Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afşin Noruzi
Afşin Noruzi (22 aprel 1985) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Afşin Noruzi İranı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. == Həyatı == Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var. Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk mağazasını açmışdır.
Rəhim Novruzi
Rəhim Novruzi (fars. رحيم نوروزي‎) - İran aktyorudur. 1967-ci il təvəllüdlüdür. Bir çox filmlərdə rol almlış və mükafatlar qazanmışdır. Ədəbi ənənələrlə teatr nümayişi sahəsində bakalavr dərəcəsi almışdır. Pakistan, Misir və digər ölkələrin filmlərində rol almışdır.
Əlibəy Novruzi
Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.. Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub. "Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb. Əlibəy Novruzi Sumqayıtın baş memarı olub. 600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur. Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. == Banlaması == Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
Aşıq Novruz
Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (24 aprel 1929, Daşkənd, Yeni Bəyazid qəzası – 3 noyabr 2000, Yeni Daşkənd, Bərdə rayonu) — aşıq, şair, sazbənd. == Həyatı == Şairov Novruz Süleyman oğlu 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir. Hələ uşaqlıqdan saza-sözə çox böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur. Aşıq Novruz ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. 1955-ci ildə ailə həyatı quran Aşıq Novruz dörd oğul və dörd qız atası olmuşdur. 1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda Mədəniyyət Evinin üzvü olmuşdur. Aşıq Novruz dəfələrlə radio və teliviziyada çıxışlar etmişdir. Bu gün də onun lent yazılarından Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cavidan Novruz
Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 12 fevral 1987, Bakı) — aktyor, müğənni, bəstəkar. == Həyatı == Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir. == Ailəsi == Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır. Ailəlidir. Turan adında bir oğlu var. == Fəaliyyəti == === Musiqi === Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb. Cavidan Novruz müğənnidir.
Coruri məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Dmitri Muruzi
Dmitri Konstantinoviç Muruzi (rum. Dumitru C. Moruzi; 1 iyul 1850, Yassı – 9 oktyabr 1914, Yassı) — Rusiya, Moldaviya və Rumıniya yazıçısı, bəstəkar, dövlət işçisi. == Bioqrafiya == Dmitri Konstantinoviç Muruzi, iyunun 1 və ya 2-də, 1850-ci ildə, Moldoviya padşahlığının paytaxtı Yaş şəhərində anadan olmuşdur. Fənərli olub tanınmış Muruzi nəslindəndir. 1863–1869-cu illərdə Fransada təhsil almaq üçün yola düşdü. Soroka rayonunda 1873-cü ildən dövlət qulluğunda çalışmışdır. 1877-ci ildə Rus İmperiyasının diplomatik xidmətinin tərcüməçisi olmuşdur. Daha sonra Rumıniyanın paytaxtı Buxarestə diplomatik işə göndərildi. Rumıniya millətçilik təsiri altında, o, diplomatik karyerasına son qoydu və 1882-ci və ya 1883-cü ildə Rumıniya vətəndaşlığını qəbul. 1887-ci ildə Dunay Deltasında Sülin Limanında idarəçi və müavinin köməkçisi seçilib, anti-daşqın tədbirləri alaraq Avstriya modelində könüllü bir xilasetmə briqadası təşkil etdi.
Feruzi Xan
Malik Feruzi Xan Nun (7 may 1893 – 9 dekabr 1970) — Pakistan İslam Respublikasının 7-ci baş naziri.
Hideyo Noquçi
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır. == Həyatı və karyerası == Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.
Hind xoruzu
Koci Noquçi
Koci Noquçi (d. 5 iyun 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair. Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. == Həyatı == Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. == Elmi fəaliyyəti == Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Allahverdiyev
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. == Həyatı == Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. == Elmi fəaliyyəti == Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Ramiz Novruz
Ramiz Novruz (25 may 1955, Səmədabad, Puşkin rayonu – 21 fevral 2023, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası. == Həyatı == Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb: Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J. Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), Attillio ("Silindr", Eduardo de Filippo), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol). R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir.
Seysaku Noquçi
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır. == Həyatı və karyerası == Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.
Sular Novruzu
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.