dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. == Əlifba == Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Kama") və "Морко мланде" ("Morka torpağı") qəzetləri çıxır.
Qay Mari
Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) — Roma siyasi xadimi və sərkərdəsi. Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi. Siyasi hakimiyyətə nail olmaq üçün populyarlarla ittifaqa girmiş, e.ə. 100 ildə optimatların tərəfinə, e.ə.
Mari Şreyder
Mari Şreyder (qızlıq soyadı: Lambert) — "Breaking Bad" və "Ən yaxşısı Sola zəng et" teleseriallarında görünən personaj. Betsi Brandt tərəfindən canlandırılıb. Onun həyat yoldaşı Henk, bacısı Skayler Vayt, bacısının əri isə Volter Vaytdır. Mari rentgenoloqdur, o, tez-tez mağazalardan oğurluq edir və bunun üçün müalicə alır. O, eqoist və səmimiyyətsiz görünsə də həqiqətən ərini və bacısının ailəsini sevir. Onun geyindiyi paltarlar bənövşəyi rəngin tonlarındadır.
Mari (Fransa)
Mari (fr. Marie) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sen-Sevör-syur-Tine kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 14,77 km², əhalisi — 83 nəfərdir (2006) artım tendensiyası ilə: 91 nəfər (2012), əhalinin sıxlığı 6,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 83 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 91 nəfər.
Mari Samuelsen
Mari Silye Samuelsen (norv. Mari Silje Samuelsen; 21 dekabr 1984 və ya 1984) — Norveç skripkaçısı. Norveç və Avropada daha çox violonçel ifaçısı olan bacısı Hokon Samuelsenlə birlikdə çıxış edir. == Həyatı == Mari Samuelsen 21 dekabr 1984-cü ildə anadan olub və Hamar şəhərində böyüyüb. Üç yaşından yerli musiqi məktəbinə gedərək skripkada ifa etməyə başlamışdır. Dörd yaşında tanınmış skripkaçı Arve Tellefsenin şagirdi olmuşdur. O, şagirdləri olan Mari və Hokon Samuelsenləri "Norveç simli musiqisinin ən böyük istedadları" adlandırıb. She studied with Tellefsen in Oslo, and played with him for almost 10 years. Mari Oslo şəhərində Tellefsendən musiqi dərsləri alıb və təxminən 10 il onunla birlikdə ifa edib. Sonralar Samuelsen Oslodakı Barratt Dyu Musiqi İnstitutunda skripkaçı Ştefan Barratt-Duenin rəhbərliyi altında təhsil almışdır.
Fransua-Mari Arue
Volter (fr. Voltaire; 21 noyabr 1694[…], Paris, Fransa krallığı – 30 may 1778[…], Paris, Fransa krallığı) — XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir. == Həyatı == Volter üçüncü silkə məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi. Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi. Sadə xalqa o, bir qədər ehtiyatla yanaşırdı. O, bütün adamların qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi. Son nəticədə Volter istəyirdi ki, kralın hakimiyyətini məhdudlaşdıran konstitusiya meydana gəlsin.
Fransua Mari Aruye
Volter (fr. Voltaire; 21 noyabr 1694[…], Paris, Fransa krallığı – 30 may 1778[…], Paris, Fransa krallığı) — XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir. == Həyatı == Volter üçüncü silkə məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi. Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi. Sadə xalqa o, bir qədər ehtiyatla yanaşırdı. O, bütün adamların qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edirdi. Son nəticədə Volter istəyirdi ki, kralın hakimiyyətini məhdudlaşdıran konstitusiya meydana gəlsin.
