Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moris Allays
Moris Allays (fr. Maurice Allais) (d. 31 may 1911, Paris, Fransa – ö. 9 oktyabr 2010, St.Kloud, Fransa) — fransız iqtisadçı. İqtisadiyyat və fizika sahəsindəki işləri ilə tanınır. 1988-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Moris Allays Parisdə anadan olub. Moris Allays Yüksək Təhsil Məktəbində (fr. École nationale supérieure des mines) müəllimlik etmişdir. Moris Allays iqtisadiyyat elminin qərar nəzəriyyəsi və monetarizm sahələrindəki işləri ilə tanınır.
Moris Beli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Byukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Drüon
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], XIII arondisman (Paris) – 14 aprel 2009[…], VII arondisman (Paris)) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974). Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir. 1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir. 1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir. 1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Moris Fabbri
Moris Albertoviç Fabbri (it. Moris Fabbri; ən geci 1885 – ən tezi 1934, Bakı) — italyan-azərbaycan əsilli Rusiya və Sovet rəssamı, kitab illüstratoru, qrafik, muzey işçisi. İlkin rus avanqardının iştirakçısı və Mixail Larionov qrupunun üzvü olub. Osmanlı İmperiyası tərəfindən I Dünya Müharibəsi iştirakçısı idi. Moris Fabbri təxmini 1885-ci ildə italyan kişi və azərbaycanlı qadının nikahından dünyaya gəlmişdir. Fabbri çox da cəlbedici olmayan bir sifətə malik idi: arıq, uzun, qıvrım, qarasaçlı. O, rus dilində ləhcə ilə danışar və qrammatik səhvlərlə yazardı ("rus dilini bilmədən aydın fikir söyləmək mənə çox çətindir" – deyərdi). Vərəm xəstəsi idi. 1910-cu ilin əvvəllərində Fabbri Moskvada Memarlıq və Rəssamlıq məktəbinə daxil olur. O, bu məktəbdə oxuyarkən həm ödənişlə bağlı, həm də dolanışacaqla bağlı maddi sıxıntılar yaşadı.
Moris Geri
Moris Geri (fr. Maurice Gehri) — 1921-ci ildə Yalova Qırğını zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi olmuş isveçrəli. Antanta dövlətləri tərəfindən yaradılmış komissiya ilə birlikdə o, hadisələrin humanitar araşdırmasında iştirak etmiş və bu barədə bir hesabat yazmışdır.
Moris Jarr
Moris Jarr (Maurice Jarre; 13 sentyabr 1924[…] – 28 mart 2009[…], Malibu, Kaliforniya) — bəstəkar. 13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-də məskunlaşmışdır. Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festivalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür. Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər dünyasını dəyişmişdir.
Moris Meterlink
Moris Polidor Mari Bernar Meterlink — (fr. Maurice (Mooris) Polydore Marie Bernard Maeterlinck; 29 avqust 1862[…], Gent – 6 may 1949[…], Nitsa) — fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, məşhur "Mavi quş" fəlsəfi pyes-pritçanın müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911). Belçika dramaturqu və esseisti Moris Polidor Mari Bernar Meterlink imkanlı flamand ailəsinin övladı idi. İlk təhsilini yezuit kollecində almışdı. Kiçik yaşlarında hər şeydən çox poeziya ilə maraqlanırdı. Ailədə əsasən fransızca danışıldığından Meterlink də yazmağa başlayarkən bu dilə üstünlük vermişdi. Valideynləri onun ailə ənənəsini davam etdirərək hüquqşünas olmasını istəyirdilər. Meterlink ata-anasının iradəsinə qarşı çıxmamışdı. Gent universitetinin hüquq fakültəsini biritmişdi. Lakin 1885-ci ildə təcrübə keçmək üçün getdiyi Parisdə bütün vaxtını və gücünü ədəbi məşğələlərə sərf etmişdi.
