Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirmehdi Ağaoğlu
Mirmehdi Mirkazım oğlu Ağaoğlu (15 oktyabr 1982, Aşağı Qaramanlı, Neftçala rayonu) — azərbaycanlı yazıçı və publisist. Mirmehdi Ağaoğlu 15 oktyabr 1982-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhəri Sabunçu rayonu 170 saylı orta məktəbdə təhsil alıb. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu fakültəsində oxuyub. 2005-ci ildən Mirmehdi Ağaoğlu imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2008–2012-ci illərdə "Xalqbank"da kassir vəzifəsində çalışıb. 2012–2018-ci illərdə isə "Kulis.az" internet dərgisində redaktor kimi fəaliyyət göstərib. 2019-cu ildən APA Holdinqdə redaktor vəzifəsində çalışır. 2011-ci ildə "Görüş" adlı romanı işıq üzü görüb. 2012-ci ildə "Küləyi dişləyən" adlı romanı ilə oxucuların qarşısına çıxıb.
Mirmehdi Ağayev
Mirmehdi Ağayev (1 sentyabr 1913, Bakı – fevral 1942) — SSRİ çempionatında top vuran ilk azərbaycanlı futbolçusu, "Temp" komandasının futbolçusu, ikiqat Azərbaycan kubokunun (1937-1938) sahibi. Mirmehdi Ağayev 1913-cü il sentyabrın 1-də Bakıda anadan olub. 1898-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda toxuculuq fabriki açdıqdan sonra başqa ölkədən Bakıya işçi qüvvəsi axını başlamışdı. Mirmehdi Ağayevin atası Mirmövsüm, anası Xeyransa xanım İrandan köç edənlərdən idilər. Mirmehdi Ağayev 15 yaşında toxuculuq fabrikində çilingər vəzifəsində işləməyə başlayır. Burada kombinatdakı futbol komandasının məşqçisi Şirəli Şirəliyevlə tanış olur. O, heç fikirləşmədən məhəllə futbol komandasında ad-san qazanmış Mirmehdini öz komandasına götürmüşdü. Kombinatın işçiləri Mirmehdinin oyunlarını izləmək üçün nəinki "Toxucu” komandasının oyunlarına, hətta komandanın məşqlərinə də tamaşa etmək üçün stadiona gedərdilər. 30-cu illərdə Bakı inşaatçılarının Həmkarlar İttifaqı tərəfindən "Temp” komandası yaranmışdı. 1937-ci ildə komandanı yarışlara moskvalı mütəxəssis Vladimir Blinkov hazırlayırdı.
Mirmehdi Həkimzadə
Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı – 1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı. Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir. Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir. 1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır.
Mirmehdi Seyidzadə
Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur.
Mirmehdi xan Qasımlı-Əfşar
Mirmehdi xan —1747-ci ildən 1752-ci ilə qədər hakimiyyətdə olmuş ilk İrəvan xanlığı xanı. O, hakimiyyətə Nadir şahın ölümündən sonra gəlmişdir. Lakin bəzi mənbələrdə onun hələ Nadir şahın sağlığında da İrəvanın hakimi olduğu yazılmaqdadır. Mir Mehdi xan mənşəcə Azərbaycan türklərinin Əfşar boyunun Qasımlı tirəsindəndir. 19-u iyuldan 20-ə keçən gecə Nadir şahın öldürülməsindən sonra onun imperiyasında böyük qarışıqlıq dövrü başladı və taxt uğrunda müxtəlif iddialar səsləndirildi. Bu qarışıqlığın sonunda Nadir şahın qardaşının oğlu Əliqulu xan Adil şah adı altında özünü şah elan etdi. Lakin bu yeni şah feodal xanlıqların formalaşmasının qarşısını ala bilmədi. Bu zaman Təbrizin hakimi Əmiraslan xan Əfşar generallarından biri olan Mir Mehdi xan Əfşarı İrəvandakı üsyanı yatırmaq üçün göndərdi. Lakin sonda Mir Mehdi xan üsyançılarla razılığa gəlib üsyana qatıldı və ona rəhbərlik etməyə başladı. O, ətrafına Əfşar döyüşçülərini də qataraq təxminən 30 min nəfərlik ordu düzəltdi və Əmiraslan xana qarşı çıxdı.
Şeyxülislam Axund Mirmehdi Həkimzadə
Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı – 1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı. Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir. Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir. 1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır.
Hacı Mirmehdizadə
Hacı Mükərrəm oğlu Mirmehdizadə (1 yanvar 1968, Dondarlı, Qubadlı rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşünas; SSRİ yunan-roma güləşçisi. SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018). == Həyatı == Hacı Mirmehdizadə 1968-ci il yanvarın 1-də Qubadlı rayonun Dondarlı kəndində anadan olub. 1985-ci ildə Dondarlı kəndi orta məktəbini bitirib , həmin il Bakıdakı Maliyyə kredit Texnikumuna qəbul olub. Uşaqlıqdan güləş idmanı ilə məşğul olan Hacı Mirmehdizadə Ukraynada keçirilən SSSR yunan-roma güləşi üzrə 1-ci yerə çıxıb. Orta məktəbdə oxuduğu illərdə bir neçə dəfə rayon çempionu, iki dəfə respublika çempionu olub. Yunan-roma güləşi üzrə (klassik güləş) idman ustasıdır. 1986-ci ildə hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Cercik şəhərində desant hissəsində qulluq edir, 2 ay sonra xidmətini Əfqanıstan Respublikasında davam etdirir. Burada ağır döyüşlərdə 2 dəfə yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə 3 dəfə Qırmızı Ulduz ordeni ilə, “İgidliyə görə” medalı və Mərkəzi Komitənin adından fəxri fərmanla, həmçinin Əfqanıstan rəhbərliyinin adından medalla təltif olunur.
Miryaqub Mirmehdiyev
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini. Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır. Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib. Mir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.
Mirkəndi (Meşkinşəhr)
Mirkəndi (fars. ميركندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 838 nəfər yaşayır (200 ailə).
Mirsədi Bağırlı