Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marks
Marks — soyad Bu soyadı olan tanınmış şəxslər Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Marks qardaşları — ABŞ məşhur komediya kvinteti.
Karl Marks
Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎; 5 may 1818[…], Trir, Reyn əyaləti[d], Prussiya[…] – 14 mart 1883[…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[…]) — alman filosof, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçı, tarixçi, sosioloq, siyasi nəzəriyyəçi, jurnalist və sosialist inqilabçı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen(en) ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya Muzeyinin Oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir. Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.
Marks (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Marks (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir.Digər Marks (stansiya) — stansiya.
Marks (şəhər)
Marks — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Marks generatoru
Marks generatoru, ilk dəfə 1924-cü ildə Ervin ato Marks tərəfindən təsvir edilən bir elektrik dövrəsidir.
Marks qardaşları
Marks qardaşları (ing. Marx Brothers) — ABŞ məşhur komediya kvinteti.
Marks şəhəri
Marks — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Riçard Marks
Riçard Noel Marks (ing. Richard Noel Marx) — ABŞ müğənnisi, bəstəkarı və musiqi prodüseri. == Həyatı == Riçard Noel Marks 16 sentyabr 1963-cü ildə anadan olmuşdur. 1980-ci illərin ortalarında artıq Marksın səsini Madonna və Vitni Hyuston kimi tanınmış müğənnilərin konsertlərində eşitmək olardı. Layonel Riçinin məşhur hiti olan "All Night Long" mahnısının (1984) səsyazması vaxtı onlar birlikdə oxumuşdular. O zaman Riçard Marks əvvəlcə "Chicago" qrupunun və Kenni Rocersin oxuduqları mahnıları yazmağa başladı. 1987-ci ildə Marksın ilk albomu işıq üzü gördü. Bu albom fəaliyyətə yenicə başlayan müğənnini ulduza çevirdi. Tezliklə onun üç kompozisiyası: "Hold On to the Nights", "Satisfied" və "Right Here Waiting" ABŞ-nin rəsmi hit-paradı olan "Billboard Hot 100"-da yüksək pillələrdə yer tutdu. 1990-cı illər ərzində tamaşaçılar Marksın solo ifasından tədricən soyumağa başladı.
İngeborq Marks
İngeborq Marks (1 yanvar 1970) — Belçikalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Belçikanı təmsil edir. İngeborq Marks 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Burle Marks Roberto
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. == Həyatı == Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. == Fəaliyyəti == Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir.Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Roberto Burle Marks
Burle Marks Robertu (4 avqust 1909[…], San Paulo – 4 iyun 1994[…], Rio-de-Janeyro) — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik. == Həyatı == Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir. == Fəaliyyəti == Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir.Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.
Vilhelm Marks
Vilhelm Marks (alm. Wilhelm Marx‎;15 yanvar 1863[…], Köln, Reyn əyaləti[d] – 5 avqust 1946[…], Bonn, Köln[d]) — Alman hüquqşünas və siyasətçi (Alman Mərkəzi Partiyası). 1923-24 və 1926-1928-ci illərdə Veymar Respublikasının kansleri vəzifəsində çalışıb. 1925-ci ildə Vilhelm Marks Veymar Koalisiyasının (SPD, NDP və Alman Mərkəz Partiyası) Reyx prezidentliyinə namizəd kimi irəli sürülüb, lakin Pol fon Hindenburqa uduzub. Vilhelm Marks həmişə başqa siyasətçilərin: Qustav Strezemann və ya Fridrix Ebertin kölgəsində olub. Buna baxmayaraq, Veymar Respublikasının tarixində o, demokratik düşərgənin birliyi uğrunda mübarizə aparan mərkəzi siyasi xadimlərdən biri kimi qaldı. == Həyatı == Vilhelm Marks məktəb müəllimi ailəsində anadan olub və Kölndə böyüyüb. Həkimlər onu ağır miyopiyaya görə hərbi xidmətə yararsız elan etdikdən sonra o, Bonn Universitetinə daxil olub və hüquq fakültəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra Elberfelddə, sonra Köln və Düsseldorfda hakim vəzifəsində çalışdı, lakin katolik inancı və Mərkəz Partiyasına mənsub olduğu üçün Prussiyada dövlət xidmətində xüsusi zirvələrə çata bilmədi. 1891-ci ildə Johanna Vercoyen ilə evləndi.
