Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Odd Hassel
Odd Hassel (norv. Odd Hassel; 17 may 1897[…], Kristianiya[d] – 11 may 1981[…], Oslo) — norveçli fiziki kimyaçı və 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı. == Bioqrafiya == Odd Kristianiada ginekoloq Ernst "Skippi" Hassel və Matilda Torrealba Rodriqez İmlaks Fernando Qonzales Klavenesin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Oslo Universitetinə qəbul olunmuş, 1920-ci ildə buranı bitirmişdir. Universitetdə o riyaziyyatı və fizikanı mükəmməl qavramışdır. Bu dövrdə o, bir illiyinə təhsilindən ayrılaraq, professor Kazimir Fayansın laboratoriyasında işləmək üçün Almaniyaya, Münhenə getmişdir.Onun buradakı işi hopdurma (elektromaqnetik radiasiyanın) indikatorlarının kəşf olunmasına gətirib çıxardı. Sonradan o, Berlinə köçərək Kayzer Vilhelm İnstitutunda rentqen şüalarının kristalloqrafiyası üzrə tədqiqatlar aparmağa başlamışdır. Öz araşdırmasını Frits Haberin köməyi ilə əldə etdiyi Rokfeller təqaüdü ilə davam etdirmişdir. 1924-cü ildə o Berlin Universitetində fəlsəfə doktoru dərəcəsini aldı. 1934-cü ildən professor vəzifəsində olmaqla, 1925–1964-cü illərdə Oslo Universitetində fəaliyyət göstərmişdir.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Oddvar Barli
Oddvar Barli (24 İyun 1929 – 10 Yanvar 2017) — Norveçli peşəkar idman güləşçisi. Barli 1929-cu ildə Osloda anadan olmuşdur. O, Oslo Bryteklubb klubunu təmsil etmişdir. Barli Romada keçirilən 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Yunan-Roma güləşi üzrə o, orta çəki dərəcəsində onuncu yeri tutmuşdur. Onun qardaşı Harald Barli də peşəkar güləşlə məşğuldur. Onun əmiləri İne Barli və Mette Barli və böyük əmisi Lene Barli də güləşçidir.
Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı. Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar. XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları). Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır. XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları). Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.
Ozd
Ozd — Macarıstanda şəhər.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. == Haqqında == Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib.Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Amanda Todd
Amanda Mişel Todd (ing. Amanda Michelle Todd; 27 noyabr 1996, Port Kuitlam[d], Britaniya Kolumbiyası – 10 oktyabr 2012, Port Kuitlam[d], Britaniya Kolumbiyası) — YouTubea yerləşdirdiyi videoçarxdan sonra intihar edən, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşamış 15 yaşlı orta məktəb şagirdi. İntihar etmədən əvvəl YouTubeda yayınladığı videoda o intihar səbəbindən, Facebookda yaşadığı istismardan, çılpaq şəkillərinin İnternetdə paylaşılmasından, özü-özünə xətər yetirməsindən və ona yaxın bir insan tərəfindən hücuma məruz qalmasından bəhs edir. Videoçarx müddətində danışmayan və yalnız əlindəki kağızlara yazdığı mətnləri göstərən Todd, necə şantaj edildiyini, ona necə fiziki və mənəvi hücumların olduğunu izləyənlərə çatdırır. 10 oktyabr axşam vaxtı Kanada polisi Amandanın Port Kuitlamdakı evindən ani ölüm xəbərini almış, istintaq başlatmış, sosial media da mövzunu araşdırmaya başlamışdır. Amanda Toddun intiharı Kanadada və bir çox digər ölkələrdə sosial media vasitəsilə insanlara qarşı edilən zorakılıq mövzusunda müzakirələrə səbəb olmuşdur. Todd Kuitlamdakı CABE orta məktəbinin 10-cu sinif şagirdi idi.
