Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anri Masse
Anri Masse (2 mart 1886[…], Fransa – 9 noyabr 1969[…], Paris) – Fransız şərqşünası Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959-cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur. İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin "Baharıstan" əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə "Fars antoloqiyası (XI- XIX əsirlər)" əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş, onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı "İslam" əsəri məşhurdur. Anthologie persane, XIe — XIXe siècles, dernière réédition (2004) dans la Petite Bibliothèque Payot, n°330, ISBN 2-228-89923-2; Le Livre des merveilles du monde, Paris, Éditions du Chêne (fr), 1944; Croyances et coutumes persanes, suivies de Contes et chansons populaires, Paris, Librairie orientale et américaine, 1938; İslam, Bakı, 1980; L`islam, 6 ed., Raris, 1952; Mélanges d'orientalisme offerts à Henri Massé… à l'occasion de son 75e anniversaire, Téhéran, Impr. de l'université, coll. * 1963: Publications of the University of Tehran.
Masse Anri
Anri Masse (2 mart 1886[…], Fransa – 9 noyabr 1969[…], Paris) – Fransız şərqşünası Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959-cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur. İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin "Baharıstan" əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə "Fars antoloqiyası (XI- XIX əsirlər)" əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş, onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı "İslam" əsəri məşhurdur. Anthologie persane, XIe — XIXe siècles, dernière réédition (2004) dans la Petite Bibliothèque Payot, n°330, ISBN 2-228-89923-2; Le Livre des merveilles du monde, Paris, Éditions du Chêne (fr), 1944; Croyances et coutumes persanes, suivies de Contes et chansons populaires, Paris, Librairie orientale et américaine, 1938; İslam, Bakı, 1980; L`islam, 6 ed., Raris, 1952; Mélanges d'orientalisme offerts à Henri Massé… à l'occasion de son 75e anniversaire, Téhéran, Impr. de l'université, coll. * 1963: Publications of the University of Tehran.
Vinsent Massey
Çarlz Vinsent Messi (20 fevral 1887[…], Toronto – 30 dekabr 1967[…], London) — Konfederasiyadan sonra Kanadanın 18-ci Baş Qubernatoru vəzifəsində çalışmış kanadalı diplomat idi. Massey Konfederasiyadan sonra Kanadada anadan olan Kanadanın ilk general qubernatoru idi.
Daniela Masseroni
Daniela Masseroni (28 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Daniela Masseroni İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. Daniela Masseroni 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Daniela Masseroni növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Marinella Falca, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Han-Noa Massenqo
Han-Noa Massenqo (7 iyul 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Massenqo Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 15 iyun 2018-ci ildə klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Massenqo peşəkar karyerasında debütünü 6 noyabr 2018-ci ildə Brügge klubuna qarşı oyunda etmişdir. O, 68-ci dəqiqədə Yussef Ayt Bennaseri əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. Massenqo bu turnirdə meydana çıxan ən gənc fransalı futbolçu kimi tarixə düşmüşdür. Massenqo Fransada anadan olmuşdur. Valideynləri isə Konqo Demokratik Respublikası vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Masselboro
Masselboro (ing. Musselburgh; şot.kelt Baile nam Feusgan) — Şotlandiyada şəhər.
Meddi Masselman
Meddi Masselman (d. 16 iyun 1998) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Meddi Masselman, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Trogon massena
Trogon massena (lat. Trogon massena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin troqon cinsinə aid heyvan növü.
Typhlodromips masseei
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Lis Musse
Lis Musse (8 fevral 1996-cı ildə anadan olub) — Premyer liqa təmsilçilərindən olan Bornmut FK klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Musse həmçinin Fransanın U-20 komandasının üzvüdür. Lis Musse əvvəlcə yerli klublardan olan Sokense Qravill və Havr Kukriauvill klublarında çıxış etmişdir. 2006-cı ildə isə Havr klubunun akedemiyasına qoşulmuşdur. Əvvəlcə Havr klubunun ikinci dəstəsində çıxış etməyə başlayır və 14 qolla yadda qalır. 2014-cü ildə Havr klubunun əsas heyətində debüt edir və 34 oyuna 14 qol vurur. Musse 30 iyun 2016-cı ildə €7.3 milyon qarşılığında Havr klubundan Bornmut FK klubuna transfer olmuşdur. Musse Fransanın U-20 komandasında 2015-ci ildə debüt etmişdir.
