Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. == Xüsusiyyətləri == Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır == İstifadəsi == Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Noric
Noric və ya Norviç (ing. Norwich) — Böyük Britaniyada, İngiltərədə şəhər. Norfolk qraflığında yerləşir və regionun inzibati mərkəzidir. XI əsr ərzində Norviç İngiltərədə Londondan sonra ikinci ən böyük şəhər idi. Sənaye inqilabına qədər Noric İngiltərənin ən sıx məskunlaşmış qraflığının paytaxtı olmuşdur. 2011-ci il siyahıyaalınmasına görə Noric 213,166 nəfər əhalisi var. 2012-ci ilin mayında Noric İngiltərənin ilk YUNESKO Ədəbiyyat Şəhəri seçilmişdir.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Adela Noriega
Adela Norieqa (ispanca. Adela Amalia Noriega Méndez, 24 oktyabr 1969 Mexiko) — meksikalı aktrisa == Həyatı == Adela Norieqa 1969-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub . Bütün dünyaya "Quadalupe" , "Şirin çağırış" teleserialları ilə məşhurlaşdı . Hər iki serialda da Baş rolları məşhur aktyor Eduardo Yanezlə paylaşan Adela Eduardo ilə sonradan sevgi münasibətləri yaşamışdı. Daha sonra Adela "Mariya Bonita " , Əsl məhəbbət " kimi serialları ilə tamaşaçıların qəlbini fəth etmişdi . Azərbaycan tamaşaçılarına "Quadalupe" serialı ilə tanınmışdı . Adela Norieqanın bir bacısı və bir kiçik qardaşı var . Mexiko şəhərində yaşayır .
Eduardo Noriega
Eduardo Norieqa Qomes (1 avqust 1973, Santander) — məşhur ispan aktyorudur. O, daha çox The Devils Backbotte filmindəki Jacinto obrazı ilə tanınır. 2011-ci ildə Boliviya, Fransa, İngiltərə və İspaniyanın müştərək istehsalı olan “Blackthorn” filmində rol almışdır.
Eduardo Norieqa
Eduardo Norieqa Qomes (1 avqust 1973, Santander) — məşhur ispan aktyorudur. O, daha çox The Devils Backbotte filmindəki Jacinto obrazı ilə tanınır. 2011-ci ildə Boliviya, Fransa, İngiltərə və İspaniyanın müştərək istehsalı olan “Blackthorn” filmində rol almışdır.
Ken Noritake
Ken Noritake (18 iyul 1922 - 6 mart 1994) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Noriko
Noriko — ad. Noriko Baba — keçmiş Yaponiya qadın futbolçusu. Noriko İşibaşi — keçmiş Yaponiya qadın futbolçusu.
Noriko Baba
Noriko Baba (d. 4 may 1977) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Noriko İşibaşi
Noriko İşibaşi (d. 5 may 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Norilsk
Norilsk (rus. Норильск) — Rusiya Federasiyasının Krasnoyarsk diyarında şəhər. == Ümumi məlumat == Norilskin iqlimi cənub bölgələrinin iqlimindən çox fərqlidir. İlin yarısı gecə, yarısı da gündüz olur. Şəhər qarın qara yağdığı, orta yaşın on yaş daha kiçik olduğu Rusiyanın ən çirkli bölgələrindən biridir. Uşaqlar nəfəs almaqda problem yaşayır, mis mədənləri yanında yaşayan məktəb çağı uşaqlarda qulaq, burun və boğaz xəstəlikləri digər bölgələrə görə daha yüksəkdir. Mədənçilik 1930-cu illərdə başlayıb. Şəhərdə bu gün ildə təxminən 500 ton mis və nikel oksid, 2 milyon ton kükürd dioksid havaya buraxılır. Həkimlər gələcək illərdə Norilskdə insanların səhhətində şiş, vərəm kimi xəstəliklərin ortaya çıxacağını deyir. Orta yaş müddəti isə 50 ildir.
