Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Con Noble
Con Noble (20 avqust 1948) — Avstraliyalı aktyor. O, "Üzüklərin hökmdarı" film trilogiyasında Denetor, "Fringe" elmi fantastika serialında Dr. Valter Bişop, "Sleepy Hollow" döyüş-qorxu serialında Henri Parriş rolları ilə məşhurlaşmışdır. Noble eyni zamanda, xüsusən də Rockstar Games-in L. A. Noire (2011) filmindəki Leland Monroe və DC Comics oyununda Batman: Arkham Knight (2015) filmində Qorqud roluyla, özünə xas olan dərin səsini cizgi və videooyun layihələrinə də verdi.
Barri Nobles
Barri Nobles (2 dekabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Barri Nobles ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Barri Nobles 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.756 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu.
"Nobel" mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci ildə verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel Fondunu təşkil etmişdir.
Aeonium nobile
Aeonium nobile (lat. Aeonium nobile) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Alangium nobile
Alangium nobile (lat. Alangium nobile) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alfred Nobel
Nobel Alfred Bernxard (isv. Alfred Bernhard Nobel; 21 oktyabr 1833[…] – 10 dekabr 1896[…], San-Remo, İtaliya) — İsveç mühəndis kimyaçısı. Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmışdır. Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı Alfred Nobel dinamiti ixtira etmişdir. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görüldü. 1888-ci ildə Alfredin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlamışdı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təccübləndirən və məşhur Nobel mükafatlarını təsis edən vəsiyyət qoymuşdur. == Həyatı == Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Alfred Nobel Emmanuel Nobelin 3-cü oğlu olmuşdur. 1842-ci ildə Alfredin 9 yaşı olanda, anası (Andritta Alsell) və qardaşları (Robert və Lüdviq) 5 ili öncə Rusiyanın Peterburq şəhərinə getmiş atası Emmanuelin yanına köçmüşdülər.
Dendrobium nobile
Dendrobium nobile (lat. Dendrobium nobile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista nobilis (Lindl.) Kuntze === Heterotipik sinonimləri === Dendrobium chlorostylum Gagnep. Dendrobium coerulescens Wall. ex Lindl. Dendrobium formosanum (Rchb.f.) Masam. Dendrobium lindleyanum Griff. Dendrobium nobile var. alboluteum Huyen & Aver. Dendrobium nobile var.
Nobel Mükafatları
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Nobel Mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Nobel qardaşları
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Rheum nobile
Rheum nobile (lat. Rheum nobile) – qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü.
Umberto Nobile
Umberto Nobile (21 yanvar 1885[…], Lauro[d], Kampaniya – 30 iyul 1978[…], Roma) — İtaliya dirijabl konstruktoru və qütb tədiqaçısı; general. Umberto Nobile 21 yanvar 1885-ci ildə İtaliyanın Kampaniya vilayətində yerləşən Lauro kommunasında anadan olmuşdur. O, 1926-cı ildə Roald Amundsenin ekspedisiyasında öz layihəsi ilə hazırlanmış "Norveç" diriijablının komandiri kimi iştirak etmişdir. Nobile 1928-ci ildə "İtaliya" dirijablında Şimal qütbünə göndəriliş italyan ekspedisiyasına başçılıq etmişdir. Dirijabl Şpitsberken yaxınlığında qəzaya uğramış, ekspedisiyanın sağ qalmış 8 üzvündən 8-si sovet "Krasin" buzqıran gəmisi, Nobilenin özünü isə İsveç təyyarəsi xilas etmişdir. 1932-ci ildən 1936-cı ilə qədər Nobile Moskva şəhərində dirijablqayırma sahəsində mələhətçi kimi işləmişdir. O, 1939-cu ildə ABŞ-yə köçmüş, İkinci Dünya müharibəsi qurtardıqdan sonra isə İtaliayaya qayıtmış və Neopol unitində dərs demişdir. Nobile 30 iyul 1978-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində vəfat etmişdir. 1970-ci ildə Nobilenin Şimal qütbünə ekspedisiyası haqqında SSRİ ilə İtaliyanın birgə çəkdiyi "Qırmızı çadır" filmi ekranlaşdırılmışdır. Garth Cameron.
