Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polypterus mokelembembe
Polypterus mokelembembe (lat. Polypterus mokelembembe) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinə aid heyvan növü.
Koke
Make
Make - faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Loko Moko
Loko Moko- Havayi mətbəxinə aid təam. Onun müxtəlif variantları mövcuddur, lakin ənənəvi Loko Moko hamburger çörəyi üzərinə düyü, yumurta, qəhvəyi qrevi qoymaqla hazırlanır. Digər növlərində tərkibinə Çili bibəri, basdırma, vetçina, Spam, linquiça, teriyaki toyuğu və müxtəlif ət növləri əlavə edilir. == Tarixi == Loko Moko ilk dəfə 1949-cu ildə, Hiloda, Linkoln Qril restoranında Riçard İnuye və həyat yoldaşı Nensi tərəfindən yeniyetmələr üçün hazırlanmışdır. İlk Loko Moko düyü və hamburger çörəyi üzərinə qrevi tökməklə hazırlanmışdır. Yumurta sonradan əlavə edilmişdir. Yeniyetmələr bu yeməyi onların üzvü olan Corc Okinotonun "Dəli"(ingiliscə:crazy) ləqəbinə uyğun adlandırıblar. Hilo orta məktəbində ispanca təhsil alan Corc Takanaşi "Loko" adını təklif edir ki, bu da ispancadan dəli mənasını verir. Moko hissəsi hissə loko sözü ilə uyğun olduğu üçün əlavə edilir.
Maoke plitəsi
Maoke plitəsi — tektonik mikro plitə olaraq 0,00284 steradion sahəyə malikdir. Adətən Avstraliya plitəsinin tərkib hissəsi kimi göstərilir. Yeni Qvineyanın şərqində yerləşir. Cənubda Avstraliya plitəsi, qərbdə Quşbaşı plitəsi və Vudlark plitəsi ilə sərhəddə malikdir.
Meke gölü
Meke gölü — Türkiyənin mərkəz Konya vilayətində yerləşən vulkanik krater gölü. Ölkənin qeydə alınmış təbii abidəsi və Ramsar sahəsidir.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mike Kabo
Mike Kabo (30 mart 1986, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. Mike Kabo, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Mike Pirompon
Mike Pirompon (tay ไมค์ ภิรมย์พร, ing. Mike Phiromphon; 8 iyul 1966) — Tailand musiqiçisi.
Moce Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moje 3
Moje 3 Serbiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Ljubav je svuda" mahnısı ilə təmsil etmiş olan pop trio.
Moka (qəhvədan)
Moka (it. Moka), və ya Moka ekspres geyzer tipli - qəhvədan. Üç hissədən ibarətdir: alta su doldurulur, hansı ki, sonradan 1,5 atm təzyiq altında buxara çevrilir. Buxar sonradan yuxarı dar kanal üzrə qalxır və orta hissəyə tökülmüş üyüdülmüş qəhvədən keçir. Yuxarı hissəyə artıq hazır içki qalxır.
Mose Canaşvili
Moisey Georgiyeviç Canaşvili (19 (31) mart 1855, Əlibəyli – 19 aprel 1934, Tiflis) — tarixci-etnoqraf. Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi. 19 mart 1855-ci ildə Zaqatala dairəsinin Əlibəyli kəndində (Qax rayonunun Əlibəyli kəndi) ingiloy kəndlisi Georginin ailəsində anadan olmuşdur.
Moçe mədəniyyəti
Moçe və yaxud Moçika mədəniyyəti — Cənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət. Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Moşe Kastel
Moşe Kastel (ivr. ‏משה קסטל‏‎; 1909[…], Qüds – 12 dekabr 1991 və ya 1992, Tel-Əviv) — İsrailli rəssam. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Moşe Kastel 1909-cu ildə Yerusəlimdə anadan olmuşdur. Ailənin kökləri 1492-ci ildə İspaniyadan yəhudilərin çıxarılmasından sonra Müqəddəs torpaqlara köçən Kastiliyadan olan ispan yəhudilərinə gedib çıxır. Atası Əl Xəlildə anadan olmuşdur. O, Qüdsdə Nahalat Şiva və Buxari semestrində Səfərad yəhudiləri üçün məktəb açdı. Moşe atasının təhsil aldığı Buxari məhəlləsində böyümüşdür. 13 yaşındaykən 1921-ci ildən 1925-ci ilə qədər təhsil alan Bezalel İncəsənət Məktəbinə daxil oldu. Məktəbin rəhbəri Boris Şatz idi.
Moşe Katsav
Moşe Katsav (ivr. ‏משה קצב‏‎), Musa Qəssab (fars. موسی قصاب‎; 5 dekabr 1945, Yəzd) — İsrailli siyasətçi. O, səkkizinci İsrail prezidenti kimi xidmət edib. Musa Qəssab adıyla İranın Yəzd şəhərində dünyaya gəlibdir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Moşe Yalon
Moşe Yalon (ivr. ‏משה יעלון‏‎; 24 iyun 1950) — İsrail siyasətçisidir və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisidir, eyni zamanda 2013-cü ildən 20 may 2016-cı il tarixədək istefaya qədər İsrailin Müdafiə naziri vəzifəsini icra edib. Yalon, Knessetə 2019-cu ildə Mavi və Ağ partiyanın sayca üç üzvü olaraq, keçmiş İFF qərargah rəisi Benni Qantz və Yeş Atidin başçılıq etdiyi İsrail Müqavimət Partiyasının birləşməsi ilə yaradılan ortaq bir siyahı olaraq namizəd oldu.
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Vitor Roke
Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq. Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir. 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır. Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur. Hər iki klub yalnız may ayında razılığa gələ bildi. "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu. 25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Cökə
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Enliyarpaq cökə
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir. == Botaniki təsviri == Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır. == Ekologiyası == İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Gümüşü cökə
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Kiçikyarpaq cökə