Nəsrin xanım

Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı.

Nəsrin xanım
osman. نسرین خانم‎
Şəxsi məlumatlar
Doğum adı عديله آسميانى
Doğum tarixi
Doğum yeri Poti
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Validə Turhan Sultan türbəsi
Fəaliyyəti əsilzadə
Atası Mənüçöhr Asemiani
Anası Mehrə xanım
Həyat yoldaşı I Əbdülməcid
Uşaqları Mehmed Ziyayəddin Əfəndi
Behicə Sultan
Mehmed Nizaməddin Əfəndi
Mehmed Bahəddin Əfəndi
Dini sünni islam

Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi. Daha sonra 1848-ci ildə qızı Behicə Sultanı, 1850-ci ildə isə əkiz uşaqları Mehmed Nizaməddin və Mehmed Bahəddin Əfəndini dünyaya gətirdi. Ancaq əkizlər çox yaşamadılar və uşaq yaşlarında vəfat etdilər.

Övladlarını ard-arda uşaq yaşlarında itirməsi Nəsrin xanımı sarsıtmışdı və bu səbəblə qısa zamanda səhhəti pisləşdi. 2 may 1853-cü ildə vəfat etdi və cənazəsi Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edildi. Qardaşı Həsən bəy bacısının ani vəfatının ardından Potidən 50-yə yaxın kasıb ailənin uşağını İstanbula gətirərək burada təhsil vermişdir. Bunlardan Gürcü Hüseyn bəy daha sonra Sultan Əbdüləzizin yavərlərindən olmuşdur.

  • Açba, Harun. Kadın efendiler: 1839–1924. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
  • Sakaoğlu. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler (тур.). — Oğlak Yayıncılık, 2015. — С. 574–575. — ISBN 978-9-753-29623-6