Masae Suzuki
Masae Suzuki (d. 21 yanvar 1957) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 45 oyun keçirib.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Elizabet Hasse
Elizabet Hasse (alm. Elisabeth Hasse‎; 1917 – 1945) — Auşvitz konsentrasiya düşərgəsində nasist SS qadın nəzarətçisi və mühafizəçisi. Hasse Auşvitz konsentrasiya düşərgəsində məhbuslara qarşı qəddar rəftarı ilə tanınırdı. Müharibədən sonra sovet hərbi tribunalı tərəfindən mühakimə olunmuş, müharibə cinayətlərində təqsirli bilinmiş, ölüm cəzasına məhkum edilmiş və edam edilmişdir.
Mass-spektrometriya
Mass-spektrometriya - maddələrin ionlaşmış hissəciklərinin kütləyə görə xüsusi analizatorlarda ayrılmasına əsaslanan fiziki analiz növü. Mass-spektrometriya kütlə spektrlərini, atomların kütlə ədədlərini dəqiqləşdirməyə, yeni izotoplar aşkar etməyə, müxtəlif obyektlərdə izotopların yayılmasını müəyyən etməyə imkan verir. Kütlələrin spektrini qeydə almaq sistemindən asılı olaraq üsul mass-spektroskopiya (işıqlanan ekranda kütlələrin bütün spektrinin alınması) və ya mass-spektroqrafiya (fotoplastinkadan istifadə etdikdə) adlanır. Mass-spektrometriya yeni izotopların identifikasiyası üçün əlverişli üsuldur. Geologiyada süxur, mineral, filiz, sularda element izotoplarının yayılmasının anomal nisbətlərinin tədqiqinin bütün hallarında mass-spektrometriya izotop tədqiqatlarının əsas üsulu kimi istifadə edilir. İzotop tərkibinin variyasiyaları nümunədə radiogen izotopun yığılması, ya da müxtəlif geoloji proseslərinin təsiri, temperatur fərqləri, genezis və b. faktorlarla bağlıdır. Mass-spektrometriya (mass-spektroskopiya, mass-spektroqrafiya, mass-spektrometrik tədqiqat, analiz və.s) ionlaşma zamanı əmələ gələn təcrübə komponentlərinin marağını əks etdirən ionların kütlələrinin enerjiyə olan nisbətini təyin etməyə əsaslanan maddələrin tədqiqat metodudur. Maddənin keyfiyyət identifikasiyasının güclü üsullarından biri olub, kəmiyyəti təyin etməyə də imkan verir. Demək olar ki, mass-spektrometriya — təcrübədə olan molekulun "tərəzidə çəkilməsidir." Bütün mass-spektrometrlər – vakum cihazlarıdır, bir halda ki, ionlar yad molekulların iştirakı zamanı ionlar qeyri-sabitdirlər.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
The Mass
The Mass (mahnı)
Alfred de Müsse
Alfred de Müsse (fr. Alfred de Musset; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852). Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur. Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür. Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır.
The Mass (albom)
The Mass - 2003 - cü ildə Era musiqi layihəsi adında Eric Levi tərəfindən çıxarılmış albom. The Mass albomu Era musiqi layihəsi adında çıxarılmış üçüncü albomdur. Albom bir neçə Avropa ölkəsində böyük uğur qazanıb və bütün dünyada 2,5 milyon nüsxəylə satılıb. Alboma adı verilən The Mass mahnısı məşhur alman bəstəkarı Carl Orffun O Fortune klassik parçasının elementləri əsasında işlənmişdir. Albomdan iki sinql çıxarılmışdır. Onlar Looking for Something və The Mass mahnılarıdır. Hər iki mahnıya klip də çəkilmişdir.
