Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirkelam
Fergan Mirkelam (20 may 1966, İstanbul) — türk müğənni, mahnı müəllifi, bəstəkar.
Mirsalam Cəfərov
Mirsalam Təvəkkül oğlu Cəfərov (7 aprel 1994, Tovuz rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Mirsalam Cəfərov 1994-cü ilin 7 aprel-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. 2001-ci ildə Elşad Orucov adına bayramlı kənd tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2011-ci ildə həmin məktəbdən məzun olmuşdur. Elə həmin il Hərbi tibb məktəbinə qəbul olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirib Beyləqan rayon N saylı hərbi hissədə xidmətə başlamışdır.2014-cü ildə Azərbaycan xüsusi təyinatlı qüvvələrin kursunu keçib. 2015-ci ildə Ankara Xüsusi təyinatlı Qüvvələr məktəbindən məzun olmuşdur və Azərbaycanda kəşfiyyatçı olaraq xidmətə başlamışdır. == Hərbi xidməti == Gizir Mirsalam Cəfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu. Aprelin 11-i isə Mirsalam Cəfərov doğulduğu Tovuz rayonunun Bayramlı kəndində son mənzilə yola salındı.
Mirsalam Mirsalamov
Mirsalam Mirsalamov (tam adı: Mirsalam Ağasəlim oğlu Mirsalamov, 28 avqust 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan prodüseri, teleaparıcısı, rejissoru və aktyoru. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Anons və Dizayn qrupunun rəhbəri, “Süfrəmiz” və ”Canlı Səs” Tele-layihələrinin aparıcı və yaradıcısı, “Planet Parni iz Baku” Studiyasının İcraçı prodüser və rejissoru, “Planet Parni iz Baku Events” şirkətinin direktoru, “Ay Brilliant”, “Ölülər 21 əsr”, “Ağanatiq”, ”Bəxt Üzüyü”, ”Məhəllə 3” filmlərinin icraçı prodüseri, “Həddən artıq uyğunluq” filmində aktyor kimi çalışmışdir.[mənbə göstərin] == Həyatı == Mirsalam Mirsalamov 28 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 102 saylı məktəbə gedən Mirsalam 1998-ci ildə Azərbaycan Dövlət Maliyyə və İqtisad Kollecinin “Bank işi” ixtisasına daxil olmuşdur. 2002-ci ildə kolleci bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kultroloqiya fakültəsində Mədəniyyətin meneceri ixtisası üzrə təhsil almışdır. == Yaradıcılığı və iş fəaliyyəti == 2000-ci ildə Space Müstəqil Tele-Radio Kompaniyasında rejissor assitenti kimi fəaliyyətə başlayıb. 2006–cı ilədək Space Müstəqil Tele-Radio şirkətində administrator, prodüser və rejissor vəzifələrdə çalışıb. 2006-2009-cu illərdə Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında icraçı prodüser, 2009-2012-ci illərdə baş prodüser və aparıcı vəzifələrində işləyib. 2012-ci ildə “Ay Brilliant” filmində icraçı Prodüser vəzifəsində çalışıb. 2012-2013-cü ildə Grand MMC nin baş direktoru vəzifəsini tutub. 2013-cü ildən bu günə qədər Planet Parni iz Balu studiyasında icraçı prodüser, Planet Parni iz Baku Events şirkətinin direktoru vəzifəsində çalışıb.
Mikalar
Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar - adi mikalar (X-K, Na) və kövrək mikalar (X-Ca) bölünür. Dioktaedrik mikalar muskovit, paraqonit və qlaukoniti; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu [310] olan «mika qanunu» üzrə. Ayrılma {001} üzrə olduğca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir.
Miralay
Miralay (Osmanlı dili: ميرآلای), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və kaymakam rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Miralay rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Mirkazım Aslanlı
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar. == Həyatı == Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur. M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir. == Ailəsi == Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır. == Fəaliyyəti == === İstisu === XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Mirkazım Kazımov
Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Mirkazım Kəlbəliyev
Mirkazım Firuz oğlu Kəlbəliyev (5 noyabr 1992; Sabunçu rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirkazım Kəlbəliyev 5 noyabr 1992-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Bakı şəhər 172 saylı tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, iki qız övladı yadigar qaldı. == Hərbi xidməti == Mirkazım Kəlbəliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Mirkazım Kəlbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirkazım Kəlbəliyev sentyabrın 27-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirkazım Məmmədov
Mirkazım Məmmədov (6 dekabr 1911, Ramana, Bakı qəzası – sentyabr 1996, Bakı) — neftçi-geoloq alim, Əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi (1967). == Həyatı == Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin universiteti bitirərək neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib. == Əmək fəaliyyəti == Mirkazım Məmmədov əmək fəaliyyətinə "Əzizbəyovneft" idarəsində başlayıb. O, trestin kəşfiyyat bürosunda texnik-geoloq, mühəndis-geoloq, neft ustası, trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini icra edib. Mirkazım Məmmədov 1946-cı ildə "Kirovabadneft" trestinə, sonra "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunub. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olub. O, 1960-cı ilin fevralından "Lenin" ordenli "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin edilib. Mirkazım Məmmədov 1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyində Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Mirkazım Seyidov
Miralem Pyaniç
Miralem Pyaniç (Serbo-Xorvatca tələffüz: [mirâːlem pjâːnitɕ]; 2 aprel 1990[…], Tuzla) — Bosniyalı futbolçudur. Yarımmüdafiəçi mövqeyində Seriya A klublarından biri olan "Yuventus" da və Bosniya və Herseqovina millisində oynayır. Pyaniç peşəkar karyerasını bir mövsüm oynadığı Metsdə başladı. 2008-ci ildə "Lion" a transfer olundu və üç mövsüm orada oynadı. 2011-ci ildə "Roma" ilə müqavilə bağladı. Romada İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçi seçildi. 2016-cı ildə "Yuventus" la müqavilə imzaladı. Pyaniç Yuventus ilə Serie A və Coppa Italiaya turnirlərində qalib gəldi və 2015-16, ardınca 2016-17-ci illərdə Serie A-da rəmzi komandada yer aldı. O, həmçinin "Yuventus" un 2016-17-ci illərdə Çempionlar Liqasındakı final oyununa verdiyi töhfələrə görə UEFA Çempionlar Liqası mövsümü komandasına seçildi. Lüksemburq millisində də oynayan Pyaniç ilk milli görünüşünü 2008-ci ildə Bosniya və Herseqovina ilə birlikdə etdi.
Mirbala Rəsulov
Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989; Şabran rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirbala Səlimli
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. == Həyatı == Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Mirbala Səlimov
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. == Həyatı == Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Mirkazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. == Həyatı == Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Qışlaq-i Miraaləm (Biləsuvar)
Qışlaq-i Miraaləm (fars. قشلاق ميراعلم‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).