Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akira Nişino
Akira Nişino (d. 7 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Yoşio Nişina
Yoşio Nişina (仁科 芳雄, Nişina Yoşio, 6 dekabr 1890 – 10 yanvar 1951) – Yaponiya fizikaçısı. İkinci dünya müharibəsi zamanı Yaponiyada atom bombası layihəsinə başçılıq etmişdir. Kosmik şüalar haqqında araşdırmaların qabaqcılı olmuşdur. "Yaponiyada nüvə fizikasının atası" hesab olunur. == Həyatı və karyerası == === 1890–1940 === Yoşio Nişina 1890-cı ildə Yaponiyanın Okayama prefekturasında bir kənddə doğulmuşdur. Okayamada yerləşən liseydə təhsil aldıqdan sonra Tokio Universitetinə daxil olmuş və 1919-cu ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olmuşdur. Mühəndislik işi təklifini qəbul etməyərək elektrokimya, daha sonra isə fizika üzrə təhsil almağa başlamışdır. Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda (RIKEN) tədqiqat köməkçisi olmuşdur.1921-ci ildə RIKEN tərəfindən təhsil məqsədilə Avropaya göndərilmişdir. Kembricdə Kavendiş laboratoriyasında təhsil almış, Ernest Rezerfordun tələbəsi olmuşdur. 1923-ü ildə Nils Borla işləmək üçün Kopenhagen Universitetinə daxil olmuş, Göttingen və Hamburqu da ziyarət etmişdir.
Nişinomiya
Nişinomiya (yap. 西宮) — Yaponiyanın Kansai regionunda yerləşən Hyoqo prefekturasında şəhər.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Nilin axarları
Nilin axarları — Xartum və Əsvan arasında Nil çayının altı axarından ibarət silsilə. Nil çayının ənənəvi nömrələnməsi aşağıdan yuxarıya, Əsvandan Xartuma doğru gedir. Nubiya birinci və dördüncü axarlar arasında yerləşir (digər mənbələrə görə, birinci və altıncı arasında). Aşağı (1-2 eşik) və Yuxarı olaraq bölünür. == Geologiya == İkinci, üçüncü və dördüncü axarlar Nubiya dağlarının ərazisində, Nil çayının güclü şəkildə əyildiyi, kursunun istiqamətini dəfələrlə dəyişdirən dağlıq ərazidə yerləşir. Burada çay səhra-ərəb plitəsinin zirzəmisinin kristal süxurlarından keçir. Region seysmik aktivliklə səciyyələnir.
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. == Tarixi == Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. == Əlamətlər və adətlər == Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Nuşin şəhər
Nuşinşəhr (fars. نوشین‌شهر‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Nazlı bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınmasına əsasən əhalisi 6,731 nəfərdən ( 1,626 ailə) ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Pişin (İran)
Pişin — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,477 nəfər və 1,832 ailədən ibarət idi.
Pişin rayonu
Pişin rayonu — Bəlucistan əyalətində rayon.1975-ci ilədək Kvetta rayonunun tərkibində olub.Daha sonra status qazanıb.Əhalisi 2005-ci 300,000 nəfər.Əhalinin 90 faizində çoxu Puştundur.
Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır. == Bayraqların identifikasiya simvolları == Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir. Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür. Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib: Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.: Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Bayrağın təsvirlər əsasında bərpası Bayrağın arxa tərəfi Qeyri-əsas, amma istifadə edilən şəkil Bayrağın alternativ versiyası Bayrağın de-fakto versiyası İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Bayrağın ağacından sola bayrağın ön tərəfi Rəsmi təsdiq edilmiş bayraq Tarixən istifadə edilən bayraq Arxa tərəfi — ön tərəfinin güzgü əksi Arxa tərəfi ön tərəfi ilə eynidir Arxa tərəfindəki təsvir məlum deyil Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
Əbdülhüseyn Nuşin
Əbdülhüseyn Nuşin (fars. عبدالحسین نوشین‎; 1906, Məşhəd – 1971, Moskva) — İran teatr xadimi və yazıçısı. == Həyatı == Əbdülhüseyn Nuşin 1905-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. 1950-ci ildən SSRİ-də yaşamışdır. 2 may 1971-ci il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Fəaliyyəti == O, 1929-cu ildə Tehran aktyorluq məktəbini, 1940-cı illərdə isə "Firdovsi" və "Fərhənk" teatrlarını təşkil etmiş, milli teatr sənətinin inkişafında xidməti olmuşdur. Vilyam Şekspir, Moris Meterlink, Anton Çexov, İvan Turgenov, Maksim Qorki və başqalarının əsərlərini tərcümə etmiş və tamaşaya qoymuşdur. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" pyesinin quruculuğunu vermişdir. Nuşin kəndli əhalisinin ağır həyatından bəhs edən "Əlimurad xan və başqaları" (1959) povestinin, ailə-məişət mövzusunda olan "Pozğun" və "Məryəm", eləcə də İran fəhlələrinin mübarizəsindən bəhs edən "Səhər xoruzu" pyeslərinin müəllifidir. 1952-ci ildə Tehran şəhərində çap olunan "Teatr sənəti" dərsliyinin müəllifidir.