Jan-Mari Len
Jan-Mari Len (30 sentyabr 1939[…]) — fransız fiziki, supramolekulyar kimyanın banisi, kimya üzrə Nobel mükafatı laureatı. == Həyatı == Fransız kimyaçısı Len 1939-cu ilin sentyabrın 30-da Rosemdə anadan olmuşdur. 1960-cı ildə Strasburq Universitetini bitirmişdir. 1960-cı ildə Fransanın Milli elmi tədqiqatlar mərkəzində işləmişdir. 1963-1964-cü illərdə R.B. Vudvordun laboratoriyasında (Harvard Universitetində) təcrübə keçmişdir. 1963-1979-cu illərdə Strasburq Universitetində (1970-ci ildən professor), 1979-cu ildən Kollec de Fransda professor işləyir. Əsas elmi tədqiqat istiqaməti üzvi sintez və kompleks birləşmələr kimyasıdır. 1962 1967-ci illərdə Ç.C. Pedersen tərəfindən başlamış tədqiqatları genişləndirmişdir. 1970-ci ildə NMR və pH-metriya üsulları ilə bisiklik amino-kraun efirlərini öyrənmiş, sübut etmişdir ki, onlar monosiklik kraun efirlərinə nəzərən iki tərtib daha çox kompleks əmələ gətirmək qabiliyyətinə malikdir. 1972-1978-ci illərlə supermolekul adlanan Kraun efirləri komplekslərinin təkcə kationlarla yox, həmçinin anionlarla və neytral molekullarla əmələ gəlməsində həndəsi və energetik komplementarlığının əhəmiyyətli qanunauyğunluq olduğunu müəyyən etmişdir.
Jan-Mari Pfaff
Jan-Mari Pfaff (a.o 4 dekabr 1953, Lebbeke) — Peşəkar karyerasının çoxunu Beveren və Bayern Münhen FK klublarında keçirən, təqaüdə çıxmış belçikalı qapıçıdır. Pfaff ölkəsi olan Belçika üçün 64 oyunda forma geyinərkən Futbol üzrə dünya çempionatı 1982 və Futbol üzrə dünya çempionatı 1986 turnirlərində də iştirak etmişdir. == Həyatı == Pfaff 16 yaşında olarkən Belçika Liqası çempionluğu (1979) və Belçika Kubokunu (1978) qazanacağı Beveren klubuna qatılmışdır. Eyni il Belçika Qızıl Ayaqqabı mükafatına layiq görülmüşdür. 1982-ci ildə Pfaff Bayern Münhen FK komandasına transfer olmuşdur. Bu komanda ilə üç dəfə Bundesliqa çempionluğu (1985-1987-ci il arası) və iki dəfə Almaniya Kubokunu (1984 və 1986) qazanmışdır. Pfaff Qızıl şeytanlar ilə ilk oyununu Niderlanda qarşı keçirmişdir. Avro 80 və Avro 84, həmçinin Futbol üzrə dünya çempionatı 1986 turnirində qapını qorumuşdur. 2004-cü ilin mart ayında Pelenin tərtib etdiyi FİFA 100-ə daxil olmuşdur. 2002-ci ildən 2012-ci ilə qədər davam edən De Pfaffs adlı özünü və ailə həyatını əks etdirən realiti şouda iştirak etmişdir.
Mari-Klod Dezlier
Mari-Klod Dezlier (d. 1 aprel 1966) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Mari-Klod Dezlier, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Mari-Qortenziey Fike
Mari-Qortenziey Fike Sezan (fr. Marie-Hortense Fiquet Cézanne; 22 aprel 1850 – 1922, Paris) — Məşhur fransız boyakar Pol Sezanın həyat yoldaşı olmuşdur. Mari-Qortenziey Fike rəssamın 1869–1890-cı illər arası yaradıcılığı dövründə 27 portretində təsvir edilmişdir.
