Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sehrulla Quliyev
Sehrulla Xeyrulla oğlu Quliyev (2 oktyabr 1999; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehrulla Quliyev 2 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sehrulla Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işdə çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sehrulla Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sehrulla Quliyev 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xeyrulla Aslanov
Aslanov Xeyrulla Azad oğlu (29 avqust 1954, Ramana) — Azəbaycanın əməkdar pilotu. == Həyatı == 1954-cü il Avqustun 29-da Bakı şəhəri Ramana kəndində Neftçi ailəsində anadan olmuşdur. İlk təhsilini Ramana kəndindəki E.Ağayev adına 198 saylı orta məktəbdə almışdır. 1972-ci ildə Rusiyanin Sasov şəhərindəki təyyarəçilik məktəbinə daxil olub, 1974-cü ildə həmin təhsil müəssisəsini yüksək göstəricilərlə bitirmişdir. 1974-cü ildə Zabrat aviadəstəsinə 2-ci pilot kimi işə qəbul olmuşdur. 1977-ci ildə AN 2 təyyarəsinin komandiri, 1978-ci ildən 1989-cu ilə qədər eskadriliya komandirinin müavini, eskadriliya komandiri, 323 nömrəli aviadəstənin komandiri vəzifəsində çalışmışdır. 1982-ci ildə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna qəbul olmuş, 1988-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1989-cu ildə Binə Hava Limanına TU-154 təyyarəsinin 2-ci pilotu, 1993-cü ildə isə TU-154 təyyarəsinin komandiri vəzifəsinə təyin olunub. 2000-ci ildə İL-76 HG-nə 2-ci pilot, 2001-ci ildə İL-76 HG-nin kapitanı vəzifəsinə təyin edilmişdir. Eyni zamanda İL-76 təyyarəsinin təlimatçı komandiri kimi də fəaliyyət göstərib.
Xeyrulla Ağayev
Xeyrulla Məmmədov
Xeyrulla Məmmədov — pedaqoq, ədəbiyyatşünas, alim, elmlər doktoru. == Həyatı == Xeyrulla Qulam oğlu Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib. 1957-ci ildə S. M. Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirib. 1957–1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedoqoci fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyyəçi işləyib. Lerik rayonda çıxan "Kolxoz yolu" qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi işləyib. 1960–1963-cü illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunda aspiranturada oxuyub. 1963-cü ilin noyabr ayında ADPİ-da Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girib. 1963–1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim işləyib.
Xeyrulla İbrahimov
Xeyrulla Mais oğlu İbrahimov (19 aprel 1971; Bakı, Azərbaycan SSR — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 4-cü Ordu Korpusunun Artileriya rəisi, Birinci Qarabağ müharibəsinin veteranı və qazisi, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olub. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb. Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. === Birinci Qarabağ müharibəsi === Xeyrulla İbrahimov 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.
Şəbnəm Xeyrulla
== Həyatı == Xeyrullayeva Şəbnəm Ceyhun qızı 1987-ci il noyabrın 4-ü Bakının Sabunçu rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Balaxanı qəsəbəsində yerləşən M.ƏSabir adına orta məktəbdə təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, 2009-2011-ci illərdə isə həmin fakültənin magistr pilləsində təhsil almışdır. ANS Telekanalında çalışmağa başlamazdan öncə, digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2012-ci ildən ANS TV-nin "Alın Yazısı" verilişinin müəllifi və aparıcısıdır. 2013-cü ildən isə "Keçmişə Salam" verilişində də aparıcı kimi çalışır.
Merula migratoria
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus merula
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Nəsrulla
Nəsrulla — kişi adı. Bu adı olan tanınmış şəxslərNəsrulla xan — hökmdar Nəsrulla Nəsrullayev — Azərbaycanın görkəmli ictimai xadimi Nəsrulla Şeyxov — maarifçi, teatr xadimi. Nəsrulla İmanquliyev — Azərbaycan jurnalisti, elm xadimi və ictimai xadim.
Turdus merula mandarinus
Turdus merula mandarinus (lat. Turdus merula mandarinus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula maximus
Turdus merula maximus (lat. Turdus merula maximus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula simillimus
Turdus merula simillimus (lat. Turdus merula simillimus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Hidrotermal məhlullar
Hidrotermal məhlullar (ing. hydrotermal solution s, rus. гидротермальные растворы) — maqmadan ayrılan su buxarları və onları müşahidə edən qazların temperaturu aşağı düşərkən əmələ gələn, maqmatik mənşəli isti su məhlullarıdır. Hidrotermal məhlullar Yer qabığında sirkulyasiya edir və mineral maddələrin yerləşməsinə və çökməsinə səbəb olur. Bu və ya digər anionların üstünlüyünə görə xloridli, sulfatlı və başqa hidrotermal məhlullar ayrılır. İsti hidrotermal məhlullar Yer təkinə süzülmüş səth sularının hesabına da əmələ gələ bilər. Sinonimi "hidrotermlər"di.