Eyiçiro Oda
Eyiçiro Oda (yap. 尾田 栄一郎) — ən çox One Piece manqasının müəllifliyinə görə tanınan yapon manqaka. == Həyatı == Eyiçiro Oda özü iddia edir ki, dörd yaşında əsl peşədən uzaq olmaq üçün, manqaka olmağa qərar verib. Ona ən çox Akira Toriyama və onun Dragon Ball manqa serialı təsir edib. O, həmçinin qeyd edir ki, dəniz quldurluğla marağını Viking Viki animesi yaradıb.17 yaşı olanda, Odanın Wanted! manqası bir sıra mükafat, o cümlədə Tedzuka mükafatın ikinci yeri almış. Bu ona Weekly Shōnen Jump jurnalında işləməyə imkan verib. Bundan əvvəl isə o, bu jurnalın müəlliflərdən onan Şinobu Kaitaniyə Suizan Police Gang, Masaya Tokuhiroya isə Jungle King Tar-chan və Mizu no Tomodachi Kappaman manqaları ilə köməkçilik edirdi. Oda Nnabuiro Vatsukiyə Rurouni Kenshin manqası ilə də köməkçilik edirdi. O, hətta orada üzə çıxan Honco Kamatari personajı yaratdığı deyilir.1996-cı ildə Oda Akamaru Jump və Weekly Shōnen Jump jurnalın üçün piratlar haqqında Romance Dawn adlı iki one-shot manqanı çəkdi.
Oda (1990)
== Məzmun == Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. == Film haqqında == Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Oda Nobunaqa
Oda Nobunaqa (yapon織田 信長 ) 23 iyun 1534 – 21 iyun 1582) Yaponiyanın birləşdirilməsi üçün böyük işlər görmüş Orta əsrlər yapon sərkərdəsi. Yaponiyada 34 il yaşamış və dəfələrlə Oda Nobunaqa ilə qarşılaşmış portuqaliyalı missioner Luiş Froiş, onu barəsindəki təəsuratı belə təsvir edir: " Bu orta boylu, incə quruluşlu, seyrək bığlı və məlahətli səsi olan adam idi. O şöhrətsevər və təkəbbürlü idi, lakin ədaləti sevirdi, kim tərəfindən olsa da təhqiri cavabsız qoymazdı. Eyni zamanda çox istiqanlı və mərhəmətli idi. Az yatırdı. Tez oyanırdı. Gözü tox idi. Həmişə gizli hərəkət edərdi. Hərbi işdə çox çevik və bacarıqlı, hirslənəndə səbirsiz, lakin tez soyuyan idi. O demək olar ki heç vaxt təbəələrinin məsləhətlərinə qulaq asmazdı.
Oda Teatrı
Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr. == Yaranması == Teatr yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Bakə şəhəri, Topçubaşov küçəsi, 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə problemlərlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Bakı şəhər, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfiteatr quruluşunda həyata keçirib. Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlovdur. Müxtəlif təzyiqlər nəticəsində 2015-ci ilə qədər ODA 4 dəfə məkanını dəyişib. Daha sonra teatr adını dəyişib "ADO Theatre - Collective" edib (Azərbaycan Dağınıq Oda teatrı). Ətraflı: ADO.AZ == Fəaliyyəti == Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumıniya dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis", Müzəffər İzgünün "Sərhəd" əsəri əsasında "Tikanlı məftillər" və pantomim "MimOda 18+" tamaşalarını səhnələşdirib.
Old Trafford
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. == Rekordlar == Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.
Piranyalar 3DD
Piranyalar 3DD (ing. Piranha 3DD) — Con Qulajer tərəfindən çəkilmiş ABŞ filmidir. Filmin bu seriyası əvvəlki filmlərin məzmununu davam etdirir. == Şüar == "İkiqat hərəkət. İkiqat qorxu. İkiqat effekt" == Məzmun == Filmdəki hadisələr Big Wet akvaparkında baş verir. Tarixə qarışdığı zənn edilən vəhşi canlılar artıq ərazidə dincələn turistlərə hücum edə bilməyəcəkdilər. Amma onlar kanalizasiya sistemləri və digər vasitələrlə yeni açılmış aquapark hovuzuna yol tapa bilirlər. == İstinadlar == == Xarici keçidlər == Piranyalar 3DD — Internet Movie Database saytında.
Riçard Şodd
Riçard Şodd (ing. Richard Schodde; 23 sentyabr 1936, Adelaida) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Şodd toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1975 – Interim list of Australian songbirds: Passerines. RAOU: Melbourne. 1980 – Nocturnal Birds of Australia. (With Ian J. Mason. Illustrations by Jeremy Boot). Lansdowne Editions: Melbourne. (Whitley Medal 1981).