Mari El Respublikası
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. == Tarixi == Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Düsseldorflu Mariya Anna
Mariya Anna (isp. María Ana del Neoburgo) (28 oktyabr 1667 – 16 iyul 1740, Qvadalaxara, Kastiliya-La-Mança) — İspaniya kralının xanımı. == Mənbə == Beem, Charles (2019). Queenship in Early Modern Europe. Red Globe Press. ISBN 978-1137005083 Clark, George (author), Bromley, JS (ed) (1970). From the Nine Years War to the war of the Spanish Succession in The New Cambridge Modern History Volume VI. Cambridge University Press. ISBN 978-0521075244 Dosquet, Emilie (2016). The Desolation of the Palatinate as a European News Event in News Networks in Early Modern Europe. Brill.
Elodie Marion Rafazi
Emilia marivelensis
Erigeron mariposanus
Erigeron mariposanus (lat. Erigeron mariposanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erix Mariya Remark
Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎; 22 iyun 1898[…], Osnabrük, Prussiya, Almaniya imperiyası – 25 sentyabr 1970[…], Lokarno[d], İsveçrə) — XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı Qərb cəbhəsində yenilik yoxdur və 1937-ci ildə yazdığı Üç yoldaş romanları ilə məşhurlaşmışdır. == Həyatı == === Gənclik illəri === Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.
Euphorbia maritae
Euphorbia maritae (lat. Euphorbia maritae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Eva-Mariya Qreyn von Friedl
Eva-Mariya Qreyn von Friedl və ya Eva-Mariya Qreyn (26 mart 1980) — Alman aktrisa və səhnə sənətkarı. == Filmoqrafiyası == 2004: Mädchen, Mädchen 2 – Loft oder Liebe 2004: Aus der Tiefe des Raumes 2005: Bis in die Spitzen 2005–2006: Tessa – Leben für die Liebe 2006–2011: Kreuzfahrt ins Glück (14 bölmə) 2006: Inga Lindström: Vickerby für immer 2007: Der Mann im Heuhaufen 2007: Rosamunde Pilcher: Der Mann meiner Träume 2008: Im Tal der wilden Rosen: Fluss der Liebe 2008: ProSieben Funny Movie: Dörte’s Dancing 2009: Utta Danella: Schokolade im Sommer 2010: Die Rosenheim-Cops: Eine Jagd mit Folgen 2010: Das Traumhotel: Chiang Mai 2010: Um Himmels Willen: Findelkind 2010: Die Bergretter: Freundschaftsdienst 2011, 2013: IK1: Touristen in Gefahr 2012: Inga Lindström: Ein Lied für Solveig 2012: Alles außer Liebe 2013: Die Rosenheim-Cops: Ausgetanzt 2013: SOKO Kitzbühel: Spiel-Satz-Mord 2013: Alarm für Cobra 11: Der Mentalist 2013: SOKO München: Der Prozess 2014: Die Familiendetektivin: Der Ruf 2014: Utta Danella: Von Kerlen und Kühen 2014: 8 Minuten (Qısametrajlı film) 2014: Weißblaue Geschichten: Briefe an den Weihnachtsmann 2015: Männer!: Alles auf Anfang (7 bölmə) 2015: Aktenzeichen XY 2015: Jana und der Buschpilot 2015: Notruf Hafenkante: Mattes unter Verdacht 2016: Notruf Hafenkante: Schatten der Vergangenheit 2017: SOKO Stuttgart: Der Held von Stuttgart 2017: Hubert und Staller: Bleifrei in den Tod 2017: Die Rosenheim-Cops: Alle wollen Stockl 2017: SOKO Köln: Turbulenzen 2018: SOKO Wismar: Überfall!
Ferdinand Mariya (Bavariya kürfürstü)
Ferdinand Mariya (alm. Ferdinand Maria von Bayern‎) (31 oktyabr 1636, Münxen – 26 may 1679[…]) — Bavariya kürfürstü. Atası ilk Bavariya kürfürstü Maksimilyan, anası isə Müqəddəs Roma imperatoru II Ferdinandın qızı Avstriyalı Mariya Annadır. == Mənbə == Dieter Albrecht: Maximilian I. von Bayern 1573–1651, München (Munich) 1998, ISBN 3-486-56334-3 Marek, Miroslav.
