Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Nəsrin Sipahi
Nəsrin Sipahi (29 noyabr 1934, Yeşilköy[d]l)Krım Türkü səs sənətçisidir. Nəsrin Sipahi 29 Noyabr 1934-cü ildə İstanbul Yeşilköy-də doğulmuşdur.İstanbul doğumlu Krım tatarı kökənli Adilə-Yunus Akçan-nın qızıdır.Yeşilköy İbtidai məktəbi və Bakırköy Orta məktəbinu bitirdikdən sonra Sənət Məktəbinin Moda və "Biçki-Dikiş" kursuna getmişdir.İngilis dilini öyrənmək üçün Amerika məktəbində oxudu. Qardaşları Nihad Akçan və Çetin Akçan tanınmış teatr sənətçiləridir. Gənc yaşlarında musiqidəki istedadını dərk edən sənətçi, İstanbul Bələdiyyəsi Konservatoriyasında oxuyarkən Harbiyədəki İstanbul radiosunun qarşısında olan bəstəkar evində Şerif İçlidən dərs almağa başladı.Əvvəlcə janrı qərb musiqisi olsa da, nəhayət türk musiqisini oxumağa başladı. 1953-cü ildə, o dövrdə əsas musiqi tədris mərkəzi sayılan Ankara Radiosuna daxil oldu. 1960-cı ildə radiodan istefa etdi və Ankarada səhnə ifaçısı kimi işə başladı. Türkiyədəki konsertlərindən sonra bir çox xarici ölkədə də çıxış etdi. Sovet İttifaqında 1971-ci il qastrol səfərində türk dilindən əlavə Azərbaycan, rus və erməni dillərində də mahnı oxudu. Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Kanada, Avstraliya, Fas, Tunis, Suriya, Misir Kipr və İspaniyada konsert verdi. Dörd yüzə yaxın single çıxardı.O 1965-ci ildə bir filmdə də oynadı: "Kalbimdeki Serseri" .
Nəsrin xanım
Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı. Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi.
Təslimə Nəsrin
Təslimə Nəsrin (benq. তসলিমা নাসরিন, 25 avqust 1962[…]) onun adı mətbuatda Nasrin Cahan Taslima kimi tez-tez hallanır. O, 25 avqust 1962-ci ildə anadan olmuş,Banqladeşin feminist yazıçılarındandır.1986-1994-cü illərdə həkim-terapev işləyib. O,"Kübar humanist" kimi əqidəsini təsvir edir.Hələ 1980-cı illərin sonlarında bir yazıçı kimi, ümumilikdə dinlərin xüsusilə də islamın öz radikal feminizm, tənqidi 10 ildən sonra ona dünya şöhrəti qazandırmışdır.Bunadan sonra onun üçün Banqladeş-ə qayıtmaq onun üçün mümkünsüz oldu.O bir müddət Hindistanda yaşadıqdan sonra Paris-ə ordanda Stokholm şəhərinə getmişdir.2007-ci ildə sosial etirazlarala əlaqədar olaraq Hindistan hökuməti onu bir neçə ay gizlətdi, bundan sonra o, İsveçə getdi, lakin Hindistana tezliklə yenidən qayıtdı.1 fevral 2009-cu ildən Nəsrin Parisdə yaşayır 2015-ci ildə "Məni müsəlman çağırmayın mən ateistəm Mən induizmdə daxil olmaqla bütün dinləri tənqid edirəm.Mən də müsəlmanların sıxışdırılması pisləyirəm.Mən Banqladeşdə induistlərin, Almaniyada nasistlərin, Bosniya, Fələstində yəhudilərin zülm əleyhinə qarşı etiraz edirəm" deyə bəyan edib.». Shikore Bipul Khudha (Hunger in the Roots), 1986 The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995 Nirbashito Bahire Ontore (Banished Without and Within), 1989 Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990 Atole Ontorin (Captive In the Abyss), 1991 Balikar Gollachut (Game of the Girls), 1992 Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993 Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994 Nirbashito Narir Kobita (Poems From Exile), 1996 Jolopodyo (Waterlilies), 2000 Khali Khali Lage (Feeling Empty), 2004 Kicchukhan Thako (Stay For A While), 2005 Bhalobaso? Cchai baso (It’s your love! or a heap of trash!), 2007 Bondini (Prisoner), 2008 Nirbachito column (Selected Columns), 1990 Jabo na Keno jabo (I will not go; why should I?), 1991 Noshto meyer noshto goddo (Corrupt prose of a corrupt girl), 1992 ChoTo choTo dukkho kotha (Tale of trivial sorrows), 1994 Narir Kono Desh Nei (Women have no country), 2007 Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge), 1992 (ISBN 978-81-88575-05-3) Nimontron (Invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell Him The Secret) 1994 Forashi Premik (French Lover) 2002 Lajja (Shame), 1993 (ISBN 978-0-14-024051-1) Amar Meyebela (My Girlhood), 1999 Utal Hawa (Wild Wind), 2002 Ka (Speak Up), 2003 Dwikhondito (Split-up in Two), 2003 Sei Sob Andhokar (All those darkness), 2004 Meyebela, My Bengali Girlhood — A Memoir of Growing Up Female in a Muslim World, 2002 (ISBN 1-58642-051-8) Ami Bhalo Nei, Tumi Bhalo Theko Priyo Desh (I am not okay, but you stay well my beloved homeland), 2006.
