Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Bulbophyllum minax
Bulbophyllum minax (lat. Bulbophyllum minax) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Minab şəhristanı
Minab şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Minab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 254,304 nəfər və 50,478 ailədən ibarət idi.
Minas-Jerays
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir. Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)» anlamını verir. Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir.
Minas (Salmas)
Minas (Fars.: ميناس‎) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənd. Minas şəhəri Qərbi Azərbaycan ostanının Salmas şəhristanının mərkəzi bəxşinə tabe olan kənddir. Bu kəndin əhali sayı 2006-cı ildə aparılan siyahıyaalınmaya görə, 137 ailə - 565 nəfərdən ibarətdir.
Minas Avetisyan
Minas Avetisyan (erm. Մինաս Ավետիսյան, 20 iyul 1928[…], Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSRİ – 23 fevral 1975, İrəvan) — Ermənistan-sovet rəssamı. Minas Avtisyan Sovet Ermənistanın Carcur kəndində anadan olub. Onun anası Sofo Qalıdan keşişin qızı olub, atası Karapet isə Muşlu dəmirçi idi. Onun həyat yoldaşı Qayane Mamajanyan idi. Onun əsərlərinin əsas mövzusu Ermənistan təbiəti, Carcurun təbiəti, din, yoxsul insanlar, dağlar, çöllər və s. idi. Avetisyan 1962-ci ildə İrəvanda keçirilən "Beşliyin sərgisi"ndə öz işlərini təqdim etmişdi. Çoxsaylı mütəxəssislər və sərgiyə gələnlər onun işini yüksək qiymətləndirmişdilər. Avetisyanın metodu bir vaxtlar Ermənistan incəsənətində geniş yayılmış plener rəssamlığından fərqli idi.
Nicki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
Niki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
Nikki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
PUC Minas
Minas Gerais Pontifik Katolik Universiteti (port. Universidade Católica de Minas Gerais və ya qısaca PUC-MG) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universitetidir.
Şinaz qülləsi
Şinaz qülləsi və ya Eşik qalası - Şəki rayonu Şin kəndində Orta əsrlərə aid tarixi abidə.
Kalta-Minar
Kalta-Minar (özb. Kalta Minor) — Xivədə İçan-Kala sitadelinin ərazisində yerləşən yarımçıq minarədir. Məhəmmədəmin xan mədrəsəsinin sağında yerləşir və bəzən onun bir hissəsi hesab olunur. Kalta Minar adı özbək dilindən qısa minarə kimi tərcümə olunur. == Tarixi == Kalta-Minar Xivə xanlığının xanı Məhəmmədəmin xan tərəfindən müsəlman dünyasının ən böyüyü və ən hündürü minarəsi kimi yaradılmışdır. Onun planına görə, minarənin hündürlüyü 70-80 metr olmalı, diametri yüksəldikcə kəskin şəkildə azalmalı idi ki, bu da minarəni daha davamlı edəcəkdi. Onun təməlinin diametri 14,2 metrdir. Tikintisinə 1852-ci ildə başlanılır və 1855-ci ildə minarənin hündürlüyü 29 metrə çatanda gözlənilmədən tikinti dayandırılır. Xivəli tarixçi və yazıçı Agahinin yazdığına görə, tikintinin təşəbbüskarı, Seraxs yaxınlığında türkmənlərlə döyüşdə həlak olan Məhəmmədəmin xanın 1855-ci ildə vəfat etməsi səbəbindən tikinti başa çatmamışdır. 1996-1997-ci illərdə Özbəkistanın tarixi memarlıq abidələrinin yenidən qurulması üzrə genişmiqyaslı kampaniya çərçivəsində və Xivə şəhərinin 2500 illik yubileyi münasibətilə minarə əsaslı şəkildə bərpa edilib.
Mina (ad)
Mina — ad. Mina Mazzini — səhnə adıyla Mina olan italyan müğənni.
Mina (diş)
Mina — dişi örtən parlaq qabiqdır Mina ən möhkəm hüceyrədir. Bu, onun tərkibinin 95%-nin qeyri-üzvi madələrdən təşkil olunması ilə izah olunur. Mina təbəqəsini tərkibində su 2-3%-dir ki, bu da digər orqanlardan ən az göstəricidir. Onu möhkəmliyi 397.6 kq/mm2-na çatır. Bu, ancaq almazın möhkəmliyindən bir qədər aşağıdır. Dişin mina qatının qalınlığı yerinə görə müxtəlifdir və 2 mm-ə qədər ola bilir.