Filippo Tommaso Marinetti
Filippo Tomasso Marinetti (22 dekabr 1876 - 2 dekabr 1944) — italyan şair, ədəbiyyatda futurizm cərəyanının banisi. Marinetti keçmişi xatırladan hər şeyi, muzeylər və kitabxanalar da daxil olmaqla, məhv etməyin tərəfdarı olan, inqilabçı bir sənəd olan Futurist Manifestini hazırladı. Manifest, 20 fevral 1909-cu ildə Fransız qəzeti Le Fiqaroda dərc olundu. Marinettiyə görə, "sənət şiddət, zülm və ədalətsizlikdən başqa bir şey deyil"."İşləmə, zövq və üsyanla coşan kütlənin mahnısı oxunmalıdır". Marinetti , Faşizm tərəfdarı idi və İtalyan Faşist partiyasının ilk üzvlərindən biri idi. == Uşaqlıq və yetkinlik dövrü == Emilio Angelo Carlo Marinetti (bəzi sənədlər adını "Filippo Açille Emilio Marinetti" kimi verir) həyatının ilk illərini, atası (Enrico Marinetti) və anası (Amaliya Grolli) birlikdə daha yaşadığı Misirin İsgəndəriyyə şəhərində keçirdi. evlidirsə). Enrico Piedmont'dan bir vəkil idi və anası Milandan gələn bir ədəbiyyat professorunun qızı idi. 1865-ci ildə Khedive Isma'il Paşanın dəvəti ilə Misirə, onun modernləşdirmə proqramında iştirak edən xarici şirkətlərə hüquqi məsləhətçi kimi gəlmək üçün gəlmişdilər. Onun ədəbiyyata olan sevgisi məktəb illərində inkişaf etmişdir.
Fransalı Mariya
Fransalı Mariya (fr. Marie de Lorraine; 22 noyabr 1515, Bar-le-Dyuk[d] – 11 iyun 1560, Edinburq qalası) — Şotlandiya kralı V Ceymsin ikinci xanımı, Şotlandiya kraliçası. 1538-ci ildə Şotlandiya kralı ilə evləndi və Şotlandiya kraliçası oldu. Ən kiçik övladı Mariya Stüartın doğumundan 6 gün sonra kral vəfat etdi və körpə qızcığaz Şotlandiya kraliçası elan edildi. Ceyms Hamiltonun 12 illik naibliyinin ardından Mariya 1554-cü ildə kraliçanın naibəsi olaraq vəzifəyə gətirildi. 6 illik naibəliyi dövründə katolik Fransa krallığı ilə əlaqələri gücləndirmiş, İngiltərədən azad və katolikləşmiş bir Şotlandiya krallığı qurmaq istəmişdi. Ancaq Şotlandiyadakı protestant reformasiyasının önünü ala bilmədi və ölümündən sonra qızına iğtişaşlarla çalxalanan bir krallıq buraxdı. == Həyatı == === Uşaqlıq illəri === Medlin 22 noyabr 1515-ci ildə Lotaringiyadakı Bar-le-Dyuk sarayında Quiza hersoqu Klaud və xanımı Burbonlu Antuanettanın ilk qızı olaraq dünyaya gəldi. Hələ 5 yaşında ikən doğulan bacısına xaç anası olaraq seçildi. Çox keçmədən Mört-Mozeldəki bir kilsədə rahibə həyatı yaşayan nənəsi Filippanın yanına getdi və onun himayəsində böyüdü.
Henretta Mariya
Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi. Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı.
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Horkelia marinensis
Potentilla marinensis (lat. Potentilla marinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Horkelia bolanderi var. marinensis Elmer Horkelia marinensis (Elmer) Crum ex D.D.Keck Potentilla kelloggii var. marinensis (Elmer) Jeps.