The Mass (mahnı)
The Mass — Era musiqi layihəsi adından 2003-cü ildə məşhur musiqiçi Eric Lévinin çıxardığı The Mass albomundan olan son sinql. Mahnı məşhur alman bəstəkarı Carl Orffun bəstlədiyi musiqilərin motivləri əsasında Eric Lévi tərəfindən işlənmişdir. Mahnıda vokal partiyaların ifaçısı Guy Protheroedir. The Mass mahnısı Era musiqi layihəsinin ən uğurlu işlərindən biri olmuş və onu bütün dünyada tanıtmışdır. Ümumiyyətlə The Mass albomu Era musiqi layihəsinin bütün dünyada tanıdılmasında mühüm rol oynamışdır. Təkcə onu qeyd etmək yetər ki, albom bütün dünyada 2,5 milyon nüsxəylə satılmışdır. Mahnıya çəkilən klip də uğurlu olmuşdur. Belə ki, klipdə yer alan tarixi dekorasiya və geyimlər böyük marağa səbəb olmuşdur.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Maisə Rəhimova
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı) Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S. V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Xassə (fəlsəfə)
Xassə — predmetin digər predmetlərdən fərqini və ya oxşarlığını şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi (məsələn, sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.). Hər bir xassə nisbidir. Ağaca münasibətdə dəmir möhkəmdir, almaza münasibətdə yumşaqdır. Hər bir ayrıca şeyin müxtəlif xassələri vardır. Həmin xassələrin vəhdəti keyfiyyəti təşkil edir (keyfiyyət və kəmiyyət). Bütün predmetlərə xas olan və ya materiyanın öz təbiəti bağlı xassələr ümumi (atributiv) xassələr adlanır. Xassələr səciyyəvi və ümumi, başlıca və qeyri başlıca, zəruri və təsadüfi, mühüm və qeyri-mühüm, xarici və daxili, bir araya sığışan və ya bir araya sığışmayan, ayrılan və ayrılmaz, təbii və süni və s.olur. Materializmə görə şeylərin bütün xassələri şeylərin özünə məxsusdur, yəni obyektivdir. Predmetmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi onların keyfiyyətlərinin dərk edilməsi pilləsidir.
Büsse
Byusse (fr. Busset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 849 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 547 yaşda olan (15-64 yaş arasında) 422 nəfər iqtisadi fəal, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.1%, 1999-cu ildə 71.3%). Fəal olan 422 nəfərdən 391 nəfəri (215 kişi və 176 qadın), 31 nəfəri işsizdir (17 kişi və 14 qadın). 125 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 50 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Hassa
Hassa — Hatay ilində ilçə.
Kassel
Kassel — Almaniyanın Hessen vilayətindəki universitet şəhəri. Fulda (d) çayı sahillərində.
Küsse
Küsse (fr. Cusset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03095. 2008-ci ildə əhalinin sayı 13 286 nəfər təşkil edirdi. 2007-ci ildə 8140 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 5463 nəfər iqtisadi cəhətdən fəal, 2677 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəaliyyət göstərən 5463 nəfərdən 4695 nəfər (2433 kişi və 2262 qadın), 768 nəfər işsiz (344 kişi və 424 qadın) idi. Aktiv olmayan 2677 nəfər arasında 891 nəfər şagird və ya tələbə, 966 nəfər təqaüdçü, 820 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lassi
Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran. Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır. Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş kimyon ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.
Lassu
Lassu (fr. Lassouts, oks. Las Sots) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12124. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 28 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 69.2%).
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Lasso
Lasso — ABŞ müğənnisi Lana Del Reyin 2024-cü ilin sentyabr ayında buraxacağı onuncu studiya albomu. İfaçının kantri janrındakı ilk layihəsidir.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Guillermo Lasso
Guillermo Alberto Santiago Lasso Mendoza (16 noyabr 1955, Quayakil[d], Quayas[d], Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Qlasse
Qlasse (fr. glacé — dondurulmuş, soyudulmuş) — dondurma əlavə edilmiş qəhvə əsaslı soyuq içki. Bir fincan üçün Dondurma (vanilli şokoladlı və ya kofeli) — 100 qr Şokolad şirəsi (sirop) — 2 xörək qaşığı Qaymaq (şirin və çalınmış)- 2 xörək qaşığı Monpası konfətləri (sümürulən şüşə konfet) 1 xörək qaşığı Kofeni dəmləyin ve soyudun. Azacıq soyudulmuş qaymağı çalın və şəkər kirşanı əlavə edin. Fujerlərə dondurma doldurun və uzərinə şokolad şirəsi(sirop) əlavə edin. Daha sonra ehtiyatla soyudulmuş kofe əlavə edin. Bundan sonra hər fujerin ustunə bir xörək qaşığı çalınmış qaymaq yerləşdirib üstünə monpası ovuntusu tökun.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.