Nəsrin Əta Ərbil
Nəsrin Əta Ərbil (1934, Ərbil mühafəzəsi, İraq Kürdüstanı) — ilk türkman şairəsi,[mənbə göstərin] Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001). Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir. 60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur. Nəsrin Ərbil 2001-ci ildə Qəzənfər Paşayevin sayəsində Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişdir. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Nesrin Akkoç
Nesrin Akkoç (d. 1964), kino və serial oyunçusu, aktivist. 1964-cü ildə doğan Nesrin Akkoç, Açık Öğretim Fakültesi, İqtisad fakültəsini bitirmişdir. İncəsənət həyatına teatr işləriylə başladısa da əsl karierinin başlanğıcını 1988-ci ildə Milliyyət qəzetinin açdığı bir gözəllik yarışmasında "kinosu kraliçası" seçilməsiylə etdi. Eyni il rejissorluğunu Ünal Küpeli'nin etdiyi "Həyat Oyunu" adlı filmlə kamera qarşısına keçən sənətçi, fasilələrlə serial və kino filmlərində müxtəlif rollarda oynadı. ÇASOD üzvü olan Akkoç, ÇYDD, şikəstlər Dərnəyi və s.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Nəbrin (Əcəbşir)
Nəbrin (fars. نبرين‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (225 ailə).
Nəzrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü. Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Nəzrin Cəfərzadə
Nəzrin Əfəndiyeva
Bet-Nəhrin
Bet-Nəhrin (süry. ܒܝܬ ܢܗܪ̈ܝܢ; hərf. (iki) çay vətəni) — Mesopotamiya kimi tanınan regionun süryani dilində adı. Coğrafi baxımdan Fərat və Dəclə çayları (həmçinin onların qolları) arasındakı və ətraf ərazilərə aid edilir. Arami dilindəki ad həm də çaylar arasında deyil, həm də çayların ətrafındakı əraziyə aiddir. Bu ərazi təxminən indiki İraqın demək olar ki, hamısını, Türkiyənin cənub-şərqinin bir hissəsini, İranın şimal-qərbini və daha yaxınlarda Suriyanın şimal-şərqini əhatə edir. Aysorlar Bet-Nəhrinin aborigen sakinləri hesab olunurlar.
Nəzrin Cəfərova
Nəzrin Cəfərova - Azərbaycanlı qadın tennisçi. Cəfərova 2013-cü ildə Bakı kubokunda QTA turunda debüt etdi və əsas püşkə vəsiqə qazandı, lakin ilk raundda Xorvatiyadan olan dünya 62-cisi Donna Vekiçə uduzdu. O, həmçinin Tamari Çalaqanidze ilə cütlər turnirinə də vəsiqə qazandı, lakin cütlük ilk raundda İlon Kremen və Marina Melnikovaya uduzdu.
Əsrin Müqaviləsi
Əsrin müqaviləsi – 1994-cü ilin sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti arasında Bakıda bağlanmış müqavilə. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Müqavilənin 13 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi onun nə üçün "Əsrin müqaviləsi" adlandırılması sualına verilən cavablardan biri ola bilər. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiyə Petrolları" .şirkətinin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
FİFA Əsrin klubu
FİFA Əsrin klubu — 13 dekabr 2000-ci ildə FİFA tərəfindən Real Madrid FK komandasına verilən mükafatdır. Mükafat üzrə səsvermə ayda iki dəfə olmaqla FIFA World Magazine (FİFA-nın rəsmi jurnalı) jurnalının abunəçiləri tərəfindən keçirilmişdir Mükafat 2000-ci ilin dekabr ayında Real Madrid klubununa təqdim olunmuşdur. 2006-cı ildə Əsrin klubu olan Real Madrid komandası öz statusuna uyğun olaraq loqosuna və futbolçuların formalarına tac şəkli əlavə etmişdir.