Karl Marks abidəsi (Rostov-na-Donu)
Karl Marks abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Karl Marksın şərfinə ucaldılmışdır. Abidə 1959-cu ildə ucaldılmışdır. Müharibəyə qədər bu abidənin yerində də Karl Marsa aid abidə olmuşdur. Abidənin müəllifləri heykəltaraş Moisey Solomonoviç Altşuler və arxitektor Mixail Adolfoviç Mikus olmuşdur. Rusiyanın mədəni irsi siyahısına daxil edilməmişdir. == Tarixi == Karl Marks abidəsi təntənəli şəkildə 28 iyun 1925-ci ildə Naxçıvan-na-Donu şəhərinin mərkəzi meydanında açılışı gerçəkləşdirilmişdir. Abidə əvvəllər mövcud olmuş II Yekaterinaya aid abidənin yerində və altlığının üzərində quraşdırılmışdır. II Yekaterinaya aid olan abidə sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər tərəfindən dağıdılmışdır. Heykəlin qoyulduğu meydan Karl Marksın adına adlandırılmışdır.
Antirevizionizm (marksizm)
Antirevizionizm — Marksizm-Leninizm daxilində Stalin, Mao Tszedun və Ənvər Xocanın yaradıcılığı ilə əlaqəli nəzəri və praktik xətti müdafiə edən siyasi hərəkat. Bu hərəkat, marksist revizionizmin və Eduard Bernşteynin ideyalarına qarşıdır və Nikita Xruşşovun başlatdığı destalinizasiya prosesini pisləyir. Antirevizionizm tərəfdarları hesab edirlər ki, Stalin dövründə SSRİ-də Marks və Engels tərəfindən düşünülmüş və Lenin tərəfindən həyata keçirilən “elmi sosializm” həyata keçirilirdi. Antirevizionizmin tənqidçiləri bunu çox vaxt Stalinizmə əlaqələndirirlər. == Tarixi == Antirevizionizm 1920-ci illərdə Stalinin Marks, Engels və Leninin nəzəriyyələrinin sintezi yolu ilə əsasını qoyduğu ideologiya olan marksizm-leninizm ideyaları ilə sıx bağlıdır. Məhz Stalin özünün “Leninizmin əsasları” kitabında leninizmi “imperializm və proletar inqilabı dövrünün marksizmi” kimi təyin etdi və bu prinsip marksizm-leninizmin əsasını təşkil etdi. O, həmçinin Marksın nəzəriyyəsinə əsaslanır ki, kapitalizm cəmiyyəti iki sinfə ayırır: burjuaziya (aristokratlar) və proletariat (işçi sinfi). Antirevizionizm 1950-ci illərdə proletariat diktaturasını dəstəkləyən Marksizm-Leninizmi Stalinin şərhi, qısa müddətdə əhəmiyyətli iqtisadi dəyişikliklər, sənayeləşmə və kollektivləşmə üçün ideoloji manipulyasiyadan istifadə edilməsi və Kommunist Partiyasının bu cür təfsirinə əsaslanaraq düzgün inkişaf etmişdir. həmkarlar ittifaqları və digər əmək birliklərinin bütün sisteminin mərkəzi. Xruşşovun gəlişi və destalinizasiya ilə Stalinpərəst marksist-leninistlərin formalaşdırdığı antirevizionizm meydana çıxdı.
Cassia brewsteri var. marksiana
Cassia marksiana (lat. Cassia marksiana) — paxlakimilər fəsiləsinin kassiya cinsinə aid bitki növü.
Cassia marksiana
Cassia marksiana (lat. Cassia marksiana) — paxlakimilər fəsiləsinin kassiya cinsinə aid bitki növü.