Həqiqi məhlullar
Həll olmuş maddə hissəciklərinin ölçüsü 1 nm-dən kiçik olan dispers sistemlərə həqiqi və ya molekulyar məhlullar (yaxud sadəcə məhlullar) deyilir. Belə məhlullarda həll olmuş maddə həlledicinin molekulları arasında molekul və ya ionlar şəklində paylanır. İki və ya daha artıq komponentdən təşkil olunmuş birfazalı sistem məhlul adlanır. Məhlullar homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent həlledici hesab olunur. Məhlullar eyni aqreqat halına malik komponentlərdən əmələ gəldikdə isə miqdarca çoxluq təşkil edən komponent həlledici hesab olunur. Aqreqat halına görə məhlullar qaz, maye və bərk olurlar. Qazlarda molekullararası qarşılıqlı təsir son dərəcə az olduğundan adi təzyiqlərdə onlar bir-birində qeyri-məhdud şəkildə həll olur. Sıxılmış qazlar mayeni və hətta bərk maddəni həll edir.
Nəsrulla Babayev
Babayev Nəsrulla Xanbaba oğlu - texnika elmləri doktoru, professor,I dərəcəli SSRİ Dövlət mükafatı və Azərbaycanıən Dövlət mükafatı laureatı, həmçinin "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. O, iki dəfə Qırmızı Əmək Bayrağı, Lenin və "Şərəf Nişanı" ordenləri və s. ordenlərlə təltiv olunub. == Həyatı == Babayev Nəsrulla Xanbaba oğlu Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Neft-mədən işi ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azneft İB-nin Molotovneft trestinin qazıma kontorunda qazıma üzrə mühəndis işləyib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. Cəbhədən qayıtdıqdan sonra Kaqanoviçneft trestinin quyuların əsaslı təmiri kontorunda böyük mühəndis, sex rəisi işləmişdir. 1945-1946-cı illərdə Kaqanoviçneft trestinin qazıma kontorunun direktoru əvəzi, İdarə Texniki Birliyinin (ПТО) rəhbəri olub. 1946-1949-cu illərdə Azərneft İB-nin dənizdə qazma trestinin Gürgan-dəniz qazıma kontorunun direktoru, Azərneftkəşfiyyat İB-nin Jiloy adasında qazıma kontorunun direktoru işləyib. 1949-1954-cü illərdə Azərdənizneft birliyinin dənizdə kəşfiyyat qazıması trestinin baş mühəndisi olmuşdur.
Nəsrulla Kəngərli
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, “Qırmızı Ulduz“ ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar inşaatçısı” fəxri adına layiq görülmüş, memar, pedaqoq. == Həyatı və yaradıcılığı == Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova “Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar” kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi.
Nəsrulla Nəsrullayev
Nəsrulla Hidayət oğlu Nəsrullayev (24 oktyabr 1920, Bakı – 26 aprel 1978, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, Azərbaycan SSR yüngül sənaye naziri (1975–1978) və Azərbaycan SSR rabitə naziri (1969–1975). == Həyatı == Nəsrulla Nəsrullayev 1920-ci ildə anadan olmuşdur. 1927-ci ildə təhsilinə başlayaraq əvvəlcə Bakı şəhərində 9 nömrəli məktəbdə, sonra isə Azərbaycan Sənaye Politexnikumunun elektrik texnikası şöbəsində, Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil almış və buranı 1941-ci ildə bitirmişdir. Texnika elmləri namizədi, dosent olmuşdur.Nəsrulla Nəsrullayev əmək fəaliyyətinə 1936-cı ildə tələbə olarkən başlamış, Azərbaycan Energetika İdarəsi sistemində növbətçi texnik vəzifəsində işləmişdir. Xəzər Neftdaşıma Gəmiçiliyi İdarəsinin fabrik-zavod məktəbində və Bakı Neft Maşınqayırma texnikumunda pedaqoji fəaliyyət göstərmiş, müəllimlik etmişdir. 1941–1944-cü illərdə zavodda mühəndis, sex rəisi, baş energetik vəzifələrində işləmişdir. 1945–1947-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əvvəlcə elektrik stansiyaları və elektrik sənayesi şöbəsində, sonra isə neft sənayesi şöbəsində təlimatçı olmuşdur.1947–1960-cı illərdə Nəsrulla Nəsrullayev Bakı elektrik maşınqayırma zavodunun direktoru olmuşdur. 1960–1961-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Elektrotexnika Sənayesi İdarəsinin rəisi təyin edilmiş, 1961–1966-cı illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi işləmişdir. 1966–1969-cu illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1969-cu ildən 1975-ci ilə kimi Azərbaycan SSR rabitə naziri, 1975-ci ildən ömrünün son günlərinədək Azərbaycan SSR yüngül sənaye naziri olmuşdur.Nəsrulla Nəsrullayev 1961–1966 və 1976–1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1971–1976-cı illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1961–1963-cü illərdə Mərkəzi Komitənin büro üzvü, 1963–1966-cı illərdə isə büro üzvlüyünə namizəd olmuşdur. SSRİ Ali Sovetinin (6-cı çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5, 8–9-cu çağırış) deputatı seçilmişdir.