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Katsuzo Nişi
Katsuzo Nişi (yap. 西 勝造, 1884–1959) ー yapon mühəndisi və Aikido ustası. 1927-ci ildə o, Yaponiyada ilk metro layihəsinin - Tokio metrosunun aparıcı texniki mühəndisi olmuş, həmçinin öz sağlamlıq sistemini yaratmışdır. == Həyatı == Katsuzo gənc yaşlarından sağlamlığı uğrunda mübarizə aparmağa məcbur olub. Katsuzonun dünyada mövcud olan demək olar ki, bütün sağlamlıq və profilaktik tibb nəzəriyyələrini uzun illər diqqətlə öyrənməsi və sınaqdan keçirməsinin sonradan onun öz müalicə üsullarını yaratması ilə nəticələndi. Aikido müəllimi kimi Nişi aikido ilə məşğul olanları Sağalma Sistemi ilə tanış etdi. Nəticədə, Qızıl Balıq məşqi (kingyō undō, 金魚運動) kimi müəyyən məşqlər aikidoya daxil edildi və aikido ilə məşğul olanlar öz sağlamlıqlarının qayğısına qalmaq üçün yeni bir yanaşma tətbiq etdilər.
Morqan Nikin itməsi
Morqan Çantel Nik (ing. Morgan Chauntel Nick; d. 12 sentyabr 1988, ABŞ, Arkanzas, Alma - itkin düşdü 9 iyun 1995, ABŞ, Arkanzas, Alma) – Kiçik Beysbol Liqası oyununda oğurlanmış amerikalı qız. Morqanın anası insanlara itkin düşmüş övladlarını tapmağa kömək edən Morqan Nik Fondunu yaratmaqla tanınmışdır. == İtkin düşməsi == 9 iyun 1995-ci ildə Morqan Nik və anası Kollin Nik Arkanzas ştatının Alma şəhərində Kiçik Beysbol Liqası oyununa getdilər. Saat 10:30 radələrində Morqan anasından dostları ilə birlikdə işıldaböcəyi tuta biləcəyini soruşdu. Əvvəlcə anası tərəddüd etdi, lakin sonda icazə verdi. O, sonuncu dəfə dostları tərəfindən 10:45 radələrində anasının maşının yanında tək başına ayaqqabılarından qumu boşaldarkən göründü. Dostları isə ondan bir neçə metr kənarda ayaqqabılarını təmizləyirdilər. Morqanın dostları ayaqqabılarını geyinərkən Morqanla söhbət edən xoşagəlməz bir adam gördüklərini bildirdilər.Oyun qısa müddət sonra başa çatanda Morqanın dostları onsuz geri qayıtdılar.
Pişin (şəhər, Pakistan)
Pişin — Bəlucistan əyalətində, Pişin rayonunda şəhər.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka).
Sosial işin tarixi
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır. I mərhələ - qədim dövrdən başlayır.Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır. II mərhələ - XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır. III mərhələ - 80-cı illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumidünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır. IV - mərhələ 80-cı illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya eliminə daha bir elm sahəsi əlavə olunur. == Formalaşması == Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir. Qanuna daxil edilmiş əsas qanunlardan biri həbs olunan insanların bir-birinə dəstək olmalarının tələb edilməsi idi.
Nisan
Nisan (ivr. ‏נִיסָן‎‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
ISIN
ISIN (ing. International Securities Identification Number - Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla - ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.
Liam Nison
Uilyam Con "Liam" Nison (ing. William John "Liam" Neeson; 7 iyun 1952[…]) — İrlandiya aktyorudur. == Həyatı == Liam Nison 7 iyun 1952-ci ildə Şimali İrlandiyada doğulmuşdur. Məktəb illərində boksla maraqlanmış, hətta burnunu da sındırmışdır. Nison boks üzrə idman karyerasını uğurla davam etdirməsinə baxmayaraq, onun ikinci arzusu teatrda işləmək idi. Liam Nison Kral Universitetini bitirdikdən sonra teatr truppasında kiçik səhnələrdə rol alır. 1970-ci illərin sonlarından başlayaraq filmlərdə çəkilməyə başlayır. 1986-cı ildə Liam Əgər sabah açılsa mini-serrialına çəkilir. Bu mini-serial onun karyerasında ən uğurlu filmlərindən biridir. 1999-cu ildə Ulduz müharibələri.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Əziz Nesin
Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[…] və ya 21 dekabr 1915, Heybəliada, İstanbul ili və ya Konstantinopol – 6 iyul 1995[…], Alaçatı, İzmir ili) — tanınmış türk yazıçısı, publisist və dramaturq. == Həyatı == Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937 ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəəsnət Məktəbini də bitirir. Sonralar Əziz xatırlayacaqdı ki, oxuduğu hərb məktəblərində hətta onların düşüncələri belə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. == Diskoqrafiya == Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Aqşin
Aqşin — kişi adı, Türkiyədə qadın adı. Aqşin Babayev — yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim Aqşin Əlizadə — Azərbaycan bəstəkarı Aqşin İsmayılov — Azərbaycanı təmsil edən dağ velosipedçisi Aqşin Abdullayev — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Aqşin Yenisey — Azərbaycanlı yazıçı, şair, publisist Aqşin Kazımzadə — Azərbaycanın əməkdar jurnalisti Aqşin Məmmədov — Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri (1992). Aqşin Novruzov — Vətən müharibəsi şəhidi Aqşin Vəliyev — Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Aqşin Vəlixanov — aktyor, Azərbaycan SSR əməkdar artisti Aqşin Xəlilov ― azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006).