Nobel Fondu
Nobel Fondu (isv. Nobelstiftelsen) Nobel Mükafatlarının maliyyə və idarəçiliyini idarə etmək üçün 29 iyun 1900-cü ildə yaradılmış özəl qurumdur və Fond dinamitin ixtiraçısı Alfred Nobelin son vəsiyyətinə əsaslanır. Alfred Nobel ( ; 21 oktyabr 1833, Stokholm, İsveç anadan olub) kimyaçı, mühəndis, novator, silah istehsalçısı və dinamitin ixtiraçısı idi. O, böyük silah istehsalçısı olan Bofors şirkətinə sahib idi və onu dəmir və polad dəyirmanı kimi orijinal biznesindən yönləndirmişdi. Nobel 355 fərqli patentə sahibdir, ən məşhuru dinamitdir . Nobel həyatı boyu böyük bir şəxsi sərvət topladı, əsasən də bu ixtira sayəsində. 1896-cı ildə Nobel son illərini yaşadığı İtaliyanın San-Remo şəhərindəki villasında insultdan dünyasını dəyişdi Çoxlarını təəccübləndirən Nobelin vəsiyyətnaməsində onun pulunun fizika, kimya, sülh, fiziologiya və ya tibb və ədəbiyyat üzrə mükafatlar üçün istifadə edilməsi xahişi var. Nobel sağlığında bir neçə vəsiyyətnamə yazsa da, sonuncu vəsiyyəti ölümündən bir il əvvəl yazılmış və 27 noyabr 1895-ci ildə Parisdə İsveç-Norveç Klubunda imzalanmışdır. Nobel ümumi aktivlərinin 94%-ni, yəni 31 milyon İsveç kronunu vəsiyyət edib. Beş Nobel mükafatının təsis edilməsi və verilməsi.
Emmanuel Nobel
Emmanuel Nobel (rus. Эммануил Эммануилович Нобель, 24 mart 1801 – 3 sentyabr 1872, Mariya-Maqdalena[d]) — İsveçli rus mühəndis, memar, ixtiraçı və sahibkar. Nobel sənaye sülaləsinin banisi.
Lüdviq Nobel
Lüdviq Nobel (rus. Лю́двиг Эммануи́лович Нобе́ль , 27 iyul 1831, Mariya-Maqdalena[d] – 12 aprel 1888, Kann) — isveçli rus mühəndis, ixtiraçı, sahibkar və xeyriyyəçi, Nobel mükafatının məşhur təsisçisi Alfred Nobelin böyük qardaşı və iş ortağı.
Marta Nobel
Marta Nobel (rus. Марта Людвиговна Нобель-Олейникова, 9 oktyabr 1881, Sankt-Peterburq – 4 yanvar 1973, Stokholm) — həkim, xeyriyyəçi, ictimai xadim. Nobel mükafatının məşhur təsisçisi Alfred Nobelin böyük qardaşı mühəndis, sahibkar Lüdviq Nobelin qızı.
Robert Nobel
Robert Hjalmar Nobel (rus. Роберт Эммануилович Нобель , 4 avqust 1829, Mariya-Maqdalena[d] – 7 avqust 1896, Krokeks församlinq[d]) — isveçli və rus sahibkar, kimyaçı. Emmanuel Nobelin böyük oğlu, Alfred Nobel və Lüdviq Nobelin qardaşı. Rusiyanın böyük neft şirkəti olan Nobel qardaşlarının neft istehsalı şirkətinin qurucularındandır. == Bioqrafiya == Robert 14 avqust 1829-cu ildə Stokholmda böyük sahibkar Emmanuel Nobelin ailəsində anadan olub. O, evdə təhsil almış və uşaqlıqdan marağında olduğu kimya fənnini öyrəmişdir. 1854-cü ildə Krım müharibəsi zamanı atasının fabrikində dəniz minalarının istehsalını təşkil etdi. 1859-cu ildə onların şirkəti Emmanuel Nobel and Sons iflas etdi. Bundan sonra Robert Sankt-Peterburqa köçdü və qardaşı Lüdviqə məxsus Lüdviq Nobel mexanika zavodunda çalışdı. O, qardaşı Alfred ilə birlikdə kiçik bir mənzil kirayəyə götürdü, burada gələn hər işi öhdələrinə götürərək sadə həyat yaşadı: Kazan kafedralı (Sankt-Peterburq) təmirində və "Krılov" paroxodunun yenidən qurulmasında iştirak etmiş, odadavamlı kərpiclər hazırlamaqla bağlı təcrübələr aparmışdır.