Todd Hovard
Todd Hovard (basketbolçu) — Todd Hovard (dizayner) — ABŞ videooyun dizayner, direktor və prodüseri.
Todd Qraff
Todd Graff (22 oktyabr 1959) Amerikada anadan aktyor, yazıçı, rejissor və istehsalçısıdır. O Sundance Film Festivalı dramatik müsabiqə 2003 Edition gəldi ki, Camp ilə istiqamətində həmd-səna ilə daxil oldu. Uğurla Yeni Films / Lincoln Center, Sidney Film Festivalı (bu birinci oldu yerləşir), The Provincetown Film Festivalı (yeni Direktorlar Festivalı saymaq bunların arasında festival dövrə keçdikdən sonra Ən Yaxşı Film) və bir çox başqaları Camp kinoteatr əl IFC filmlərdə premiering başa çatdı. Sonra belə Abyss kimi filmlərdə, uğurlar tam karyera fəaliyyət göstərən və Toni mükafatı və Teatr World mükafatı üçün namizəd olan "Baby" Broadway üzrə Graff yazıçı kimi nüfuz etməyi bacardı. == erkən İllər == Graff New York, Judith Clarice, fortepiano müəllim və xor direktoru, Jerome Lawrence Graff oğlu anadan olub, bir músico.Su bacısı aktrisa Ilene Graff (cənab Belvedere şöhrət deyil) == Karyera == O Electric Company PBS-nin televiziya seriyası Uşaq tökmə qoşulan zaman Graff Sesame Street (1970) və orijinal cast albom ifa və follow-up Sesame Street 2 (1971), lakin 1975-ci ildə şöhrət yüksəldi . Jesse rolunu oynayan, qısa Sirk üzvü, 1977 (dörd mövsüm sonra sıra döyən Stephen Gustafson əvəz) istehsal sonuna qədər şou ilə qaldı. 1984-cü ildə Baby Broadway ildə Danny onun surət üçün bir Toni mükafatı üçün namizəd oldu. O, Homer kimi Cənnət 1987 Off-Broadway musiqi Birds oynadı. 2006-cı ildə Graff Mark Taper Forumunda, Jason Robert Braun və Dan Elish tərəfindən mərhələ musiqi yönəldilmişdir. 2009-cu ildə birgə yazdığı və film Bandslam yönəldilmişdir.
.dd
.dd — Keçmiş Almaniya Demokratik Respublikasının İnternet kodu. == Xarici keçidlər == "Toplevel-Domain DDR?". 1998-07-21. Usenet: [email protected]. İstifadə tarixi: 2012-06-12.
Od
Od — mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amildir. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirdilər. Ulularımız ona Dan ("dan yeri sökülür" deyimində indi də işlədilir) da deyirdilər. == Odun insan həyatında rolu == Odun temperaturu yanğını yaradan materialın növündən və havanın təzyiqindən, odun rəngi isə yanan materialın qarışığından asılıdır. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə çevrilir. Təsəvvürlərdə odun xeyirxahlığına, yoxsa şərinə, ziyanlarına birinci inanıldığını müəyyənləşdirmək çətindir. Miflərdə tez-tez üstünlük birindən digərinə ötürülür. Məsələn, "Munisnamə"də göstərilir ki, Allah ilk olaraq cəhənnəmi yaratmışdır. Onun göstərişi ilə cəhənnəmin palçığı min il qaynadıldığından qıpqırmızı qızarmış, sonra təkrar min il də qaynadılmışdır ki, közərməsi ağarsın.
Edqar Frank Kodd
Edqar Frank Kodd (ing. Edgar Frank Codd; 19 avqust 1923 və ya 23 avqust 1923, Portlend – 18 aprel 2003[…]) – 23 avqust 1923-cü ildə relyasiya tipli verilənlər bazası nəzəriyyəsinin yaradıcısı britaniyalı alim Edqar Frank Kodd (Edgar Frank Codd) anadan olmuşdur. Kodd 1981-ci ildə relyasiya tipli verilənlər bazasının idarəetmə sistemləri nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Meri Todd Linkoln
Meri Todd Linkoln (ing. Mary Ann Todd Lincoln; 13 dekabr 1818[…], Leksinqton, Kentukki – 16 iyul 1882[…], Sprinqfild) — ABŞ siyasətçisi, 17-ci Prezidenti Avraam Linkolnun həyat yoldaşı.