Ermənistan Marksist Partiyası
Ermənistan Marksist Partiyası (erm. Հայաստանի մարքսիստական կուսակցություն, Hayastani Marksistakan Kusaktsutiun) — Ermənistanda siyasi partiya. 2009-cu ildə ləğv edilmişdir. == Tarixi == 2003-cü il Ermənistan parlament seçkilərindən əvvəl partiya Ermənistan Kommunistlər İttifaqı ilə birlikdə "Azad və Ədalətli Ermənistan" seçki alyansının bir hissəsi idi. Buna baxmayaraq, hər iki partiyadan heç biri lazımi qeydiyyatı təqdim etmədiyi üçün blokun qeydiyyatı rədd edilmişdir. Ermənistan Marksist Partiyası 1997-ci ildə qeydiyyatdan keçsə də, 1 yanvar 2003-cü il tarixində yenidən qeydiyyatdan keçə bilməmişdir. Belə ki, hər iki partiyadan heç biri 2003-cü il seçkilərində iştirak edə bilməmişdir.7 iyul 2003-cü ildə partiya rəsmi olaraq Ermənistan Birləşmiş Kommunist Partiyası ilə birləşmişdir. Buna baxmayaraq, partiya 2007-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində müstəqil şəkildə iştirak etmiş və cəmi 0,20% səs toplamışdır. Partiya 2009-cu ilə qədər müəyyən siyasi fəaliyyətlərini davam etdirmişdir.
Freydo-Marksizm
Freydo-marksizm (ing. Freudo-Marxism) — Karl Marksın və Ziqmund Freydin konsepsiyalarını birləşdirməyə çalışan radikal sol nəzəriyyədir. == Mahiyyəti == Freydo-marksizmin həm marksizm olmasını, eyni zamanda keyfiyyətcə yeni bir təlim olduğunu, bir analogiya ilə göstərmək olar. Əvvəllər heyvanların dərisinin daxili orqanlardan daha bərk olmasını izah edərək pendirin kəsilmiş tərəfini havada bir müddət saxlayardılar, hava ilə olan kontaktından onun üst tərəfinin, iç hissəsi ilə nisbətdə, müəyyən zamandan sonra bərkiməsini heyvan dərisinin yaranması hadisəsinə oxşadırdılar. Əlbəttə bu müəyyən mənada, dərinin codlaşması hadisəsinin doğru izahı idi, amma sonralar biologiyada heyvanların dərisinin bərk olmasını izah edən başqa izahlar tapıldı, və bu eyni hadisənin daha təfərrüatlı və daha dəqiq izahını verirdi. Yəni həmin məzmunun daxili genişlənməsi və daha da zənginləşməsi idi. Amma bu əski izahı etibarsız etmir, o mənada ki əski izah bu daha təkmil izahın çıxış nöqtəsi olmuşdu. İnkarın müsbət həlli. Dialektikanın mənası bundadı. Yeni əskinin üzərində yaranır, əskini məhv edərək, amma onun müsbət nailiyyətlərini özündə saxlayaraq.
Marksist kriminologiyası
Marksist kriminologiyası Karl Marksın idealarından yaranan və davamçıları tərəfindən inkişaf etdirilən kriminoloji nəzəriyədir. Bu nəzəriyyəni digərlərindən fərqləndirən başlıca cəhətlər onun kapitalist sistemini bütövlükdə cinayətkar sistem adlandırması və əsasən güclü təbəqənin cinayətlərinə fikir verməsidir. Kriminologiya və sosiologiya yaranandan bəri bütün nəzəriyyələr yalnız küçə cinayətlərini tədqiq edirdi. Lakin, 1949-cu ildə Amerikan *Edwin Sutherland güclü təbəqənin cinayətlərini tədqiq edərək bu elmdə yeni bir yolun fundamentini qoydu. Ancaq, Sutherland-a kimi Karl Marks qeyri-bərabərlik üzərində qurulan kapitalist sistemində güclülərin cinayətkar olduğu halda cəzalandırılmadığını qələmə almışdır. Baxmayaraq ki Marksın özü cinayət mövzuzu barədə elə də dərindən yazmayıb, onun davamçıları olan Willem Bonger, Taylor və onun yoldaşları və Bill Chambliss kimi tanınmış şəxslər onun idealarını genişləndirib və günümüzün aktual məsələlərindən olan korporat cinayət, dövlət cinayəti və hegemon təbəqənin cinayətini dərindən araşdırmışlar. == Statistik göstəricilər == Tarixən, statistik göstəricilər yalnız küçə cinayətləri olan təcavüz, oğurluq, qətl və vandalizm kimi aktları qeydə alıblar. Nəticədə də ortaya birtərəfli və olduqca subyektiv göstəricilər ortaya çıxırdı. Sanki cinayət deyilən məfhum imkanlı təbəqəyə uzaq bir məfhum idi. Buna görə də Marks və onun tərəfdarları statistik göstəriciləri hakim sinfin idarəetmə alətlərindən biri olaraq görürdülər.
