Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mismar
Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Mizhar
Dizmar mahalı
Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal. == Tarixi == Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər.
Dizmar sancağı
Dizmar sancağı və ya Dizmar livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizmar idi. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.
Ocaqkəndi (Dizmar-i Şərqi dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (9 ailə).
Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı)
Qaraqaya (fars. قره قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (11 ailə).
Qızmar günəş altında
"Qızmar günəş altında" — kinorejissor Lətif Səfərovun filmi. == Məzmun == Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. == Film haqqında == Film Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmışdır. Film ssenari müəllifi Həsən Seyidbəylininn kinoda ilk işidir.[mənbə göstərin] Film aktrisa Məleykə Ağazadənin kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Rejissor : Rəşid Atamalıbəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Əziz Şeyxov Mahnıların Mətni : Ənvər Əlibəyli Məsləhətçi : Ş. Həsənov (professor ), A. Həşimova (həkim), D. Babayev (həkim) Filmin direktoru : Bəşir Quliyev Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Tofiq Quliyev Rejissor assistenti : Ramiz Əliyev Operator assistenti : Tofiq Sultanov Mahnı İfa edən : Mirzə Babayev, Şövkət Ələkbərova === Filmi səsləndirənlər === İsmayıl Əfəndiyev-Aydın (Əkbər Fərzəliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nərminə (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ələsgər Ələkbərov-Nadirov (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Gülpəri (Sürəyya Qasımova) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Fiumar
Fiumar- Aralıq dənizi ölkələrində səhralarda yayda quruyan yalnız ilin yağışlı dövründə (payızda və qışda) su olan çay belə adlanır.
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. == Ulduz sistemi == Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Mizraq
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Vismar
Vismar ( alm. Wismar‎ Wismar [ˈvɪsmaʁ], Wismer ) - Almaniyada ( Meklenburg-Qərbi Pomeraniya əyaləti ) Baltik dənizi sahillərində liman şəhəri. Şimal-Qərb Meklenburq regionunun bir hissəsidir. Hanzanın ilk və ən zəngin şəhərlərdən biri olan Vismar, UNESCO-nun qorumasında olan kərpic Qotik üslubunda malikanələr və məbədləri olan tarixi mərkəzə malikdir. 41.36 km² ərazini əhatə edir. 31 dekabr 2013-cü il tarixinə əhalinin sayı 42 219 nəfərdir . Rəsmi kod 13 0 06 000- dır. == Tarix == Vismar, ehtimal ki, Vishemir adı ilə Polabiya slavyanlarının məskəni olaraq meydana gəlib. XIII əsrin birinci yarısında şəhər adını aldı. 1259-cu ildə dəniz quldurlarından qorunmaq üçün Rostok və Lübek ilə ittifaq bağlamaqla Hanzanın böyüməsinə səbəb oldu.
İzmara
İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Mizrab
Mizrab, plektr (q.yun. πλῆκτρον plēktron, πλήσσω plēssō dən - vururam), və ya mediator — sümük, plastik və ya metal plastinkadan hazırlanan barmaqla tutularaq simli alətləri ifadə edən köməkçi vasitə.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Məzar
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir. Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Kiçik miçman
Kiçik miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçman kimi rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu. 1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni "1917-ci ildən əks-inqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əks-inqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən" Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi. Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
Maryan Vidmar
Maryan Vidmar (d. 1 iyul 1960) — Yuqoslaviyalı biatlonçu. Maryan Vidmar Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maryan Vidmar birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Vidmar 37:08.1 saniyəlik nəticəsi ilə 64 atlet arasında 54-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Miomir Muqoşa
Miomir Muqoşa (d. 23 iyul 1950, Çetinye, Monteneqro, Yuqoslaviya) — Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meri (2000-ci ildən). == Həyatı == 23 iyul 1950-ci ildə Çetinye şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Podqoritsa şəhərində almışdır. Belqrad Universitetinin tibb fakültəsini bitirmişdir. 2000-ci ildən Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meridir.
Qızmar günəş altında (film, 1957)
"Qızmar günəş altında" — kinorejissor Lətif Səfərovun filmi. == Məzmun == Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. == Film haqqında == Film Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmışdır. Film ssenari müəllifi Həsən Seyidbəylininn kinoda ilk işidir.[mənbə göstərin] Film aktrisa Məleykə Ağazadənin kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Rejissor : Rəşid Atamalıbəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Əziz Şeyxov Mahnıların Mətni : Ənvər Əlibəyli Məsləhətçi : Ş. Həsənov (professor ), A. Həşimova (həkim), D. Babayev (həkim) Filmin direktoru : Bəşir Quliyev Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Tofiq Quliyev Rejissor assistenti : Ramiz Əliyev Operator assistenti : Tofiq Sultanov Mahnı İfa edən : Mirzə Babayev, Şövkət Ələkbərova === Filmi səsləndirənlər === İsmayıl Əfəndiyev-Aydın (Əkbər Fərzəliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nərminə (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ələsgər Ələkbərov-Nadirov (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Gülpəri (Sürəyya Qasımova) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Mezmay mağarası
Mezmay mağarası - Rusiyanın Krasnodar diyarının Abşeron rayonunda mağara, arxeoloji abidə. Mağara Qafqaz dağlarında yerləşir. Suxoy Kurdjips çayının vadisində (Ağ çayın qolu) yerləşir. == Yeri == Mağara, Krasnodar diyarının Abşeron rayonunda, Maykop şəhərindən (Adıge Respublikası) 50 km cənubda yerləşir. Topoqrafik olaraq, mağara Böyük Qafqaz meqa suyunun qərb hissəsini təşkil edən Laqo-Naki dağlığı daxilində dəniz səviyyəsindən 1350 m mütləq yüksəklikdə yerləşir. Mağara boşluğu karst mənşəlidir. Girişdəki mağaranın hündürlüyü 10 m, eni 15 m-ə qədər, dərinliyi təxminən 35 m-ə çatır. == Kəşf tarixi == Mağara 1987-ci ildə Şimali Qafqaz Paleolit dövrü araşdırmacı arxeoloqları ​​tərəfindən həyata keçirilən arxeoloji qazıntılar zamanı Mezmays mağarası kəşf olunur (dəstənin rəhbəri Sankt-Peterburq arxeoloqu, tarix elmləri namizədi Qolovanova Lyubov Vitaliyevnadır). 1993-cü ildə arxeoloqlar L.V. Qolovanova və V. B. Doroniçev mağaranın Orta paleolitin 3-cü qatının dibində Neandertal körpəsinin (təxminən 2 aylıq) skeletini tapdılar. Bir neçə il sonra, Orta paleolit ​​qatında, başqa bir Neandertal körpəsinin (təxminən 2 yaşında) kəllə sümüyü parçaları tapıldı.
Mizian Maolida
Mizian Maolida (14 fevral 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Lyon === Maolida Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lyon klubu ilə 5 avqust 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Marianonu əvəz etmişdir. Liqa 1 görüşündə Lion Strasburqa 4-0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 23 noyabr 2017-ci ildə Apollon Limassol klubuna qarşı UEFA Avropa Liqası görüşündə vurmuş və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də ilk qolunu üç gün sonra Nitsa klubuna qarşı oyunda vurmuş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. === Nitsa === 13 avqust 2018-ci ildə Maolida Liqa 1 təmsilçilərindən olan Nitsa klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Maolida Fransada anadan olmuşdur. Valideynləri isə Komor adaları vətəndaşlarıdır.
Qızlar
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.