Afşin
Əfşin Xıdr ibn-Kavus, Afşin Heydər Kavus oğlu (ingiliscə: Afshin Haydar bin Kavus; VIII əsr, Usruşana – 841, Səmərra, Səlahəddin mühafəzəsi) — Abbasi Ərəb xilafətinin mənbələrə görə iranlı İsrövşənə şahzadəsi. == Həyatı == Tarixçi Yəqubiyə əsasən, xəlifə əl-Məhdinin zamanında (775-85) Afşinin adı Transoksiana və Orta Asya çöllərində xilafətə xidmət edən yerli türk- və iran-əsilli sərkərdələrin arasında verilir Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə traktatının bir yerində Cahiz türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar. == Hərbi fəaliyyəti == V.V.Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər idi. O zaman Usruşana hakimi Afşin Kavus idi, onun Heydər, Fəzl, Xaş və Rəşid adlı dörd oğlu var idi. Ailə ixtilafı üzündən Heydər Bağdada xəlifə Məmunun yanına qaçmalı oldu, o da Kavusun köməyi ilə Usruşananı istila etməyə müvəffəq oldu və 822-ci ildən onu Xifafətin tərkibinə daxil etdi. Kavusun özü həmin ildə xəlifənin qulluğuna girdi və islam dinini qəbul etdi. Onun hərbi sərkərdə olaraq birinci ciddi hərəkatı 831-ci ildəki səfəridir ki, bu zaman Misirdə Adus əl-Fəxrinin üsyanını yatırtmışdı. 835-ci il 3 iyunda Mötəsim Heydər ibn Kavusu Cibal əyalətinə hakim təyin etdi və Xilafət qoşunlarının baş komandanlığını ona tapşırıb Babəkə qarşı müharibəyə göndərdi. O, Mavəraünnəhrdə olan şəhərində əsir tutulmuşdu və rəvayətə görə mani dininə etiqad edirdi və Xorasanı, Mavəraünnəhri ələ keçirmək istəyirdi. Lakin Afşinin bu məqsədinə qarşı Xorasan hakimi Abdullah ibn-Tahir və atasının əmisi oğlu Bağdad əmiri İshaq-ibn-İbrahim ibn-Müsəl çıxırdılar.
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. == Ümumi məlumat == Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). == Tarixi == Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Heşin
Heşin (Ermənistan)
Kaşin
Kaşin — Rusiya Federasiyasında yerləşən şəhər Tver vilayətinə daxildir
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Netişin
Neteşin (ukr. Неті́шин — Ukraynanın Xmelnitski vilayətinin Şepetovski rayonunda şəhər. 2020-ci ilə qədər rayon tabeliyində olan şəhər olub. == Coğrafi mövqeyi == Şəhər Pripyat çayının sağ qolu olan Qorın çayının üzərində, Xmelnitski və Rovne vilayətlərinin sərhəddində, Şepetovka — Zdolbunov xəttində Krivin dəmir yolu stansiyasından 7 km məsafədə yerləşir. == Tarix == === 16–18-ci əsrlər === 1542 — Polşa kralı Sigismund Avqustun məktubunda Netishin kəndinin ilk qeydi 1566 — II Litva Statutuna əsasən, Netishin Volın Voyevodalığının Lutsk mahalına keçdi, 1570-ci illərdə — Beata Kosteletskanın qızı Halshka Ostrojskayaya və nəhayət — Şahzadə Vasili Ostrojskiyə keçdi. 1603 — Neteşin Aleksandr Ostrojskinin ixtiyarına keçir. 1603-cü ildə kyazın ölümündən sonra Neteşin oğulları — Konstantin və Yanuş Aleksandroviçlərin mirasına keçir. Yetkinlik yaşına çatana qədər Neteşinə anaları Anna Kostçanka-Ostrojskaya rəhbərlik edirdi. 1621 — Neteşin kəndi Knyaginya keçir. 1629 — Neteşində 50-yə yaxın bina var.
Bison bison
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Arsin
Arsin (türk. Arsin) — Trabzon ilinin ilçəsi.