Fransız Nobel mükafatçıları
Jan-Antuan Nolle
Jan-Antuan Nolle (fran. Jean Antoine Nollet; 1700—1770) — fransız keşişi (abbot) və fizik (1739-cu ildən Paris Elmlər Akademiyasının üzvü). O, Fransız natiq René Reaumur ilə əməkdaşlıq etdi. O, dərsliklər daxil olmaqla, fizika üzrə əsərlərin müəllifidir. == Bioqrafiya == 19 noyabr 1700-cü ildə Pempre şəhərində Kompyenyadən gələn fermerlər ailəsində anadan olub. İlk təhsilini Bove Kollecində aldı. Sonra Parisdə oxudu. 1735-ci ildə eksperimental fizika müəllimi olub. Turin və Navarre Kollecində professor, 1761-ci ildə Mezieres İncəsənət Məktəbində işləmiş, sonralar isə Bordo və Versaillə müəllimlik etmişdir. Elektrik, molekulyar fizika və optika sahəsində araşdırmalar aparıb.
Nobel Mükafatı Muzeyi
Nobel Mükafatı Muzeyi — (əvvəlki adı Nobel Muzeyi [isv. Nobelmuseet]), İsveçin mərkəzi Stokholmdakı köhnə şəhər olan Qamla Standakı (Köhnə şəhər) Sturtoret meydanının şimal tərəfindəki keçmiş Birja Binasında (Börshuset) yerləşən muzey (İsveç Akademiyası və Nobel Kitabxanası da eyni binadadır.) Nobel Mükafatı Muzeyində Nobel mükafatı və Nobel mükafatçıları haqqında məlumatlarla yanaşı, mükafatın qurucusu Alfred Nobel (1833–1896) haqqında məlumatları da özündə əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə daima nümayiş olunan şəxsi həyat hekayələri ilə yanaşı, Nobel mükafatı laureatlarının muzeyə bağışladıqları bir çox eksponatlarda yer alır. Nobel Muzeyi 2001-ci ilin yazında Nobel mükafatının verilməsinin 100 illiyi şərəfinə açıldı. Erika Lanner muzeyin yeni direktoru olması ilə yanaşı muzeyin adı 2019-cu ildə Nobel Mükafatı Muzeyi olaraq dəyişdirildi. Muzeyin manifestinə görə buradakı mahiyyət "Nobel mükafatçıları və onların qazandıqları uğurların, habelə Nobel mükafatı və Alfred Nobelin xatirəsini canlandıran" eksponatların olmasıdır. Bu məqsədlərə çatmaq üçün muzey bistro və dükanına əlavə olaraq; elmlə əlaqəli sərgilər, filmlər, teatr tamaşaları və müzakirələri təqdim edir. Muzey sərgilərində Mariya Küri, Nelson Mandela və Vinston Çörçill kimi görkəmli Nobel mükafatçılarıda var. Muzey tez-tez “Elm eskizləri”, Nobel kəşflərinin öz eskizləri ilə çəkilən 42 Nobel mükafatçısı ilə bir foto sərgi təqdim olunur. Bu sərgi Dubay və Sinqapur da daxil olmaqla dünyanın digər yerlərində də nümayiş etdirilib.