II Mariya
II Mariya (ing. Mary II of England) (d. 30 aprel 1662 – ö. 28 dekabr 1694) — İngiltərə, Şotlandiya və İrlandiyanın kraliçası, II Ceymsin qızı. == Mənbə == Baxter, Stephen B., William III and the Defense of European Liberty, 1650–1702 (1966) OCLC 473975225 Chapman, Hester W., Mary II: Queen of England (1953) OCLC 753145632 Churchill, Winston. A History of the English-Speaking Peoples: Age of Revolution. Weidenfeld & Nicolson, (2002). ISBN 0-304-36393-6 Claydon, Tony, William III: Profiles in Power (2002) ISBN 0-582-40523-8 Van der Kiste, John (2003) William and Mary. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN 0-7509-3048-9.
I Mariya
I Mariya (1516-1558) — İngiltərə və İrlandiya kraliçası, İspaniyanın kraliça-konsortu. I Mariya (1734-1816) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası.
I Mariya (Portuqaliya kraliçası)
I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[…], Lissabon – 20 mart 1816[…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi. Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Inga maritima
Inga maritima (lat. Inga maritima) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
Jurinea mariae
Jurinea mariae (lat. Jurinea mariae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kalabriyalı Mariya
Alba qrafinyası Kalabriyalı Mariya (it. Maria; 6 may 1329, Neapol – 20 may 1366, Neapol) — böyük bacısı Kraliça I İoannanın ölümündən sonra Neapol tacını miras almış Anju-Siciliya ailəsinin neapollu şahzadəsi. == Həyatı == === Erkən həyatı === Mariya Kalabriya hersoqu Karlın (Neapol Kralı Müdrik Robertin böyük oğlu) və Valualı Mariyanın (Fransa Kralı VI Filippin ögey bacısı) beşinci və ölümündən sonra dünyaya gələn övladı idi. O, atasının ölümündən təxminən altı ay sonra, 9 noyabr 1328-ci ildə anadan olub. Onun doğulduğu vaxt, üç böyük bacısı və bir qardaşından yalnız 1325-ci ilin martında anadan olmuş bacısı İoanna sağ idi. İki il sonra, 23 oktyabr 1331-ci ildə Mariyanın anası Valualı Mariya Bariyə ziyarəti zamanı öldü və Mariya və onun böyük bacısı İoanna (hazırda Neapol taxtının varisi) yetim qaldı. Hər ikisi ata tərəfdən babaları Kral Robertin Neapoldakı sarayında böyüdülər. 30 iyun 1332-ci il tarixli qərarla Papa XXII İoann rəsmi olaraq Mariya və onun böyük bacısının Macarıstan Kralı I Karlın oğulları ilə evlənəcəyinə qərar verdi: İoanna Macarıstanlı Endryu ilə nişanlandı, Mariya isə böyük qardaşı ilə nişanlandı — Macarıstan taxtının varisi, Macarıstan Kralı I Lüdovik; lakin bu nişan, İoannanın evliliyi başa çatana qədər öldüyü təqdirdə Mariyanın kiçik qardaşı Endryu ilə evlənəcəyini şərtləndirdi. Kral Robert bu yolla Neapol tacından məhrum olan böyük qardaşının övladları ilə öz qan soyunu öz xeyrinə barışdırmaq istəyirdi. Mariyanın babası 20 yanvar 1343-cü ildə vəfat etdi.