XXI əsrin müharibələri
XX əsrin döyüşləri
Bet-Nəhrin Vətənpərvərlər Birliyi
Bet-Nəhrin Vətənpərvərlər Birliyi (ərəb. الاتحاد الوطني بيت نهرين‎) — 1996-cı ildə İraqın Süleymaniyyə bölgəsində davronoye hərəkatının bir hissəsi olaraq qurulan aysor siyasi partiyası. 2003-cü il İraq müharibəsindən bəri partiyanın ölkədəki seçkilərdə iştirak etməsinə baxmayaraq, heç vaxt deputat mandatı qazana bilməmişdir.
XXI əsrin günəş tutulmaları
2001-ci və 2100-cü illərin arasında olan dövür ərzində 224 dəfə günəş tutulması olacaqdır. Onlardan 77-si qismən, 72-si Halqavari, 68-i tam və 7-si hibrid növlərində olacaqlar. Tutulmalar ən çox 2011, 2029, 2047, 2065, 2076 və 2094-cü illərdə baş verəcək. Bu illərin hər birinə 4 günəş tutulması düşür. Ən uzun müddətli tam günəş tutulması 22 iyul 2009-cu ildə oldu (maksimum müddəti 6 dəqiqə 38,86 saniyə idi), ən uzun müddətli həlqəvi günəş tutulma isə 15 yanvar 2010-cu ildə (maksimum müddəti 11 dəqiqə 7,8 saniyə idi). 20 may 2050-ci ildə baş verəcək tutulma, bir ildən az olan müddət ərzində 2-ci hibrid tutulması olacaq, ondan öncəki hibrid günəş tutulması 25 noyabr 2049-cu ildə olacaq.Siyahıda dinamik vaxtda baş verəcək ən böyük tutulmaların tarixlər və saatları göstərilib, vaxt UTC ilə göstərilib. Tam və halqavari tutulmalarının maksimal mərhələsini müşahidə etməyi mümkün edən bölgələr göstərilib.
XXI əsrin müharibələri siyahısı
XX əsrin ay tutulmaları
XX əsrdə, ümumilikdə, 229 ay tutulması baş vermişdir. Bunlardan 83-ü penumbra, 65-i qismən, 81-i isə tam tutulma olmuşdur. 2001 və 2002-ci ildə baş verən tutulmalar da son mərhələni tamamlamaq üçün buraya əlavə edilmişdir.
Əsrin kontraktı (film, 1996)
Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri (klass. süry. ܚܝܠܘ̈ܬܐ ܕܣܘܬܪܐ ܕܢܫ̈ܐ ܕܒܝܬ ܢܗܪܝܢ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Kəhtaniyyə şəhərində yerləşən tamamilə qadınlardan ibarət aysor hərbi və polis təşkilatı. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Süryani Hərbi Şurasının qadın briqadası kimi təsis edilmiş və aysorların məskunlaşdığı ərazilərdə mühafizəçi rolunu yerinə yetirir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinə hərbi və polis qüvvələri daxildir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinin polis bölməsinin Cəzirə regionunda, eləcə də hərbi bölmə, akademiyalar və hərbi məntəqələr üçün ofisləri var. == İdeologiyası == Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Türkiyənin Midyat şəhərində 1980-ci illərə qədər uzanan dünyəvi solçu aysor milliyyətçi hərəkatı olan davronoye ideologiyasını izləyir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Suriyada aysor qadınların bərabər hüquqlarını təmin etmək və bölgədəki din xadimlərinin qadınlara və feminizm ideallarına qoyduğu məhdudiyyətlərə qarşı çıxmaq üçün yaradılmışdır.
