Əddis Hacıyev
Hədis Hacıyev (14 fevral 1964, Bakı) — Azərbaycan kino rəssamı.
Hədis Hacıyev 14 fevral 1964-cü ildə Bakıda anadan olub.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1983) və ÜDKİ-də təhsil alıb (1991).
1991-ci ildən Moskvada çalışır.
Çox sayda filmdə, tamaşada, tv verilişində, reklam və kliplərdə rəssam kimi çalışıb.
Rusiya istehsalı olan "Qaçırılma" (2005), "Pis həmkar" (rej: Ceyms D. Dek, Mosfilm, Ramko (Rusiya-ABŞ), 2005), "Qaranlıq otaq" (kinoalmanax, REN TV, 2000–2001), "Yay yağışı" (rej: Aleksandr Atanesyan, Angel film – Rusiya, 2000), "Prezident və onun qadını" (rej: Yelena Rayskaya, Evrasiya film – Rusiya, 1996), "Ev" (rej: Leonid Kvinixidze, 10 seriyalı, NTV, 1995), "Ötən ömrə məktub" (rej: Aleksandr Aravin, 1994) filmlərinin rəssamı olub.
2014-cü ildən Moskva Film Məktəbinin Bədii Quruluş programının rəhbəri
2012–1022 Rusiya Kinematografçılar Idarə Heyətinin üzvü
2016-cı ildən — Rusiya Kinematografçılar Kino və TV rəssamlar qildiyasının vitse-prezidenti seçilip
2021-ci ildən Moskva Film Məktəbinin Bədii Programlar bölümünün rəhbəri.
1. Koyka (1999, Rusiya)
2. Dalga sesi (2002.