Norilsk çayı
Norilsk çayı (Norilka, yuxarı axarlarda Talaya) — çay Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisi ilə şimala axır. Kara dənizi akvatoriyasına aiddir. Uzunluğu 57 km təşkil edir. Norilsk şəhərindən 7 km şimal-şərqdə Valek qəsəbəsi yerləşir. Çay başlanğıcını Melkoye gölündən götürür. Əsas qolları — Rıbnaya, Valek. Yay ərzində Norilka çayı gəmiçilik üçün yararlı olur. Xüsusu ilə göl turizm turları üzərində yerləşir. Kiçik qayıqlar Norilsk çayı ilə yuxarı doğru Melkoye gölünə üzürlər. Oradan isə Lama çayı ilə eyni adlı gölə çıxmaq olur.
Norinco
Norinco və ya "Şimali Çin Sənaye Korporasiyası" (ing. China North Industries Corporation) — Çin Xalq Respublikasına məxsus Dövlət korporasiyası. Şirkət əsasən hərbi məqsədli avtomobil və motosiklet , maşınqayırma məhsulları, optik elektron kəşfiyyat avadanlıqları, kimyəvi məhsullar, yüngül sənaye məhsulları, partlayıcı, silah istehalı və ilə məşğul olur. Bundan əlavə şirkət ÇXR-də inşaat sektorunda mülki layihələrlə məşğul olur. == Şirkətin tarixi == Norinco 1980-ci ildə, ÇXR Dövlət Şurasının təsdiqindən sonra qurulmuşdur. Çin Xalq Respublikasının Müdafiə Nazirliyi yanında Elm, Texnologiya və Sənaye Komitəsinin birbaşa səlahiyyətindədir. == Beynəlxalq əlaqələr == Harri Milholnun 1997-ci ildə ABŞ senatına təqdim etdiyi hesabata inansaq, şirkətin ABŞ-də aşağıdakı nümayəndə və tərəfdaşları var: Beta Chemical; Beta Chemical; Beta First; Beta Lighting; Beta Unitex; China Sports (Kaliforniya); Forte Lighting; Larin; NIC International (Nyu Cersi) Korporasiya həmçinin Afrika (CAR, Qvineya, Efiopiya), Mərkəzi və Cənubi Amerika (Boliviya), Yaxın Şərq (Küveyt) bazarlarındada fəaliyyət göstərir. == Məhsulları == Korporasiya müdafiə təyinatlı məhsulların istehsalı və ixracı üzrə ixtisaslaşıb. Korporasiyanın bəzi məhsulları Sovet texnikasının və silahlarının lisenziyalı nüsxələridir. Hal hazırda şkrkət Şirkət çoxsaylı raket sistemləri, amfibiya vasitələri, raket əleyhinə sistemlər, hava hücumundan müdafiə sistemləri, gecə görmə avadanlığı, informasiya sistemləri, yüksək effektiv yatırma sistemləri , hava bombaları, antiterror silahları, atıcı silahlar da daxil olmaqla inkişaf etmiş hərbi texnika istehsal edir.
Norinus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Norio Omura
Norio Omura (d. 6 sentyabr 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 4 qol vurub.
Norio Yoşimizu
Norio Yoşimizu (d. 21 avqust 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Noristaun
Noristaun (ing. Norristown) rəsmi olaraq Noristaun bələdiyyəsi (ing. Municipality of Norristown) — ABŞ-nin Pensilvaniya əyalətinin Montqomeri rayonunda bələdiyyə və rayonun mərkəzi.
Noritaka Hidaka
Noritaka Hidaka (d. 29 may 1947) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Lori
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Nord
Nord adası
Qori
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyniadlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. == Tarixi == Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David (1089–1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Zori
Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir. Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimono və cinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.