Oda (film, 1990)
== Məzmun == Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir. == Film haqqında == Filmdə dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vahid Talıbov, Rafiz İsmayılov Ssenari müəllifi: Rafiz İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.
Oded Məhəmməd Danial
Oded Məhəmməd Danial (d. 15 oktyabr 1962 – ö. 10 dekabr 2021) — İndoneziya siyasətçisi, Bandunqun meri. Daha əvvəl də Rizvan Kamilin müavini və daha əvvəl şəhər məclis müşaviri vəzifəsini icra etmişdi. Tasikmalayadan başlayaraq öz işinə başlamazdan əvvəl İndoneziya Aerospace-də işləmişdir. Firavan Ədalət Partiyasının üzvü kimi siyasətə daxil olub 2018-ci il şəhər rəhbərliyi seçkilərində qalib gəldikdən sonra Bandunqun meri oldu. == Arxa plan == Oded 1962-ci il 15 noyabrda Tasikmalaya Reqensidə (inzibati ərazi) anadan olub, burada əsas təhsilini bitirdi. O, orta ticarət məktəbinə getdi və orta məktəbin ekvivalenti üçün maşınqayırma mühəndisliyi məktəbini davam etdirdi. Daha sonra Pasaqan Universitetində oxuyaraq 2017-ci ildə məzun oldu. == Karyera == === Biznes === 1983-cü ildə təhsilini bitirdikdən sonra Oded İndoneziya Aerokosmikin ehtiyat hissələri bölməsində şirkət işçilərinin çoxunun işdən çıxarıldığı 1999-cu ilədək 16 il işləmişdir.
Odu Qoru (1982)
== Məzmun == Film SSRİ-nin yaradılmasının 60 illiyinə ithaf edilmişdir. Filmdə öz sənətinə ürəkdən bağlı olan Sumqayıt Boru-Prokatı Zavodunun qabaqcıl poladəridəni Fərman Cəfərovun 25 illik fədakar əməyindən söhbət açılır. Zavod öz məhsullarını Sovet İttifaqında 900 ünvana və 23 xarici ölkəyə göndərir. Filmdə zavod kollektivinin əmək coşğunluğundan, onun qabaqcıl zəhmət adamlarından da danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Leonid Tahirov Operator: Sərdar Vəliyev, Tofiq Sultanov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir. Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir.
Old Trafford Stadionu
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. == Rekordlar == Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.
Todd Hovard (dizayner)
Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970, Louer Makunqi Taunşip[d], Pensilvaniya) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseridir. Hovard burada "Fallout 3", "Fallout 4" və "Elder Scrolls" oyunları üzərində işləmişdir. GamePro jurnalı Hovardı son 20 il ərzində "Videooyunçuluğun ən təsirli 20 adamı"ndan biri adlandırmışdır. Hovard IGN tərəfindən "Bütün vaxtların ən yaxşı oyun yaradıcıları" siyahısına əlavə edilmişdir. == İlk illəri == Todd Hovard 25 aprel 1971-ci ildə Pensilvaniya ştatının Louer Makunqi Taunşipində anadan olmuşdur. Hovardda uşaq vaxtlarında kompüterlərə, xüsusilə videooyunlarına böyük maraq yaranmışdı. Hovard Wizardry və Ultima III: Exodus oyunlarını gələcəkdə yaratdığı oyunların ilham mənbəyi hesab edir. Todd 1989-cu ildə Emmaus Orta Məktəbindən məzun olmuşdur.
Bodi (ada)
Bodi yarımadası — Sədd yarımadası olaraq, Şimali Karolina ştatının şimalında yerləşir. Bodiyə ada sözü onun hələ materikə birləşməsindən önçə adlandırılıb. Materiklə arasında olan boğaz bağlanmışdır və yarımadanın bir hissəsinə çevrilir. Burada Bodi yarımadası vardır. Mühüm şəhərləri: Naqs-Hed, Kill-Devil-Hillz, Kitti-Houk, Dak, Korolla, Keyrova-Biç və Sauzern-Şoorz. == Mənbə == Bodi yarımadası.