Marksist məktəb
Marksist siyasi iqtisad və ya Marksist iqtisadiyyat — Karl Marksın artıq dəyər nəzəriyyəsini genişləndirdiyi iqtisadi dəyər nəzəriyyəsi, dəyərin əmək nəzəriyyəsinə əsaslanan (Adam Smit, Devid Rikardo) siyasi iqtisad. Bu cərəyan Marksizmin ayrılmaz bir hissəsidir, Fridrix Engels, Karl Kautski, Rosa Lüksemburq, Qeorgi Plexanov, Vladimir Lenin tərəfindən inkişaf etdirilmişdir. Marxın müəyyən müddəaları "revizionistlər" tərəfindən düzəldilmişdir – Eduard Bernşteyn, Mixail Tuqan-Baranovski, Verner Sombart. Marksist ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir. == Nəzəriyyə == === Məhsul === Məhsul — əmtəə mübadiləsində iştirak edən müəyyən bir mənadır. Əmək bölgüsünün inkişafı ilə tədricən obyektlər şəxsi istehlak üçün deyil, əsasən mübadilə üçün istehsal olunmağa başlayır. Əmtəə kapitalist istehsal üsulunun mahiyyətini xarakterizə edən inkişaf edən və kapitala çevrilən istehsal münasibətlərinin universal formasına çevrilir. Lenin, "Narodizmin İqtisadi Məzmunu və Cənab Struve'nin Kitabındakı Tənqid" adlı kitabında kapitalizmin aşağıdakı xarakteristikasını verir: “Məhsul [istehsal] ən müxtəlif ictimai istehsal orqanizmlərində əmtəə formasını alır, ancaq yalnız kapitalist istehsalda bu əməyin məhsulu yaygındır, əksinə müstəsna, təcrid olunmamış, təsadüfi deyil. Kapitalizmin ikinci əlaməti bir əmtəə formasını təkcə əməyin məhsulu ilə deyil, həm də əməyin özü, yəni insan işçi qüvvəsi tərəfindən qəbul edilməsidir." Məhsul eyni zamanda: kommunal (istehlak dəyəri, istifadə dəyəri). Faydalı bir şeyin insanın bu və ya digər ehtiyacını ödəmək üçün xassəsi deməkdir (yemək aclığı təmin edir, paltar isti olur).
Marksizm
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur.Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir.Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. == İcmal == Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir. Bu sosial münasibətlər iqtisadi sistemlə birlikdə altstruktur və üststruktur formalaşdırır. İstehsal qüvvələri inkişaf etdikcə mövcud istehsalın təşkili formaları köhnəlir və daha da irəliləməyə mane olur.
Marksovka
Xətai (əvvəlki adı: Marksovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Marksovka kəndi Xətai kəndi adlandırılmışdır.
Qərbi marksizm
Qərbi marksizm (ing. Western Marxism) — oktyabr inqilabından sonra Qərbdə inkişaf edən marksizmin adıdır . Bir tərəfdən 1930-1980-ci illərdə SSRİ-dəki "real sosializmi" tənqid edən Marksizmin Stalinist şərhinə qarşı çıxan, digər tərəfdən kapitalist sistemi tənqid edən Marks və Engels irsini tənqidi şəkildə inkişaf etdirən bu cərəyan . Təsisçilər Georq Lukaç, Karl Korş, Antonio Qramşi hesab olunur . Bu istiqamət çərçivəsində iki əsas ənənə formalaşdı: "Dialektik-humanist" və "Ssientizm". == "Dialektik-humanist istiqamət" == Bir insanı marksist fəlsəfənin mərkəzinə yerləşdirməyi təklif edən "dialektik-humanist". Bu vəziyyətdə, Marksın "1844-cü il iqtisadi və fəlsəfi əlyazmaları" ndakı inkişafları freydizm, ekzistensializm və yeni hegelçilik birləşdirilir. Bu istiqamətə aşağıdakılar daxildir: Frankfurt məktəbi. Çinli marksist professorlar Yuan Quyjenya və Yan Qena görə, "Frankfurt məktəbindən sonra Qərb marksizmi və marksizmi artıq sosial praktika ilə heç bir əlaqəsi qalmadı və müəyyən dərəcədə kitab kabineti baxımından tənqidə çevrildi". Freudomarksizm (Vilhelm Rayx, Qerbert Markuze, Erix Fromm) Mövcud Marksizm (Jan Pol Sartr, Kastoradis Kornelius, Klod Lefor).