Mina (dəqiqləşdirmə)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Mina dağı — Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Mina (diş) — dişlərdə xüsusi təbəqə.
Mina (obraz)
Mina Qazi
Mina Qazi, Xanım Mina (d. 1908 - ö. 17 fevral 1998, Mehabad, İran ), Qazi Məhəmmədin (Mehabad Respublikasının prezidenti) sələfinin həyat yoldaşı idi.
Mina Quliyeva
Quliyeva Mina Əliqulu qızı — Alim, pedaqogika elmləri namizədi, fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, tədqiqatçı alim. 1925-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Mina Əliqulu qızı Quliyeva, yüksək “müəllimə” adı ilə tanınırdı. Atası, Əliqulu Quluzadə Azərbaycan dili müəllimi idi. Orta təhsilini əsasən, Bakının 16 nömrəli rusdilli məktəbində almışdı. 1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji Institutunun xarici dil fakultəsinin fransız dili şöbəsini əla qiymətlərlə, o vaxt ən yüksək hesab edilən “Stalin təqaüdü” ilə, iki ixtisas üzrə (“Orta məktəb Fransız dili müəllimi” və “Hərbi tərcüməçi”) bitirdi. Institutu hərbi tərcüməçi kimi bitirdikdən sonra ona leytenant rütbəsi və hərbi bilet verildi. Mina xanım uzun illər respulikanın ali məktəbləri: V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Müəllimlər Xarici dillər İnstitutunda, M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fransız dili müəllimi vəzifəsini və eyni zamanda müxtəlif illərdə kafedra müdiri, dekan, prorektor vəzifələrini də icra etmişdir. Mina xanım 1953-cü ildə Pedaqoji elmlər namizədi dərəcəsi, 1965-ci ildə Fransız dili kafedrasının dosenti adını almışdır. Işlədiyi illər ərzində təhsilini təkmilləşdirmək məqsədi ilə və Respublika ziyalısı kimi Moskva, Paris, Strasburq, Dakar və digər şəhər və ölkələrdə olmuşdur.
Mina Sandvoll
Mina Sandvoll (ing. Mina Sundwall; 23 oktyabr 2001, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Sandvoll 24 oktyabr 2001-ci ildə Nyu-York şəhərində anadan olmuşdur.[mənbə göstərin] İlk dəfə aktrisa olaraq 2012-ci ildə "Celebrity Ghost Stories" qorxu teleserialının 4-cü mövsümündə görünmüşdür. 2014-cü ildə "Law & Order: Special Victims Unit" filmində çıxış etmişdir. 2015-ci ildə isə romantik komediya-dram janrında "Maggie's Plan", triller janrında "Freeheld" və qorxu janrında "#Horror" filmlərində yer almışdır. 2018-ci ilin aprel ayında buraxılan Netflix serialı "Lost in Space"də Penni Robinson rolunu canlandırmışdır.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Mina dağı
Mina dağı – Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Dini kitablarda bu dağın adına rast gəlinir. Bu kitablarda deyilir ki, İbrahim Peyğəmbər (ə.s) oğlu İsmaili Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Həcc ziyarətinə gedən zəvvarlar zilhiccənin 10-12-də Minada qalırlar. Həcc ziyarətinin rükünlərindən olan böyük, orta və kiçik cəmərələrə daş atma, eləcə də qurban kəsmə əməllərini burada yerinə yetirirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mina lobata
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Mina Əhədi
Mina Əhədi (farsca:مینا احدی) — əslən İran azərbaycanlılarından olan siyasi aktivist. Hal-hazırda İran Fəhlə-Kommunist partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvüdür. 1956-cı ildə Cənubi Azərbaycanda Əbhər şəhərində anadan olmuşdur. Həyat yoldaşı da siyasi aktivist olmuş və İran İslam Respublikası tərəfindən cütlüyün məxsusi olaraq evlilik ildönümü tarixində edam edilmişdir. Bu hadisə Mina Əhədinin edam hökmünə qarşı sonrakı mübarizəsinin əsas motivasiya qaynağı olmuşdur. O, hal-hazırda Almaniyada yaşayır və işləyir. 2 qız övladı vardır. Mina Əhədi inanc əsaslı qanunlar sisteminə qarşıdır və bütün vətəndaşların bərabər olacağı hüquq sistemini dəstəkləyir. Bundan əlavə Mina Əhədi Edam Əleyhinə Beynəlxalq Komitənin və Daşlama (Rəcm) Əleyhinə Komitənin əsas simasıdır. O, həmçinin Almaniya Keçmiş Müsəlman Mərkəzi Şurasının əsas qurucusudur.