Nobel Oil Group
Nobel Energy (hüquqi adı Nobel Energy Management MMC, bundan əvvəl Nobel Oil Services Ltd), fəaliyyətini enerji sənayesi üzərində quran, kompleks mühəndislik, tikinti, satınalma və təchizat zəncirinin idarə edilməsi və qazma xidmətlərini göstərən çoxşaxəli şirkətlər qrupudur. Nobel Energy, müxtəlif sənayelər və çoğrafiyalarda fəaliyyət göstərən NEQSOL Holdingin bir hissəsidir. NEQSOL Holding-in fəaliyyət sahələri Böyük Britaniya, ABŞ, Cənubi Amerika, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-dəki enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayelərini əhatə edir. Nobel Energy Azərbaycan əsilli iş adamı Nəsib Həsənov tərəfindən Xəzər regionunda neft-qaz sənayesinə xidmətlər təklif edən texniki xidmət təchizatçısı qismində 2005-ci ildə yaradılmışdır. Buraya quyuların əsaslı təmiri, qazma, tikinti-quraşdırma, mühəndislik-layihələndirmə və texniki xidmət, təmir və əməliyyat xidmətləri daxil idi. 2007-ci ildə Kompleks qazma və quyu idarəetmə xidmətlərini göstərmək məqsədi ilə Nobel Energy şirkətinin törəmə müəssisəsi olan Abşeron Qazma (AQŞ), SOCAR şirkəti ilə birgə “SOCAR-AQŞ” müştərək müəssisəsini yaratdı. 2012-ci ildə Nobel Energy şirkəti, Global Energy Solutions (Glensol) və Prokon şirkətlərini yaratdı. Glensol şirkətinin əsas fəaliyyət sahələri Azərbaycanda və regionda mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsini əhatə edir. Prokon şirkəti isə layihənin adaptasiya mərhələsindən tutmuş satınalma və tikintiyə qədər kompleks infrastruktur, sənaye zavod və qurğularının tikinti proseslərinin idarə edilməsi üzrə ixtisaslaşmışdır. 2014-cü ildə Nobel Energy şirkəti Azərbaycanda yerləşən şirkətlərini baş qərargahı Böyük Britaniyada yerləşən ana şirkət altında yerləşdirmək və özünün biznes proseslərini nizama salmaq və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə öz korporativ strukturunu yenidən təşkil etdi.
Nobel Sülh Mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Nobel Sülh Mərkəzi
Norveçin Oslo şəhərindəki Nobel Sülh Mərkəzi — (norv. Nobels Fredssenter) Nobel Sülh Mükafatı və onun təmsil etdiyi amallar üçün bir vitrindir. Mərkəz eyni zamanda mədəniyyət və siyasətin, müharibə, sülh və münaqişələrin həlli kimi mövzularında iştirak, mübahisələrin həlli yollarının birləşdiyi bir arenadır. Mərkəz Oslo, Norveç Bələdiyyə Meydanında (Rådhusplassen) yerləşir. Nobel Sülh Mərkəzi, 2005-ci ildə Norveç Kralı Əlahəzrət V Harald tərəfindən Norveç və Kanada kral ailələrinin qatıldığı bir mərasimlə açıldı. Nobel sülh mükafatı laureatı Vanqari Maatai də açılışda iştirak edirdi. Mərkəz ildə 250.000 ziyarətçini qəbul edir və Norveçin ən çox ziyarət edilən muzeylərindən biridir. Nobel Sülh Mərkəzi keçmiş Oslo Vestbanestasjon (Oslo Qərb dəmir yolu stansiyası) binasında yerləşir. 1872-ci ildən qalma keçmiş stansiya binası memar Corc Andreas Bull (1829–1917) tərəfindən çəkilmişdir. 1989-cu ildə dəmir yolu stansiyası kimi istifadəsi dayandırıldı.
Nobel prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.
Nobel Ədəbiyyat Mükafatı
Ədəbiyyat üzrə Nobel Mükafatı — ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir. Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər: İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri; Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları; Ədəbiyyat üzrə Nobel mükafatı laureatları; Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri. Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Morle
Morle (fr. Morlaix) — Fransada yerləşən, eyni adlı rayonun suprefekturası (region Bretan, departament Finister). Morle — qədim bir şəhərdir, ona yaxın neolit dövrünə aid Barenes kurqanı yerləşir. Tarixi dövrdə liman, İngiltərə və Fransanın mübarizəsinin obyektinə çevrilmişdir. Mari Brakemon, rəssam. Jan Viktor Moro, komandir. Tristan Korbyer, şair. Pol Serüzye, rəssam. Julyen Qiyomar, aktyor. Brijitt Fonten, müğənni.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Nosel
Nosel (Averon)
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Nöqtə
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.