Nəsrulla xan
Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt(1806 — 1860)—Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. == Həyatı == Seyid Nəsrullah Bahadur xan ibn Heydər xan Manqıt 1806-cı ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı. 15 yaşından başlayaraq hakimiyyət uğrunda mübarizə başlamışdı.1821-ci ilin yazından başlayaraq Buxara əmirliyinin ordusuna başçılıq etmişdi.Miyanqala üsyanının yatırılmasında iştirak etmişdi. Özbək tayfaları tərəfindən tutulmuş Kattakurqan şəhərini azad etmişdi. Onun əmri ilə 400 nəfərdən 700 nəfərədək adamın başı vurulmuşdu. Gizli olaraq hazırladıqları bu girişimdən nəticə ala bilməyən Kokand xanlığının müxalifləri, Buxara Əmiri Nasrullaha xəbər göndərərək, Onu Kokandı ələ keçirməsi üçün təşviq ətməyə başlamışdılar. Müxaliflərin yardımı ilə Kokand hakimi Məhəmmədəli xanın məmləkəti idarə edərkən zalımca tövr sərgiləməsi, atasının nikahlısını alması və səfihliği propaqandası aparan Əmir Nasrullah, Kokand xalqında hüzursuzluğun ortaya çıxmasına səbəbiyət vermişdir. Kokand daxilində uyğun ortamı hazırlayan Əmir Nasrulla, 18.000 əsgərdən ibarət olan bir orduyla hərəkətə keçmiş və Kokanda təqribən 25 km² uzaqda ordusunu əyləşdirmişdi. Buxaralıların üzərinə gəldiyini duyan Məhəmmədəli xan, müxaliflərin planı nəticəsində Əmir Nasrulla ilə qarşı-qarşıya gəlməkdən çəkinmiş, Kokandı tərk edərək Oşa çəkilmək məcburiyyətində qalmışdır.
Nəsrulla İmanquliyev
Nəsir Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). == Həyatı == Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir.Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır.Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. O, Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dərs demişdir.Nəsir İmanquliyev 1948-1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.
Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. == Həyatı == Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. == Mənbə == Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü. == Həyatı == Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır. == Fəaliyyəti == Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir. 1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır. 1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir.
Əmirulla Əliyev
Əmirulla Vahid oğlu Əliyev (7 oktyabr 1996; Şamaxı, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirulla Əliyev 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əmrulla Saleh
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. == Həyatı == Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir.
Mirzə Nəsrulla xan
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri == Həyatı == Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Nəsrulla Əmirov
Mirzə Nəsrulla Əmirov (d.1873, Naxçıvan – ö.1937 Naxçıvan) — Müsəlman Milli Komitəsinin sədri, Naxçıvan Milli Şurasının sədri, repressiya qurbanı. == Həyat və fəaliyyəti == Mirzə Nəsrulla 1873-cü ildə Naxçıvanda anadan olmuşdur. 1886-cı ildə peşəsi mülkədar və yerli həkim olan Mirzə Nəsrulla Əmirov 1917-ci ildə ticarətlə məşğul olmuşdur. 1919-cu ildə Mirzə Nəsrulla Müsavat hakimiyyəti dövründə təşkil olunmuş Milli Məclisin sədri (Naxçıvan Milli Komitəsinin sədri) seçilmişdir. === Ailəsi === Oğulları: Cabbar Əmirov Cəlil Əmirov Kazım Əmirov Kərim ƏmirovQızları: Tovuz Əmirova Tərlan Əmirova Nusrət Əmirova Xurşud Əmirova Ürfət Əmrova Nigar Helmi Abbasbəyli (nəticəsi) Ilham Mustafayev (nəticəsi) == Repressiya qurbanı == Mirzə Nəsrulla Əmirov 1937-ci ildə repressiya qurbanlarından biri olmuşdur. == Həmçinin bax == Cəlil Əmirov Cabbar Əmirov Nigar Helmi Abbasbəyli == Xarici keçidlər == Görkəmli şəxsiyyətin layiqli davamçısı Maarif fədaisi,... == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar". Bakı, ― Azərnəşr‖, 2011 – 296 s.
Mirzə Nəsrulla Ərdəbili
Mirzə Nəsrulla Ərdəbili (?-1854)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Nəsrulla Ərdəbil şəhərində anadan olmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. Şəhərlərinin dini işləri ilə məşğul olmuşdu. Sədrülməmalik ləqəbini daşıyırdı. Mirzə Nəsrulla şair idi. Nüsrət təxəllüsü ilə xoştəb şeir yazırdı. Tanınmış bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: “Nüsrət Mirzə Nəsrulla Sədrül-Məmalik Ərdəbili – bilikdə və rəvan nitqdə öz əsrinin yeganəsi idi. O, zəmaməsinin bir çox alimləri və arifləri ilə dost olmuşdur. Mirzə Nəsrulla İsfahanda bilik əldə etmiş və Həsənəlişahın müridi olmuşdur. O, bir müddət Məhəmməd şahın müəllimi olub, vəzirlik dərəcəsinə də çatmışdır.
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.