İori
Qabırrıçay (gürcücə İori (იორი), saxurca Q'arbi (Къарби)) - Gürcüstan və Azərbaycan ərazisində çay, Qanıxçayın (gürcücə Alazani) sol qolu. == Etimologiyası == Qabırrıçayın adı qədim yunan qədim Roma müəlliflərinin əsərlərində Kambis kimi qeyd edilmişdi. Qafqaz Albaniyasının İberiya ilə sərhədində yerləşən əyaləti də Kambisena adlanırdı. XIX əsrin ortalarına aid bəzi mənbələrdə çayın adı Qambori kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçıların fikrincə, Qabırrı adı Albaniyanın Kamb (Kambisena) əyalətinin adının və çayın adının gürcücə variantında qorunub saxlanan "İori" / "Yori" çay adının birləşməsindən yaranmışdır. Sonralar təhrif olunaraq Qabırrı şəklinə düşən Kambiori isə "Kamb əyalətindən axan Yori, Kamb Yorisi" mənasındadır. Yori hidronimi isə bəzi Nax-Dağıstan dil və ləhçələrində (məsələn, avarca ior / or (гІор)) "çay" mənasını verən sözdən və gürcü dilində əksər isimlərin sonuna artırılan "-i" şəkilçisindən ibarətdir. Qabırrı toponiminin yayılma arealı genişdir. Şirvan düzündə Qabırrı adlı qışlaq da mövcuddur. Qabırrı eyni zamanda Şamaxı rayonundakı Quşçu kəndinin əhalisinin tirələrindən birinin adıdır.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. == Həmçinin bax == Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
Noşi
Noşi (熨斗) – Yaponiya mədəniyyətində hədiyyələrə yapışdırılan oriqami ornamenti. Uğur diləmək üçün istifadə olunur və abalonu təmsil edir. == Tarixi == Yaponiya mətbəxində qida məhsulu istifadə olunan abalonlar keçmiş dövrlərdə dini əhəmiyyətə malik idi və qızardılaraq dini qida kimi kamilərə təqdim olunurdu. Belə ki, yapon dilində abalon tikəsini bildirmək üçün "noşiavabi" sözündən istifadə olunur. Yapon dilində "noşi" sözü "uzanmaq" mənasına gəldiyi üçün abalonlar uzunömürlülük diləmək üçün təqdim olunan qida məhsulu kimi tanınmışdır və əhəmiyyətli tədbirlər üçün göndərilmiş hədiyyələrin üstünə əlavə olunurdu. Tədricən noşi adəti sadələşmiş və uğur dilmək üçün kağızdan hazırlanmış noşilər hazırlanmağa başlanmışdır. Müasir dövrdə noşilər toy, ad günü kimi tədbirlər üçün göndərilmiş hədiyyələrə yapışdırılan oriqami ornamentidir. Bəzən kağızdan hazırlanmış noşi yerinə noşi simvolundan istifadə olunur. == Hazırlanması == Noşi hoşoqami adlı bərk kağızdan hazırlanır və mizuhiki adlı xüsusi iplə bağlanır. Hazırlanması zamanı ağ və qırmızı kağızdan, eləcə də, sarı zolaqdan istifadə olunur.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Kira Noir
Kira Noir (16 iyul 1994[…], San Marino[d], Kaliforniya, ABŞ) — amerikalı pornoaktrisa.
Kori Brokken
Kori Brokken (3 dekabr 1932, Breda[d], Şimali Brabant – 31 may 2016) — holland müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Voorgoed voorbij" mahnısı ilə təmsil etmişdir. Brokken növbəti il də Niderlandı Avroviziyada təmsil etmək hüququ qazanmışdır. Onun 1957-ci ildə keçirilən müsabiqədə ifa etdiyi "Net als toen" mahnısı 31 xalla qalib olmuşdur. Kori Brokken həmçinin 1976 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur.
La-Fori
La-Fori (fr. La Faurie, oks. La Fauria) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Aspr-syur-Byueş kantonuna daxildir. INSEE kodu — 05055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 322 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 195 yaşda (15-64 yaş arasında) 129 nəfər iqtisadi fəal, 66 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,2%, 1999-cu ildə 59.1%) idi. Fəal olan 129 nəfərdən 112 nəfəri (64 kişi və 48 qadın), 17 nəfəri işsizdir (4 kişi və 13 qadın).