Strukturalist marksizm
Strukturalist marksizm (ing. Structural Marxism) — marksizmdə strukturalizm ideya və konsepsiyalarına əsaslanan fəlsəfi cərəyan. 1960-1970-ci illərdə Fransada yaranıb və geniş yayılıb, sonra onun hüdudlarından kənara yayılıb. Marksizmdə bu cərəyanın əsas nümayəndələri filosof Lui Altüsser, sosioloq Nikos Pulanzas və antropoloq Moris Qodelye idi. Strukturalist marksizmə bağlı olan Lui Altüsserin (Etyen Balibar, Jak Ransyer, D.Lekur, P.Reymond) bir çox tələbələri sonralar ondan uzaqlaşdılar. Strukturalist marksizmin müasir nümayəndəsi sloveniyalı sosioloq Rastko Moçnikdir. == Haqqında == Humanist marksizmə qarşı Lui Altüsser vurğulayırdı ki, bir elm olaraq marksizmin vəzifəsi obyektiv strukturları araşdırmaqdır və əsasları Marksın ilk əsərlərində yer alan marksist humanizmə, tarixçiliyə və fenomenologiyaya qayıdış “elmdən əvvəlki humanist ideologiyaya qayıdışdır”. 1970-ci illərin ortalarında və 1980-ci illərdə marksist nəzəriyyəçilər dövlət, hüquq və cinayət haqqında strukturalist marksist düşüncəni inkişaf etdirirdilər. Strukturist marksizm, dövlətin kapitalistin və ya hakim sinfin birbaşa xidmətçisi kimi görünə biləcəyinə dair instrumentalist fikrə etiraz edir. İnstrumentalist baxış dövlət institutlarının kapitalist sinfinin maraqlarını təmsil edən məmurların bilavasitə nəzarəti altında olduğunu bildirsə də, strukturalist nəzəriyyədə əmindir ki, dövlət institutları bütövlükdə kapitalizmin həyat qabiliyyətinə təminat vermək üçün bu şəkildə fəaliyyət göstərməlidir.
Yeni marksist iqtisadiyyat
Neomarksizm — tez-tez marksizmdəki müxtəlif sosial-fəlsəfi cərəyanlara, məsələn Frankfurt məktəbi, uyğun praktik məktəbinə və digər psixoloji təhlil kimi digər intellektual ənənələrin elementlərini özündə cəmləşdirərək Marksist nəzəriyyəni dəyişdirən və ya genişləndirən digərləri kimi istifadə olunan termin və ya ekzistensializm. Fenomen olaraq ilk dəfə Qərb marksizmində inkişaf etdi, lakin zaman keçdikcə SSRİ də daxil olmaqla digər ölkələrə yayıldı. Neomarksizm anlayışları yeni sol nəzəriyyəsinin tərkib hissələrindən biri oldu. == Tarixi == Neomarksizm ənənəvi marksizmin cavab verə bilmədiyi bir sıra problemlərin nəzəri inkişafı nəticəsində meydana gəldi. Bu cür problemlər arasında - Birinci Dünya Müharibəsi ilə əlaqədar sol tərəflərin mövqeyi məsələsi; inkişaf etmiş işçi hərəkatına baxmayaraq Qərbi Avropada sosialist inqilablarının niyə baş vermədiyi sualı; niyə eyni zamanda Avropada nasist hərəkatında bir yüksəliş var idi. Bu kimi suallar marksizm çərçivəsində ciddi nəzəri axtarışlara səbəb oldu və neo-marksizmin ortaya çıxmasına səbəb oldu. Neomarksizm, Birinci Dünya Müharibəsindən sonra ilk əhəmiyyətli nailiyyətlərinə Dyord Lukaç, Karl Korş və Antonio Qramşinin araşdırmaları ilə gəldi. 1923-cü ildə Frankfurt Əsəs Universitetinin bir bölməsi olaraq qurulan Sosial Araşdırmalar İnstitutundan neo-marksizmin ən əhəmiyyətli sahələrindən biri - sözdə fənlərarası sosial nəzəriyyə böyüdü. Frankfurt məktəbi. Təsisçiləri Max Horkheimer və Theodor Adorno'dur, fikirləri ümumiyyətlə marksist nəzəriyyəni, xüsusən nasistlər Almaniyada hakimiyyətə gəldikdən sonra New York'a köçmələrini əhəmiyyətli dərəcədə təsir etmişlər.
