Şeyxülislam Axund Mirmehdi Həkimzadə

Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı.

Mirmöhsün Həkimzadə
Qafqazın IX şeyxülislamı
1954 – 1967
ƏvvəlkiAğa Əlizadə
SonrakıƏliağa Süleymanzadə
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
Vəfat tarixi 1967
Vəfat yeri
Dini şiəlik

Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, XorasanNəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir.

Axundluq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir.

1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır. 6 ay Bakıda həbsxanada saxlanılır. Nəhayət 6 aydan sonra günahsız bilib azad edirlər, əsərlərini isə yandırırlar. Bu hadisədən sonra Mirmöhsün Həkimzadə həmişəlik Bakıya köçür, repressiyadan qurtarmaq üçün müəyyən yerlərdə fəhlə işləməyə başlayır. 1943-cü ildə dini idarə təşkil olunandan sonra 1937-ci il repressiyalarından yaxasını qurtara bilən axundlar bura dəvət olundular. Axund Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanlar Ruhani İdarəsinin sədrinin müavini seçildi.

Şeyxülislamlığı

[redaktə | mənbəni redaktə et]

1954-cü ildə Şeyxülislam Axund Ağa Əlizadə vəfat etdikdən sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin qurultayı çağrılır və böyük səs çoxluğu ilə Şeyx Mirmöhsün Həkimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilir. Şeyxülislam Axund Mirmöhsün Həkimzadə 12 illik Zaqafqaziya Musəlmanları Ruhani İdarəsinin sədri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Şeyxülislam Həkimzadə yeni məscidlərin açılmasına, bir çox məscidlərdə azanların minarələrdən verilməsinə, yeni mədrəsələrin tikilməsinə nail olmuşdur. Sosializm quruculuğuna, dini ayinlər haqqında Sovet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, əməksevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı olan bu din xadimi mömin müsəlmanlar arasında böyük nüfuza malik olub.

1967-ci ildə 85 yaşında dünyasını dəyişmişdir.