Lathyrus maritimus
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Yarımnövləri == Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald == Sinonimləri == Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Lathyrus maritimus var. aleuticus
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Yarımnövləri == Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald == Sinonimləri == Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Lathyrus maritimus var. velutinus
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Yarımnövləri == Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald == Sinonimləri == Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
MARC
MARC (ing. Machine-Readable Cataloging, "maşın oxunaqlı kataloqlaşdırma") — maşın oxunaqlı kataloqlaşdırma qeydinin formatı. == Tarixi == MARC I proqramı ilk dəfə 1965–1966-cı illərdə ABŞ Konqres Kitabxanası tərəfindən kataloqlama məlumatlarını maşın oxunaqlı formada əldə etmək məqsədi ilə hazırlanmışdır. Oxşar işlər İngiltərənin Milli Kataloqlama Şurası tərəfindən İngiltərədə çap olunmuş İngilis Milli Biblioqrafiyasının (BNB MARC layihəsi) hazırlanmasında maşın tərəfindən oxunaqlı məlumatların istifadəsini təmin etmək üçün həyata keçirilmişdir. 1968-ci ildəki bu inkişaflar əsasında kommunikativ İngilis-Amerika formatı MARC yaradılmağa başladı (MARC II layihəsi). Yaradılışının məqsədi aşağıdakıları təmin etmək idi: kataloqlaşdırma və digər kitabxana tapşırıqlarının həllində rahatlıq, bütün növ sənədlərin milli biblioqrafik təsvirlərinə və avtomatlaşdırılmış sistemlərdə qeyd strukturunun istifadəsinə uyğunluğu. 1971-ci ildə, MARC-nin ümumi bir versiyası beynəlxalq ISO 2709 standartı olaraq qəbul edildi. CMEA-da və daha sonra MDB-də ISO 2709 GOST 7.14–84 (ST SEV 4269–83) SIBID və GOST 7.14–98 SIBID olaraq uyğunlaşdırıldı. Bununla birlikdə, bu standartların hər ikisi (həm beynəlxalq orijinal, həm də rus dilində uyğunlaşma) çox ümumi idi və kitabxana işi üçün əhəmiyyətli detalları ehtiva etmədiyi üçün birbaşa tətbiq edilə bilməzdi. ISO 2709 haqqında demək olar ki, MARC ailənin demək olar ki, bütün formatları alt qrupları olmaqla, məlumat formatını müəyyənləşdirmək baxımından ona uyğundur, lakin eyni zamanda, qeydlərinin xüsusi sahələrini müəyyənləşdirmək baxımından ümumiyyətlə onun əhatəsindən kənara çıxırlar.
MARF
MARF (Modular Audio Recognition Framework) — Java dilində yazılmış səs, danışıq, mətn və NLP alqoritmlərinin toplusundan ibarət açıq kodlu, modulyar tədqiqat framevorkudur. MARF modulyar olduğu üçün yeni alqoritmlər əlavə edilə, mövcüd framevork genişləndirilə bilər.
MATİ
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. == Tarixi və fəaliyyəti == Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
Maki
Maki — Qax rayonu ərazisində dağdır. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3488 metrdir. Oronimin mənası iber-qafqaz dilləri vasitəsilə açılır. Bu qrupa mənsub olan saxur dilində maxi “təzə köçmüş adamlar tərəfindən salınmış kənd, qəsəbə” deməkdir. Bu ərazidə eyniadlı kəndin mövcud olması bu mülahizənin doğruluğunu təsdiqləyir.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
Mami
Mami — Yaponiya qadın adı. Mami Ueno — Yaponiya qadın futbolçusu. Mami Yamaquçi — keçmiş Yaponiya qadın futbolçusu. Mami Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Marı dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. == Əlifba == Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Kama") və "Морко мланде" ("Morka torpağı") qəzetləri çıxır.
Marı vilayəti
Marı vilayəti (türkm. Mary welaýaty) — Türkmənistan Respublikasında inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Marı şəhəridir. == İnzibati-ərazi bölgüsü == Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Marı vilayəti inizbati cəhətdən 12 etrapa və 2 etrap hüquqlu şəhərə (Marı və Bayramalı), 12 etrap 3 etrap tabeli şəhərə (Yolötən, Sərhədabad və Şadlıq), 14 qəsəbə və 157 gənəşliyə bölünür. 157 gənəşlikdə isə 382 kənd yerləşir.
Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.