Anti-marksist
K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Marke
Marke — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Ankona şəhəri region mərkəzidir. == Coğrafi mövqeyi == Tətil diyarları və incə qumlu çimərlikləri ilə dünyaca məşhur region Apenin Dağları ilə Adriatik dənizi arasında uzanır. Adriatik dənizinə baxan qisimi daha çox dağlıq və təpələrlə əhatəlidir. == Əhalisi == 1.560.785 milyon nəfərdir. == Sahəsi == 9.694 km²-dir.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Marts
Marts — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Mars
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi.
Alber Marke
Alber Marke (fr. Albert Marquet, 27 mart 1875, Bordo — 14 iyun 1947, Paris) — fransız rəssam-postimpresionist. == Həyat və yaradıcılığı == Alber Marke 27 mart 1875-ci ildə Bordo şəhərində dəmiryol işçisinin ailəsində anadan olmuşdur . 1890-1895-ci illərdə Paris Gözəl Sənətlər Məktəbində Qyustav Monronun sinfində təhsil almışdır. Bir müddət Fovizmlərə yaxın idi, Matisse və Derain ilə dost idi, əsərləri 1905-ci il payız salonunda və 1906-cı ildə İstiqlal salonunda bir qrup sərgidə nümayiş etdirildi. Kitab illüstrasiyası ilə məşğul idi (Şarl-Lui Filippin "Montparnasse-dən Byub" romanı, 1903). 1919-cu ildən İle-de-Fransa bölgəsinin kiçik şəhərlərində yaşadı, çox səyahət etdi, o cümlədən SSRİ-də olmaq (1934). 1920-ci ildə rəssamın əsərinə dair ilk monoqrafiya nəşr olundu. İkinci Dünya Müharibəsi illərini 1911-ci ildə Matisse ilə ilk ziyarət etdiyi Əlcəzairdə keçirdi; Müqavimətdə iştirak etdi. 1945-ci ildə Parisə qayıtdı.
Alman markı
Alman markı (alm. Deutsche Mark‎, qısaca DM, eləcə də danışıq dilində D-Mark) — Almaniya Federativ Respublikasının avroya qədər, yəni 1948-2002-ci illərdə istifadə etdiyi pul vahidi.
Ceyms Markus
Ceyms Markus (ing. James Marcus) — Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir. Ceyms Markus rejissor Stenli Kubrikin 1971-ci ildə çəkdiyi "Qurulan portağal" filmində Corci rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir.
Eddi Merks
Edouard Louis Joseph, Baron Merckx (Hollandca tələffüz : [ɛmɛrks]; Fransız dili: [m ]ks]; 17 iyun 1945[…]) — Eddi Merks kimi daha yaxşı tanınan, Belçikalı keçmiş peşəkar yol və velosiped yarışçısı.11 Böyük Tur (Fransa, Beş Turiya, İtaliya və İspaniya turu), üç Dünya çempionatı və saat rekordu qazanıb. == Həyatı == Meensel-Kiezegem, Brabant, Belçikada anadan olub, valideynlərinin ərzaq mağazası işlədiyi Sint-Pieters-Woluwe-də böyüdü. O, bir neçə idman növü ilə məşğul olsa da, əsl həvəsini velosiped sürməkdə tapıb. Merckx ilk velosipedini üç və ya dörd yaşında aldı və ilk yarışında 1961-ci ildə yarışdı. Onun ilk qələbəsi 1961-ci ilin oktyabrında Petit-Enghien-də oldu. Həvəskar yarışçı kimi səksən yarış qazandıqdan sonra 29 aprel 1965-ci ildə Solo-Superia ilə müqavilə bağlayaraq peşəkar oldu. Onun ilk böyük qələbəsi bir il sonra, Peugeot-BP-Michelin-ə keçdikdən sonra Milan-San Remoda gəldi. 1967 mövsümündən sonra Merckx Faema'ya köçdü.İlk Grand Tour qələbəsi olan Giro d'İtalia-nı qazandı. 1970-1974-cü illər arasında Merckx dörd dəfə Grand Tour dublunu tamamladı. Onun son dubl, həmçinin UCI Yol üzrə Dünya Çempionatında elit kişilərin şose yarışında qalib gəlməsi ilə üst-üstə düşdü və onu velosiped idmanında Üçlü Tac qazanan ilk atlı etdi.
