Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirkazım Aslanlı
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi – 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar. == Həyatı == Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur. M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir. == Ailəsi == Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır. == Fəaliyyəti == === İstisu === XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Mirkazım Kazımov
Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Mirkazım Kəlbəliyev
Mirkazım Firuz oğlu Kəlbəliyev (5 noyabr 1992; Sabunçu rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirkazım Kəlbəliyev 5 noyabr 1992-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Bakı şəhər 172 saylı tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, iki qız övladı yadigar qaldı. == Hərbi xidməti == Mirkazım Kəlbəliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Mirkazım Kəlbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirkazım Kəlbəliyev sentyabrın 27-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirkazım Məmmədov
Mirkazım Məmmədov (6 dekabr 1911, Ramana, Bakı qəzası – sentyabr 1996, Bakı) — neftçi-geoloq alim, Əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi (1967). == Həyatı == Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin universiteti bitirərək neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib. == Əmək fəaliyyəti == Mirkazım Məmmədov əmək fəaliyyətinə "Əzizbəyovneft" idarəsində başlayıb. O, trestin kəşfiyyat bürosunda texnik-geoloq, mühəndis-geoloq, neft ustası, trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini icra edib. Mirkazım Məmmədov 1946-cı ildə "Kirovabadneft" trestinə, sonra "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunub. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olub. O, 1960-cı ilin fevralından "Lenin" ordenli "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin edilib. Mirkazım Məmmədov 1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyində Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Mirkazım Seyidov
Mirkazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. == Həyatı == Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Mirnazim Əsədullayev
Mirnazim Müştəba oğlu Əsədullayev (27 avqust 1951, Bakı) — kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. Həmçinin, kamança ifaçısı Toğrul Əsədullayevin atasıdır. == Həyatı == Mirnazim Müştəba oğlu Əsədullayev 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1973-cü illərdə Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976–1981-ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971–1976-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində- ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, İran , İraq, Özbəkistan və s. ölkələrdə konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. 1969-cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. Hal hazırda muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi olaraq fəaliyyət göstərir. Mirnazim Əsədullayevin Azərbaycan Televiziya və Radiosunun "Qızıl fond" unda "Nəva", "Rahab", "Çahargah", "Bayatı-şiraz", "Humayun", "Orta-mahur" və başqa lent yazıları qorunub saxlanılır.
Ayan Mirqasım
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirqasım Vahabov
Mirqasım Fazil oğlu Vahabov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru. == Həyatı == 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1974–1976-cı illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Uçot- iqtisad" fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.
Mirqasım Əfəndiyev
Mirqasım Hacı Ömər oğlu Əfəndiyev (1902-1992) — Qazax Müəllimlər Seminariyasının məzunu (1924) və direktoru (1931-1936), maarifçi, riyaziyyatçı. == Həyatı == Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olub. 3 yaşında olarkən anası- Söylü xatunu, 14 yaşında ikən (1916) atası -dövrünün görkəmli alimi, ilahiyyət nəzəriyyəsinə və təsəffüf fəlsəfəsinə dair əsərləri ilə şöhrət qazanmış Hacı Ömər Əmir oğlu Əfəndini itirir. İbtidai təhsilini aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olub. 1924-cü ildə seminariyanı bitirmiş Mirqasım Əfəndiyev Səməd Vurğun, Mehdixan Vəkilov, Əhməd ağa Gülməmmədov, Süleyman bəy Qayıbov Yusif əfəndi Əfəndiyev, Əli Hüseynov (Mehdi Hüseynin atası), kimi dövrünün məşhur və tanınmış ziyalıları ilə bir seminariyada, bir sinifdə oхuyub. == Fəaliyyəti == 1925-ci illdə Gəncə seminariyasına riyaziyyat müəllimi və director müavini göndərilib. Bir müddət burada işləyəndən sonra Bakı Dövlət Universitetinin riyaziyyat və tarix fakultəsinə daxil olaraq 1931ci-ildə universiteti bitirib. 1931-1936-cı illər Mirqasım Əfəndiyev Maarif Nazirliyinin göndərişi ilə Gazax Myəllimlər Seminariyasına rəhbərlik edib. 1936-cı ildə Azərbaycanı repressiyalar dalğası bürüməyə başladığı dövrdə qardaşları- Mahmudalı Əfəndinin 1918-20-ci illər Azərbaycan Demokratik Cumhuriyyətinin Ordusunda musavatın ideyalarına xidmət etmiş zabit kimi, böyük qardaşı Məhəmmədəli Əfəndi və bacısı oğlu İsmayıl Əfəndi Allaha və islama olan dini əqidəsi və millətinə bağlılığı səbəbindən Sibirə sürgün edildiiklərinə görə, o Kommunist partiyasının sıralarından xaric edilib. 1938-ci ildə Gəncə Dəmiryol məktəbinə riyaziyyat müəllimi göndərilib.
Oqtay Mirqasım
Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018). "İstiqlal" ordenli (2023). == Həyatı == Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. == Həyatı == Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.