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Moris Slobodskoy
Moris Slobodskoy (tam adı: rus. Мори́с Рома́нович Слободско́й; d. 13 dekabr 1913 ö. 6 fevral 1991) — Sovet dramaturq, nəsr yazıçısı, ssenarist, şair, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Moris Slobodskoy 13 dekabr, 1913-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə qəzetin redaksiyasında yazıçı və xüsusi müxbir kimi işləmişdir. Burada həm də heyrətamiz məqalələr və satirik məqalələr, o cümlədən "Cəsur Əsgər" qəzetidə nümayiş etdirilib. "Qırmızı Ulduz" ordeni, Vətən Müharibəsi II dərəcəli ordeni, "Şərəf nişanı" ordeni və medalları ilə təltif edilmişdir. 1943-cü ildən Sovet İttifaqının üzvü olmuşdur. 1938-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.
Moris Tiye
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Moris Utrillo
Moris Utrillo (fr. Maurice Utrillo; 26 dekabr 1883[…], Monmartr – 5 noyabr 1955[…], Daks) — fransız peyzaj rəssamı. Moris Utrillo 1883-cü il dekabrın 18-də Monmartr şəhərində anadan olmuşdur. Anası Süzanna Valadon model idi, atası bilinmir (bir versiyaya görə, Buassi adında həvəskar sənətkar idi). Bir dəfə anam Auguste Renoir və Berthe Morisot kimi sənətkarlara müraciət etdi. 1891-ci ildə oğlan ispan sənət tənqidçisi və yazıçısı Migel Utrillo tərəfindən övladlığa götürülüb. Moris sistematik bir sənət təhsili almadı, anası tərəfindən ona bəzi prinsiplər təklif edildi, Monmartrde çalışan sənətçilərdən bir şey gördü. Nəticədə, o, sadə ictimaiyyət tərəfindən sevilən şəhər rəsmlərini çəkməyə başladı, lakin uzun müddət incəsənət tənqidçiləri arasında tanınmayıb. Utrillonun üslubunda, postimpressionizm və primitivizmin xüsusiyyətlərini görmək mümkündür. 1906-cı ilə qədər sənətçi əsərlərini Moris Valadon kimi imzaladı, sonra ögey atasının soyadını qəbul etdi.
Sen-Moris
Sen-Moris (fr. Saint-Maurice) — Fransada kommuna, region — İl-de-Frans, departament — Val-de-Marn. Əhalisi — 14.586 nəfər (2011). Kommuna Paris şəhərindən 8 km cənub-şərqdə və Kretey şəhərindən 4 km cənub-qərbdə yerləşir.
Moris Uilkins
Moris Uilkins (1916-2004) — Yeni Zelandiyadan olan bioloq və fizikdir. Yeni Zelandiya əsilli ingilis fizik və molekulyar bioloq Moris Uilkins 1962-ci ildə genetik kodun ikiqat spiral quruluşunun kəşfinə verdiyi töhfəyə görə Nobel mükafatına layiq görülüb.
Moris Kendall
Moris Corc Kendall (ing. Maurice George Kendall; 6 sentyabr 1907[…], Ketterinq[d] və ya Birləşmiş Krallıq – 29 mart 1983[…], Redhill[d], Surrey) — ingilis riyaziyyaçısı, statistik. Ketterinqdə anadan olub. Kembricdəki Sent Con Kollecində riyaziyyat üzrə təhsil alıb və riyaziyyat üzrə fərqlənmə diplomu ilə bitirib. 1929-cu ildə. Kənd Təsərrüfatı Nazirliyində (ing. Ministry of Agriculture) dövlət qulluğuna daxil olmuş, burada statistikanın istifadəsi ilə maraqlanmışdır. Onun ilk işlərindən biri faktor analizindən istifadə etməklə məhsuldarlığı tədqiq etməsi olmuşdur. 1934-cü ildə Kral Statistika Cəmiyyətinin üzvü seçilmişdir. 1949-cu ildən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində müəllim olmuş, 1961-ci ildən iki il Kral Statistika Cəmiyyətinə rəhbərlik etmişdir.