X əsrin axmaqları (film, 2003)
X əsrin axmaqları — Amitabh Baççan tərəfindən 2003-cü ildə çəkilmiş Hindistan fantastik komediya filmidir. Baş rolda Fəridə Cəlal, Pariş Raval və Gülşən Qrover oynayıb.Bəstəkar Pritam və Salim-Süleymanın bu filmə bəstələdiyi mahnılar özü bir albom olmuşdular. Mumbay özünü Çindi Çor ( Gülşən Qrover ) adlandıran bədnam oğru qorxusundan yaşayır və təhlükəsizlik və polis qorunmasına heç bir əhəmiyyət vermədən istədiyi zaman və istədiyi şeyi oğurlayır. Ghoshal ( Ashish Vidyarthi ) İmperator Babuşanın ( Gülşən Qroverin də oynadığı ) tacının sərgisini və sonrakı auksionunu elan edərkən , Chindi bu qiymətsiz tacı oğurlamaq niyyətində olduğunu iddia edir və Ghosal bu çətinliyi qəbul edir və xüsusi təhlükəsizlik işçilərini işə götürür. .Çindi oğurluğu həyata keçirir və təhlükəsizlik işçilərindən ikisi Vikram ( Məhəmməd İqbal Xan ) və Ajay ( Anuj Sawhney ) və ortağı John D'Souza ( Paresh Rawal)), şübhəli olmaq və qaçışda olmaq. Bu cinayətdən yaxa qurtarmaq üçün Çindini tutmalı və tacı bərpa etməlidirlər. Təhlükəsizlik işçiləri tərəfindən təqib edilərkən üçlük bir divara çırpılır və 10-cu əsrdə yenidən imperator Babuşanın sarayına aparılır. Üçlülər bir Bollivud filminin çəkilişlərində olduqlarını düşünür və həbs olunana qədər heç bir şeyə ciddi yanaşmırlar. Bədbəxt üçlük bu cinayətdən yaxa qurtarmaq üçün təkcə qaçmaqla yanaşı, tacı da 21-ci əsrdə geri götürməli olduqlarını başa düşür. Yalnız bir möcüzənin 21-ci əsrə qayıda biləcəyini başa düşürlər.
Əsrin tufanı (mini-serial, 1999)
Əsrin tufanı (ing. Storm of the Century) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Əsərin müəllifi Stiven Kinqdir. Litl-Toll adasında güclü qasırğa baş verir. Bu adada belə qasırğa artıq 100 il idi ki, baş vermirdi. Bu zaman adaya dəhşətli adam gəlir. Bu dəhşətli adam insanlardan istədiyi şeyə çatmayanadək, buradan getməyəcəkdir. Əsrin tufanı — Internet Movie Database saytında.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Qəsrik
Qəsrik (Salmas)
Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər. "Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.
Əziz Nesin
Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[…] və ya 21 dekabr 1915, Heybəliada və ya Konstantinopol – 6 iyul 1995[…], Alaçatı, İzmir ili) — türk yazıçısı, publisist və dramaturq. Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olmuşdur. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də bitirir. Oxuduğu hərb məktəbində düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir.
Yəsrib
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti Talışlardan ibarətdir və Talış dilində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. == Coğrafiya == Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. == Əhalisi == 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Mersin
Mərsin (köhnə adı İcəl) — Türkiyənin Mərsin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. Əhalisinin sayı 831 nəfərdir.
Nefrit
Yəşim — qiymətli mineral daş. Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Neytrin
Neytrino (ν) - Yalnız zəif qarşılıqlı təsir və cazibə qüvvəsi ilə qarşılıqlı təsir göstərən fermiondur (spin 1/2 olan elementar hissəcik). Neytrinonun belə adlandırılmasının səbəbi elektrik cəhətdən neytrallığı və sükunət kütləsinin çox kiçik olmasıdır. Uzun müddət neytrinonun kütləsinin sıfır olduğu düşünülürdü. Onun sükunət kütləsi digər məlum elementar hissəciklərdən (kütləsiz hissəciklər istisna olmaqla) çox kiçikdir. Zəif qarşılıqlı təsir qüvvəsi çox qısa diapazona malik olduğuna görə, onlarda qravitasiya qarşılıqlı təsiri son dərəcə zəifdir və neytrinolar elektromaqnit qarşılıqlı təsirdə və ya güclü qarşılıqlı təsirdə iştirak etmirlər. Beləliklə, neytrinolar adətən normal maddədən maneəsiz və aşkarlanmadan keçir. Neytrinolar müxtəlif nüvə parçalanmalarının məhsulu kimi ortaya çıxır.