Morazım (Auırqazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. == Həyatı == Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Markazit
Markazit (şüalı kolçedan) FeS2 (lat. marcasita) — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – yaşıl çalarlı bürüncü-sarı, təzə sınıqlarda ağ rəngli olur, bəzən oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9; S – 5-6; Kövrəkdir; Ayrılma – {101} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: lövhəvari, dipiramidal, nizə şəkilli, hərdənbir prizmatik; İkiləşmə: tez-tez {101} üzrə; sadə və polisintetik ikiləşmələr, bəzən beşləşmələr qeyd olunur; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, konsentrik-zonal, radial-şüalı, axın formalı, salxım- və böyrəkvari əmələgəlmələr, konkresiyalar, stalaktitlər, "xoruz pipiyi" tipli mürəkkəb kristal bitişikləri. Pirit üzrə epitaksial bitişiklər, pirrotin və üzvi qalıqlar üzrə tez-tez rast gələn psevdomorfozalar çox səciyyəvidir. == Mənşəyi və yayılması == Yayılma dərəcəsinə görə FeS2--nin kubik modifikasiyasından – piritdən geri qalır və autigen-diagenetik əmələgəlmə kimi ən çox çökmə süxurlarda müşahidə olunur. Bəzi kolçedan yataqlarında markazitin pirrotin üzrə psevdomorfozaları geniş yayılmışdır. Damar tipli hidrotermal yataqlarda markazitin yayılma miqyası adətən geniş deyil. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, pirrotin, sfalerit, tetraedrit, tennantit, qalenit, hötit, kvars. Mineralın tapıldığı yerlər: Klaustal, Freyberq (Almaniya); Komorjani (Çexiya); Blyava, Yaman-Kası, Kurya-Kamenski, Troitski-Baynovski (Rusiya) və b.
Mirfazil Mirmövsümov
Mirfazil Mirhüseyin oğlu Mirmövsümov (d. 1907, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 23 aprel 1942, Xrestise, Ukrayna SSR, SSRİ) — Azərbaycan fotoqrafı və fotojurnalisti. == Həyatı == 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur, keçmiş 1 May küçəsi, dalan 5, mənzil 3-də yaşamışdır. 9 yaşında olanda atası vəfat etmiş, anasınm himayəsi altında böyümüşdür. 1931-ci ildə Rəhimə xanımla ailə həyatı qurmuş və üç qız (Səkinə, Rəfiqə və Almas) atası olmuşdur. Ailəsini dolandırmaq üçün fotomüxbir kimi işləmiş və müxtəlif dövrü mətbuatda şəkilləri çap olunmuşdur. 1936-cı ildən Azərfilmdə işləmişdir. Böyük Vətən müharibəsi başlayanda müharibəyə getmiş və geri qayıtmamışdır. 1942-ci il 23 aprel tarixində Ukraynanın Slavyansk vilayətinin Xrestise kəndində qardaşlıq məzarında dəfn olunmuşdur.
Mirkamil Rəhimov
Mirkamil Rəhimov (tam adı: Mirkamil Pirəli oğlu Rəhimov; 18 iyun 1956, Bakı – 30 mart 2016, Bakı) — Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi idman şöbəsinin keçmiş müdiri, respublikanın "Əməkdar bədən tərbiyəsi və idman xadimi". == Həyatı == 18 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşqul olub və idman ustalığına namizəd normasını yerinə yetirib. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakultəsinə daxil olub. 1977-ci ildə institutu müvəfəqiyyətlə bitirdikdən sonra, Rusiyanın Xabarovsk vilayətinin Svobodnı şəhərində bir il hərbi xidmət keçib. Hələ tələbəlik illərində Azərbaycan SSR Avtomobil Nazirliyinin 2708 nömrəli avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz iş yerinə qayıdıb. “Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülən M.Rəhimov 1987-ci ildə Həmkarlar ittifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı vəzifəsinə təyin olunub. 1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi, sonralar isə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — neftçi-geoloq, professor, pedaqoq, ictimai xadim, texnika elmləri doktoru (1962), Azərbaycanın Əməkdar ixtiraçısı (1964), SSRİ-nin Əməkdar ixtiraçısı (1989), AMEA-nın müxbir üzvü (1980) == Həyatı == Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Bakıda yerləşən 132 nömrəli orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazıl­ması ixtisası üzrə Neft-mədən fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Seyid-Rza Mir Kərim oğlu institutda təhsil almaqla yanaşı, 1943-1946-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında laborant vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra təyinatla "Azneft" Birliyinin Turbin Qazma Trestinin Şərq kontoruna göndərilib. O, burada mühəndis, sahə rəisi, istehsalat-texniki şöbəsinin rəisi və baş mühəndis vəzifələrini icra edib. 1943-cü ildə həmin idarə Seyid-Rza Kərim oğlunun rəhbərliyi ilə Köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq əyrintisi olan bir quyu qazıb. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilirdi. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış "Kürkən-dəniz" yatağında istismar qazmasına rəhbərlik edib. Seyid-Rza Mir Kərim oğlu 50-ci illərin əvvəllərində Dənizdə İstismar Quyularının Qazılması İdarəsində baş mühəndis kimi çalışıb.