Lori adası
Lori adası (ing. Laurie Island, isp. isla Laurie) — Cənub Qütb dairəsi daxilində yerləşən, Cənubi Orkney adaları qrupuna daxil olan, arxipelaqın sahəsinə görə ikinci böyük adası. Adaya Argentina və Böyük Britaniya iddia edir. Bununla belə bütün ərazi iddiaları Antarktida haqqında konvensiyaya görə dondurulmuşdur. Adanın şimal-şərq qutaracağı və Uitson burnu mühüm ornitoloji bölgə hesab edilir. == Coğrafiya == Adanın sahəsi təqribi olaraq 50 km², şərqdən qərbə uzunluğu isə 12,5 mil (20,1 km) təşkil edir. Ada iki yarımadafan ibarətdir. Onlar Skotia körfəzi və Uruqvay buxtaları arasında yerləşən bərzəxlə birləşirlər. Adanın ən hündür nöqtəsi 940 metr təşkil edir.
Lori sancağı
Lori sancağı və ya Lori livası — Osmanlı İmperiyasının Tiflis əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lori idi.
Lori əyaləti
Lori əyaləti — (Vilâyet-i Lori) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Lori şəhəri idi. == Lori əyaləti == 25 iyul 1590-cü il (22 ramazan 998-cı il) tarixli icmal dəftəri qeydlərinə görə Lori əyaləti Lori, Axtala, Pəmbək, Taşır və Arpalı livalarından ibarət idi.
Maresuke Noqi
Maresuke Noqi (乃木 希典, 25 dekabr 1849 – 13 sentyabr 1912[…], Akasaka-ku[d] və ya Tokio[d]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru. == Həyatı == === İlk illər === Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır. 1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu.
Masaaki Mori
Masaaki Mori (d. 12 iyul 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Massimiliano Nəri
Massimiliano Nəri (14 iyun 1977, Neapol, İtaliya) — italiyalı model. == Həyatı == Massimiliano Nəri 14 iyun 1977-cu ildə İtaliyanın Neapol şəhərində anadan olub.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. == Mənası == Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. == İslamda == İslam Peyğəmbərinin zamanından "ölümün xatırlanması" İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Mori Kante
Mori Kante (29 mart 1950 – 22 may 2020, Konakri) — Qvineya musiqiçisi, müğənni və mahnı müəllifidir. == Həyat və karyera == Mori Kante 29 mart 1950-ci ildə Fransız Qvineyasının Albadaria şəhərində anadan olub. Yeddi yaşında olanda xoru çalmaq və səs ənənələrini öyrənmək üçün Maliyə göndərildi. 1971-ci ildə Salif Keita'nın müğənni olduğu Rail Band cəmiyyətinə qatıldı. 1973-cü ildə Keitanın ayrılmasından sonra Kante müğənni cəmiyyətdəki boşluğu doldurdu. Mori Kante 1987-ci ildə səsləndirdiyi "Yé ké yé ké" mahnısı ilə beynəlxalq səviyyədə ən yaxşı tanındı. Yé ké yé ké, Afrikanın indiyə qədər ən çox satılan mahnısı oldu. 16 oktyabr 2001-ci ildə Kanté Birləşmiş Millətlər Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilib. == Ölüm == Gine musiqiçisi Mory Kanté, 22 may 2020-ci ildə Gine'nin Konakri şəhərində 70 yaşında vəfat etdi.
Mori Motonari
Mori Motonari (yaponca 毛利 元就, 1497-1571) — Senqoku Dziday dönəmində Yaponiyanın Tüqoku bölgəsinin daymyösü. Aki vilayətinin (müasir Xirosima prefekturasının) hakimi olmuşdur. == Həyatı == Mori Motonari 16 aprel 1497-ci ildə Aki vilayətinin Yosida şəhərinin Koriyama qəsrində doğulmuşdur. Mori klanının 14-cü başçısı Mori Xiromotonun ikinci oğlu idi. 1500-cü ildə atası ildə atası ilə birlikdə atası ilə Tadzixi-Saruqake qəsrinə köçmüşdür. 1517-ci ildə onun başçılıq etdiyi ordu Arita-Nakaide döyüşündə Takeda Motosiqenin qoşununu məğlub etmişdir. == Maraqlı faktlar == Mori Motonari məşhur yapon rejissoru Akiro Kurosavanın "Ran" filminin əsas qəhrəmanının prototipidir.