Ferdinand Markos
Ferdinand Markos (Ferdinand Emmanuel Edralin Marcos; 11 sentyabr 1917[…] – 28 sentyabr 1989[…], Honolulu) — Filippin siyasətçi və kleptokratı, Yeni Cəmiyyət hərəkatının sağçı üzvü, diktator,1965-1986-cı illərdə Filippin prezidenti. == Həyatı == Ferdinand Markos 11 sentyabr 1917-ci ildə Şimali İlokos vilayətində kiçik bir şəhər olan Sarrat şəhərində anadan olub. Atası Don Mariano Markos, əyalətin əsas şəhərində - Mindanao adasında Davao əyalətinin qubernatoru - müəllim, hüquqşünas və "Pulitiko" (siyasi komandir) idi. Anası, zəngin torpaq sahibinin qızı Dona Josefa Edralin, məzun olduqdan sonra ibtidai məktəbə öyrətdi. Valideynlərinin nümunəsindən sonra Ferdinand Roma Katolik Kilsəsinin cəsarətli tərəfdarı oldu. Heç vaxt çəkməmiş, içməmiş, sağlam həyat tərzi sürmüş, Filippin adətlərinə hörmətlə əməl etmişdir. O, üç dildə danışırdı - doğma ilokan, ispan və ingilis dilləri. === Gəncliyi === 1939-cu ildə Markos Filippin Dövlət Universitetinin Hüquq Kollecini bitirmiş, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin il magistr dərəcəsi almaq üçün imtahan verənlərin siyahısında ilk olmuşdur. Markos şagird liderlərindən birinə çevrildi - o, mitinqlərdə yaxşı çıxış etdi, Malakanyanqın prezident sarayına çıxdı, o da dörddə bir əsrdən sonra həll olundu. Məktəbdə olduğu kimi, universitetdə o, demək olar ki, bütün yüksək mükafatlar - natiqliyinə görə Keson medalı, məhkəmə praktikasında mükəmməllik üçün Laurel medal, bacarıqlı polemikalara malik olduğu üçün Avansenyi kuboku və hərbi elmdə uğur qazanmaq üçün qızıl medal qazandı.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Henri Parks
Ser Henri Parks (27 may 1815, Vorvikşir qraflığı – 27 aprel 1896, Sidney) — Avstraliya dövlət xadimi, Yeni Cənubi Uelsin Baş naziri (1872-1891, fasilə ilə 1876 ve 1883-1887), Avstraliya dövlətçiliyinin bani atası, jurnalist, yazıçı və şair. Sağlığında The Timesonu Avstraliyanın "əsas siyasi xadimi" adlandırılmışdır. Tədqiqatçılar Parksın xarakterini paradoksal adlandırırlar. Ona parlamentdəki işlərlə, o cümlədən iqtisadi məsələlərlə əlaqədar işlər verilmişdi (məsələn, ölkədə sərbəst ticarət zonası qurdu və ticarət faydaları barədə müqavilələr bağlamışdı), eyni zamanda onunla əlaqəsi olmayan məsələlərdə uğursuz olmuşdu (üçün Məsələn, dəfələrlə iflas etdi). Özü məktəbin yalnız bir neçə sinifini bitirməsinə baxmayaraq təhsili universal, sərbəst və dünyəvi hala gətirdi. Ömrünün çox hissəsini Avropadan yeni immiqrantlar cəlb etmək və məhkumların Avstraliyaya sürgün edilməsinə son qoymaq üçün mübarizə aparmaqla yanaşı, Çin mühacirətini məhdudlaşdırdı. Onun fikirləri liberalizm və radikalizm arasındakı sərhəddə dayanır.
Maris Verpakovskis
Maris Verpakovskis (d. 15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib. == Həyatı == Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub. == Karyerası == === Latviya klubları === Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.