Kirpi Olcilvi Moris
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Moris Qodfrua-Demonbin
Moris Qodfrua-Demonbin (fr. Maurice Gaudefroy-Demombynes; 15 dekabr 1862 – 12 avqust 1957) — fransız şərqşünası və ərəbşünası. Moris Qodfrua-Demonbin 15 dekabr 1862-ci ildə Fransanın Amien şəhərində doğulmuşdu. Hüquq təhsili aldıqdan sonra Əlcəzairə gedərək orada Rene Bassetnin tələbəsi oldu; Ərəb dili və ədəbiyatı haqqında geniş bilgi aldı. Parisə dönüncə "École des langues orientales"ə daxil oldu. 1895-ci ildə Əlcəzairdə Tilimsan məktəbində müdir olaraq çalışdı. 1898-ci ildə yenidən Parisə döndü və "École des langues orientales"də kitabxana müdiri, 1911-ci ildə də eyni məktəbdə Ərəb dili müəllimi kimi işlədi. 1923-cü ildə altmış bir yaşında ikən doktorluğunu tamamladı və Paris Universiteti Ədəbiyyat fakültəsinə müəllim təyin edildi. 1927-ci ildə Sorbonnaya bağlı "École des hautes études"dəki İslam Araşdırmaları Mərkəzinə müdir vəzifəsinə dəvət edldi. 1935-ci ildə "Académie des inscriptions et belles lettres"e üzv seçildi.
Moris Vinsent Uilks
Moris Vinsent Uilks (ing. Maurice Vincent Wilkes, 26 iyun 1913, Dadli, Böyük Britaniya — 29 noyabr 2010, Kembric, Böyük Britaniya) — Kompüter sahəsində Böyük Britaniya alimi. Moris Vinsent Uilks 1913-cü il, 26 iyul tarixində İngiltərənin Staffordşir qraflığının Dadli ərazisində anadan olub. 1934-cü ildə Müqəddəs Con kollecini bitirən Uilks təhsilini Kembric Universitetində davam etdirir. O, uzun radio dalğaların ionosferdə yayılmasına həsr olunmuş elmi işinə görə fəlsəfə doktoru dərəcəsini alır. M.Uilks universiteti bitirəndən sonra riyaziyyat laboratoriyasında demonstrator (ABŞ-də professor assistenti vəzifəsinə uyğun gəlir) vəzifəsinə təyin olunur. Onun vəzifəsinə yeni diferensial analizatorun işinə nəzarət və Mançester Universiteti ilə bu sahədəki konsultasiya işi daxil idi. II Dünya müharibəsi illərində Uilks orduda xidmət edir. 1945-ci ilin sentyabrında Kembricə qayıtdıqdan sonra riyaziyyat laboratoriyasının direktoru təyin olunur və bu vəzifədə 1980-ci ilə qədər çalışır. 1946-cı ildə C.F.Neymanın “EDVAC” kompüterinə həsr olunmuş qeydlərinin bir nüsxəsini əldə edir və bir gecədə bu hesabatı oxuyub anlamağa nail olur.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
Sen-Moris-an-Triev
Sen-Moris-an-Triev (fr. Saint-Maurice-en-Trièves) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38424. Kommunanın 1999-cu il üçün əhalisi 162 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 671 ilə 1 975 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km cənubda yerləşir.
Sen-Moris-an-Valqodmar
Sen-Moris-an-Valqodmar (fr. Saint-Maurice-en-Valgodemard, oks. Sant Maurici en Gaudemar) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05152. 2008-ci ildə əhalinin sayı 134 nəfər təşkil edirdi. 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,3%, 1999-cu ildə 51.9%). Fəal olan 43 nəfərdən 43 nəfər (26 kişi və 17 qadın) işləyir, işsizlər yox idi.
Sen-Moris-de-Beno
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Sen-Moris-de-Qurdan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Sen-Moris-de-Reman
Sen-Moris-de-Reman (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.